Məhkəmə qərarları › İş №2(102)-2151/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2151/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2151/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borc müqaviləsi, borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-545/2024 nömrəli, 23 yanvar 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. Cavabdeh tərəfindən imzalanmış 25 iyul 2021-ci il tarixli borca görə razılaşma müqaviləsində Cavabdeh bildirmişdir ki, o, 2019-cu il may ayında İddiaçı Vəliyev Tahirə vasitəsi ilə 17.500 manat borc pul almış və həmin borcu qaytaracağına söz verir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(002)1920/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 və X5 qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər X1 və X3 müştərək qaydada 1500 manat əsas borc, 225 manat faiz borcu, 12 manat dövlət rüsumu olmaqla, cəmi 1737 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17500 manat əsas borcun, 2625 manat faiz borcunun - cəmi 20125 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 və X6 qarşı 19.000 manat pul tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehlər ondan aldıqları pulu Cavabdeh verdiklərini bildirmiş, sonuncu xx.xx.2021-ci il tarixdə 17.500 manat pulu aldığına dair qəbz vermişdir. Ona gora də Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1920/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdehlərdən cəmi 1500 manat əsas borcun və 225 manat faiz borcun tutulması barədə qətnamə çıxarılmışdır. Cav abdehdən 17500 manat pulun qaytarılmasını tələb etsə də, nəticəsi olmamışdır. Həmçinin qeyd edir ki, 17500 manatın bir illik faizi 875 (17500x5%) manat, üç illik faizi isə 2625 (875x3=2625) manat təşkil edir. Belə olan halda cavabdehin ona olan borcu faiz dərəcəsi ilə birlikdə beş faizlə götürdükdə 20125 manat təşkil edir.

5. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında bildirmişdir ki, o, 2018-ci ildə Tahirə Vəliyevadan borc götürmüş, 2020-ci ilə qədər də 1.500 manat pul ödəmişdir. Bununla bağlı prokurorluqda iş açılmış, sonra da bağlanmış, razılaşmışdır ki, Tahirəyə 14.500 manat qaytaracaq. 17.500 manatlıq qəbzə qolu şəxsən çəkmişdir, lakin o qədər pul almamışdır. Bu səbəbdən də iddia tələbinin 5.000 manatlıq hissəsinə razıdır. İddiaçıdan 17.500 manat məbləğində pul borc alması ba rədə razılaşmanı şəxsən öz iradəsi ilə imzalasa da, o pul faizlə hesablanan məbləğdir, əslində isə məbləğ 5.000 manat təşkil edir.

6. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı 21 fevral 2023-cü il tarixli ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini 5.000 manat borc pula dair hissədə etiraf edir.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)211/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Həşimova) iddia qismən təmin olunmuş, cavabdehdən iddiaçının xeyrinə 17.500 manat əsas borcun, gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1167 faiz borcunun, cəmi 18.667 manat pulun tutulması qət olunmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 17.500 manat pul tutulması hissəsində əsaslıdır. Be lə ki tərəflər arasında 17.500 manat məbləğində borc olması barədə cavabdeh tərəfindən şəxsən imzalanmış razılaşma mövcuddur, cavabdeh tərəfindən məhkəməyə borc məbləğinin 17.500 manat deyil, 5.000 manat olması barədə heç bir sübut təqdim edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissədə qismən təmin edilməlidir. Çünki iddiaçının cavabdehə qarşı tələb hüququ xx.xx.2021-ci il tarixdən yarandığından və iddia ərizəsi xx.xx.2022-ci il tarixində verildiyindən, gecikdirilmiş vaxt üçün illik beş faiz 1 il 4 ay üçün hesablanaraq, gecikdirilmiş vaxt üçün faiz 1167 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 442, 445, 445.7, 739.1, 739.2, 740, 743-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cəmi 5000 manat borc pul alması, məcburiyyət qarşısında qalaraq 17500 manat borcunun olmasını göstərməsi, sübutlara düzgün hüquqi qiymət verilməməsi, birinci instansiya məhkəməsində iddianı 5000 manat hissədə etiraf etməsi, lakin nəzərə alınmaması və s. kimi dəlillərlə əsaslandırılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-545/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova və Cəmilə Musayeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 211/2023 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh borcun etirafı barədə qəbzi məcburetmə (zorakılıq, hədələmə və s.) nəticəsində imzalamasını göstərsə də, bu barədə məhk əməyə hər hansı mötəbər sübut (məcburetmənin nədən ibarət olması, hansı formada həyata keçrilməsi və s.) təqdim edə bilməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Eyni zamanda, iddiaçının şikayəti əsasında Bakı şəhəri Qaradağ RPİ-də toplanmış 776/22 saylı rədd materiallında olan izahatlardan da iddiaçıya məxsus müvafiq pul vəsaitinin cavabdehdə olması açıq-aşkar müəyyən edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh sözügedən borc sənədini (borcun etirafı barədə qəbzi) imzalamaqla iddiaçıya 25 iyul 2021-ci il tarixə olan borcunu 17.500 manat həcmində etiraf etdiyi üçün həmin borcun yaranma əsasını mübahisə edə bilməz. Yəni, cavabdehin iddiaçıdan ilkin olaraq, birbaşa 17.500 manat borc pul alması zəruri deyildir. Yuxarıda qeyd edildiyi kimi, rə dd materialında olan izahatlardan da müəyyən olunur ki, pul vəsaitləri hissə-hissə verilmiş, sonda tərəflər öz aralarında olan mübahisəni, bütün qeyri-müəyyənlikləri qarşılıqlı razılaşma əsasında həll etmiş, cavabdeh iddiaçıya olan borcunun məhz 17.500 manat olmasını, həmin pul vəsaitini Tahirə Vəliyeva vasitəsilə almasını, borcu qaytaracağına vəd verməsini 25 iyul 2021-ci il tarixli “Razılaşma müqaviləsi borca görə” başlıqlı qəbzdə öz xətti ilə yazaraq imzalamışdır. Bununla yanaşı, cavabdeh həqiqətən həmin razılaşmanı təzyiq və məcburetmə nəticəsində yazmışdırsa, o zaman keçən uzun müddət ərzində həmin razılaşmanın mübahisələndirilməsi istiqamətində addım atmamış, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia “cavabdehdən iddiaçının xeyrinə 17.500 manat əsas borcun” tutulması hissədə əsaslı olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə qanuni və əsaslıdır. Bununla yanaşı, məhkəmə gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1167 faiz borcunu da cavabdehdən tutmaqda haqlı olmuşdur

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2, 560.3.3, 739 və 882.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişd ir ki, məhkəmə konkret olaraq iddiaçı tərəfindən X2 və oğluna nə vaxtdan, hansı ildə pul verildiyini müəyyən etməmış, iddiaçının nəyə görə 5 ilə yaxın müddət keçəndən sonra məhkəməyə müraciət etməsi hallarını araşdırmamış, iddiaçının əvvəllər polis orqanlarında uzun müddətli xidmət etməsinə də əhəmiyyət verməmişdir. Cavabdeh tərəfindən təhqiqat orqanında və məhkəmədə verdiyi izahatlar məhkəmə tərəfindən qiymətləndirilməmiş, yalnız mülki işdə olan qəbzlərdəki imzalar əsas götürülərək, iradəsi kimi qiymətləndirilmişdir.

19. Şikayətdə daha sonra qeyd edilir ki, məhkəmə tərəfindən qətnamədə əks etdirilmiş “iddiaçının izahatı iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz” fikiri prosessual norma ilə təkzib edilir. Məhkəmələr işin həqiqi və faktiki halları üzrə tam şəkildə a raşdırma aparmadıqları səbəbindən düzgün olmayan nəticəyə gəlmişlər. Bu səbəbdən də mülki işin yenidən faktiki hallar üzrə araşdırılması zərurəti yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkə n tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

25. Maddə 529.6. Əg ər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.

26. Maddə 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

40. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər və apelyasiya şikayətində irəlin sürülən dəlillər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidi yyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kassatorun bu qərarın 18-ci paraqrafında göstərilən dəlilləri işin faktin halları ilə əlaqəlidir və həmçinin apelyasiya şikayətində də irəli sürülməmişdi. İşin faktik halları ilə bağlı olan dəlillər kassasiya icraatında araşdırılmır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-545/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar