Məhkəmə qərarları › İş №2(102)-2152/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2152/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2152/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hüseynov Abiddin Qabil oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin vəkiliV1oğlunun və Cavabdeh1 vəkili Vəkil Şahid oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019 -cu il tarixli, 2(006)-H/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx” ASC-yə, “xxxx” MMC-yə, Cavabdeh4, Cavabdeh6 Baxışı qızına qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə iddiaçı “xxxx” QSC arasında bağlanmış xx.xx.20H-cü il tarixli 02L000001621 saylı kredit xətti müqaviləsi, xx.xx.20H-cü il tarixli 02R000031878 saylı kredit razılaşmasına və xx.xx.20H-cü il tarixli 02R000033698 saylı kredit razılaşmaşına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 02R000031878 saylı kredit razılaşması üzrə 346.089,38 ABŞ dolları məbləği ndə əsas kredit borcu, 91.330,96 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 438.420,34 məbləğində ABŞ dolları vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMCdən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 02R000033698 saylı kredit razılaşması üzrə 101753,88 ABŞ dolları məbləğində əsas kredit borcu, 32 424,03 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 135.177,91 məbləğində ABŞ dolları vəsaitin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi o laraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin V və N massivində mülkiyyətində olan 0,42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35-də 30 nömrəli mənzilinin ilkin satış qiyməti 310000 manat, N Bağlar massivində mülkiyyətində olan 0,42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 270000 manat müəyyən edilməklə açıq hərracdan satılması və cəmi 573.598,25 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmış üçün ödənilmiş 20 dövlət rüsumunun və 42 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən ümumi qaydada tutulması, V tutmanın yönəldilməsi və o, satıldıqdan 1 ay sonra Cavabdeh6 Baxışı qızının mənzildən çıxarılması və mənzilin boşaldılması, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə tutmanın yönəldilməsi və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılması və bağ evinin boşaldılması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada tutulması və dövlət büdcəsinə köçürülməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri H5 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-H/2019 nömrəli qətnaməsinin Cavabdeh1 münasibətdə mübahisələndirilən hissəd ə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx” ASC-yə, “xxxx” MMC-yə, Cavabdeh4, Cavabdeh6 Baxışı qızına qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 02R000031878 saylı kredit razılaşması üzrə 347672,30 ABŞ dolları məbləğində kredit borcu, 50342,22 ABŞ dolları məbləğində faiz borcu və 131108,62 ABŞ dolları məbləğində cərimə borcu olmaql a, cəmi 529123,H məbləğində ABŞ dollarının, 02R000027396 saylı kredit razılaşması üzrə 105616,35 ABŞ dolları məbləğində kredit borcu, 15302,60 ABŞ dolları məbləğində faiz borcu, 42320,11 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 163239,06 ABŞ dollarının, hər iki razılaşma üzrə ümumilikdə 692362,20 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35-də 30 nömrəli mənzilə, ünvan 1 ünvanında mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 23B saylı fərdi yaşayış evinə, Abşeron rayonu, Novxa nı kəndi, Bağlar massivində mülkiyyətində olan 0,42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilməklə açıq hərracdan satılması və cəmi 692362,20 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən ümumi qaydada tutulması, V tutmanın yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh6 B qızının həmin mənzildən çıxarılması, mənz ilin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi, ünvan 1 ünvanında mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 23B saylı fərdi yaşayış evi Cavabdeh4 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi,N massivində mülkiyyətində olan 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə tutmanın yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, bağ evinin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” QSC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 B qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC -nin xeyrinə 02R000031878 saylı kredit razılaşması üzrə 347672,3 ABŞ dolları məbləğində kredit borcu, 105660,74 ABŞ dolları məbləğində faiz borcu və 255566,92 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 708899,96 məbləğində ABŞ dolları borcun, 02R000033698 saylı kredit razılaşması üzrə 105616,35 ABŞ dolları məbləğində kredit borcu, 32107,33 ABŞ dolları məbləğində faiz borcu, 80121,8 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 217845,48 ABŞ dollarının, hər iki razılaşma üzrə ümumilikdə 926745,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin N ünvanında mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 23B saylı fərdi yaşayış evinə, N massivində mülkiyyətində olan 0,42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilməklə açıq hərracdan satılması və cəmi 926745,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən ümumi qaydada tutulması, Vtutmanın yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh6 B qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi, ünvan 1 ünvanında mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 23B saylı fərdi yaşayış evi Cavabdeh4 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi, N massivində mülkiyyətində olan 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə tutmanın yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, bağ evinin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” QSC iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı “xxxx” QSC arasında bağlanmış xx.xx.20H-cü il tarixli 02L000001621 saylı kredit xətti müqaviləsinə, xx.xx.20H-cü il tarixli 02R000031878 saylı kredit razılaşmasına və xx.xx.20H-cü il tarixli 02R000033698 saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 02R000031878 saylı kredit razılaşması üzrə 347672,3 ABŞ dolları məbləğində kredit borcu, 161133,79 ABŞ dolları məbləğində faiz borcu və 380380,2 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 889186,35 məbləğində ABŞ dolları borcun, 02R000033698 saylı kredit razılaşması üzrə 105616,35 ABŞ dolları məbləğində kredit borcu, 48959 ABŞ dolları məbləğində faiz borcu, 118036,47 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2726 11,83 ABŞ dolları borcun, ümumilikdə 1161798,17 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Vvə N massivində mülkiyyətində olan 0,42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilməklə açıq hərracdan satılması və cəmi 1161798,17 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən ümumi qaydada tutulması, Vtutmanın yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh6 Baxışı qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi, N massivində mülkiyyətində olan 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə tutmanın yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, bağ evinin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinin pozulmasına hüquqi qiymət verməmiş və özü həmin maddi hüquq normasını tətbiq etməli olduğu halda onun tətbiq etməmişdir. Belə ki, bank tərəfindən real faiz borcuna artıq faiz borcu hesablanmışdır. Bundan əlavə hər iki daşınmaz əmlakın ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Çünki hər iki daşınmaz əmlakın real bazar və likvid dəyəri məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdən qat-qat çoxdur. Birinci instansiya məhkəməsi ipoteka predmetləri satıldıqdan sonra cavabdehlər Cavabdeh6 və Cavabdeh1 1 ay ərzindən çıxarılmalarını qət etməklə “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nə xx.xx.20H-cü il tarixli kredit xətti müqaviləsində, nə də zamin Cavabdeh2la bağlanmış xx.xx.20H-cü il tarixli zaminlik müqaviləsində mühüm şərt olan faiz dərəcəsi göstərilməmişdir. Zaminlik müqaviləsi bağlanarkən Cavabdeh2 faiz dərəcəsi ilə bağlı razılığı alınmamışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi borcalana və digər zaminlərə münasibətdə zaminliyə xitam verməklə həmin hissədə iddia tələbini təmin etməməli olduğu halda, qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarlarını pozmuşdur. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızı, “xxxx” ASC-nin və “xxxx” MMC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin vəkiliV1oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şika yətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya laz ımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Apelyasiya kollegiyası hesab etmişdir ki, qətnamənin mübahisələndirilən hissədə əsassız və qanunsuz olmasına və borcun şişirdilməsinə görə qətnamənin ləğv olunmalı olduğuna dair apelyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin H.2.1-ci maddəsind ə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarından isə görünür ki, tərəflər aralarında bağladıqları müqavilələr ilə verilən kreditə aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla hesablanacağını razılaşdırmışlar. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfin vəsatəti əsasında mühasibatlıq ekspertizası təyin olunm uş və ekspert rəyi ilə müəyyən olunmuş borc məbləğinin iddia tələbində olan məbləğlə uzlaşması nəzərə alınaraq sonuncu ekspert rəyini mötəbər sübut olaraq qəbul edərək müvafiq nəticəyə gəlmişdir. Bundan başqa, qanunvericilik tərəflərin müqavilə bağlamaqla müəyyənləşdirdikləri şərtlər faizlərin tutulmamasının mümkünlüyünü nəzərdə tutmur. Apelyasiya qaydasında işin araşdırılması zamanı tələb olunan müddət ərzində cavabdehin iddia ərizəsində göstərilən məbləğdən az faiz borcunun yaranması müəyyən edilməmişdir. Nəzərə alınsa ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş borc məbləğinin ödənişini dayandırmışdır, bu halda tələb olunan əsas borc və faiz məbləğinin miqdarının müqavilə şərtlərinə uyğun hesablandığı aydın olur. Apelyasiya kollegiyası həmçinin nəzərə almışdır ki, cavabdeh tərəf apelyasiya şikayətində göstərməsinə baxmayaraq borcun düzgün hesablanmamasının nədən ibarət olduğu, ipoteka predmetlərinin dəyərinin daha artıq məbləğdə olması və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş arayışda və hesabdan çıxarışda, ekspert rəyində isə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə edilmiş hər bir ödəniş aşkar olaraq göstərilmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, tələb olunan məbləğin daha az miqdar təşkil etməsinə dair sübutlar mövcud deyildir. Baş vermiş devalvasiya tərəflərin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərinin icrasının dəyişdirilməsi üçün əsas ola bilməz. İşin mübahisəsiz halıdır ki, kredit müqaviləsi üzrə kredit dollara bağlamış, cavabdeh valyutanın növünü özü seçmiş və müqavilə şərtlərinə uy ğun olaraq da öhdəliyini icra etməlidir. Bundan başqa qaydada öhdəliklərin icrası tərəflər arasında yeni şərtlərin müəyyən edildiyi halda mümkün ola bilər ki, hazırkı işin araşdırılmış halları ilə belə bir razılaşmanın olması təsdiq olunmur. İpoteka predmetlərinin dəyərini isə birinci instansiya məhkəməsi haqlı olaraq cəlb etdiyi qiymətləndiricinin təqdim etmiş olduğu rəy əsasında müəyyən etmişdir. İpoteka predmetlərinin dəyərinin bundan artıq məbləğdə olması işin araşdırılmış halları baxımından təsdiq olunmur. Cavabdeh tərəfin apelyasiya şikayətinin digər dəlili mənzildən çıxarma və mənzilin boşaldılmasına dair iddia tələblərinin rədd olunması ilə bağlıdır. «İpoteka Haqqında» Qanunun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satı ldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə artıq tələbin əmlaka yönəldilməsinə dair məhkəmə müvafiq nəticəyə gəldiyindən orada yaşayan şəxslərin mənzil üzərində hər hansı hüquqlarını saxlamaları ağlabatan hesab edilə bilməz. Əgər onlar hərracda iştirak edərək ipoteka predmetinin dəyərini ödəyib əmlakı hərracdan alarlarsa hazırkı qətnamə ilə məhkəmənin gəlmiş olduğu nəticələri hərracı udan şəxslərə tətbiq oluna bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, hazırkı apelyasiya icraatı şikayət verən şəxsə münasibətdə və mübahisələndirilən hissə ilə məhdudlaşır. Hazırkı iş üzrə apelyasiya şikayəti verən şəxs həm kredit alan, həm də eyni zamanda ipoteka qoyan şəxsdir. Bu halda ona münasibətdə Azərbaycan Re publikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, H və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərin tətbiqi yolverilən hesab edilə bilməz. Beləliklə, apelyasiya kollegiyası hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər üzrə apelyasiya kollegiyası yuxarıda göstərilmiş qaydada araşdırma aparmaqla düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və pr osessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak v erməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üç ün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qo yana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, h ər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası M PM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar