Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2153/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə 05.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(105)-235/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. İddiaçı (bundan sonra - iddiaçı) 08 fevral 201 1-ci il tarixdə X1 ilə nikaha daxil olaraq, qaynatası Cavabdeh (bundan sonra - cavabdeh) məxsus olan Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı ərazi 3/3, 101 saylı fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) gəlin köçmüş, cehiz əşyalarını da həmin evə gətirmiş və cavabdehin oğlu x onun birgə nikahından 17 avqust 2011-ci il tarixdə Elnar adlı uşaqları doğulmuşdur.
2. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
3. Tərəflər arasında nikah 21 aprel 2020-ci il tarixdə pozulmaqla, hazırda iddiaçı azyaşlı oğlu ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə cavabdehlə bərabər istifadə imkanları nın müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin oğlu X evləndikləri gündən mübahisəli evə gəlin köçmüş, 2011-ci ilin avqust ayına qədər orada yaşamış və onlarla birgə təsərrüfat aparmışdır. Hazırda cavabdehlər onu evə buraxmadığından valideynlərinin yanında yaşamağa məcbur olsa da, azyaşlı uşağı ilə birlikdə ömürlük orada yaşaya bilməz. Hesab edir ki, mübahisəli evə hüquqları olduğundan cavabdehin onun yaşadığı evdən çıxartmağa haqqı yoxdur.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus cehiz əşyalarının istifadəsində və sahibliyində olan evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlini olmaqla, bir müddət oğlu ilə mehriban yaşasalar da, sonralar münasibətləri pisləşmiş və cavabdeh oğlunu tərk edib evdən getmişdir. Hazırda nikahları həm rəsmi, həm də faktiki olaraq pozulmuşdur. Bununla əlaqədar bir neçə dəfə cavabdehə müraciət edərək, cehiz əşyalarını çıxarmasını xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin cehiz əşyaları xeyli yer tutmaqla onun öz evindən istifadə hüququnu məhdudlaşdırır
8. Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(060)-9083/2021 saylı qətnaməsi ilə (hakim R.Qoşqarlı) ilk iddia qismən təmin edilərək, cavabdehin mübahisəli evə köçürülməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın bötüvlükdə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında mübahisəli evlə bağlı hüquq münasibətləri 2009-cu ildən sonra, yəni 2011-ci ildən əmələ gəldiyindən və mübahisəli ev özbaşına tikili olduğundan hazırkı mübahisəyə qanunun analogiyası tətbiq edilməklə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına əsasən hüquqi qiymət verilməlidir. Belə ki, hüquqi statusu məlum olmayan (qanunsuz tikili) yaşayış sahələrinə köçürülmə və ya bu tip mübahisələrə baxılması ilə əlaqədar birbaşa maddi hüquq norması mövcud deyil.
10. Məhkəmə, Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 180, 228.1-ci maddələrinə və “Yaşayış yeri v ə olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2-ci maddələrinə istinadla hesab etmişdir ki, iddiaçının 2011-ci ildən mübahisəli evdə yaşaması, cavabdehlə ümumi təsərrüfat aparması, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və başqa yerdə yaşayış yerinin olmaması nəzərə alındıqda, evdən məhrum olması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və pozulmuş hüquqları bərpa edilməlidir.
11. Bununla belə, sözügedən fərdi yaşayış evinə dair heç bir sənəd olmadığı üçün həmin evdə istifadə imkanlarının müəyyən edilməsi tələbi əsassızdır.
12. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə vurğulamışdır ki, iddiaçı cavabdehin oğlu ilə nikaha daxil olduqda n sonra cavabdehin və onun ailə üzvlərinin razılığı ilə mübahisəli evə gəlin gəlmiş, öz cehiz əşyalarını həmin evdə yerləşdirmiş və 8 ilə yaxın həmin evdə yaşamışdır. Ona görə də, iddiaçının həmin evdə yaşamaq hüququ vardır. Bundan başqa, ilk iddianın iddiaçının mübahisəli evə köçürülməsi hissəsinin təmin edilməsi qarşılıqlı iddianın rədd olunması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsində ilk icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən 2014-cü ilədək mübahisəli evdə yaşamış, 2014-cü ildən daimi olaraq evi tərk etmiş və hazırda valideynlərinin y anında yaşamaqla sözügedən evə dair heç bir hüququ yoxdur. Belə ki, mübahisəli evlə bağlı tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yarandığından mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda iddiaçının onun oğlu ilə ailə münasibətlərinə həm faktiki, həm də rəsmi xitam verildiyindən, o, cavabdehin ailə üzvü hesab edilmir, həmçinin aralarında hər hansı razılaşma da yoxdur. Belə olan halda, iddiaçının cavabdehə məxsus evə heç bir hüququ olmadığından ona məxsus əşyaların evdən çıxarılmalıdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(105)-992/2022 saylı qətnaməsi ilə (hakimlər G.Tağızadə sədrlik edən, məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində ilk icraat
17. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulduğu, düzgün tətbiq olunmadığı, tətbiq edilməli olan qanunun və ya digər normativ hüquqi aktın tətbiq edilmədiyi göstərilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhk əməsi Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 2(102)-4607/2022 saylı qərarı ilə (hakimlər İ.Xəlilov məruzəçi, M.Əhmədova və Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır.
20. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işdə apellyasiya instansiyası məhkəməsinin tələbin qanuni əsası kimi istinad etdiyi normalardan biri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsidir. Hansı ki, tərəflər arasında mübahisəli evlə bağlı münasibətlər istinad olunan normaların nizama saldığı münasibətlərlə oxşar münasibətlər deyil.
21. Belə ki, Mənzil Məcəlləsinin 68.1. və 68.2 maddələrin ə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri so sial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
22. Göründüyü kimi, məhkəmənin istinad etdiyi norma dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisinin qanuni əsaslarla bağladığı kirayə müqavilələrindən irəli gələn münasibətləri nizama salır. Mənzil Məcəlləsinin 59.1. maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
23. Həmin məntiqlə yanaşsaq, onda mübahisəyə cavabdehin, yəni mənzilin sahibinin xeyrinə Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarının tətbiq olunması da müzakirə olan bilərdi. Çünki özbaşına tikilinin cavabdehin vəsaiti hesabına inşa edilməsi və onun istifadəsində olması işin mübahisəsiz halıdır.
24. Ona görə məhkəmə kollegiyası hazırki halda sosial kirayə müqaviləsindən irəli gələn münasibətləri nizama salan maddi hüquq normalarının tətbiqini əsaslı hesab etməmişdir.
25. Tələbin qanuni əsası kimi apelyasiya instansiyası məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə istinad etməsi də əsaslı sayıla bilməz. Həmin normada deyilir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
26. Qeyd olunan norma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün şəxsin yaşayış yeri anlayışının mahiyyətini açır. Qanunun məqsədləri isə 1-ci maddədə aydın şərh edilmişdir-Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və a zadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi həmin norma evə köçürülmə hüququnun təmin edilməsinin əsasları kimi çıxış edə bilməz.
27. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla cavabdehin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər.
28. Baxılan iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halla rın mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməli idi. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması məsələsini qaldırmamış, əksinə özü etiraf edir ki, ev onların nikahından əvvəl inşa edilmişdir.
29. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə, Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.4-cü maddələrinə, eləcə də Mülki Pr osessual Məcəllənin 14.2, 77.1, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(105)-235/2023 saylı qətnaməsi ilə (hakimlər S.Qafari sədrlik edən, məruzəçi, G.Cabbarova və A.Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir.
31. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər- yaşayış ehtiyacını qarşılaya n tikili kimi mövcud olmaqla cavabdehin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər.
32. Mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması m əsələsini qaldırmamış, əksinə özü etiraf edir ki, ev onların nikahından əvvəl inşa edilmişdir.
33. Mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.sair hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.
34. Göründüyü kimi, tərəflər arasında mülki hüquq münasibətləri 2011-ci ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cı maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin tikiliyə öz vəsaitini xərclədiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni cavabdehə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin (ilkin iddiaçının) hüquqları ilə yüklü edilə bilməz.
36. Bu mənada məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, ilkin iddiaçının Cavabdeh münasibətdə Ailə Məcəlləsini n 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, eləcə də ilkin iddiaçı həmin evin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, o cümlədən tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut edə bilmədiyindən, əksinə həmin tikilinin məhz cavabdehin vəsaiti hesabına ilkin iddiaçının nikahından əvvəl inşa edildiyindən, ilkin iddia tələbi köçürülmə hissəsində təmin edilə bilməz.
37. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə gəldikdə isə bunları qeyd etmişdir: İddiaçı mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadığından, əksinə həmin yaşayış evi qeydiyyatdan keçməsə də, iqtisadi dəyər – yaşayış ehtiyacını qarşılayan bir tikili ki mi mövcud olmaqla cavabdehin əmlak hüququnun bir hissəsi olduğundan, ilkin iddiaçıya məxsus olan əmlakların həmin mənzildə qalması qarşılıqlı iddiaçı Cavabdeh həmin evlə bağlı sahib olduğu əmlak hüquqlarının həyata keçirilməsini mümkünsüz edir.
38. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 11, 157.8, 158.2, 180.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxsləri n izahatları Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin də ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun mənə qarşı törətdiyi məhrumetmə qanunsuz hesab edilməlidir. Kassasiya şikayətinin digər dəlilinə görə, mü bahisəli ev sənədsiz tikili olmaqla o, həmin tikiliyə ailə üzvü kimi köçürülmüş, həmin evdə yaşadıqları vaxt birgə vəsait hesabına evdə əsaslı təmir işləri görülmüş,bəzi avadanlıqlar alınmış və iddiaçının cehiz kimi gətirmiş olduğu əmlaklar evin otaqlarına yığılmaqla ailənin ümumi istifadəsində olmuşdur. İddia tələbinin predmetini iddiaçının həmin evə istifadə hüququnun tanınması və köçürülməsi təşkil etdiyi halda məhkəmə analoji norma olaraq AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmiş və göstərmişdir ki,iddiaçı cavabdehin oğlu ilə boşandığı üçün onun mənzil istifadə hüququna xitam verilir, halbuki qarşı tərəf istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmamışdır.
41. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 157, 158, 180-cı maddələrinə, habelə Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları
43. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunve ricilik normaları tətbiq edilir (qanunun analogiyası).
45. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
46. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
47. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mənzil Məclləsi
48. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habel ə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
49. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edi lməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
60. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı 08 fevral 2011-ci il tarixdə X1 ilə nikaha daxil olaraq, qaynatası Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı ərazi 3/3, 101 saylı fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə gətirmiş və cavabdehin oğlu X onun birgə nikahından 17 avqust 2011-ci il tarixdə X adlı uşaqları doğulmuşdur.
61. Daha sonra işin mübahisə olunmayan hallarına görə, mübahisəli ev Cavabdeh məxsus olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı ilə X arasında bağlanmış nikah isə 21 aprel 2020-ci il tarixdə pozulub və hazırda iddiaçı azyaşlı oğlu ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır.
62. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, hazırki işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər- yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla cavabdehin əmlak hüquqlarının bir hissəsidir.
63. Başqa sözlə, cavabdehin həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquq ları mülkiyyət kimi qiymətləndirilməlidir.
64. Mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması məsələsini qaldırmamış, əksinə özü etiraf edir ki, ev onların nikahından əvvəl inşa edilmişdir.
65. Mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikili nin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.sair hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.
66. Göründüyü kimi, tərəflər arasında mülki hüquq münasibətləri 2011-ci ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cı maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir.
67. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan ilk iddia tələbinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin tikiliyə öz vəsaitini xərclədiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni cavabdehə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin, yəni ilkin iddiaçının hüquqları ilə yüklü edilə və iddiaçı həmin evə köçürülə bilməz.
68. Bu mənada apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, ilkin iddiaçının cavabd ehə münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, eləcə də ilkin iddiaçı həmin evin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, o cümlədən tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut edə bilmədiyindən, əksinə həmin tikilinin məhz cavabdehin vəsaiti hesabına ilkin iddiaçının nikahından əvvəl inşa edildiyindən, ilkin iddia tələbi köçürülmə hissəsində təmin edilə bilməz.
69. Apellyasiya instansiyası məhkəməsi həmçinin qarşılıqlı iddia tələbi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ olmadığından, əksinə həmin yaşayış evi qeydiyyatdan keçməsə də, i qtisadi dəyər– yaşayış ehtiyacını qarşılayan bir tikili kimi mövcud olmaqla cavabdehin əmlak hüququnun bir hissəsi olduğundan, ilkin iddiaçıya məxsus olan əmlakların həmin mənzildə qalması qarşılıqlı iddiaçı olan cavabdehin həmin evlə bağlı sahib olduğu əmlak hüquqlarının həyata keçirilməsini mümkünsüz edir.
70. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan ilk iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlan ılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(105)-235/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.