Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2154/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, x nömrəli MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia qaldıraraq (sonradan iddia tələbi dəqiqləşdirilmişdir), Azərbaycan Respublikası Beynəlxalq Bankı Xətai filialının onun əmək haqqından tutduğu 2395 manat məbləğində pulun Cavabdeh tu tularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Beynəlxalq Bankının Xətai filialının iddiaçının əmək haqqından tutduğu 1795 (min yeddi yüz doxsan beş) manat, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat, həmçinin 1 (bir) manat bank xidmət haqqı, ümumilikdə 1826 (min səkkiz yüz iyirmi altı) manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən d igər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan: Xətai rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, x saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, 6257,94 manat məbləğində əsas borc, 2712,34 manat məbləğində faiz borcu olmaqla, cəmi 8970,28 manat məbləğində kred it borcu və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh Yaqud oğlundan, İddiaçı və X1 müştərək qaydada alınaraq “xxxx” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Beynəlxalq Bankının xx.xx.2014-cü il tarixli, 9-xx.xx.2014-XAT56 saylı zaminlik müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Beynəlxalq Bankı ilə Cavabdeh Yaqud oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 9-xx.xx.2014 saylı kredit müqaviləsinə əsasən, zamin qismində İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4248/2017 saylı işi üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin Xətai filialı tərəfindən İddiaçı əmək haqqından tutulmuş 1280 manat 57 qəpik məbləğində pul və iddia üzrə ödənilmiş 31 manat dövlət rüs umunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, x saylı qətnaməsi ilə Cavabdeh Yaqud oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin x saylı işi üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Beynəlxalq Bankının Xətai filialı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Yaqud oğlunun xx.xx.2014-cü il tarixdə götürdüyü 10000 manat məbləğində kreditə görə İddiaçı hesabından xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 60 manat, xx.xx.2018-ci il tarixdə 295 manat, xx.xx.2019-cu il tarixdə 240 manat, xx.xx.2019-cu il tarixdə 500 manat və xx.xx.2019-cu il tarixdə 500 manat, cəmi 1795 manat məbləğində vəsa it tutulmuşdur. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh Yaqud oğlunun Beynəlxalq Bank qarşısında xx.xx.2014-cü il tarixli, 9-xx.xx.2014 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq İddiaçı ilə zaminlik müqaviləsi bağlanmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cəmi 8970,28 manat məbləğində kredit borcu və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh Yaqud oğlundan, İddiaçı və X1 müştərək qaydada alınaraq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Yaqud oğlunun xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn borcuna görə İddiaçı hesabından xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 60 manat, xx.xx.2018-ci il tarixdə 295 manat, xx.xx.2019-cu il tarixdə 240 ma nat, xx.xx.2019-cu il tarixdə 500 manat və xx.xx.2019-cu il tarixdə 500 manat, cəmi 1795 manat məbləğində vəsait tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Beynəlxalq Bankının Xətai filialının iddiaçının əmək haqqından tutduğu 1795 (min yeddi yüz doxsan beş) manat, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat, həmçinin 1 (bir) manat bank xidmət haqqı, ümumilikdə 1826 (min səkkiz yüz iyirmi altı) manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün ə sas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2154/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2154/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver