Məhkəmə qərarları › İş №2(102)-2156/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2156/2019

08.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2156/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Vəkil1nun, Cavabdeh2, onun və digər Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2166/2018 mömrəli iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Oğuz rayon məhkəməsinin (ha kim Kamran Süleymanov) 13 iyun 2018-ci il tarixli, 2(054)-95/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 3520 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 3550 manat məbləğində pul tələbi barədə iddiası rədd edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu məbləği onların özünə aid edilmiş, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı2 və İddiaçı1 3900 manat maddi zərərin məbləği, 30 manat dövlət rüsumu - cəmi 3930 manatın müştərək qaydada tutularaq Cavabdeh1 və Cavabdeh2 ödənilməsi, iş üzrə 216 manat ekspertiza xərcinin İddi açı2 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Oğuz rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 mülkiyyətində olan və İddiaçı1 etibarnamə ilə idarə etdiyi “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 3520 man at və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul ediməsini xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol nəqliyyat hadisəsi zamanı onlara məxsus 3 baş inəyin ölməsi nəticəsində dəymiş maddi zərərə görə 4000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 4130 manat məbləğində pulun İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 nümayəndəsi Nümayəndə ilk iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirmiş və ilk iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçılar onun övladlarıdırlar. Oğlu İddiaçı2 özünə məxsus olan “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair digər oğlu İddiaçı1 etibarnamə vemişdir. İddiaçı1 həmin etibarnamə əsasında avtomobili idarə edir. 05 noyabr 2017-ci il tarixdə saat 20:23-də İddiaçı1 “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu Sincan kəndindən Oğuz rayonu Xaçmaz kəndi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn nəqliyyat vasitəsinin işığı onun gözlərini qamaşdırmış və o, yolun hərəkət hissəsini görə bilməmişdir. Həmin vaxt İddiaçı1 qarşısına yolun hərəkət hissəsindən üç baş inək çıxmış, və o, avtomobilin idarəetməsini itirərək inəkləri vurmuşdur. Həmin inəklərdən ikisi elə hadisə yerində, hadisədən dərhal sonr a ölmüş, biri isə ağır yaralı olmudur. Hadisə baş verən vaxt sutkanın qaranlıq vaxtı olsa da, hava dumanlı olmamış və İddiaçı1 idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən sonra İddiaçı1 Oğuz rayon Polis Şöbəsinə zəng edərək baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Hadisə ilə bağlı araşdırma aparılmış və 17 noyabr 2017-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla yol-nəqliyyat hadisəsində İddiaçı1 təqsiri olmadığı, inəklərin nəzarətsiz qalaraq yola çıxmaları nəticəsində hadisə baş verdiyi müəyyən edilmişdir. Hadisə nəticəsində “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3520 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi cavabdehlərin özlərinə mə xsus heyvanları yolda nəzarətsiz qoymaları nəticəsində baş verdiyindən iddiaçılar cavabdehlərdən avtomobilə dəymiş maddi ziyan məbləğinin ödənilməsini tələb etmişlər. Lakin cavabdehlər həmin məbləği ödəməkdən imtina etmişlər. Ona görə iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər və o, avtomobilin mülkiyyətçisinin etibarnamə üzrə nümayəndəsi kimi hazırda həmin tələbin təmin edilməsini xahiş edir. Eyni zamanda, bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsində iddiaçıların heç bir təqsiri olmadığından cavabdehlərin iddiaçılara qarşı 4130 manat məbləğində pul tələbinə dair qarşılıqlı iddiasını əsassız hesab edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 05 noyabr 2017-ci il tarixdə idarə etdiyi “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat niş anlı avtomobillə yolnəqliyyat hadisəsi törətməsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərkən onun əməlində yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların tərkib əlamətləri olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Halbuki, İddiaçı1 özü yol-nəqliyyat hadisəsi baş verərkən avtomobili 55-60 km / saat sürətlə idarə etdiyini, hadisə baş verən anda əyləci də basmadığını etiraf etmişdir. İddiaçı1 avtomobilin sürətini yolun görünmə məsafəsinə uyğun seçməmiş, baş verə biləcək hadisələrin qarşısını almaq üçün etməli olduğu heç bir tədbiri görməmişdir. Qarşıdan gələn nəqliyyat vasitəsinin işığı İddiaçı1 gözlərini qamaşdırdığı halda, avtomobili dərhal saxlamaqla onun hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna ri ayət etməmiş, nəticədə onlara məxsus, biri 3 illik, digər ikisi isə 5-6 illik olan üç baş inəyi avtomobillə vurmuşdur. Həmin inəklərdən ikisi elə hadisə yerində, hadisədən dərhal sonra, biri isə ağır yaralı olmaqla hadisədən bir qədər sonra ölmüşdür. İnəklərin ölməsi nəticəsində onlara 4000 manat miqdarında maddi ziyan dəymişdir. Onlar özlərinə məxsus inəkləri nəzarətsiz qoymamışlar. Yol nəqliyyat hadisəsinin baş verdiyi ərazi kəndarası yol olmaqla, həmin yerdən mal-qaranın keçib getməsinə hər hansı məhdudiyyət yoxdur. Yol nəqliyyat hadisəsi inəklərin yola çıxması səbəbindən deyil, İddiaçı1 avtomobili dərhal saxlamaqla hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna riayət etməməsi nəticəsində baş vermişdir. Ona görə də o və ya digər cavabdeh avtomobilə dəymiş maddi ziyana görə hər hansı məsuliyyət daşımırlar. Üç baş inəyin ölməsi nəticəsində onlara dəymiş 4000 manat miqdarında maddi ziyan məbləği isə iddiaçılar tərəfindən onlara ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarından da göründüyü kimi hadisədən dərhal sonra Oğuz rayon Polis şöbəsinə zəng edərək baş vermiş Yol Nəqliyyat Hadisəsi barədə məlumat vermişlər. Hadisə ilə b ağlı araşdırma aparılmış və 17 noyabr 2017-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qərarda İddiaçı1 təqsiri olmadığı, inəklərin nəzarətsiz qalaraq yola çıxmaları nəticəsində hadisənin baş verdiyi müəyyən edildiyi göstərilmişdir. Hesab edir ki, nə qədər ki, Oğuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin qərarı qüvvədədir və onun təqsirsizliyi həmin qərarla müəyyən edilmişdir, o, bu hadisənin törədilməsində təqsirli sayıla bilməz. Təhqiqat bölməsinin qərarı ləğv edildikdən və o, təqsirli bilindikdən sonra məhkəmə onun tərəfindən zərərin ödənilməsi barədə qətnamə qəbul edə bilər. Tərəflərin izahatları: İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2, onun və digər Cavabdeh1 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 05 noyabr 2017-ci il tarixdə İddiaçı1 özünün idarə etdiyi “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə c avabdehlərə məxsus 3 baş inəyi vurması nəticəsində həm İddiaçı2 məxsus avtomobil zədələnmiş, həm də cavabdehlərə məxsus inəklər ölməklə cavabdehlərə maddi ziyan dəymişdir. Hazırda iddiaçılar cavabdehlərin özlərinə məxsus inəkləri nəzarətsiz qoymaları nəticəsində avtomobilə maddi ziyan dəydiyini bildirərək cavabdehlərdən müştərək qaydada dəymiş maddi ziyanın miqdarı olaraq 3520 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 3550 manat pul tələb edirlər. Cavabdehlər isə özlərinə məxsus inəkləri nəzarətsiz qoymadıqlarını, hadisəsinin baş verdiyi ərazinin kəndarası yol olmaqla, həmin yerdən mal-qaranın keçib getməsinə hər hansı məhdudiyyət qoyulmadığını, yol nəqliyyat hadisəsinin İddiaçı1 təqsiri üzündən baş verdiyini bildirərək onlara məxsus 3 baş inəyin ölməsi nəticəsində dəymiş maddi zərərə görə 4000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 4130 manat məbləği iddiaçılardan müştərək qaydada tələb edirlər. 05 noyabr 2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Oğuz rayon Polis Şöbəsinin Təhqiqat Qrupunda araşdırma aparılmaqla, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, tərəflərin əməllərində hər hansı inzibati xəta tərkibinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyi ilə isə yol nəqliyyat hadisəsinin “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikas ı Qanununun tələblərinə riayət etməməsi nəticəsində baş verdiyi müəyyən edilmişdir. Həmin ekspert rəyinin təsviri və əsaslandırıcı hissələrində qeyd edilmişdir ki, mövcud şəraitdə avtomobilin dayanma yolu 55 km/saat hərəkət sürətində 33,5 metrə, 60 km/saat hərəkət sürətində 38,3 metrə uyğundur. Gözqamaşma yarandığı andan hərəkət hissəsində olan inəkləri vuranadək gözqamaşma şəraitində avtomobilin qət etdiyi minimum məsafənin (S=40 metr) onun dayanma yolundan (Sd = 33,5 - 38,3 metr) böyük olması onu izah edir ki, sürücünün gözqamaşma yarandığı andan tədbir görməklə idarə etdiyi avtomobili inəklərin vurulma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Hazırki iş üzrə İddiaçı1 baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsə də, birinci i nstansiya məhkəməsi işin yuxarıda qeyd edilən faktiki hallarını və ekspert rəyinin mötəbərliyini nəzərə alaraq müəyyən etmişdir ki, yol nəqliyyat hadisəsi məhz “MERCEDES BENZ 220” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 təqsiri üzündən baş vermişdir. Avtomobilin zədələnməsi və avtomobilin mülkiyyətçisinə maddi zərər dəyməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri üzündən deyil, İddiaçı2 etibarnamə verdiyi şəxs - digər iddiaşı İddiaçı1 təqsiri üzündən baş vermişdir. Belə ki, cavabdehlərə məxsus 3 baş inək yolda nəzarətsiz qalmamış, həmin inəklər yaşayış məntəqələrinin yerləşdiyi ərazidə yolu keçərkən İddiaçı1 idarə etdiyi avtomobillə vurulmuşdur. Hətta 3 baş inək yolda nəzarətsiz qalmış olsaydı belə, İddiaçı1 avtomobili idarə edərkən qarşıdan gələn nəqliy yat vasitəsinin işıqları onun gözünü qamaşdırdığı halda, avtomobili saxlasaydı və hadisənin qarşısını almaq üçün digər zəruri tədbirləri görsəydi yol nəqliyyat hadisəsi baş verməz və 3 baş inək ölməzdi. Qeyd edildiyi kimi, İddiaçı1 hadisənin qarşısını almaq üçün texniki imkanı da olmuş, lakin o, özünün də etiraf etdiyi kimi avtomobili dayandırmamışdır. Bununla da, məhkəmə belə nəticəyə gəlmişdir ki, 3 baş inəyin yolda olması ilə İddiaçı1 törətdiyi yol nəqliyyat hadisəsi törətməsi arasında səbəbli əlaqə olmamış, həmin yolda və ya yolun kənarında digər hər hansı maneə (ağac, daş və s.) olduğu halda da, iddiaçı tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi təhlükəsi real olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan, yol-nəqliyyat hadisəsinin sxemindən də göründüyü k imi, hadisənin baş verdiyi yolun eninin 6,5 metrdən ibarət olması, inəklərin hər üçünün yolun İddiaçı1 aid hərəkət hissəsində (3,25 metr enində hissədə) olmaları və həmin hərəkət hissəsində də avtomobil tərəfindən vurularaq öldürülmələri onların yola qəfildən çıxmadıqlarını, elə əvvəlcədən yolda olduqlarını, İddiaçı1 isə buna fikir vermədən yoluna davam etdiyini və məhz bunun nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini müəyyən etməyə əsas verir. İnəklərin yolun hərəkət hissəsinə qəfildən çıxdığını, bu səbəbdən də İddiaçı1 hadisənin qarşısını almağa texniki imkanının olmadığını təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, iş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyinin nəticələrinə görə İddiaçı1 ha disənin qarşısını almağa texniki imkanının olduğu sübut olunmuşdur. Ona görə məhkəmə bu nəticəyə gəlmişdir ki, avtomobilə dəymiş maddi zərərə görə cavabdehlər maddi məsuliyyət daşımırlar. Göründüyü kimi 3 baş inəyin ölməsi nəticəsində cavabdehlərə maddi zərər dəyməsi İddiaçı1 təqsir üzündən baş vermişdir. Ona görə də cavabdehlərə dəymiş maddi ziyan təqsirkar şəxs(lər)dən tutularaq cavabdehlərə ödənilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, İddiaçı2 mülkiyyətçi kimi özünə məxsus “MERCEDES BENZ 220” markalı avtomobili idarə etmək üçün İddiaçı1 etibarnamə verdiyindən, sonuncu isə həmin nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi törətdiyindən, hadisə nəticəsində digər şəxslərə dəymiş zərərə görə Azərbaycan Respublikası Mülki Məcəll əsinin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə hər iki iddiaçı birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) n əticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Birinci instansiya məhkəməsi cavabdehlərə dəymiş maddi zərərin miqdarını müəyyən edərkən işin yuxarıda qeyd edilən faktiki hallarını, hadisə nəticəsində cavabdehlərə məxsus 3 baş inəyin ölməsini, inəklərin bazar satış qiyməti barədə Oğuz şəhər bazarı tərəfindən verilmiş arayışı əsas götürərək hər inəyin dəyərinin orta hesabla 1300 manat miqdarında - 3 baş inəyin dəyərinin cəmi 3900 manat miqdarında müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Tələf olan inəklərin dəyərinin Oğuz şəhər bazarı tərəfindən verilmiş arayışda qeyd edildiyindən daha az miqdarda olması ilə bağlı iddiaçılar tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçıların apellyasiya şikayəti əsasında mülki işi apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə qismən təmin edilməsini qət edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilmə sinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan ilk iddia üzrə iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların apellyasiya şikayətindəki göstərdikləri dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Oğuz rayon Polis şöbəsi tərəfindən cinayət işinin başlanması rədd edilməsi, mülki işə baxılarkən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün ekspertiza keçirməsi və yol-nəqliyyat hadisəsinin kimin təqsirindən baş verməsini müəyyən etməsinə mane olan hal deyildir. Həmin qərar məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən həmin qərarla cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin baş vermiş yol-nəqliyat hadisəsinin kimin təqsirindən baş verməsi, o cümlədən inzibati xəta tərkibinin olub-olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ h issəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı2 və İddiaçı1 birgə verdikləri kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2 (107)-2166/2018 mömrəli iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar