Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2156/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərər tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)12723/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış 26.08.2011-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi təyinatı üzrə istifadə olunmuşdur. İcarəyə verilməmişdən əvvəl qeyri-yaşayış sahəsi icarəyə hazır vəziyyətə gətirilməsi üçün təmir olunmuş, müəyyən məbləğdə vəsait xərclənmişdir. Sonradan icarə münasibətlərinə xitam verilmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı tələblər ortaya çıxmışdır. O cümlədən, ödənilməmiş icarə haqqı, təmirə çəkilmiş vəsaitin ödənilməsi, vurulan zərər və.s. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia əriz əsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, təmir üçün xərclənmiş 120.000 manat pul, ayda 3.000 manat olmaqla 2011-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün cəmi 9.000 manat icarə haqqı, 2017-ci ilin son altı ayının ayda 3.000 manat olmaqla cəmi 18.000 manat icarə haqqı, kanalizasiya xəttinin bərpa edilməsinə sərf edilən 8.000 manat pul, icarə müddətində qeyri-yaşayış sahəsinin istismarı ilə əlaqədar vurulmuş 110.000 manat ziyanın və mənəvi zərərə görə 20.000 manat pulun cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır: ilk dəfə cavabdeh təşkilatın nümayəndəsi ilə 2011-ci il iyun ayının 14-də Bakı şəhərində görüşmüş, cavabdeh təşkilatın nümayəndəsi ondan ü nvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə verilməsini xahiş etmiş və bu obyektin ayını 2300 manata icarəyə verilməsinə razılaşmışlar. Binanın təmirinə 120.000 manat pul xərcləmiş, cavabdehdən isə 113.500 manat pul almışdır. Təmir üçün verilən pul icarə haqqından hər ay tutulmuşdur. Belə ki, 2011-ci ilin avqust ayında 6 il müddətinə müqavilə bağlanmış, ayı 2300 manata həmin pulun 1157 manatını verilən puldan hər ay çıxarılmış və ona hər ay 723 manat pul verilmişdir. 2013-cü ilin oktyabr ayında yenidən müqavilə bağlanmış, 6 il müddətinə, ayı 3005 manata, həmin puldan iddiaçıya 1700 manat pul verilmiş, 1305 manat verilən puldan çıxılmışdır. Bu müddət ərzində cavabdeh təşkilatın ona borcu yaranmış, həmin pulu onlardan tələb etməyə başlamış, bununla bağlı müxtəlif təşkilatlara müra ciət etdikdən sonra cavabdeh təşkilat ilə arasında 16 mart 2017-ci il tarixdə 6 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Axırıncı bağlanan müqavilənin bağlanmasının səbəbi cavabdehin ona olan borcu verməməyi olmuşdur. Belə ki, cavabdeh təşkilat ona məktubla müraciət edərək bildirmişdir ki, bağlanan icarə müqaviləsinin 4.5-ci maddəsinin şərtlərinə görə onlar birtərəfli qaydada iki ay əvvəlcədən ona xəbərdarlıq etməklə icarə müqaviləsinə xitam vermişdir. Aralarında bağlanan 16 mart 2017-ci il tarixli icarə müqaviləsinin 4.5-ci maddəsində göstərilir ki, müqavilənin ləğvinə zərurət yarandığı halda tərəflər bu barədə 2 ay əvvəlcədən bir birinə yazılı xəbərdar etməlidirlər. Göründüyü kimi yalnız zərurət yarandığı halda müqavilənin həmin maddəsinə istinad etmək olar. Lakin məktubda hansı səbəb ə görə bu zərurətin yaranması aydın olmamışdır. Qeyri-yaşayış obyektinin daxilində cavabdeh təşkilatının işinə spesifik olaraq tikintilər aparılmışdır. Yenidən qurma işləri görülmüşdür ki, bu gün başqa quruma obyekt icarəyə verildiyi halda yenidən obyekt rekonstruksiya olunmalıdır. Bu da təbii ki, əlavə xərclərə gətirib çıxaracaqdır. O, 2016-cı ilin axır aylarında obyekti marketə icarəyə verilməsi ilə bağlı danışıqlar apardığı zaman cavabdeh təşkilat ondan heç kəslə müqavilə bağlamamağını, uzun müddət onlarla işləməyini, borclarını qaytaracaqlarını vəd etdikdən sonra o, başqa şəxslərə müqavilə bağlamaqdan imtina etmişdir.
3. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə cavabdeh İddiaçı arasında ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə görə bağlanmış 16 mart 2017-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin icarə müqaviləsinə görə 01 iyun 2017-ci il tarixdə iyun ayı üçün ödənilmiş 3000 manat məbləğində icarə haqqının, təmir xərclərinə görə ödənilmiş 27000 manat pulun, qeyri-yaşayış sahəsinin kanalizasiya xəttinin təmirinə görə ödənilmiş 596 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının ümumilikdə 30627 manat məbləğində pulun cavabdeh İddiaçı tutulub MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh MMC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, MMC 26 avqust 2016-cı il tarixli icarə müqaviləsinə əsasən cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 575 kv.m ibarət olan qeyri-yaşayış sahəsini altı il müddə tinə 2012-ci ilin yanvar ayının 1-dən başlayaraq hər ay 2300 manat pul ödəməklə kirayə götürmüşdür. Bundan sonra cavabdeh şirkətə müraciət edərək icarə obyektinin təmir işlərinin tamamlanması üçün əlavə olaraq 16 yanvar 2012-ci il tarixdə 33500 manat pul vəsaitini götürmüşdür və 26 yanvar 2012-ci ilə kimi həmin təmir işlərinin bitirməsinə öhdəlik götürmüşdür. Bu halı cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbz təsdiq edir və ona tərtib edilmiş akt əlavə edilmişdir. Cavabdeh həmin obyektin təmir işlərini bitirdikdən sonra şirkət fəaliyyətini həyata keçirməklə, icarə müqaviləsi ilə razılaşdırılmış 2300 manat məbləğində icarə haqqını hər ay cavabdehə ödəmişdir. Lakin şirkət tərəfindən cavabdehə həmin obyektin təmiri üçün verilmiş 113500 manat pul, hər ay şirkət tərəfindən ödənilmiş 2300 m anat məbləğində icarə haqqından 1577 manat pul təmirə görə xərclənmiş pulun qaytarılması üçün tutularaq cavabdehə 723 manat pul ödənilirmişdir. Bundan sonra şirkət cavabdehlə birinci müqaviləyə xitam verərək həmin icarə obyektinə görə ikinci dəfə 01 oktyabr 2013-cü il tarixdə 31 yanvar 2019-cu il tarixədək hər ay 3005 manat məbləğində icarə haqqı ödənilməklə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi zamanı cavabdehin icarə obyektinin təmiri üçün 113500 manatdan 83520 manat pul borcu qalmışdır. Bundan başqa 02 dekabr 2015-ci il tarixli qəbzə əsasən cavabdeh tərəfindən həmin icarə obyektinin kanalizasiya sistemində gördüyü təmir işlərinə görə cəmi 153 manat pul xərcləmişdir. Bundan başqa, 30 aprel 2015-ci il tarixli akta əsasən iddiaçı şirkətinin maliyyə vəsaiti hesabına həmin ic arə obyektin zirzəmisində kanalizasiya sistemi tamamilə dəyişdirilərək yeni boru xətləri ilə əvəz edilmiş və təmirə xərclənmiş cəmi 1498 manat pul iddiaçı şirkət və cavabdeh arasında bölünərək 749 manat, lakin 749 manatdan153 manat çıxılaraq-596 manat məbləğində pulun ödənilməsi cavabdehin üzərinə düşmüşdür. İddiaçı həmin pulun növbəti ayda icarə haqqından tutulmasına etiraz etməmişdir, lakin növbəti aylarda icarə haqları ödənildikdə həmin pul iddiaçıdan tutulmamışdır. Bundan sonra, şirkət ikinci müqaviləyə xitam verərək həmin icarə obyektinə görə üçünçü dəfə 16 mart 2017-ci il tarixdə 16 mart 2023-cü il tarixədək hər ay 1-ci və 2-ci il üçün 3000 manat, 3-cü və 4-cü il üçün 3500 manat və 5-ci və 6-cı il üçün 4000 manat məbləğində icarə haqqı ödənilməklə icarə müqaviləsi bağlamışdır. Bundan başqa Gəncə şəhəri, 3 saylı notariat kontorunda 16 mart 2017-ci il tarixli, reyestrdə 7E-1873 nömrə ilə qeydə alınmış ərizəyə əsasən iddiaçı bildirir ki, ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 575 kv.m. olan qeyri-yaşayış sahəsinə (icarə obyektinə) dair 01 oktyabr 2013-cü il tarixdə MMC-nin baş direktoru X1 ilə öz aralarında icarə müqaviləsi bağlamışdılar. Hal-hazırda obyekt sahibi olaraq onun X1 ilə aralarında narazılıq yoxdur və onun 16 mart 2017-ci il tarixədək icarə haqqı ilə bağlı iddiaçıya heç bir borcu və ödəməsi qalmamışdır. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq, olarsa əsassız sayılsın. Bundan başqa, cavabdeh tərəfindən 28 aprel 2017-ci il tarixli 108 nömrəli məktuba əsasən 31 iyun 2017-ci il tarixdən 16 mart 2017-ci il tarixli icarə müqaviləs inə xitam verilir və icarə haqqının ödənişi dayandırılır. 16 mart 2017-ci il tarixdə növbəti icarə müqaviləsi bağlandıqdan əvvəl, həmin icarə obyektinə görə dəfələrlə problemlər yaşanmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(004)257/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Mirzəzadə) ilkin və qarşılıqlı iddia rədd edilmişdir.
6. Məhkəmə ilk iddia tələbini və qarşılıqlı iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528, 529.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər- N.Cəfərov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və V.Həsənov) Cavabdeh MMC-nin apellyasiya şikayəti rədd edilmiş, İddiaçı apellya siya şikayəti qismən təmin edilməklə, Yasamal Rayon Məhkəməsinin qətnaməsi qismən – 2017-ci ilin son 6 ayına görə icarə haqqının ödənilməsi barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilmiş, həmin tələb təmin edilərək, 18000 manat məbləğində icarə haqqı borcunun Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya insiyasiyasında İ icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 19 iyun 2019-cu il tarixli 2(102)-2788/20 saylı qərarı ilə (sədrlik edən hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev və İ.Xələfov) Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli 2(103)-10861/2018 saylı qətnaməsi ilkin iddia tələbi üzrə iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman tərəflər arasında mübahisənin icarəyə verilmiş obyektin təmiri, yenidən qurulması, yəni qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin tələblərinə uyğunlaşdırılması, habelə orada aparılan tikinti quraşdırma, kanalizasiya sisteminin yenilənməsi ilə bağlı aparılan işlərin və onlara çəkilən xərclərin, həmçinin adi qaydada istismar olunması üçün obyektin əvvə lki vəziyyətinin bərpası üçün görülməli işlərin və onların yerinə yetirilməsi üçün tələb olunan vəsaitin məbləğinin müəyyən olunması ilə bağlı xüsusi bilik tələb edən sualların cavablandırılmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmədən və keçirilmədən ilkin iddia tələbinin bu hissədə də rədd olunması barədə qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.” Apellyasiya instansiyası məhkəməsində İİ icraat
11. Bakı Apelyasiya Məhkəməsi MK-nın 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- V.Sadıqov (sərlik edən və məruzəçi), Q.Əgərov və A.İmanov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-257/2018 saylı iş ü zrə 22 iyun 2018-ci il tarixli qətnaməsi – ilkin iddia tələbinin təmin edilməyən (2011-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün 9.000 manat icarə haqqı; icarə obyektinin təmirinə görə 120.000 manat; kanalizasiya xəttinin bərpa edilməsinə görə 8.000 manat; icarə obyektinə vurulmuş zərərə görə 110.000 manat; mənəvi ziyana görə 20.000 manatın cavabdeh MMC-dən alınaraq ona verilməsi) hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 551.2.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq ilkin iddia tələbin in təmin edilməyən hissəsində tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 551.2.1. İcarə haqqı tələbi 5 il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya baxışının pred meti olan hissədə dəyişdirmədən saxlamaqda haqlı olmuşdur.
24. Belə ki, tərəflər arasında bağlanmış 26.08.2011-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra icarə predmeti) 6 il müddətinə, 2012-ci ilin yanvar ayının 1-dən başlayaraq hər ay 2300 manat ödəməklə cavabdehə icarəyə verilmişdir. 01.10.2013-cü il tarixdə tərəflər arasında yeni şərtlərlə icarə müqaviləsi bağlanmış, icarə müddəti 01.10.2013-cü ildən 31.01.2019-cu ilədək, aylıq icarə haqqı isə 3005 manat razılaşdırılmışdır. İddiaçı 16.01.2012-ci il tarixdə imzaladığı qəbzdə bildirmişdir ki, cavabdehdən 2011-ci il ərzində aldığı 80.000 manatdan başqa təmir işlərinin tamamlanması üçün əlavə 33.500 manat almışdır. İddiaçı 26.01.2012-ci il tarixə işləri bitirməyi, icarə obyektini cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. 16.03.2017-ci il tarixdə tərəflər növbəti icarə müqaviləsi imzalamışlar. Həmin müqaviləyə əsasən 01.10.2013-cü il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, xitam verilmiş 01.10.2013-cü il tarixli icarə müqaviləsi ilə bağlı gələcəkdə tərəflər bir-birinə qarşı hər hansı iddia tələbi, pretenziya və mübahisəyə yol verməyəcəklərinə dair öhdəlik götürürlər və buna görə də qarşılıqlı məsuliyyət daşıyırlar. Müqavilədə icarə müddəti 16.03.2017-ci ildən 16.03.2023-cü ilədək müəyyən edilmişdir. Sonuncu icarə müqaviləsi ilə eyni tarixdə – 16.03.2017-ci il tarixdə iddiaçı notarial qaydada ərizə verərək həmin tarixədək icarə haqqı ilə bağlı heç bir borcun olmadığını, gələcək də bununla bağlı heç bir iddia və tələbinin olmayacağını, olarsa əsassız olacağını bildirmişdir. 28.04.2017-ci il tarixdə cavabdeh iddiaçıya məktub ünvanlayaraq iki ay əvvəlcədən xəbərdarlıq etməklə 31.06.2017-ci il tarixdən 16.03.2017-ci il tarixli icarə müqaviləsinə xitam verildiyini və icarə haqqının ödənişinin dayandırıldığını bildirmişdir. 08.01.2018-ci il tarixdə icarə obyektinin iddiaçıya təhvil verilməsi, icarə obyektində qüsur və çatışmazlıqların olmaması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır.
25. İlkin iddia tələbinin 2017-ci ilin son 6 ayı üçün 18.000 manat icarə haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair hissədə qərar qanuni qüvvəyə minmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 10.10.2019-ci il tarixdə icra vərəqəsi veri lərək, icraya yönəldilmişdir.
26. Tərəflər 26.08.2011-ci il tarixdə icarə müqaviləsi bağlamış, 01.10.2013-cü il tarixdə isə tərəflər arasında yeni şərtlərlə icarə müqaviləsi bağlanmışdır. İddiaçı isə hazırda 2011-ci il tarixli müqaviləyə əsasən icarə haqqını tələb edir ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, 2011-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərə novasiya qaydasında xitam verildiyindən, iddiaçı 2011-ci il üçün icarə haqqının ödənilməsini tələb edə bilməz.
27. Bundan başqa Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə icarə haqqı tələbi 5 il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı 2011-ci ilə aid olan icarə haqqının ödənilməsi üçün 2017-ci ildə məhkəməyə müraciət etdiyindən, həmin tələb qüvvəsini itirmişdir.
28. İddiaçı özünə məxsus obyektin təmirinə çəkdiyi xərcin, həmçinin kanalizasiya xəttinin bərpasına görə çəkilmiş xərcin cavabdehdən alınmasını tələb edir.
29. Apelyasiya Məhkəməsi haqlı olaraq həmin hissədə iddianı rədd etmişdir. Belə ki, iddiaçının öz əmlakının təmiri üçün çəkdyi xərci cavabdehdən tələb etməsi yolverilməzdir, çünki işdən müəyyən olunur ki, obyekt iddiaçıya qüsursuz vəziyyətdə təhvil verilmişdir (08.01.2018-ci il tarixli akt). Belə olan halda həm təmirli əmlakın, həm də həmin əmlakın təmirinə çəkilmiş xərcin iddiaçıya verilməsi mümkün deyildir. Bunun üçün müqavilə əsası da mövcud deyildir (Mülki Məcəllənin 386-cı maddəsi). Bu baxımdan Apelyasiya Məhkəməsi eksertiza keçirilməsinə zərurət görməmişdir.
30. İş materiallarında olan hər iki tərəfin imzaladığı 30.04.2015-ci il tarixdə aktda göstərilmişdir ki, icarədarın razılığı və icarəçinin maliyyə vəsaiti hesabına, ofisin zirzəmisində çirkab-su sistemi tamamilə dəyişdirilərək yeni boru xətləri ilə əvəz edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, çirkab-su sisteminin təmirinə xərclənmiş 1498 manat pulu müştərək qaydada öz aralarında həll etsinlər. İcarədar (iddiaçı) xərclənmiş pulun öz payına düşən hissəsini 596 manatı növbəti ayda icarə haqqından tutulmasına etiraz etməmişdir. Aktdan görünən odur ki, kanalizasiya xəttinin bərpası ilə tərəflərin qarşıqlı razılığına uyğun həyata keçirilmiş, odur ki, hazırda iddiaçının cavabdehdən kanalizasiya xəttinin bərpa edilməsinə görə 8.000 manat tələb etməsi əsassızdır. Digər tərəfdən iddiaçı 8000 manat xərc çəkdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
31. Bundan başqa, 08.01.2018-ci il tarixdə icarə ob yektinin iddiaçıya təhvil verilməsi, icarə obyektində qüsur və çatışmazlıqların olmaması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Həmin aktla müəyyən olunur ki, obyektdə hər hansı qüsur və çatışmazlıq yoxdur, iddiaçı həmin aktı imzalamaqla bu halı qəbul etdiyini və obyekti qüsursuz şəkildə, hər hansı iradı olmadan təhvil aldığını göstərmişdir. Bununla da obyektə hər hansı zərər vurulması faktı təkzib edilmiş olur ki, bu halda da iddiaçının obyektə vurulan zərər görə tələbinin əsassız olduğunu göstərir.
32. Göründüyü kimi iddiaçının maddi ziyanla bağlı tələbləri əsassızdır və məhkəmə qeyd edilən hissələrdə iddia tələbini haqlı olaraq rədd etmişdir. Həmçinin iddiaçının bu tələblərinin əsaslılığı təsdiqini tapmadığından, onun cavabdehin hər hansı hüquqazidd hərəkətləri nət icəsində mənəvi sarsıntı və iztirab keçirməsi də müəyyən olunmamışdır. Belə olan halda iddia tələbi mənəvi ziyan hissəsində də əsassız olduğundan təmin edilməməlidir.
33. İddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır.
34. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiacı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12723/2019 nömrəli iş üzrə XXXx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.