Məhkəmə qərarları › İş №2(102)-2158/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2158/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2158/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X1rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət rüsumunun az ödənilməsi, kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması əsasları ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X1rşı “sağlamlığa vurulmuş maddi ziyan ın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1265/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 14 may 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X1rşı (bundan sonra cavabdehlər) “sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının sağlamlığına vurulmuş zərərə görə və sağlamlığının bərpası üçün tələb olunan 40.000 manat maddi, mənəvi ziya na görə isə 10.000 manat məbləğində pul vəsaitinin, iddianın verilməsinə görə ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-333/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən iddiaçıya vurulmuş maddi zərərə görə 17.000, mənəvi zərərə görə 3.000 manat olmaqla, cəmi 20.000 manat məbləğində pul vəsaiti və 150 manat ödənilmiş dövlət rüsumunun əvəzinin müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnаmədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Fərmayıl oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1265/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnаmədən Cavabdeh2 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini n ləğv edilməsi, iddianın rədd edilməsi haqqında və ya bu mümkün deyilsə, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətind ə aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş ə sasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

8. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə.

10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

11. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh2 (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayə ti daxil olduqda yuxarıda qeyd olunan prosessual normalara əməl etməklə kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, həmçinin müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunub-olunmamasını yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

14. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğu n şəkildə ödənilməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödənilmişdir. 15. “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir.

16. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş “sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbi ilə bağlı iddianı n ümumi qiyməti 50.000 manat təşkil edir. Cavabdeh2 apellyasiya şikayəti vermək üçün 120 manat dövlət rüsumu ödəmiş, lakin, kassasiya şikayəti vermək üçün də 120 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 75 manat məbləğində dövlət rüsum ödəmişdir.

17. Bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini bu əsasla geri qaytarmalı idi.

18. Beləliklə, Cavabdeh2 tərəfindən kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu qanunvericiliyin tələblərinə düzgün riayət edilmədən ödənildiyindən, kassasiya şikayəti icraata qəbul edilə bilməz.

19. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, Cavabdeh2 (Vəkil4) tərəfindən kassasiya şikayətinin tərtib edilməsi zamanı Mülki P rosessual Məcəlləyə Əlavə 3-də nəzərdə tutulmuş formaya da tam əməl olunmamışdır. Belə ki, kassasiya şikayəti Ali Məhkəməyə deyil, Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, kassasiya şikayətinin 8 və 9-cu bəndlərində “kassasiya şikayəti” yerinə “apelyasiya şikayəti” yazılmış, ümumiyyətlə kassasiya şikayəti MPM-yə “kassasiya şikayəti”nə aid olan Əlavə 3-ə uyğun deyil, “apellyasiya şikayəti”nə aid olan Əlavə 2-yə uyğun tərtib edilmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

21. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasın da baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1265/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh2 kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar