Məhkəmə qərarları › İş №2(102)-2160/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2160/2019

29.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2160/2019 29.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli, 2(107)-2544/2018 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin ( hakim İ.Fəttahov) 09.08.2018-ci il tarixli, 2(046)-31/2018 nömrəli qətnaməsi ilə iddiаçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3686.17 ABŞ dolları əsas kredit borcu, 484.19 ABŞ dolları faiz borcu, 90.45 ABŞ dolları cərimə borcu, cəmi 4260.81 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına keçirilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pulun Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ ******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (ha kimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 14.11.2018-ci il tarixli, 2(107)-2544/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev tərəfindən verilmiş аpellyasiya şikayətinin rədd edilməsi və iş üzrə Göyçay Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(046)-31/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli, 2(107)-2544/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayda da 3795.84 ABŞ dolları əsas kredit borcu, 1390.23 ABŞ dolları faiz borcu, 690.45 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5876.52 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ləğv prosesində olan “xxxx” ASC və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat hesablanmışdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, işin halları tam araşdırı lmamış və bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də o, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli, 2(107)-2544/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məh kəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 448.1, 448.2, 462.1, 467, 470.1 və 472.2-ci maddələrinə və Аzərbаycаn Respublikаsının MPM-nın 119.1-ci mаddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçı ya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nə zərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında illik 27 faiz olmaqla 12 ay müddətinə 5500 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşdur. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 16.03.2018-ci il tarixli, 4313 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 30.09.2016-cı il tarixədək banka əsas borcu 3686.17 ABŞ dolları, faiz borcu 484.19 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın dəyəri 50 manatdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyində nəzə rdə tutulmuş xüsusatları mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərkən, əsas və faiz borcu ekspert rəyində göstərilmiş həddə təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş ü zrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli, 2(107)2544/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar