Məhkəmə qərarları › İş №2(102)-2160/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2160/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2160/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İsmayılova Rəna Əmirxan qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsindən irəli gələn mübahisə, öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-471/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən Cavabdeh 2019-cu ildə hissə-hissə ümumilikdə 5000 manat məbləğində borc verilmişdir.

2. Abşeron RPİ-nin Mehdiabad PB-nin xx.xx.2024-cü il tarixli məktubu ilə, İddiaçı 5500 və 600 manat pulun qaytarılmamasına görə Cavabdeh və oğlu Qurban barəsində etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizə bölmədə araşdırılarkən Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı hissə-hissə 5000 manat pul almış və ümumilikdə 6-7 min manat qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 6100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 83 mana t məbləğində pulun, həmçinin vəkil xidməti üçün ödənilmiş 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə qonşuluqda yaşayan Cavabdeh ondan borca 5500 manat pul almışlar. Beş il ərzində cavabdeh ona bu pulu geri qaytarmır. Dəfələrlə 6100 manat məbləğində borcun geri qaytarılmasını təklif etmiş, lakin cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı o, Abşeron PRİ-nin Mehdiabad PB-nə ərizəsi ilə müraciət etmiş, həmin şəxslərdən pulun tutularaq ona qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. X3 Bölməsinin 3-13-59- 2/2-4521/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, 2017-ci ildən iddiaçı onu öz toruna salıb, illərlə faiz verib, artıqlaması ilə faizi ilə birlikdə borcunu qaytarmışdır. O, özünü iddiaçıya borclu bilmir.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3935/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh 5000 manat və dövlət rüsumunun əvəzi kimi 70 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, 2019-cu ildə cavabdeh iddiaçıdan qaytarmaq şərtilə 5000 manat borc almışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. İddia nın bu məbləğdə əsaslı olması iş materialları ilə tamamilə təsdiq edilmişdir.

8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə 5000 manat borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, borcu qaytarması və iddiaçıya hazırda heç bir borcunun olmaması barədə cavabdehin dəlili iş materialları ilə təsdiq olunmamışdır. Cavabdeh bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

10. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilmə lidir.

11. İddiaçının cavabdehə 6100 manat məbləğində borc verməsi, habelə vəkil xidməti üçün 100 manat vəsait ödəməsi barədə isə iddiaçı tərəf məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 390.1, 385.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iki dəlilə istinad edərək (Abşeron RPİ-nin İŞ-nın xx.xx.2022-ci il tarixli qərarı, Abşeron RPİ-nin Mehdiabad PB-nin xx.xx.2024 -cü il tarixli məktubu) iddia tələbini qismən təmin etmiş, qismən təmin edərkən iddiaçının bu iki sübutuna istinad etmişdir. Belə ki, iddiaçı bunu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız cavabdehin polis orqanının məktubunda qeyd olunan izahatı (iş materiallarında olan sübut əhəmiyyəti olmayan) mövcuddur. İddiaçının izahatı və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, iddiaçı tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda, isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin qismən borclu olduğunu qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-471/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Afiq Hüseynzadə-sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Səyyad Qafari) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsi ilə yanaşı 337.5-ci maddəsinin tətbiq edilməli olduğuna dair nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə bir dəfəlik 3000 manat pul məbləğinin borca verilməsi iş materialları ilə təsdiq olunmamaqla, tərəflər də bu faktı istisna etmişlər. Belə ki, iddiaçı cavabdehə bir neçə dəfə ***-**** manat aralığında borc a pul verdiyini iddia etmişdir ki, bu hal da tərəflər arsında şifahi qaydada bağlanmış borc müqavilələri qanunvericiliyin tələbinə müvafiq olmuşdur. Həmçinin, cavabdeh də iddiaçıdan ümumiyyətlə 3000 manatdan artıq borca pul almadığını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsi ilə yanaşı 337.5-ci maddəsinin tətbiqi əsassız olmuşdur.

17. Lakin, məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin mübahisəyə ilk olaraq Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməsini nəzərə alaraq hesab etmişdir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsaslar olmamışdır.

18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd e tmişdir ki, cavabdeh iddiaçının polis orqanına müraciəti ilə əlaqədar yazdığı izahatında iddiaçıdan 5000 manat borc pul aldığını etiraf etməklə yanaşı, iş materiallarında olan mübahisəyə birinci instansiya məhkəməsində baxıldığı zaman Prezident Administrasiyasına ünvanladığı şikayət ərizəsində isə iddiaçıdan 3000 manat borc pul aldığını etiraf etmişdir. İddiaçı isə cavabdehin ona 5500 manat borclu olduğunu iddia etmişdir ki, cavabdehin polis orqanında verdiyi izahat iddiaçının iddiası ilə uyğunluq təşkil etmişdir. Cavabdeh isə borc məbləğini artıqlaması ilə geri qaytardığını iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

19. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, 5000 manat pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməli olması ilə bağlı birin ci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 424.1, 424.2, 329.2, 337.5, 385.1, 739.1,740.1, 740.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan Abşeron RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı 16000 manat pulun qaytarılmamasına görə X1 barəsində etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bu qərarın hazırkı mübahisə ə laqəsi yoxdur. Məhkəmənin istinad etdiyi dəlil başqa işin materiallarına aiddir. Tərəflər arasında mülki qanunvericiliklə müəyyən edilmiş formaya uyğun bağlanmış yazılı borc müqaviləsi olmadığı üçün iddiaçının iddia tələbində göstərdiyi, etibarsız əqd üzrə borc müqaviləsinin predmeti qismində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına əsaslar yoxdur. Məhkəmə iki dəlilə istinad edərək (Abşeron RPİ-nin İŞ-nın xx.xx.2022-ci il tarixli qərarı, Abşeron RPİ-nin Mehdiabad PB-nin xx.xx.2024-cü il tarixli məktubu) iddia tələbini qismən təmin etmiş, qismən təmin edərkən iddiaçının bu iki sübutuna istinad etmişdir. Belə ki, iddiaçı bunu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız cavabdehi n polis orqanının məktubunda qeyd olunan izahatı (iş materiallarında olan sübut əhəmiyyəti olmayan) mövcuddur. İddiaçının izahatı və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, iddiaçı tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin qismən borclu olduğunu qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir.

23. Kassator şikayətini Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli, 386.1, 739.2, 329.1, 3 37, 337.4, 340.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: (tərəflər arasında müqavilə münasibəti yaranan dövrdə qüvvədə olan redaksiyada)

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan bir i (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə 740.1.Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

28. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.

34. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan poz untulara yol verilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti yarandığı müəyyən edilmiş və mübahisəyə tətbiq edilməli olan hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.

36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə sübutetmə yükünü düzgün müəyyən etmişdir.

37. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəyə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edər kən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəyə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda aldığı borcun ümumi məbləğinin 5000 manat olduğu iş materiallarına əlavə edilmiş yazılı sübutla (Abşeron rayon Pİ-nə verdiyi yazılı izahat) təsdiq edildiyi və borcun qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən iddianın təmin edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur.

39. Kollegiya apellyasiya instansiyası məhk əməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat borc pulun hissə-hissə verildiyi işin mübahisəsiz halı olduğundan müqavilənin MM-nin 740.2-ci maddəsinə əsasən yazılı formada bağlanmasına zərurət olmamışdır. Buna görə də tərəflər arasında yazılı forma şərtinə riayət edilmədiyinə görə etibarlı borc müqaviləsi bağlanmadığına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-471/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar