Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2161/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)5978/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev və M.A.Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona iş yerində bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş xəsarətlərlə əlaqədar 200.000 manat pul vəsaitinin, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq, 50000 manat pulun tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3879/2018 saylı iş üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 maddi zərərə görə 1000 manat və mənəvi zərərə görə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 m anat, cəmi 2030 manat pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, səhhətinə vurulmuş ziyana görə 200.000 manat pulun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9229/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3879/2018 saylı iş üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1066/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-9229/18 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh2-yə qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5978/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin Cavabdeh2 tərəfindən dəymiş mənəvi ziyanın ödənilməməsi hissəsində ləğv edilməsi, mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin Cavabdeh2-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5978/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən kasasiya şikayət i vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5978/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə kasasiya şikayəti geri qaytarılmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini və s. əsas göstərməklə ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayətinin icraata qəbul olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabde hlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı İddiaçı tərəfindən poçt xəbərnaməsinə imza edilməklə xx.xx.2019-cu il tarixdə rəsmi şəkildə qəbul edilmiş, kasasiya şikayətini xx.xx.2019-cu il tarixdə (şikayət vermə müddətinin bitməsindən 1 ay, 11 gün sonra) məhkəməyə ünvanlanlanmış, kasasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verilmiş, buraxılmış müddətin bərpasına dair vəsatət də təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 408.1.4.-cü maddəsinə əsasən kasasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qayta rılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kasasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2161/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2161/2020
03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver