Məhkəmə qərarları › İş №2(102)-2161/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2161/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2161/2021 03.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin vəkil tərəfindən imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6128/2019 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 01.10.2020-ci ildə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır

2. Həmçinin iş materiallarından görünür ki, 19.03.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadını Cavabdeh 09.06.2020-ci il tarixdə qəbzə imza etməklə qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 noyabr 2016-cı il tarixli “Borcun etirafı müqaviləsi”nin ləğv olunması və həmin müqavilə üzrə 76.600 ABŞ dolları məbləğində borcun, 47.236,60 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, pulun qaytarıldığı gün üçün 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun, mənəvi zərərə görə 10.000 manat məbləğində pulun, məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və cavabdehdən tutulacaq pulun onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 5 a nömrəli evin, 56 nömrəli mənzilinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X Cavabdeh qarşı “borcun etirafı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 04 noyabr 2016cı il tarixli borcun etirafı müqaviləsi üzrə 68600 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı X xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı ilə borcun etirafı müqaviləsini bağlamış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də qeyd edilən müqavilə ləğv olunmalı, Cavabdeh öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcun etirafı müqaviləsi üzrə aldığı pul vəsaitindən, yəni məhkəmə araşdırması zamanı müəyyən olunmuş 8.000 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmaqla qalan 68.600 (76.6008.000=68600) ABŞ dolları məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir.

6. Məhkəmə iddia ərizəsinin əldən çıxmış fayda olan 47.2 36 ABŞ dolları məbləğində pul tələbinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçı şəxsin hesabladığı əldən çıxmış fayda məbləği bütünlükdə cavabdehin ona borclu olduğu məbləğ əsasında hesablanmışdır. Halbuki, həmin məbləğin tərəflər arasında imzalanmış borcun etirafı müqaviləsində 20.01.2020-ci il tarixədək qaytarılması razılaşdırılmışdır. Qeyd edilən müqavilənin qabaqcadan ləğv edilməsi ilə bağlı iddiaçı şəxsin tələbinin təmin edilməsi, eyni zamanda əldən çıxmış fayda məbləğinin hansı qaydada hesablanması tam aydın olmadığından məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi əsassız olduğundan və heç bir hüquqi əsasa söykənmədiyindən təmin edilməməlidir.

7. Məhkəmə iddia tələbinin borcun etirafı müqaviləsi üzrə illik 5% olmaqla gecikdirməyə görə hesablanmış pul məbləği hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir.

8. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsin in vaxtıı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

9. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

10. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvv ədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

11. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin era edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bi lər.

12. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya era müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən mi qdarda faizlər hesablanır.

13. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddia tələbi üzrə iddiaçı şəxsin cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış pul vəsaitinin ödənilməsini tələb etmək hüququ yoxdur. Belə ki, həmin müqavilə üzrə müddət bitmədiyindən və iddiaçı şəxsin özünün iddia tələbinin bir hissəsi olmaqla həmin müqavilənin ləğv edilməsini tələb etməsi qeyd edilən iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Bu baxımdan iddiaçı şəxsin cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış pul vəsaitinin ödənilməsini tələb etməsi əsassızdır və təmin edilməməlidir.

14. Məhkəmə iddia tələbi üzrə iddiaçının iddia tələbinin 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi ” hissəsinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

16. İddia tələbi üzrə iddiaçının mənəvi sarsıntı keçirməsi, mənəvi sarsıntıya məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübu t etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. 17. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

18. Məhkəmə iddia tələbinin tutulacaq borc məbləğinin əmlaka yönəldilməsi hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 5a nömrəli evin, 56 nömrəli mənzilinin Cavabdeh məxsus olması müəyyən edilmişdir. İddiaçı tərəfin ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2(005)-1558/2017 nömrəli qərardadı ilə həmin mənzil üzərinə həbs qoyulmuşdur. Sonrakı araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən mənzil 26.12.2014-cü il tarixli 100850- 045/14/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən “xxxx” ASC-də ipoteka ilə. üklü edilmişdir. İddiaçı tərəfin ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2(005)-1558/2017 nömrəli qərardadı ilə həmin mənzil üzərinə qoyulmuş həbs götürülmüşdür. Bu baxımdan, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış borcun etirafı müqaviləsi heç bir əmlak öhdəliyi ilə imzalanmadığından, eyni zamanda cavabdeh şəxsin adına olan müvafiq mənzil artıq ipoteka predmeti olduğundan ddia t ələbinin həmin hissəsi təmin edilməməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 385.1, 390.1, 390.5, 421.1, 427.3, 442, 445.2, 448.1, 739.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6128/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ( hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədova və E.Şamayev) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı 28 fevral 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyasiy a instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın Cavabdeh X qarşısında 76.600 ABŞ dolları məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı 04 noyabr 2016-cı il tarixdə müqavilənin bağlandığı, Cavabdeh sözügedən borcdan iddia ərizəsi veriləndək 8000 ABŞ dolları məbləğində ödəniş etməklə həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, tərəflər arasındakı “borcun etirafı” müqaviləsinin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə tərəflər a rasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı Cavabdehlər X və X qarşı “04.11.2016-cı il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

23. Kollegiya apellyatorun “müqavilə müddəti bitmədən borcun tələb edilməsinin yolverilməz olması” arqumenti ilə bağlı qeyd edir ki, cavabdehlə iddiaçı arasında bağlanmış borc müqaviləsinə görə, müqavilə üzrə borcalanın bütün ödənişləri annuitetdir; bu o deməkdir ki, kredit müqaviləsi 20.01.2020-ci il tarixədək bağlansa da, müqav ilədə borcun müddətinin sonunda deyil, məhz aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur və əsas kredit borcunun müqavilə müddətinin sonunda qaytarılmalı olması arqumenti əsaslı deyildir. Kolleqiya qeyd edir ki, borc məhz bərabər aylıq ödənişlər əsasında qaytarılmalı idi; borcalan tərəfindən isə müqavilənin bu şərti pozulmuş;' beləliklə də iddiaçının öhdəlikləri vaxtından əvvəl tələb etmə hüququ yaranmışdır.

24. Cavabdehin apellyasiya şikaytərində irəli sürdüyü iddiaçının pretenziya qaydalarına əməl etməməsi arqumenti iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan 01 dekabr 2016-cı il tarixli pretenziya məktubunun məzmunumdan görünür ki, Cavabdeh onun X 25 noyabr 2016-cı il tarixə oİan 2016 ABŞ dolları məbləğində borcunun 10 iş günü ərzində qaytarılması ilə bağlı məlumatlandırılmışdır.

25. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(103)-6128/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

27. Həmin qərardaddan 12.06.2020-ci il tarixdə verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadı ilə vəkil tərəfindən imzalanmadığı üçün geri qaytarılmışdır.

28. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(103)6128/2019 nömrəli qərardadından 27.08.2020-ci il tarixdə yenidən kassasiya şikayəti vermişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyi üçün geri qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərardadından narazı qalan Cavabdeh 3-cü dəfə 01.10.2020-ci il tarixdə kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Ali Məhkəmənin 02 noyabr 2020-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməməsi qərara alınmış və kassasiya şikayəti geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır.

33. Bun dan başqa kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməmiş və həmçinin müddətin bərpasına dair ərizə verilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6128/2019 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)6128/2019 saylı, 19 mart 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

35. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, həmçinin 19.03.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadını Cavabdeh 09.06.2020ci il tarixdə qəbzə imza etməklə qəbul etmiş, kassasiya şikayətini 01.10.2020-ci il tarixdə qanunla müəyyən edilmiş müddətdə ötürülməklə və kassasiya şikayətinə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə əlavə edilməyərək rabitə orqanına vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassa siya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etdi.

40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

41. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

42. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələn ə bilsin (maddə 418.3).

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

45. İllərlə hesablanan müdd ət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.(maddə 129.1)

46. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (maddə 130.1)

47. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. (maddə 130.3)

48. Apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. (maddə 405.0.2)

49. Kassasiy a şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. (maddə 407.3)

50. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır (maddə 408.1.4)

51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəf indən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 5

6. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6128/2019 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar