Məhkəmə qərarları › İş №2(102)-2161/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2161/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2161/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi, sübutetmə) 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi) Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-428/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyun 2023-cü il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, kredit müqaviləsi üzrə 44.509,60 manat əsas, 13.273,67 manat faiz, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış 2060,78 manat və dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi kimi 30 manat, cəmi 59.874,05 manat borcun tutulması, tutmanın ipoteka predmenti olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 335000 manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra boşaldılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)-534/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təm in edilərək, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilmiş, həmin hissədə ipoteka predmetinin ilkin satış qiyməti 360.000 manat müəyyən edilmiş qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı ASC tərəfindən təqdim edilmiş 27 may 2022-ci il tarixli arayışa əsasən, borcalan X2 7,75 faiz uçot dərəcəsi ilə bir il üçün 3449,50 manat olmaqla qətnamə qəbul edildiyi gündən borc ödənildiyi 06 may 2022-ci il tarixə 13.798 manat (4x3449,50) borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı Tovuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 13798 manat və ödənilmiş 132 manat dövlət rüsumunun alınaraq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bankın cavabdehlərə qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə 17 iyul 2018-ci il tarixli qətnamə qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Həmin qətnamə üzrə cavabdeh üzərinə qoyulmuş öhdəlikləri vaxtında icra etməmiş və ödəmədə gecikmələr yaranmışdır. Belə olan halda qətnamə qanuni qüvvəyə mindiyi tarixdən borcun ödənildiyi xx.xx.2022-ci il tarixədək 4 il ərzində cavabdehin borcu 13798 manat (4x3449,50) təşkil edir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

7. Tovuz Rayon Məhkəməsinin (bundan sonra - birinci inst ansiya məhkəməsi) 2(062)1864/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.N.Əliyev) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri pul öhdəliyinin icra edilməməsi üçün yarana bilən məsuliyyətlə bağlıdır.

9. Məhkəmə hesab etmişdir ki, borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qətnaməsi çıxarılması kreditorla borcalanın arasında müqavilə münasibətlərinin xitam verilməsinə səbəb olmur və bu münasibətlər davam edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir. Lakin iddiaçı baxılan işdə cavabdehin bu cür faydalandığını sübut etməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respub likası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 448.1, 449.1, 449.2, 449.3, 449.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1, 76.1, 76.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi işə əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, həmin sübutları qərəzli tətbiq edərək hüquq normalarına uyğun qiymətləndirməmişdir. Eləcə də məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu halda təyin etməmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-428/2023 nömrəli mülki iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

15. Kollegiya qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuş öhdəliklər vaxtında icra edilməməsi nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulan əsaslarla cavabdehin ASC-yə dörd il müddətində 13.798,50 manat borcunun yaranmasını iddia etsə də, lakin kreditor baxılan işdə cavabdehin bu cür faydalandığı barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə işdən müəyyən olunur ki, ASC ilə cavabdeh arasında bağlanmış 17 may 2013-cü il tarixli kredit müqaviləsi təminatlı olmuş və kreditin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 724, ev 7-də yerləşən 4 nömrəli mənzil kreditorun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi bankın X6 müavini Samir İsmayılovun Notariat ofisinə ünvanladığı 29 aprel 2022-ci il tarixli məktubdan isə müəyyən olunur ki, ASC ilə cavabdeh arasında bağlanmış 17 may 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi X1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 724, ev 7-də yerləşən 4 nömrəli mənzil girovda qalmaq şərtilə dövlət reyestrindən arayış (Forma 1) alınmasına, Bakı şəhərinin xüsusi notariusu tərəfindən alqısatqının aparılmasına, eyni zamanda 54.875 manat məbləğində hissəsinin banka olan borcunun ödənilməsi məqsədilə X3 verilməsinə və mülkiyyətçinin dəyişdirilməsinə eti raz olunmamışdır. Eləcə də təqdim olunmuş pul köçürülməsinə dair 06 may 2022-ci il tarixli 100 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən 54.875 manat ASC-nin hesabına ödənilmişdir. Bundan əvvəl də qeyd olunduğu kimi 17 may 2013-cü il tarixli kredit müqaviləsi təminatlı olmuş və cavabdeh həmin müqavilə üzrə 54.870 manat kredit borcu da ipoteka predmetinin 2022-ci ilin may ayında satışından əldə olunmuş vəsait hesabına ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, sonuncunun hərəkətləri qətnamə çıxarıldıqdan icra olunduğu günədək pul vəsaitini qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirməklə kreditorun pul vəsaitindən faydalanmasını özlüyündə istisna edir.

16. Kollegiya ona görə də hesab etmişdir ki, iddianın təmin olunmaması barədə b irinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

17. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 448.1, 449.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyu l 2009-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün təfsir etməmiş, həmçinin işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, iş materiallarında o lan sənədləri tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Qeyd edilmişdir ki, qanuni qüvvəsini almış 2(006)-208/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməyə əsasən cavabdehdən əsas borc üzrə 44509.60 manat məbləğinin tutulması qeyd olunmuşdur. Lakin cavabdeh həmin qətnamə üzrə icra vərəqəsini qanunvericiliyə əsasən 1 ay ərzində icra etməli olduğu halda, həmin icra vərəqəsini 4 il ərzində icra etməyərək, iddiaçıya ödəniləcək 44509.60 manat məbləğini qanunsuz saxlamaqla və yaxud qaytarmaqdan boyun qaçırmaqla sonuncunu gəlirdən, artımdan bəhərin və sair maddi xeyrin əmələ gəlməsindən məhrum etmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş hesabdan çıxarışda cavabdehin qeyd olunan məbləği 4 il sonra ödədiyi görsəndiyi halda, məhkəmələr iş materiallarında mübahisə ilə bağlı kifayət qədər sübut olmadığını qənaətinə gələrək həmin maddi sübutu tam, hərtərəfli araşdırmayaraq iddiaçının məhkəmədə baxılan işdə cavabdehin həmin vəsaiti qanunsuz saxlamaq və yaxud qaytarmaqdan boyun qaçırıldığı kimi faydalandığını sübut etmədiyini göstərmişdir. Bununla da məhkəmə maddi normaları düzgün təfsir etməyərək qanun pozuntusuna yol vermişdir.

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə`və ya başqa şəxsin hesabına p ul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarı 24. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya to planması nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.3. və 449.4. maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1. maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. MPM

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İddia ərizəsindən göründüyü xx.xx.2018-ci il tarixli qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan xx.xx.2022-ci il tarixədək cavabdehin borclarına görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə, yəni bank uçot dərəcəsinə görə 775% olmaqla əlavə faizləri tələb edir.

38. Bu iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin normaya görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

39. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsi ni Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

40. Mülki Məcəllənin istinad olunan bu normaları, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini d igər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) isti fadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

41. Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

42. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, işə baxmış məhkəmələr də bu cür faktik əsasların iddiaçı tərəfindən sübut olunmadığına istinadən iddianı rədd etmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğundur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-428/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar