Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2162/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh N6 nümayəndəsi Nümayəndə, vəkili X1, İddiаçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Cavabdeh N6 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)3/2018 mömrəli iş üzrə 13 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Qax rayon məhkəməsinin (hak im Atabəy Kiçibəyov) 08 aprel 2016-cı il tаrixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə iddiаçı İddiaçı arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli *********** №-li kredit limiti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiаçının xeyrinə 87927 manat kredit borcu, 7107,69 manat kreditdən istifadəyə görə faiz borcu, 50 manat penya olmaqla, cəmi 95084,69 manat borc, həmçinin 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Qax şəhəri ***************** küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 128,61 kvadrat metr yaşayış sahəsi, 160,95 kvadrat metr köməkçi sahədən ibarət, 16 №-li fərdi yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiаçıyа olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, penya və dövlət rüsumunun ödənilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra evin ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İnşallah Quliyev - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ələddin Məcidov) 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Qаx rаyоn məhkəməsinin 08 аprel 2016-cı il tаrixli qətnaməsi cavabdeh N6na münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayəti isə təmin edilmədən sаxlаnımışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə iddiаçı arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli *********** №-li kredit limiti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiаçının xeyrinə 87927 manat kredit borcu, 7107,69 manat kreditdən istifadəyə görə faiz borc u, 485,85 manat penya olmaqla, cəmi 95520,54 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan, Qax şəhəri ***************** küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 128,61 kvadrat metr yaşayış sahəsi, 160,95 kvadrat metr köməkçi sahədən ibarət, 16 №-li fərdi yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiаçıyа olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra onun ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsаslаndırılmışdır ki, 04 dekabr 2014-cü il tarixli *********** saylı kredit müqaviləsinə əsas ən iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 89240 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli ***************** və 04 dekabr 2014-cü il tarixli *********** saylı zaminlik müqavilələrinə əsasən H6 və Cavabdeh3, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 04 dekabr 2014-cü il tarixli *********** saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus Qax şəhəri, ***************** küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 128,61 kvadrat metr yaşayış sahəsi 160,95 kvadrat metr köməkçi sahədən ib arət, 16 nömrəli fərdi yaşayış evi X2 razılıq ərizəsi əsasında 04 dekabr 2014-cü il tarixli *********** saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. 04 dekabr 2014-cü il tarixli *********** saylı kredit limiti müqaviləsinə əsasən 02 noyabr 2015-ci il tarixli Əlavə 1№ bağlanmaqla Cavabdeh1 iddiaçı-kreditora olan borcunun konvertasiyası həyata keçirilmişdir. Belə ki, Əlavənin 1-ci maddəsində qeyd edilən krediti limiti çərçivəsində 09 dekabr 2014-cü il tarixində verilmiş 89240 ABŞ dolları məbləğində kreditin 02 noyabr 2014-cü il tarixinə əsas borcun qalığını, əlavənin imzalandığı günə olan kurs ilə konvertasiya olunaraq kredit borcu 87927 manat müəyyən edilmişdir. Həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 02 noyabr 2015-ci il tarixli ərizələri ilə razılıqlarını bildirərək, əlavədə qeyd olunmuş öhdəliklər icra olunmadığı, yaxud lazımi qaydada icra olunmadığı təqdirdə, 04 dekabr 2010-cu il tarixli ***************** saylı və 04 dekabr 2010-cu il tarixli *********** saylı Zaminlik müqavilələri ilə məsuliyyət daşıdıqlarınmı qəbul etmişlər. Cavabdeh1 iddiaçıya 07.03.2016-cı il tarixə 87927 manat borcu, 7107,69 manat faiz borcu, 485,85 manat penya olmaqla, cəmi 95520,57 manat məbləğində borcu qalmaqdadır. Bank tərəfindən cavabdehə yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətində öh dəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh N6 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Tərəflərin izahatları: Cavabdeh N6 nü mayəndəsi Nümayəndə və vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiаçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında i ştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli *********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 89240 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər H6 və Cavabdeh3 arasında bağlanmış 04 dekabr 2014-cü il ta rixli ***************** və 04 dekabr 2014-cü il tarixli *********** saylı zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən cavabdehlər H6 və Cavabdeh3, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyət öz üzərlərinə götürmüş və müqaviləyə imza etmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 dekabr 2014cü il tarixli *********** saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Qax şəhəri, ***************** küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 128,61 kvadrat metr yaşayış sahəsi, 160,95 kvadrat metr köməkçi sahədən ibarət, 16 nömrəli fərdi yaşayış evi X2 razılıq ərizəsi əsasında 04 dekabr 2014-cü il tarixli *********** saylı kredit limiti müqaviləsi üzrə öhdəliklər in təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 həyat yoldaş G8 ərizəsindən görünür ki, o, Cavabdeh1 məxsus Qax şəhəri, ***************** küçəsində mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 128.61 kvadrat metr yaşayış sahəsi. 160.95 kvadrat metr köməkçi sahədən ibarət, 16 nömrəli fərdi yaşayış evini X2 razılıq ərizəsi əsasında 04 dekabr 2014-cü il tarixli *********** saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsinə etiraz etmədiyini bildirmiş və gələcəkdə Cavabdeh1 öhdəliyini icra etmədiyi təqdirdə Bankın tələbinə əsasən əmlakı könüllü boşaltacağını öhdəsinə götürmüşdür. 04 dekabr 2014-cü il tarixli *********** saylı kredit limiti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən 02 noyabr 2015-ci il tar ixli Əlavə 1 № bağlanmaqla Cavabdeh1 iddiaçı-kreditora olan borcunun konvertasiyası həyata keçirilmiş və kredit limiti çərçivəsində 09 dekabr 2014-cü il tarixində verilmiş 89240 ABŞ dolları məbləğində kreditin 02 noyabr 2014-cü il tarixinə əsas borcun qalığını, əlavənin imzalandığı günə olan kurs ilə konvertasiya olunaraq cavabdehin iddiaçıya olan kredit borcu 87927 manat müəyyən edilmişdir. 02 noyabr 2015-ci il tarixli 04 dekabr 2014-cü il tarixli *********** saylı sonrakı ipoteka müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 kredit limiti çərçivəsində 09 dekabr 2014-cü il tarixində verilmiş 89240 ABŞ dolları məbləğində kreditin 02 noyabr 2014-cü il tarixinə əsas borcun qalığını, əlavənin imzalandığı günə olan kurs ilə konvertasiya olunaraq cavabdehin iddiaçıya olan kredit borcu 879 27 manat müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıya təqdim etdikləri razılıq ərizələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 02 noyabr 2015-ci il tarixli ərizələri ilə razılıqlarını bildirərəkəlavədə qeyd olnumuş öhdəliklər icra olunmadığı, yaxud lazımi qaydada icra olunmadığı təqdirdə, 04 dekabr 2010-cu il tarixli ***************** saylı və 04 dekabr 2010-cu il tarixli *********** saylı Zaminlik müqavilələri ilə məsuliyyət daşıdıqlarınmı qəbul etmişlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 07 mart 2016-cı il tarixə 87927 manat borcu, 7107,69 manat faiz borcu, 485,85 manat penya olmaqla, cəmi 95520,57 manat məbləğində borcu qalmışdır. 09 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 07 mart 2016-c ı il tarixə 87927 manat borcu, 7107,69 manat faiz borcu, 485,85 manat penya olmaqla, cəmi 95520,57 manat məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq iddia tələbini qismən təmin etmiş, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli *********** saylı kredit limiti müqaviləsi ləğv edilməsi, cavabdehdən iddiaçı bankın xeyrinə 87927 manat kredit borcu, 7107,69 manat kreditdən istifadəyə görə faiz borcu, 50 manat penya olmaqla, cəmi 95084,69 manat borc, həmçinin 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Qax şəhəri, ***************** küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 128,61 kvadrat metr yaşayış sahəsi, 160,95 kvadrat metr köməkçi sahədən ibarət, 16 nömrəli fə rdi yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı-nə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, penya və dövlət rüsumu ödənilməli, Cavabdeh1 məxsus fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra onun ən geci 1 ay ərzində boşaldılmalıdır. Birinci instаnsiyа məhkəməsi dəbbə pulunun аzаldılmаsı ilə bаğlı dа qeyd etmişdir ki, müqаvilənin yuxаrıdа göstərilən şərtinə və Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 462.1ci mаddəsinin tələbinə görə, iddiаçı tərəfindən bоrcаlаnа krediti ödəmədiyi üçün 485,85 manat məbləğdə cərimə hesаblаnmışdır. Lakin məhkəmə borcluya 485,85 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467ci maddəsinin tələbinə görə, məhkəmə işin hal larını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Оnа görə də məhkəmə hesab etmişdir ki, borcludan 50 manat miqdarda dəbbə pulu alınması kifаyətdir. Qətnamədən narazı qalaraq apellyasiya şikayəti verən Cavabdeh1 faiz və cərimə borcunun azaldılmasını xahiş etmişdir. Digər cavabdehlər və iddiaçı bank qətnaməni mübahisləndirməmişlər. Аpellyаsiyа şikаyətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cаvаbdeh faiz və cərimə borcunun şişirdilməsi bаğlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, şişirdilmənin nədən ibаrət оlmаsını əsаslаndırmаmışdır. Həmçinin birinci instansiya məhkəməsi bankın tələb etdiyi 485,85 manat cərimə pulun azaldaraq 50 manat müəyyən etmişdir. Cavabdeh 50 manat cərimə pulunun şişirdilməsini ümumiyyətlə əsaslandırmamış, formal mülahizələrlə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad e tdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Ca vabdeh N6 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-3/2018 mömrəli iş üzrə 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2162/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2162/2019
08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver