Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2162/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın tətbiqi ilə bağlı) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanaması Fondunun Cavabdeh qarşı “kr edit borcun ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6838/2020 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən Cavabdeh 22352 manat məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 18 ay, illik faiz 18% müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kreditin qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 07.01.2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikl əri vaxtında yerinə yetirməmiş, beləliklə də müqavilənin şərtləri pozulduğundan hazırkı mübahisə başlanmışdr. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanaması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17997 manat əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 4792 manat faiz borcunun, cəmi isə 22789 manat Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: 07.01.2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən Cavabdeh 22352 manat məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 18 ay, illik faizi isə 18% müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kreditin qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 07.01.2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Hal-hazırda Cavabdeh banka olan əsas borcu 17997 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 4792 manat, cəmi isə 22789 manat təşkil edir. Ləğv prosesində olan “xxxx” ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2( 005)7722/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.Əmirxanova) iddia təmin edilmiş, Cavabdeh 07.01,2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsinə əsasən 17997 manat əsas borc, 4792 manat faiz borcu olmaqla, cəmi 22789 (iyirmi iki min yeddi yüz səksən doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmuşdur.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 739-cu maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev ) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh LPO “xxxx” ASC-nin xe yrinə tutulmalı olan əsas borc məbləğinin 17.317,67 manat, faiz borcu isə 2.139,72 manat müəyyən edilməsi, məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri olan 170 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi tələbin qanuni əsası kimi maddi hüquq normalarının tətbiqi ilə bağlı 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qətnaməni borcun məbləği hissəsində dəyişmişdir.
8. Eyni zamanda məhkəmənin mövqeyi belə olmuşdur ki, məhkəməyə təqdim edilən kompensasiya vərəqəsi lazımi qaydada təsdiqlənməmiş, mübahisəli borc Fərmanın təsir dairəsinə düşdüyü halda qətnamənin icrası mərhələsində həmin hala qiymət verilə bilər. Kassasiya insiyasiyasında İ icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 10 iyun 2020-ci il tarixli 2(102)2644/20 saylı qərarı ilə (sədrlik edən hakimlər Z.Əliyev, G.Quliyev və İ.Xələfov) İddiaçı kassasiya şikayəti təmin olunmamış, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli, 2(103)-1692/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir.
10. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanını düzgün tətbiq etməmiş, təqdim edil ən sübutların mötəbərliliyini yoxlamadan cavabdehə əlavə borc məbləği hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsində İİ icraat
11. Bakı Apelyasiya Məhkəməsi MK-nın 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Məhərrəmova (sərlik edən və məruzəçi), Cavabdeh və R.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7722/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 07.01.2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsinə əsasən 15 892,67 (on beş min səkkiz yüz doxsan iki manat 67 qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq e kspertizanın dəyəri 150 manatın 80%-i, yəni 120 (yüz iyirmiı) manatı Cavabdeh, qalan 20 %-i, yəni 30 (otuz) manatı isə iddiaçı LPO “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq yeni qərar qəbul edilməklə əsas və faiz borcunun tutulmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır: qətnamə əsas və faiz borcunu n azaldılması hissəsində qanunsuz və əsassız olduğundan iddianın tam təmin olunması barədə qərar qəbul edilməlidir.
15. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı bank kredit verilərkən onu aldadaraq kreditin xarici valyuta ilə verilməsi barədə rəsmiləşmə aparmış, buna etirazını bildirməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Yalnız 07.01.2016-ci il tarixdə onunla yeni müqavilə bağlamaqla güya ona kömək etmişlər. Amma heç bir köməklik olmamışdır. Faktiki olaraq ABŞ dollarında olan krediti manatla əvəzləşdirmişlər. 2016-ci ilin iyun ayında pul ödəmək üçün banka getdikdə bankın bağlanmasını aşkar etmişdir. Ödənişləri ondan qəbul etmədilər. Bundan sonra iddiaçıya da ödəniş etmək istədikdə ondan ödənişi qəbul etmədilər. İddiaçı bilərəkdən ondan ödənişləri qəbul etməyərək cəriməni şişirtmişdir. 14 noyabr 2016-ci il tarixli xəbərdarlıq məktubunda cərimə 1.880 manat göstərilsə də, 06 dekabr 2016-ci il tarixli xəbərdalıq məktubundan cərimə şişirdilərək 2.146 manat göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili X3 məhkəmə iclasında izahat verərək, kassasia şikayətinin təmin olunması, cavabdehin kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazı mi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Mülki qan unvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin.
25. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 0 00 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin.
26. Fərmanın 5.2. bəndi. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
27. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.
28. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.
29. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
36. Məhkəmə müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında 07.01.2016-cı il tarixdə bağlanmış KM 03 saylı kredit müqaviləsinə əsasən bank borcalana 18 ay müddətinə, illik 18% ödəmək şərti ilə 22352 manat məbləğində kredit verməyi, borcalan krediti və onun faizlərini kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götür müşdür. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş və ona görə məhkəmə haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan əsas borcun məbləğini düzgün hesablamamış, həmçinin cavabdehdən faiz borcunun tutulmalı olması nəticəsinə əsassız olaraq gəlmişdir.
38. Belə ki, iş materiallarında olan, problemli kreditlərin kompensasiyasına dair 30.03.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə 01.03.2019-cu il tarixinə 17.996,09 manat əsas kredit borcundan 1.425 manat azaldılmaqla 16.571,09 manat qalıq borc məbləği müəyyən edilmişdir.
39. Məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 30 oktyabr 2019-cu il tarixli 25547 saylı ekspert rəyinə əsasən, Cavabdeh “xxxx” ASC-yə 07.07.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) olan əsas borcu 17317,67 manat, faiz borcu isə 2139,72 manat müəyyən edilmişdir.
40. Kredit müqaviləsi bağlanarkən cavabdehin aldadılaraq onunla xarici valyuta ilə müqavilə bağlanması barədə etirazlar keçərli deyil. Tərəflər sərbəst iradə ifadəsi göstərərək müqavilə bağlamış və onun əsas şərtləri barədə razılığa gəlmişlər. Ona görə cavabdehin kassasiya şikayəti təmin olunmamalıdır.
41. İddiaçının faiz borcu tələbinin əsassız olaraq rədd edilməsi barədə etirazları ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisəli borc Fərmanın təsir dairəsinə düşdüyünə görə cavabdehə faiz borcu hesablana bilməz və buna görə də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri dairəsinə düşməsi işin mübahisəsiz halıdır. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.
42. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək-borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu.
43. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlə rlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır.
44. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Yəni dövlət, borclunun buna razılığının olub-olmamasından asılı olmayaraq borcun bir hissəsini qarşılamağı öz üzərinə götürmüş və icra etmişdir. Ona görə cavabdehdən əlavə olaraq borcun gecikdirilməsinə görə əlavə faiz tutulması əsassızdır. Çünki, cavabdehin borcu gecikdirildiyi üçün problemli kredit kimi Fərmanın təsiri altına düşmüşdür. 45.Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. 46.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fond unun və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6838/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi onlara aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.