Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2162/2023 20.04.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-254/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(021)-310/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ümumilikdə 18000 manat pulun tutulması barədə iddiası təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-254/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə təmin e dilməmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-254/2023 nömrəli 11 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv, işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh kassasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlilləri baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2236 manat hissədə mübahisələndirilir. Cavabdeh kassasiya şikayətində 15764 manat hissədə qətnamənin ləğvi və dəyişdirilməsi ilə bağlı hər hansı dəlil irəli sürmür. Həmçinin cavabdehin biri nci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində də mübahisələndirdiyi hissə ondan əlavə olaraq 2236 manat pulun tutulması ilə bağlı olmuşdur. Bu baxımdan iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edil diyi kimi, iddia tələbi 18000 manat həddində olmuş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Cavabdeh kassasiya şikayətində bu məbləğin 2236 manat hissəsini mübahisələndirmişdir. Belə olan halda cavabdehin hazırda kassasiya şikayətində mübahisələndirdiyi hissə 2236 manat olmaqla 5 min manat həddi keçmir. Buna görə də qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən mübahisələndirilən hissə ilə bağlı yuxarıda ş ərh edilən hallara diqqət yetirməməklə səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müdd əti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etmədən cavabdehin kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası qərara aldı: Cavabdeh (Vəkil) Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-254/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2162/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-2162/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver