Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2165/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi İddiaçı1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı2 Cavabdeh MMC-nə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)13284/2019 nömrəli qətnaməsindən Cavabdeh ASC və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona 100000 manat məbləğində vurduğu maddi zərərin və 10 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 1999-cu ildən yaşayır. 2018-ci ilin mart ayından bu günə kimi yaşadığı evinin zirzəmisini su basmış, evi qəzalı vəziyyətə düşmüşdür. İddiaçı yaşadığı evin qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığı 26 iyul 2018-ci il tarixli müraciəti əsasında mütəxəssislər tərəfindən yerində araşdırma aparılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Cavabdehin səhlənkar lığı üzündən evi bərbad vəziyyətə düşmüşdür. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş ziyanın əvəzi olaraq 20035 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov- sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Azad İmanov) 12 noyabr 2019-cu il tarixli 2(103)-13284/2019 saylı qətnaməsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1219/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış sübutlara düzgün hüquqi qiymət vermədən prosessual hüquq normalarını düzgün tətbiq etmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 9.1, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmənin iddianın qismən təmin edilməsinin əsası kimi ekspertin rəyinə yox, hər hansı bir özəl MMC-nin qiy mətləndirmə hesabatına istinad etməsi də hakimin qərəzli və bir tərəfli mövqeyini sübut edir. 14 may 2019-cu il tarixli ekspertizanın rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd olunmuşdur: ünvan 2 ünvandakı cavabdehə məxsus su xətti ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasında təqribən 200 metr məsafə olduğu, iddiaçıya məxsus fərdi yaşayış evində mövcud çatların, evdən aralıda yerləşən boru xəttinin birləşmələrindən evin zirzəmisinə suyun sızması və bununla əlaqədar evin bünövrəsinin qeyribərabər çökməsi nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Baxış keçirilən dövrdə mübahisəli ünvanda yerləşən cavabdehə məxsus su borusundan sızmalar aşkar olunmamışdır. Ekspertizanın rəyindən də göründüyü kimi həmin əraziyə çirkab sular daş karxanasına məxsus kanalizasiya borusu vasitəsi il ə axıdılır. Ziyanın "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulması sübuta yetirilmirsə, iş üzrə "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən qətnamədə qeyd olunan məbləğin tutulması qanunsuzdur. "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin və X1 nümayəndələrinin iştirakı ilə ekspert tərəfindən əraziyə baxış keçirilən zaman X2 məxsus fərdi yaşayış evi ilə "Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinə məxsus polietilen boru xətti arasında orada yaşayan vətəndaşların evlərinin olması müəyyən olunmuşdur. "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin təqsirli və hüquqa zidd əməlləri nəticəsində ziyan dəyməmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə istinad etsə də, iş üzrə "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin təqsirli və hüquqa zidd əməlləri sübuta yetirilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR 24.06.2 020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdirlər. Növbəti məhkəmə iclasında isə onlar iştirak etməmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı1 və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə ba xılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. 2018-ci ilin mart ayından başlayaraq evin zirzəmisinə su yığılmış və bunun nəticəsində ev qəzalı vəziyyətə düşmüşdür. İddiaçının 26.07.2018-ci il tarixli müraciəti əsasında mübahisəli əraziyə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və bu barədə müv afiq akt tərtib edilmişdir. Baxış nəticəsində müəyyən edilmişdir ki, binadan təxminən 25 metr aralıda, relyef səviyyəsinə görə binadan yuxarıda yerləşən 200 mm diametrli polietilen su borusuna sakinlərin istifadəsi üçün kiçik diametrli borular birləşdirilmişdir. Bu birləşmələrdən sızmalar nəticəsində ətrafda yerləşən binaların zirzəmilərinə su toplanır. Suraxanı rayon Sukanal idarəsinin təqdim etdiyi sxemə əsasən qeyd edilən 200 mm diametrli su borusu fəaliyyəti dayandırılmış 51 saylı su-nasos stansiyasından 69 saylı fəaliyyəti dayandırılmış su anbarına gedən borudur. Lakin, həmin boruya nasosxana istiqamətdən su sızması davam edir. Həmin su sızmalar nəticəsində binanın zirzəmisinə su yığılmış və yükdaşıyan divarlarda müxtəlif istiqamətli 2-4 mm olan çatlar yaranmışdır. Çatların yaranmasın a səbəb su sızması nəticəsində bünövrələrin qeyri-bərabər çökməsidir. Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin 31-ci PB-nin 07.07.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət olunması ərizəçiyə tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 1xxx-cu il tarixli rəyi ilə ünvan 1 ünvandakı cavabdehə məxsus su xətti ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasında təqribən 200 metr məsafə olduğu, iddiaçıya məxsus fərdi yaşayış evində mövcud çatların, evdən aralıda yerləşən boru xətlərinin birləşmələrindən evin zirzəmisinə suyun sızması və bununla əlaqədar yaşayış evinin bünövrəsinin qeyri-bərabər çökməsi nəticəsində əmələ gələ bilməsi müəyyən e dilmişdir. Baxış keçirilən dövrdə mübahisəli ünvanda yerləşən cavabdehə məxsus su borusundan sızmalar aşkar olunmamışdır. Rəydə, həmçinin qeyd edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yükdaşıyıcı konstruksiyaları üzərində, baxış keçirilən dövrdə, mövcud zədələrin (çatların və s.) aradan qaldırılması üzrə yerinə yetirilməli bərpa işlərinin dəyəri, tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən (mərkəzdə həmin sahələr üzrə mütəxəssislər yoxdur) aparılmalı xüsusi araşdırılmalardan (hesablamalar, layihələr və s) sonra müəyyənləşdirilə bilər. “X7 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyinə əsasən mübahisəli ünvanda cavabdehə məxsus diametri 200 mm olan plastik boru xəttinə kiçik dia metrli boruların birləşdiyi yerdən tikiliyə qədər olan məsafə təxminən 190 metrə yaxın və 10 metr yüksəklikdə yerləşir. Tikiliyə su sızması cavabdehə məxsus plastik boru xəttindən sızmış gölməçələrdən uzun müddət ərzində qruntda açılmış yeraltı kiçik məsamələr və kanalcıqların yaranması nəticəsində yaransa da, gələcəkdə atmosfer sularının da həmin məsamə və yeraltı kanalçıqlardan axa biləcəyi ehtimalı vardır. Bunun qarşısını almaq üçün drenaj kanalının çəkilməsi məqsədə müvafiq hesab edilir. Tikiliyə hal-hazırda suyun verilməsi dayandırıldığından sızma yoxdur. Su sızması nəticəsində divarlarda birtərəfli və keçici çatlar 3-8 mm qalınlığında, bünövrələrdə bir neçə yerdə 2-5 sm-ə qədər qeyri-bərabər çökmələr yaranmışdır. Tikilinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və divarlarda çatları n qarşısının alınması, bina ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərinə ƏDV ilə birlikdə 20035 manat miqdarında vəsait tələb edilir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096, 1097-ci maddələrini tətbiq edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus 200 mm diametrli su borusu arasında olan məsafənin təxminən 200 metr olması iddiaçının yaşadığı evə məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyan vurulmasını istisna etmir. İddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə işdə olan səlahiyyətli icra hakimiyyəti orqanının aktı, ekspert və mütəxəssis rəyləri ilə təsdiq olunur. Həmçinin müvafiq ərazidə yaşayan digər şəxslərin oxşar iddia qaldırmaması iddiaçının yaşadığı evə ziyan dəymədiyi və ya həmin evlə su borusu arasında olan məsafədə yerləşən evlərə su sızmadığı barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair qənaətləri ilə razılaşsa da, zərərin məbləğinə münasibətdə “X7 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyinə əsasən verilmiş, məzmunu tam aydın olmayan smeta hesabatına istinad etməsi ilə razılaşmır. Bel ə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 1xxx-cu il tarixli rəyində iddiaçıya məxsus fərdi yaşayış evinin yükdaşıyıcı konstruksiyaları üzərində, baxış keçirilən dövrdə, mövcud zədələrin (çatların və s.) aradan qaldırılması üzrə yerinə yetirilməli bərpa işlərinin dəyərinin tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən (mərkəzdə həmin sahələr üzrə mütəxəssislər yoxdur) aparılmalı xüsusi araşdırılmalardan (hesablamalar, layihələr və s) sonra müəyyənləşdirilə bilməsi göstərilmişdir. Göründüyü kimi, fərdi yaşayış evinə ziyan dəyməsi faktını ekspert müəyyən etmiş, lakin ziyanın məbləğinin müəyyən edilməsi üçün tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən aparılmalı xüsu si araşdırılmalar (hesablamalar, layihələr və s), layihə-smeta sənədlərinin tərtib edilməsinə ehtiyac olduğu qeyd edilmişdir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsi barədə 15.02.2019-cu il tarixli qərardadla ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılsa da, işdə ekspertizanın aparılmasının başqa ekspertə tapşırılması barədə məhkəmə qərardadı olmadığı halda, iş materiallarına həmin məhkəmə qərardadında qoyulmuş suallar üzrə “X7 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyi də əlavə edilmişdir. Məhkəmə “X7 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyinə istinad edərək, tikilinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və divarlarda çatların qarş ısının alınması, bina ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərinə ƏDV ilə birlikdə 20035 manat miqdarında vəsait tələb edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən tikilinin bünövrəsindəki qeyribərabər çökmələrin və divarlarda çatların qarşısının alınması, bina ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərin dair layihə-smeta sənədlərinin tərtib edilməsi üçün müvafiq tədbirlər görülmədən, həmçinin “X7 və Hüquq Şirkəti” MMC-nin ekspert rəyinə əlavə edilmiş smeta hesabatı əsasında vurulmuş ziyanın hesablanması üçün əlavə ekspertiza təyin edilməsi məsələsi müzakirə edilmədən, həmin rəydə göstərilən məbləği vurulmuş ziyanın həcmi kimi qəbul edilməsi düzgün olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, həmin ekspert rəyinə əlavə edilmiş smeta hesabatında rəydə göstərilən 20.035 manat məbləğin necə hesablandığı müəyyən edilmir. Mülki Prossesual Məcəlləsinin Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun: - 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. - 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə vurulmuş ziyanın 20.035 manat müəyyən edilməsi barədə ekspertiza rəyi kifayət qədər əsasl andırılmadığı halda, həmin rəyə istinad edilməklə gəlinən nəticə qanuni və əsaslı sayıla bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “X7 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyində göstərilənlərin Məhkəmə Ekspertizası Mərkəzinin 1xxx-cu il tarixli rəyi ilə tələb edilən aparılmalı xüsusi araşdırılmalar (hesablamalar, layihələr və s) layihə-smeta sənədlər olub-olmamasına qiymət verməmiş, sözügedən hesabatda göstərilən məğləğləri dəqiqləşdirmək üçün müvafiq sualla təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq (zəruri olarsa kompleks) ekspertizalarının keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Başqa sözlə, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi dəymiş ziyanın əvəzi olaraq 2003 5 manat pulun tutulmalı olmasına dair nəticəsini əsaslandırmamış, bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdə liyi qoyula bilməz. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən qismən, yəni, dəymiş zərərin məbləğinin kifayət qədər əsaslandırılmaması hissəsində əsaslıdır, həmin d əlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin həmin hissə üzrə işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tə dbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)13284/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2165/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2165/2020
29.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver