Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2166/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sadə yazılı qəbz əsasında verilmiş borcun tutulması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-139/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh tərəfindən əlyazma (kiril qrafikası ilə) ilə yazılmış 04 oktyabr 2015-ci il tarixli «müqavilə»də aşağıdakılar qeyd olunur: “Mən, Cavabdeh (AZE № ********) həqiqətən İddiaçı 35.000 manat (otuz beş min manat) alıb mal yiyələrinə vermişəm və yer puluna rasxodlarıma vermişəm. İndi söz verirəm ki, 4 ay ərzində qızım Arifə Ağayevanın iş yeri olduğu üçün və evi olduğu üçün götürdüyüm pulu 35.000 (otuz beş min manatı) qəpiyinə qədər ödəyəcəyəm”. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35.000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlə 2015-ci ilin yay aylarında “Sədərək” Ticarət Mərkəzində işlədi yi vaxt tanış olduğunu, mehriban münasibətlərinin yarandığını və demək olar bütün problemlərini birlikdə bölüşdüklərini, qısa müddət ərzində onun etibarını qazanan cavabdehin bir gün yanına gələrək maddi vəziyyətinin pis olduğunu, müxtəlif şəxslərdən 55.000 manat dəyərində mal götürdüyünü, əgər həmin məbləği vaxtında qaytarmasa ciddi problemlərinin yaranacağını bildirdiyini, cavabdehə inanıb ona birinci dəfə 14 000 manat, ikinci dəfə 16.000 manat, üçüncü dəfə isə 5000 manat olmaqla 35.000 manat məbləğində pul verdiyini, cavabdehin, əlində qalan nə mal varsa, 15 gün ərzində satıb ilk növbədə onun borcunu ödəyəcəyinə söz verdiyini, lakin vədinə əməl etmədiyini, cavabdehdən borcu tələb etdikdə, sonuncunun yalvararaq ona 4 ay vaxt verməsini və bu müddət ərzində pulu son qəpiyinə qədər qaytarac ağını bildirdiyini, bundan sonra cavabdehin aldığı pulu tam qaytaracağına əmin etmək üçün 04 oktyabr 2015-ci ildə öz əlyazması ilə müqavilə yazaraq imza etdiyini, lakin söz verdiyi 4 ay müddətin də başa çatmasına baxmayaraq pulu qaytarmaqdan müxtəlif bəhanələr uyduraraq yayındığını göstərərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, “Sədərək” Ticarət Mərkəzində İddiaçı və Cavabdeh ilə qonşuluqda yerləşən mağazalardan birində işləyir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda borc pul vermişdir. Bir dəfə isə İddiaçı onun yanında 16.000 manat məbləğində pulu Cavabdeh vermişdir. Büyxanım həmin pulu verəndə Nəzakətə bildirmişdir ki, sonuncunun istədiyi qalan məbləği 3-4 dəfəyə verəcək. Qeyd edir ki, iddiaçı bundan sonra d a cavabdehə borc vermişdir, lakin həmin vaxt onların yanında olmayıb. Cavabdeh tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Cavabdeh ilə 2002ci ildə qonşu olmuşdur. Nəzakətin evinə çox gedib- gəlirdi. İddiaçı isə tanımır. Qeyd edir ki, Nəzakətin intihara təşəbbüs etdiyinin şahidi olub. Belə ki, Büyxanım adlı bir qadın Nəzakətin evinə tez-tez zəng edir və onu təhdid edirdi. Nəzakət isə hər dəfə telefonda danışandan sonra halı pisləşir və özünə gələ bilmirdi. Aralarındakı danışıq isə borc və faizlə əlaqədar olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 33.104 (otuz üç min yüz dörd) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilmə məsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında qeyd edilən müqaviləni hədə qorxu altında imzaladığını qeyd etsə də, bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə müqaviləyə qiymət verərək qeyd etmişdir ki, həmin müqavilədə cavabdeh sadəcə iddiaçıdan 35.000 manat məbləğində pulu aldığını qeyd etməklə kifayətlənməmiş, həmin borcu nəyə sərf etdiyini ayrı-ayrılıqda sadalamış, hansı müddətə qaytaracağını və qızının imkanı olduğu üçün müqavilədə qeyd etdiyi müddət ərzində borcu qaytarmaq iqtidarında olduğunu qeyd etmişdir. Məhkəmə bu halı və işin digər faktiki hallarını nəzərə alaraq, cavabdehin müqavilədə göstərsə də, real olaraq borc almadığı ilə bağlı bildirdiklərini ağlabatan saymamış, iddiaçının və onun vəsatəti ilə dindirilm iş şahidin, həmçinin cavabdehin və onun vəsatəti ilə dindirilmiş şahidin ifadələrini də nəzərə alaraq qeyd etmişdir ki, həmin şahidlər müvafiq halların müəyyən edilməsində maraqlı ola bilərlər. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə mötəbər sübut kimi 04 oktyabr 2015-ci il tarixli «müqavilə» əsas götürülməlidir. İddiaçı işin məhkəmə baxışı zamanı həqiqətən də 1.200 ABŞ dolları məbləğində pulun ona cavabdeh tərəfindən qaytarıldığını etiraf etdiyindən məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan borcunun məbləğinin hesablanması üçün həmin məbləğ 35.000 manat borcun bir hissəsi hesab olunmaqla tələb edilən borcdan çıxılmalıdır. Cavabdehin əlyazmasında “kurs 1,58 olanda” qeyd edilmişdir. 1.200 ABŞ dolları məbləğində pulun həmin valyuta məzənnəsi ilə hesabladıqda i sə 1.896 manat məbləği ortaya çıxır, bunu əsas borcdan çıxdıqda isə müəyyən olunur ki, cavabdehin iddiaçıya olan borcu 33.104 manatdır (35.000 manati- 1.896 manat = 33.104 manat). Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 739, 385.1, 442, 448.1, 443.1-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, nəticənin işin h allarına uyğun olmaması, iddiaçının istinad etdiyi qəbzin hədəqorxu və məcburiyyət təsiri altında imzalatdırılması, ümumiyyətlə iddia tələblərinin əsassız olması arqumentləri ilə əsaslandırılmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elnur Həsənov sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 01 oktyabr 2020-ci il tarixli 2(103)139/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-244/2018 saylı iş üzrə 28 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 882.1, 88 2.2, 385, 442-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. İddiaçının istinad etdiyi qəbzin hədə-qorxu və məcburiyyət təsiri altında imzalatdırıldığı barədə cavabdehin nümayəndəsinin arqumentinə münasibətdə qeyd edilmişdir ki, cavabdehin həmin əsaslarla irəli sürdüyü iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 mart 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli 2(103)-139/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilib iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazı rki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iş üzrə apellyasiya instansiyası məhkəməsi məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3- cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsləri n iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2.(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada) Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münas ibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaq la apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində id diaçıdan 35.000 manat məbləğin borc pul almadığını, müqaviləni hədə-qorxu və məcburiyyət qarşısında imzaladığını qeyd etsə də, bunları təsdiq edən hər hansı sübutu nə birinci, nə də apellyasiya məhkəməsinə təqdim etməmişdir. Həmçinin cavabdehin həmin əsaslarla irəli sürdüyü iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 mart 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə i şin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-139/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.