Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2166/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmqla) qarşı iş üzrə QƏRARİ 2(102)-2166/23 (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılmasına dair tələblər (neqator tələb), sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Raf iq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ölçmə işlərinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-71/2024 nömrəli, 2024-cü il 15 fevral tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1986-1990-cı illərdə Əliabad qəsəbə İƏVN-ın təsərrüfatbaşına kitabın 17-ci səhifəs inin 11 nömrəli vərəqində ailə tərkibi X13 (ailə başçısı), X26, oğlu X27, X14, oğlu X18 və gəlini Cavabdeh3 Sədulla qızı olmuşdur. Həmçinin müəyyən olunur ki, X26 və X15 xx.xx.1990-cı ildə vəfat etmələri ilə; Cavabdeh1 və X4 isə xx.xx.1986-cı il tarixdə 1681-ci t/ta keçmələri ilə əlaqədar siyahıdan çıxarılmışlar. Nəticədə yekun siyahıda 3 nəfər - ailə başçısı - Zəbani Əhmədova ilə onun övladları – Narıngül Əhmədova və Məhəmməd Əhmədov saxlanılmışlar (Zaqatala Rayon Dövlət Arxivinin 06 aprel 2022-ci il tarixli arxiv arayışı).
2. X16 11 noyabr 2009-cu ildə vəfat etmişdir. Vəfat etdikdən sonra onun sağ vərəsələri X6, Cavabdeh2, X20 və Cavabdeh1 qalmışdır.
3. Zaqatala Rayon İcra Hakimiyyətinin Əliabad qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayışda nüma yəndəliyin 3 nömrəli təsərrüfatbaşına kitabın 82-cı səhifəsinə əsasən həmin təsərrüfatda Cavabdeh2 (təsərrüfat başçısı) və X7 (qardaşı) qeydə alınması göstərilmişdir.
4. X20 14 fevral 2022-ci ildə vəfat etmiş, iddiaçı (qızı) miras əmlakı qəbul etmək məqsədi ilə Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət etmiş, sonuncu 21 sentyabr 2022-ci il tarixli məktubla ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi idarəsinə müraciət edərək, X17 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və yüklülükdə olmaması barədə arayış verilməsini xahiş etmişdir.
5. İddiaçı X17 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizə ilə D ƏDRX-nin 18 saylı Zaqatala Əİ-nə müraciət etmiş, sonuncu iddiaçıya 17 oktyabr 2022-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərərək göstərmişdir ki, ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşlarının qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur.
6. Cavabdeh1 Şəki İnzibati Məhkəməsində hazırkı iş üzrə üçüncü şəxsə qarşı iddia qaldıraraq torpaq islahatı zamanı subyektlər siyahısında adı texniki səhv olaraq göstərilən Əhmədov Muhaməd (Məhəmməd) Əhməd oğluna dair hissədə həmin siyahıdan adı çıxarılmaqla texniki səhvə düzəliş edilməsi və Zaqata la rayonu, Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 1,20 ha pay torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)2513/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia iddia mümkün sayılmamış, qərardad qanuni qüvvəsini almışdır.
7. Sözügedən qərardadda göstərilir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-360/2-2275/2023 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayonunun Əliabad kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X16, X14 və X7 adlarının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,20 ha torpaq sahəsi qeyd olunmuşd ur. 8... Həmin məktuba əlavə olunmuş Zaqatala rayonu Əliabad qəsəbəsi “Qələbə” təsərrüfatı kəndlərinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqların müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəldən görünür ki, X5 adının qarşısında “faktiki sahə” qrafasının qarşısında 0,18 ha, “qanuni sahə” qrafasının qarşısında 0,20 ha, “cəmi torpaq pay norması” qrafasının qarşısında 1,2 ha, “əkin sahəsindən verilməli olan torpaq sahəsi” qrafasının qarşısında 1,2 ha qeyd edilmişdir...... 9.... - Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamından görünür ki, Əliəbad və Qələbə təsərrüfatlarında torpaq islahatlar ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 01 may 2017-ci il tarixli 82 nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupunun protokolu nəzərə alınması, Əliabad qəsəbəsi keçmiş Qələbə və Əliabad təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi, Ərazidə aparılmış torpaqların elektron uçotu işlərı əsasında hazırlanmış layihənin təsdiq edilməsi və Torpaq payı alacaq subyektlərə torpaq sahəsi uzərində hüquqi müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsi Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması qərara alınmışdır. 10....- Zaqatala rayonu Əliabad “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülki yyətinə verilən torpaq sahələrinə aid cədvəldən görünür ki, X16, X14 və X7 adları 87ci sırada qeyd olunmuşdur.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərək Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən mərhum X17 məxsus torpaq sahəsində ölçmə işlərinin aparılmasına, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının, cəmi 200 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, atasından ona miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin hüquq müəyyənedici sənədlərini hazırl amaq məqsədilə üçüncü şəxsə müraciət etmişdir. üçüncü şəxsin nümayəndəsi onun müraciəti əsasında ölçmə işləri aparmaq üçün gəlmiş, lakin cavabdehlər onlara ölçmə işlərinin aparılmasına icazə verməmişlər. Buna görə də, həmin əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
13. Cavabdeh1 13 mart 2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, üçüncü şəxsin nümayəndəsi gələn tarixdə o evdə olmamış, Balakən rayon Asan Xidmətində olmuşdur. Bu halı təsdiq edəcək ayı, tarixi və saatı göstərilmiş növbə qəbzini (sübutu) ərizəsinə əlavə edəcəkdir. Digər Cavabdeh2 bacısıdır. O, ailə qurmuşdur, başqa ünvanda yaşayır və həmin gün orada olmamışdır. Ünvanda olan yalnız həyat yoldaşı Cavabdeh3 olmuşdur və o, ölçmə işlərinə heç bir m aneçilik törətməmişdir. Üçüncü şəxsin imtina məktubundan görünür ki, tərəflərindən onlara heç bir maneə edilməmişdir. Lakin iddia ərizəsində guya onlar tərəfindən ölçmə işlərinin aparılmasına icazə verilməmiş, məhz bu səbəbdən də imtina verildiyi qeyd edilmişdir. Bunlar hamısı tamamilə yalan olduğu halda onlardan ödənilmiş vəkil xərci və dövlət rüsumu tələb edilir. Ölçmə işlərinin aparılmasını istəyirsə, heç bir etirazları yoxdur. Gəlib ölçmə işlərini apara bilərlər. Mirasın qəbulu, onun faktiki idarə edilməsi ilə bağlı iddiaçının adına Əliabad qəsəbə İƏD-si tərəfindən verilmiş arayışlarda saxtakarlıqlar olduğundan narazılıqları vardır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən onlara qarşı ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının, cəmi 200 manat pul tələbin in əsassız olduğunu və iddiaçının mirası nə rəsmi nə də faktiki qəbul etmədiyi üçün onun iddia ərizəsi verməyə subyektiv hüququ olmadığını nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qardaşı Muhaməd Qazaxıstan Respublikası vətəndaşı olmuşdur və heç bir zaman rayonda yaşamamışdır. O, 14 fevral 2022-ci ildə vəfat etmiş və onun dəfn mərasimini onlar təşkil etmişlər.
14. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, qardaşı X28 Federasiyasında Diana adlı qızı olmuşdur. Burada da onun Diana adlı qızı vardır. İddiaçı heç vaxt onlarla birgə yaşamamışdır. İddiaçının qardaşı Muhamədin sağlığında heç bir iddiası olmamış və onun ölümündən sonra ondan miras qalmış torpaq sahəsini tələb etməyə başlamışdır. Qardaşı 14 fevral 2022-ci ildə vəfat etmiş və onun dəfn mərasimini onlar təşkil etmişlər.
15. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, Cavabdeh1 arvadıdır. İddiaçı mərhum qaynı Muhaməd Əhmədovun qızıdır və o, atası vəfat etdikdə sonra ondan miras qalmış torpaq sahəsini adına rəsmiləşdirmək istəmişdir. Üçüncü şəxsin əməkdaşları onun yaşadığı ünvana gələrkən onlara torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneə yaratmamışdır.
16. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-355/2023 nömrəli, 2023-cü il 3 may tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Vüqar Məmmədov).
17. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1 996-cı il tarixli qərarına əsasən X11 adına Zaqatala rayonunun Əliabad qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsinə görə tərəflər arasında mübahisələr yaranmışdır. Torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə əlaqədar tərəflər arasında mübahisə olduğu üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşma işlərinin aparılması mümkün olmamışdır.
18. Məhkəmə hesab etmişdir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan iş üzrə tərəflərə mənsub olduğundan onlar bir birlərinin hüquqlarını məhdudlaşdıra bilməzlər.
19. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 157.4, 158.1.2, 158.2 və 158.4-cü maddələrinə istinad e tmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən “X29” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə almamışdır. Məhkəmə işə baxarkən iddiaçının mülki iş üzrə müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. İş materiallarından görünür ki, X3 islahatının subyekti olmamışdır. Ona görə də onun barəsində arxiv fondunda hər hansı məlumat aşkar olunmamışdır. 19861990-cı illər üzrə Əliabad qəsəbə İƏVN-ın təsərrüfatbaşına kitabında sonuncu qeydiyyat olmuşdur. “X29” Azərbaycan Respublikasının Qanununa əsasən 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa islahatın subyekti ola bilərdi. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-71/2024 nömrəli iş üzrə 2024-cü il 15 fevral tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. (hakimlər Mahir Əsədli – sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Elçin Mehdiyev)
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı mərhum atası X17 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinin mövcud olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli məktubundan görünür ki, X11 adına hər-hansı torpaq sahəsinin olması ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsində və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir.
25. Kollegiya qeyd etmişdir ki, X2 üzvü olmamışdır. X11 əmlak payı almaq hüququ olan subyetlərin siyahılarında əmlak payının qeydiyyatı olmamışdır.
26. Nikahın bağlanması haqqında və doğum haqqında şəhadətnamələrdən təsdiq olunur ki, X1 Respublikasında daimi yaşamışdır.
27. Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, inzibati ərazi dairəsinin 3 nömrəli təsərrüfatbaşına kitabın 80-cı səhifəsində Cavabdeh2 adına 1986-cı ildə tikilmiş 1 mərt əbəli, 2 otaqlı 60 kvm ümumi, 40 kvm yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 152.1, 157.2, 157.4, 1151.1, 1151.2-ci maddələrinə, o cümlədən, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkil Nümayəndə2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətinin dəlillərinə görə, xx.xx.1996-cı ildə qəbul olunmuş “Aqrar İslahat haqqında Qanun”un 9-cu maddəsində qeyd olunur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bu Qanunda həyətyanı torpaq sahəsində əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi üçün onların kolxozda işləməsi şərti qoyulmamışdır. Bundan başqa, həmin Qanunun 12-ci maddəsində qeyd olunur ki, həmin qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Məhkəmə buna düzgün qiymət verməmişdir və qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur.
31. Apellyasiya məhkəməsi irəli sürülən dəlillərə və müvafiq sənədlərə düzgün qiymət verməmişdir. Belə ki, üçüncü şəxsin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə idarənin əməkdaşları qeyd olunan yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu məktubdan görünür ki, iddiaçının mərhum atasının Əliabad kəndi ərazisində yaşayış evi vardır. Deməli yaşayış evi vardırsa yaşayış evinin altında həyətyanı torpaq sahəsi də vardır. Bu məsələyə məntiqlə qiymət verilməli idi.
32. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan iş üzrə üçüncü şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum Muhaməd Əhmədovun adına torpaq sahəsinin olması ilə bağlı Ərazi İdarəsində və X24 Komitəsi tərəfind ən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. Üçüncü şəxs həmin məktubu Zaqatala Rayon Məhkəməsinin sorğusu əsasında yazmışdır ki, Zaqatala Rayon Məhkəməsinin hakimi həmin sorğunu yazarkən sual olaraq mərhumun adına torpaq sahəsinin olub-olmaması ilə bağlı məlumat verilməsini qoymuşdur. Adına torpaq sahəsinin olması o deməkdir ki, torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxs də Zaqatala rayon məhkəməsinin sorğusuna cavab verərkən adına torpaq sahəsinin olmaması dedikdə mərhumun DƏDRXdə qeydiyyata alınan torpaq sahəsinin olmamasını nəzərdə tutmuşdur. Lakin Zaqatala Rayon Məhkəməsi verdiyi sorğusunda Aqrar İslahat zamanı mülkiyyətinə torpaq sahəsi verilmiş subyektlər siyahısında mərhumun adının olub-olmaması barədə sorğu vermiş olsayd ı, o zaman üçüncü şəxs sorğuya cavabında və siyahısında mərhumun adının olması ilə bağlı məktub vermiş olacaqdı.
33. Məhkəmə daha sonra qeyd etmişdir ki, nikahın bağlanması haqqında və doğum haqqında şəhadətnamələrdən təsdiq olunur ki, X19 Respublikasında daimi yaşamışdır. Halbuki, nikah haqqında şəhadətnamə ilə doğum haqqında şəhadətnamə şəxsin daimi yaşadığı yeri təsdiq edən hüquqi sənəd deyildir. Əksinə məhkəmə iddiaçının doğum haqqında şəhadətnaməsinə (iddiaçının doğumu xx.xx.1996-cı il Zaqatala r. Əliabad qəs.), daha sonra iddiaçının anası olan Zaqatala rayonu Əliabad qəsəbə sakini X9 ilə xx.xx.1991-ci ildə Əliabad qəsəbəsində bağladığı nikah haqqında şəhadətnaməyə baxaraq X11 Azərbaycan vətəndaşı olmasını və 2020-ci ilədək Azərbaycan Respublikasının Zaqatala rayonun Əliabad qəsəbəsin də daimi yaşamasına hüquqi qiymət verməli idi.
34. Bundan başqa, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)2513/2023 saylı qərardadında qeyd olunur: "xxxx"MMC-nin xx.xx.2023-cü il tarixli 2275/2023 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayonu Əliabad kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X12 adının qarşısında qanuni istifadəsində olan həyətyanı sahə qrafasında 0,20 ha torpaq sahəsi qeyd olunmuşdur. Həmin məktuba əlavə olunmuş pay torpaqlarının müəyyənləşməsinə aid yekun cədvəldən görünür ki, onların cəmi torpaq payı norması qrafası qarşısında 1,2 ha torpaq sahəsi vardır. Zaqatala rayonu Əliabad “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəldən görünür ki, X12 adı 87-ci sırada qeyd olunmuşdur.
35. Apelyasiya Məhkəməsi qanuni qüvvəyə minmiş Şəki İnzibati Məhkəməsinin adı çəkilən qərardadı ilə müəyyən edilmiş halları nəzərə almamış, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbini pozmuşdur. İnzibati Məhkəmənin qərardadında qeyd olunan sənədlər hazırki iş üzrə Şəki Apelyasiya Məhkəməsi tərəfindən müzakirə olunmamış və hüquqi qiymət verilməmişdir.
36. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarında mövcud olan Əliabad bələdiyyəsinin arayışlarını ümumiyyətlə təhlil etməmişdir. Həmin arayışlarla bir daha sübut yetirilir ki, iddiaçının mərhum atası Əliabad qəsəbə sakini olmuş və ona aqrar islahat zamanı torpaq payı verilmişdir.
37. Yuxarıda qeyd edilən kifay ət qədər sübutların işdə mövcud olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı mərhum atasının Əliabad qəsəbəsində torpaq sahəsinin mövcud olmasına dair hər hansı bir sübutu məhkəmələrə təqdim etməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:
39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədə n törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
43. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Torpaq Məcəlləsi:
44. Maddə
4. Bənd
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
45. Maddə
55. Hü quqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: 46. - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; 47. - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; 48. - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; 49. - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
50. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan H üquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarı:
51. Bənd 39. 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103 52. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müdd əaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətini n yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bü tövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
63. Apellyasiya instansiyası məhkəməsi iddiaçının X17 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinin mövcud olmasına dair hər hansı bir sübut təqdim etməməsinə, sonuncunun adına hər-hansı torpaq sahəsinin olması ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsində və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməməsinə, həmin şəxsin kolxozun üzvü olmamasına və əmlak payı almaq hüququ olan subyetlərin siyahılarınd a əmlak payının qeydiyyatının olmamasına, həmçinin, Qazaxıstan Respublikasında daimi yaşamasına istinad edərək iddianı rədd etmişdir.
64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmayaraq və kassasiya şikayətini əsaslı hesab edərək qeyd edir ki, işin hallarından Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə Zaqatala rayonu, Əliabad kəndində X16, X14 və Əhmədov Məhəmməd (Muhaməd) Əhməd oğlunun birgə mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsi müəyyən olunur. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 həmin qərarla təsdiqlənmiş subyektlər siyahısından Əhmədov Məhəmməd (Muhaməd) Əhməd oğlunun adının çıxarılması ilə bağlı inzibati qaydada iddia qaldırmış, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qər ardadı ilə iddia qeyri-mümkün hesab edilmişdir. Qanuni qüvvəsini almış həmin qərardan o da müəyyən edilir ki, Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş ilkin subyektlər siyahısı sonradan tərtib edilmiş subyektlər siyahısına uyğun olmaqla Zaqatala RİHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Sözügedən inzibati aktlar mübahisələndirilməmişdir (qüvvədədir).
65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının atasının mülkiyyətində daşınmaz əmlakın olmamasına dair mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, həmin şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə qanuni gözləntisi olmuş, iddiaçı da məhz bu hüququn rəsmiləşdirilməsi ilə bağlı aidiyyəti quruma müraciət etmiş, lakin həmin qurum torpaq s ahəsi ilə bağlı mübahisə olduğundan ölçmə və rəsmiləşdirmə işlərini apara bilməmiş və bu halı göstərən imtina məktubu ilə iddiaçıya cavab vermişlər. İddiaçı özünün vərəsəlik hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması ilə bağlı iddia qaldırmışdır.
66. Həmçinin işin müəyyən edilmiş digər halı ondan ibarətdir ki, tərəflər arasında mübahisəli torpağın iddiaçıya vərəsəlik qaydasında keçməsi ilə bağlı mübahisələr mövcuddur, qeyd edildiyi kimi cavabdeh tərəf iddiaçının atasının mülkiyyətçilərin siyahısından çıxarılması ilə bağlı iddia qaldırmış, hazırkı mülki işdə də etirazlarını iddiaçının atasının Qazaxıstan Respublikasının vətəndaşı olması və rayonda yaşamaması ilə əsaslandıraraq onu mülkiyyətçi kimi qəbul etməmiş, həmçinin həmin torpaq sahəsin i miras əmlak kimi faktiki qəbul etmədiyini göstərməklə heç bir mülkiyyətinin olmamasına dair zahiri görünüş yaradaraq məhkəmə kollegiyasını yanıltmağa çalışmışdır. Məhkəmə kollegiyası iddianı rədd edərkən hətta qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş faktın mövcudluğuna belə əhəmiyyət verməmiş, sözügedən şəxsin mübahisəli torpaq sahəsində mülkiyyətinin olmaması və həmin ünvanda yaşamaması əsasına da istinad etmişdir. Halbuki, şəxsin mülkiyyət hüququ üzrə gözləntisi olan daşınmaz əmlakda yaşamaması mülkiyyətin itirilməsi ilə nəticələnən bir hal deyildir. 67. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103).
68. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (Konstitusiya, maddə 13, bənd İ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (maddə 29, bənd İİ) Dövlət vərəsəlik hüququna təminat verir. (maddə 29, bənd Vİİ).
69. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən hüququn tətbiqində səhvə yol vermiş, işin faktiki hallarını tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, təqdim edilmiş sübutların mötəbərliyinə (o cümlədən sübut qismində təqdim edilən qanuni qüvvəsini almış məhkəmə aktında müəyyən olunmuş hallara) əhəmiyyət verməmiş, iddiaçının atasının torpaq sahəsinə mülkiyyət hüququnun olmaması (dolayısı ilə iddiaçının hazırkı iddianın qaldırılmasına dair subyektiv hüququnun olmaması) ilə bağlı yanlış qənaətə gəlməklə mülkiyyət hüququnun qorunmasını tənzimləyən maddi hüquq normalarının, o cümlədən mülkiyyətin və vərəsəliyin müdafiəsinə dair təməl prinsiplərin pozulması və iddiaçının mümkün vərəsəlik hüququndan məhrum edilməsi ilə nəticələnən qətnamə qəbul etmişdir.
70. Apellyasiya instansiyası məhkəməsi həmçinin prosessual pozunt uya da yol vermiş, cavabdehlərin aşkar şəkildə iddiaçının vərəsəlik hüququna və torpaqdan pay almaq hüququna etdiyi etirazları nəzərə almamış, onların həqiqətən də ölçmə işlərinin aparılmasına maneələr yaradıb-yaratmamaqları ilə bağlı heç bir araşdırma aparmamış, iddiaçının torpaq sahəsinə gözlənilən vərəsəlik (mülkiyyət) hüququnun cavabdehlər tərəfindən pozulub-pozulmamasına qiymət verməmişdir.
71. Bundan başqa, qətnamənin əsaslandırıcı hissəsində dürüstlük prinsipi və hüquqdan-sui-istifadə halları ilə bağlı mövqelər sərgiləmiş, lakin bu əsaslandırmanın hazırkı işlə hansı əlaqəsinin olduğunu göstərməmişdir.
72. Habuki “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4-cü bəndi)
73. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.
75. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-71/2024 nömrəli, 2023-cü il 15 fevral tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.