Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2168/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, torpaq sahəsi üzərində hüquqların bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bərdə rayonu XXX Bələdiyyəsi) vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və torpaq sahəsi üzərində hüquqların bərpa edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağ lı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-455/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyun 2002-ci il tarixli 10 nömrəli müqaviləyə görə, XXX Bələdiyyəsinin 10 iyun 2002-ci il tarixli 10 nömrəli qərarı ilə 5 hektar torpaq sahəsi 99 il müddətinə İddiaçı icarəsinə verilmişdir. 2. “X2” MMC-nin 29 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, 5 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlirin qiymətləndirilməsi. 1 ha torpaq sahəsindən 1 il müddətində 400 bağ yonca kipi əldə edilə bilər. Ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin x ərci çıxarıldıqdan sonra cəmi dəyəri 22600 AZN. Beləliklə cavabdehlər öz qanunsuz hərəkətləri nəticəsində ona dəyən ziyan ümumilikdə 22600 manat qiymətləndirilmişdir.
3. Bərdə Rayon Məhkəməsinin 2(021)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.487 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-XXX/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-XXX/202 2 nömrəli iş üzrə 14 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi 22.600 manat pulun, 157.80 manat dövlət rüsumunun alınıb ona verilməsi, 5 ha torpaq sahəsindən qeyri-qanuni istifadə etmələrinin qadağan edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, cavabdehlər ona məxsus 5 ha torpaq sahəsini mənimsəyərək əkdiyi yonca sahəsinin 1 ildə 4 dəfə biçilməklə ona 2012-ci ildən bu günə kimi 22.600 manat dəyərində ziyan vurmuşlar. O, dəfələrlə bu barədə şikayət etsə də cavabdehlər əhəmiyyət verməmiş, mülki məsələ kimi rədd edilərək, məhkəməyə verməsi bildirilmişdir. Cavabdehlər özlərinə təsərrüfat saxlamaqla ona ziyan vurmuşlar. Belə ki, o, illərdir 5 ha torpağından və orada olan əmlakından istifadə edə bilmir. Bununla bağlı olaraq mütəxəssis rəyində ona vurulmuş ziyan aşağıdakı şəkildə qiymətləndirilmişdir: 5 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlirin qiymətləndirilməsi. 1 ha torpaq sahəsindən 1 il müddətində 400 bağ yonca kipi əldə edilə bilər. 1. 2012-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2012-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 2. 2013-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2013-cü i l tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 3. 2014-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2014-cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 4. 2015-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2015-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2 manat=4000 manat, 4000 manat1800 manat=2200 manat. 5. 2016-cı il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2016-cı il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən g əlir 2000 kip x2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 6. 2017-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2017-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x 2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 7. 2018-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2018-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=4000 manat, 3000 manat-1800 manat=2200 manat. 8. 2019-cu il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2019-cu il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2.5 manat=5000 manat, 5000 manat-2400 manat=2600 manat. 9. 2020-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2020-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2.5 manat=5000 manat, 5000 manat2400 manat=2600 manat. 10. 2021-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2.800 manat. 2021-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx3 manat=6000 manat, 6000 manat-2800 manat=3200 manat. Ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxarıldıqdan sonra cəmi dəyəri 22600 AZN. Beləliklə cavabdehlər öz qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 22.600 manat ziyan vurmuşlar. O, da həmin pulun ödənilməsi və qanunsuz hərəkətlərinin qadağan edilməsinə dair məhkəməyə müraciət etmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 2(021)-2842/2022 nömrəli iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddianın təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 22.600 manatın və 158 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi və iddiaçının mülkiyyətində olan 5 ha torpaq sahəsindən cavabdehlərin qeyriqanuni istifadə etmələrinin qadağan edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-455/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və mə ruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş,yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, iddia tələbi vurulmuş zərərin ödənilməsi və qeyri- qanuni istifadənin qadağan edilməsindən ibarətdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilsədə, keçən müddət ərzində həmin torpaq sahəsi müqavilə bağlanmasından sonra qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmişdir. İddiaçı həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zə bt edildiyini və 2012-ci ildən istifadə edilərək ona 22.600 manat məbləğində zərər vurulduğunu bildirsə də buna dair əsaslı sübut təqdim etməmişdir. Başqa cür desək, torpağın cavabdehlər tərəfindən zəbt edilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, əgər həmin torpaq sahəsi 10 ildən artıq müddətdir cavabdehlər tərəfindən zəbt edilmişdirsə iddiaçının ötən illər ərzində iddia ərizəsi ilə müraciət etməməsi ağlabatan deyildir. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı isə kollegiya qeyd edir ki, qətnamə ilə müəyyən edilmiş məbləğ zəbt edildiyi iddia edilən torpaq iddiaçının özünün qanuni istifadəsində olacağı təqdirdə orada yonca bitkisinin əkilməsi ilə əldə edilməsi ehtimal edilən məbləğdir. Cavabdehlər tərəfindən ziyan vurulması sübut olunmaması halında ehtimala əsaslanan ziyan məbləğinin onla rdan tutulmasını qət edən birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyi ilə kifayətlənmiş, işin hallarını müəyyən etməmişdir. Halbuki, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə kollegiyası bu məqamda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu süb utlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçının tələbini təsdiq edən sübutlar nə birinci nə də apellyasiya instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar zamanı təqdim edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehlərin ona ziyan vurmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.”
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü (İ və İİ hissə), Mülki Məcəllənin 152.1, 157.1, 700.1, 700.2, 1096.14, 1096.2, 1097.1, 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 66 (1, 2-ci bənd), 67 (1, 3, 4-cü bənd) və 68-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi mövcud sübutları müstəqil qaydada təhlil etmədən iddiaçıya məxsus 5 ha torpaq sahəsini cavabdehlər tərəfindən zəbt edildiyini qeyd etsə də, həmin zəbt nəticəsində torpaqdan istifadə etməklə ona mütəxəssis rəyində müəyyən edilmiş məbləğdə ziyan vurmağı qeyd edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı Cavabdeh1 etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, etirazda şikayətin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konst itusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 16. “İnsan hüquqların ın və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zə dələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqlar ın dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir;
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsin dən sonra yaranır. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tə rəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 21. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”: Bənd 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə e dilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur; Bənd 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldı rılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır; Bənd 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan fa ktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının y ekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
28. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
29. Həmçinin, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünl üklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hü quqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sı ra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nə zərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
30. Lakin mübahisə üzrə torpaq sahəsinin yeri (koordinatları), o cümlədən cavabdehlərin qanunsuz sahibliyində olması işin məhkəmələr tərəfindən müəyyən edilə bilməyən hallarındandır.
31. İddiaçının əvəzinin ödənilməsini iddia ilə tələb etdiyi əldən çıxmış faydanı əldə etmək üçün gördüyü tədbirlər (güman olunan zəbt hadisəsindən əvvəl həmin torpaq sahəsində və ya sonra başqa ərazidə yonca əkib, gəlir əldə etməsi) yaxud bu məqsədlə hazırlıq işlərini apardığı da məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
32. Odur ki, əldən çıxmış fayda qaydasında zərər vurulmasının, habelə torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində sayılmasının dispozisiya şərtlərinin iş üzrə yerinə yetirilib-yetirilmədiyinin yoxlanıla bilməsi üçün zəruri olan sübutetmə vasitələrinin mövcudluğu indiki halda konkret mötəbər sübutlarla təsdiqini tapmadığından, məhkəmə kollegiyası hesab edir ki, işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmayan və onlara qiymət verilməyən kassasiya şikayətinin dəlilləri bu əsasla yetərsiz sayılmalıdır.
33. Şikayətin apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus 5 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini qeyd etsə də, həmin zəbt nəticəsində torpaqdan istifadə etməklə mütəxəssis rəyində müəyyən edilmiş məbləğdə ziyan vurulmasının qeyd edilməməsi barədə dəlili də əsassızdır. Çünki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə belə bir hal müəyyən edilməmişdir.
34. Torpaq sahələri üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığını, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınmasının məcburi olduğunu və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlətin təminat vermədiyini nəzərə alan məhkəmə kollegiyası eyni zamanda izah edir ki, iddianın hazırkı qaydada həlli iddiaçının gələcəkdə mübahisəli torpaq sahəsinə dair qanunla nəzərdə tutulan mülkiyyət (çıxarış) və texniki sənədləri (torpaq s ahəsinin planı və ölçüsü) əldə etdikdən sonra yenidən eyni əsaslarla torpaq sahəsindən qeyri-qanuni istifadə etmənin qadağan edilməsi tələbinə dair iddia qaldırmasına maneə deyil.
35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-455/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə mi