Məhkəmə qərarları › İş №2(102)-2169/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2169/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2169/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1485/2022 nömrəli mülki iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məh kəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2015-ci il hökmünə əsasən X5 (zərərçəkmiş şəxslər qismində İddiaçı (bundan sonra – iddiaçı) və qeyriləri) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 10 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 21 may 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2015-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı ilə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) arasında Bakı şəhəri 9 saylı notariat Kontorunda bağlanmış 28 sentyabr 2017-ci il tar ixli öhdəlik müqaviləsinə əsasən, cavabdehlər X3 vurduğu 60000 (altmış min) manat ziyanı 5 il müddətinə ildə 12000 manat olmaqla iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı isə öz növbəsində X4 qarşı məhkəmədə qaldırdığı iddianı geri götürməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə xx.xx.2017-ci il tarixdə bağlınmış, 3M-1167 №-li reyestrlə qeydə alınmış öhdəlik haqqında müqaviləyə əsasən cavabdeh tərəfindən ona ödənilməli olan 60000 (altmış min) manat pulun və tərəfindən ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər, qohumları X3 törətdiyi cinayət nəticəsində ona vurduğu ziyanın 60000 (altmış min) manat hissəsinin onlar tərəfindən ödəniləcəyi barədə öhdəlik götürmüşlər. Cavabdehlərin götürdükləri bu öhdəliklə bağlı sonuncularla onun arasında Bakı şəhər 9 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 3M-1167 № li reyestrlə qeydə alınmış öhdəlik haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinin şərtinə görə cavabdehlər qohumları X3 ona vurmuş olduğu ziyan məbləğinin 60.000 (altımış min) manat hissəsini 5 il müddətinə, ildə 12000 (on iki min) manat olmaqla ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehlər, müqavilədə göstərilən müddətdən 4 ildən artıq müddət keçməsinə baxmayaraq, bu gü nə qədər ona heç bir məbləğ ödəməmişdirlər. Halbuki, bu il artıq ona 60 000 manat ödənilmiş olmalı idi. Cavabdehlərə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlər xx.xx.2017-ci il tarixdə 3M-1167 № li reyestrlə qeydə alınmış öhdəlik haqqında müqaviləyə əsasən ona vurulmuş ziyanın 60000 (altmış min) manat hissəsinin ödənilməsinə dair öhdəliklərini icra etməkdən boyun qaçırmışlar.

7. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-547/2022 nömrəli, 28 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cavabdeh2) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli öhdəlik müqaviləsinə əsasən cavabdehlər 60000 manat pulu 5 il müddətinə, ildə 12000 manat olmaqla iddiaçıya ödəməyi öhdələrinə götürsələr də, hazırkı vaxtadək öhdəliklərinə əməl etməmişlər. Cavabdehlər həmçinin öhdəlik üzrə üzərinə düşən vəzifələrin icra edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

9. Ona görə də, iddia tələbi təmin edilməli, həmçinin iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 270 manat dövlət rüsumu iş üzrə cavabdehlərə aid edilməlidir.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 386.3, 390.1, 427.3, 442, 445.1, 445.2.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 184.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Birinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv e dilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəməyə ərizə ilə müraciət edib xəstə olduğunu bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, amma məhkəmə bunu nəzərə almadan və işə onun iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir. Bu səbəbdən də o, məhkəməyə X6 barəsində olan Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarını təqdim edə bilməmişdir. Verilmiş iddiadan da göründüyü kimi, iddiaçı cavabdehlərə pul verməmişdir. İddiaçı, X6 ona vurduğu zərərlə bağlı cavabdehlərə hədə- qorxu ilə imzalatdırdığı öhdəlik müqaviləsinə əsasən onlardan 60000 manat tələb edir, iddiaçı onlara hədə-qorxu gələrək bildirmişdir ki, cavabdehlər sözügedən öhdəliyi imzalamasalar, onda mə hkəmədə işləyən tanışları vasitəsilə Əfqan Məmmədovun cəzaçəkmə müddətini uzatdıracaqdı. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Əfqan Məmmədovun zərərçəkmiş şəxslərə vurduğu ziyan, yəni bütün borc ödənilmişdir. Göründüyü kimi, iddiaçı onları aldadaraq və hədə-qorxu gələrək öhdəlik müqaviləsini imzalatdırmışdır. Məhkəmə borcun ödənildiyi halda, öhdəliyin götürülmə səbəblərini aydınlaşdırmamışdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi öhdəlik müqaviləsinə istinad etmiş, borcun ödənilməsi barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əhəmiyyət verməmişdir. Sözügedən öhdəlik müqaviləsi aldatma və hədə-qorxu yolu ilə bağlandığından MM-in 337-ci maddəsinin tələblərinə görə etibarsızdır.

13. Şirvan Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1485/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci cavabdeh şikayətində iddiaçının xx.xx.2017-ci il tarixli müqaviləyə onlara hədə-qorxu gəlməsi səbəbindən imzaladıqlarını bildirmişdir. Hədə-qorxunun əsası kimi isə birinci cavabdehin Əfqan Məmmədovun cəzasının artırılması göstərilmişdir.

15. X1 cəzaçəkmə müddətinin artırılması ilə bağlı Cavabde h1 istinad etdiyi hədəyə 1 ildən də artıq müddət ərzində son qoyulsa da, həmin əqd üzrə borclu kimi çıxış etmiş cavabdehlər əqdin mübahisələndirilməsi üçün hər hansı addım atmamış, sadəcə hazırkı apellyasiya şikayətində həmin əqdin məcburetmə nəticəsində bağlandığını bildirmişlər. Bununla da, cavabdehlər tərəfindən MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş əqdin mübahisələndirilməsi ilə əlaqədar kəsici müddət ötürülmüş və həmin əqdi mübahisələndirmək üçün cavabdehlərin subyektiv hüququ aradan qalxmışdır. Mübahisələndirilməsi üçün kəsici müddət nəzərdə tutulmuş əqdlər baxımından pozula bilən etibarlılıq halı mövcud olduğundan və cavabdehlər tərəfindən də həmin əqdin mübahisələndirilməsi üçün hər hansı hərəkət həyata keçirilmədiyindən, 28 sentyabr 2017ci il tarixli öhdəlik müqaviləsinin eti barlılığı pozulmamışdır.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci cavabdeh apellyasiya şikayətində həm də ona istinad edir ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarında məhkum tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi qeyd edilmişdir.

17. Ali Məhkəmənin Cinayət Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarında Əfqan Məmmədov tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyi qeyd edilsə də, konkret olaraq hazırkı iş üzrə iddiaçıya da vurulmuş zərərin əvəzinin ödənilib-ödənilmədiyi, əgər ödənilibsə, hansı məbləğdə ödənildiyi barədə hər hansı nəticə müəyyənləşdirilməmişdir. Birinci cavabdeh də vurulmuş zərərin əvəzinin iddiaçıya ödənilməsi barədə hər hansı mötəbər sübut təqdim etməmiş sadəcə formal mülahizələrlə ki fayətlənmişdir. Halbuki, ödəniş qəbzlərinin təqdim edilməsi və digər yollar ilə cavabdeh istinad etdiyi bu halı sübuta yetirə bilərdi.

18. İddiaçı ilə cavabdeh arasında notariat qaydasında bağlanmış öhdəlik müqaviləsi üzrə cavabdehlərin iddiaçı qarşısında 60000 manat məbləğində pul öhdəliyi olduğundan və həmin müqavilə üzrə cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi tam təsdiq olunduğundan birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Birinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiy a şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, qeyd edilmişdir ki, iddiaçı onu dəfələrlə hədələyərək bildirmişdir ki, əgər qeyd olunan müqaviləni imzalamasa, cəzaçəkmə müəssisəsində olan oğlumun cəzasını öz tanışları vasitəsilə artıracaqdır. Bu səbəbdən də onun bu təhdidlərinə boyun əyərək sözügedən müqaviləni imzalamışdır. Bu səbəbdən də, məhkəmə məhz müqavilənin hədələmə nəticəsində məcburiyyət qarşısında imzalanması məsələsini ətraflı araşdırmamışdır. Sözügedən müqavilənin imzalanmasına baxmayaraq iddiaçı hər zaman onu hədələyirdi ki, müqavilədə qeyd olunmuş pulu ala bilsin. Məhz həmin səbəbdən, yəni hədəyə son qoyulmadığından o, sözügedən müqavilənin etibarsızlığı ilə bağlı müraciət edə bilmirdi. Məhkəmə burada hədəyə son qoyulma anını müəyyənləşdirmədən əleyhinə hazırki maddi hüquq normasını tətbiq etmişdir ki, bu da qəbuledilməzdir və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı y önəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

23. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli dir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 150.1.6. İddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir.

31. Maddə 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqd im etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:

32. Maddə 259.0.1. Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; məhkəmə ərizəni baxılmamış saxlayır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Məhkəmə kollegiyası, qətnaməni maraqlı tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunma sı halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Məhkəmə tərkibi onu da nəzərə alır ki, cavabdeh tərəf müqavilə üzrə öhdəliyin icra edilməsi barədə dəlillərini və sübutları birinci instansiya məhkəməsində irəli sürməmişdir. Belə olan halda həmin dəlillərin yuxarı məhkəmə instansiyasında araşdır ılmamasına istinad edilməsi əsaslı sayıla bilməz. Kassasiya instansiyası məhkəməsində isə işin mübahisəli faktiki halları ümumiyyətlə araşdırma predmeti deyil.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirva n Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1485/2022 nömrəli mülki iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar