Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2170/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alimentin miqdarının artırılması 27.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6498/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 18.09.2012-ci il tarixli qətnaməsi ilə 20.03.2011-ci il təvəllüdlü X yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir.
2. İş materiallarından görünür ki, Cavabdeh “xxxx” MMC-də departament rəisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 4230.17 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay onun xeyrinə sabit pul məbləğində 250 manat al iment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.06.2020-ci il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 20.03.2011-ci il təvəllüdlü X adlı övladları dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin 11.04.2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 18.09.2012-ci il tarixli qətnaməsi ilə 20.03.2011-ci il təvəllüdlü X saxlanması üçün Cavabdeh hər ay 150 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.03.2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18.09.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2012-ci ildə aylıq 150 manat məbləğində alimentin müəyyən edilməsi zamanı məhkəmə “Hemorragik vaskulit, qarışıq-dəri, böyrək forma, KRVİ” xəstəliyindən əziyyət çəkən X sağlamlıq vəziyyətini nəzərə almışdır. Lakin uşağın azyaşlı və xəstə olmasına baxmayaraq, cavabdeh alimentin ödənilməsindən boyun qaçırmış, buna görə onun barəsində inzibati cəzalar tətbiq edilmişdir. Hal-hazırda da cavabdeh alimenti müntəzəm olaraq ödəmir, bununla da onun üçün daha ağır maddi çətinlik yaradır. Belə ki, uşağın xəstəliyi davam edir, onun daimi müalicəyə ehtiyacı var, özünün isə təkbaşına müalicə xərclərini ödəməyə imkanı yoxdur. Oğlu X dispanser qeydiyyatındadır, stasionarda müalicə alır. Sağlamlıq vəziyyətinin kəskin pisləşməsi səbəbi ilə dərslərini buraxmalı olur, ona təyin olunan müalicə isə çoxbahalıdır. Onun müalicəsi üçün dərmanlar alınır və alınmaqdadır, laboratoriya analizləri apar ılır, tez-tez həkim yanına getməli olur. Bütün bu xərclər tərəfındən ödənilir. Lakin bu məbləğ 2020-ci il tarixində uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan azdır, aylıq ödənilən 150 manat ilə uşaq saxlamaq və müalicə etmək çox çətindir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN-ə malikdir, işləyir, yüksək gəlirləri var, tez-tez xaricə gedir, lakin iş yerini gizlədir və uşağın ehtiyacları ilə maraqlanmır. Cavabdeh alimenti vaxtı- vaxtında ödəmədiyindən, hər dəfə bununla bağlı Yasamal rayon İcra və Probasiya şöbəsinə şikayət yazır.
5. Məhkəmə prosesinin gedişatında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, şikayəti ilə əlaqədar olaraq, Yasamal rayon İcra və Probasiya şöbəsi 22.05.2020-ci il tarixli məktubunda bildirmişd ir ki, Bakı Apellyasiya Məhkəməsinin 18.09.2012-ci il tarixli icra sənədinin icrası ilə bağlı 26.04.2017-ci il tarixdə borclunun əmək haqqından tutulması ilə bağlı “xxxx” MMC-yə müraciət olunmuşdur. Borclu Cavabdeh “Elektron icra” sisteminə əsasən, “xxxx” MMC-də departament rəisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı məbləği 4230.17 manat təşkil edir. İddia ərizəsində Cavabdeh iş yeri barədə dəqiq məlumatı olmadığına görə sabit pul tələbi ilə iddia vermişdir. Ancaq bir halda ki, Cavabdeh uzun müddət “xxxx” MMC-də departament rəisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı məbləği 4230.17 manat təşkil edir, sabit pul alimenti tələbinin Cavabdeh iş yerindən aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsinə dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə, (hakim A.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 20 mart 2011-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 20 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi və ziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
8. İş materiallarında olan Yasamal Rayon İcra və Probasiya şöbəsinin 22.05.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh “xxxx” MMC-də departament rəisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 4230.17 manat təşkil edir. Habelə, məhkəmə gedişatında cavabdehin hazırda nikahda olub, daha 2 uşağının olduğu müəyyən edilmişdir.
9. AR Ailə Məcəlləsinin 76.1.3. 3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.
10. Beləliklə, məhkəmə hesab etmişdir ki, Cavabdeh üç uşağı olduğundan, iddia tələbi qismən təmin edilməli, 20 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması cavabdehin hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutularaq, iddiaçı X1 ödənilməlidir.
11. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22, 75, 76, 78, 112.1-ci,, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6498/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və Ü.Mayılov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1798/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qətnaməsi “Cavabdeh tutulan alimentin miqdarı” hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, Cavabdeh 20 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, “...alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasınıöz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.”
15. Hazırkı işdə isə aliment ödəməli olan Cavabdeh daimi iş yeri olmaqla, qazancı (gəliri) qeyri-müntəzəm və dəyişkən deyil. Belə ki, o, “xxxx” MMC-də departament rəisi vəzifəsində çalışır və əmək haqqı alır.
16. Bundan əlavə, uşaqlara görə aliment almalı olan İddi açı alimentin sabit məbləğdə deyil, cavabdehin qazancının 1/4 hissəsi miqdarında tutulmasını tələb edir.
17. Beləliklə, baxılan işdə alimentin sabit məbləğdə tutulması üçün AM-in 78.1-ci maddəsindəki əsaslardan heç biri müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin alimenti cavabdehin qazancının və (və ya) başqa gəlirlərindən hissəvi qaydada tutması əsaslı olmuşdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır.
18. Bununla belə, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, bildirir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq alimenti hər ay onun qazancının (və ya başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən etməkdə haqlı olmamışdır.
19. Belə ki, məhkəmə, bu qənaətini cavabdehin h azırda yenidən nikaha daxil olaraq, həmin nikahdan daha iki uşağının olması ilə əsaslandırmışdır. Kollegiya, əvvəla, onu qeyd edir ki, cavabdeh, birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətində yenidən nikaha girməsini, həmin nikahdan iki övladının olduğunu bildirsə də, məhkəməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
20. Digər tərəfdən, cavabdehin yenidən nikaha girməsi və başqa uşaqlarının doğulması təsdiqləndiyi halda belə, bu, aliment miqdarının azaldılması üçün əsas ola bilməz. Çünki, həmin hallar X əvvəlki nikahdan olan övladı X qanunla müəyyən edil miş qaydada saxlanılması öhdəliyini aradan qaldırmır.
21. Bundan başqa iddiaçının apellyasiya şikayətinin Cavabdeh aylıq əmək haqqından əlavə sahibkarlıq fəaliyyətindən gəlirlərinin olduğu və alimentin miqdarı müəyyən olunarkən onların da nəzərə alınmalı olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası vurğulamışdır ki, sözügedən gəlirlər cavabdehdən tutulan onun başqa gəlirlərinə aid olmaqla, onların mövcudluğunun, müsbət halda isə miqdarının müəyyənləşdirilməsi məhkəmə qətnaməsinin icrası mərhələsində araşdırılmalı məsələ olmaqla, hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi alimentin tutulması müddətini müəyyənləşdirərkən işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, alimentin tutulması müddəti iddia ərizəsinin verildiyi tarixdən yəni, 06.02.2020-ci il tarixdən müəyyən edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətna məsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi ş ikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 17 Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. (maddə 3) 18 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslə r öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. (maddə 5) 19 Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. (maddə 8) 20 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. (maddə 19) Ailə Məcəlləsi 21 Valideynlər uşaqlarını saxla mağa borcludurlar. (maddə 75.1) 22 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. (maddə 75.4) 23 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə a limentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (maddə 78.1) 24 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2) 25 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli ol an şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (maddə 112.1) Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Alimentin tutulması müddətinin iddia ərizəsinin verildiyi tarixdən yəni, 06.02.2020-ci il tarixdən müəyyən edilməli olması ilə bağlı kasssiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Ailə Məcəlləsininn 100.2-ci maddəsində nəzərdə tutulmuş həmin qayda ilk dəfə aliment tutularkən onun tutulma anını müəyyənləşdirir. Hazırkı iddia isə alimentin tutulması ilə deyil, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsi ilə bağlıdır.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6498/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.