Məhkəmə qərarları › İş №2(102)-2172/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2172/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2172/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı ilk, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, məhkəmə məsrəflərinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Vəliyeva Eİşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, Cavabdeh3 İddiaçı QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(106)-176/2023 nömrəli qətnaməsindən cavabdeh (qarçılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2013-cü il tarixli müqaviləsi ilə (bundan sonra – kredit müqaviləsi), İddiaçı QSC (bundan sonra – Bank) tərəfindən Cavabdeh1 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğind ə kredit xətti açılmışdır.

2. Eyni tarixli tarixli zaminlik müqaviləsi ilə, Cavabdeh3 kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

3. Eyni tarixli ipoteka müqaviləsi ilə, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 məxsus 64 saylı mənzil (bundan sonra – ipoteka predmeti) Cavabdeh1 öhdəliyinin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 49423,50 manat müəyyən edilmişdir.İpoteka predmeti olan mənzildə qeydiyyatda olan Cavabdeh5 və Cavabdeh4 həmin mənzilin Banka ipotekaya qoyulmasına razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alın mışdır. 4. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

5. Kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli kredit razılaşması və ödəniş planı ilə, Bank Cavabdeh1 aylıq faiz dərəcəsi 1,8333% olmaqla, 24 ay müddətinə 20000 ABŞ dolları kredit verməyi, sonuncu isə kreditin əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayı bərabər hissələrlə olmaqla xx.xx.2016-cı il tarixədək ödəməyi, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. 6. xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli sazişlərlə Bank və Cavabdeh1 kredit razılaşmasına və ödəniş planına dəyişikliklər etmişlər. Sonuncu dəyişikliyə əsasən xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 10028,2 ABŞ dolları restrukturizasiya olunmuş, aylıq faiz dərəcəsi 1.1667 %-dək, cərimə 0.1%-dək azaldılmış, öhdəliyin icrası üçün müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi nəzərdə tutulmuşdur. Cavabdeh3 ödəniş planına, onunla tanış olması, girov qoyan və zamin olaraq razı olması barədə qeyd etmişdir. 7. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 7714,2 ABŞ dolları məbləğində əsas, 10067,44 ABŞ dolları məbləğində faiz və 11806,93 ABŞ dolları məbləğində cərimə olmaqla, cə mi borcu 29588,57 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. Bank cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə 7714,2 ABŞ dolları məbləğində əsas kredit borcu, 10067,44 ABŞ dolları məbləğində faiz borcu və 11806,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29588,57 ABŞ dolları məbləğində borcun, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və xidmət haqqına görə 21 manatın (bundan sonra – 61 manat məhkəmə xərci) tutulması, tələbin ipoteka predmetinə yönəldi lməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun, məhkəmə xərcinin ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən Bankın xeyrinə müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bank iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit razılaşmasının tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır.

10. Cavabdeh3 Banka qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə onun arasında bağlanmış Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 7A, 64 nömrəli mənzilin yüklü edilməsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

11. Cavabdeh3 iddia tələbini onunla əsaslandırmışdır ki, müqavilələr aldatma yolu ilə bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, onun keçmiş əri Cavabdeh5 borcalan Cavabdeh1 ilə iş yoldaşı olmuşlar. Cavabdeh1, Cavabdeh5 xahiş etmişdir ki, onun işlətdiyi kran aşıb və təmir işləri üçün kredit götürmək istəyir, təminat kimi hansısa əmlakı girov qoymaq lazımdır. Hər iki şəxsin təkidi ilə onu razı sala bilmişlər və Cavabdeh1 tanışının olduğu bankın Babək filialına gedirlər. Cavabdeh1 ona məxsus olan kranları da guya girov qoyduğunu bildirir və evin də girovda olmasının heç bir problem olmadığını deyir. Borclu Cavabdeh1 onu əmin edir ki, kredit tezliklə bağlanılacaq və bankda olarkən heç kimdən heç nə soruşmamasını, ümumiyyətlə danışmamasını və göstərilən müqavilələrə qeyd-şərtsiz imza atmasını bildirir. Bir müddət sonra borcalan Cavabdeh1 evin yüklü edilməsinə arxayın olaraq krediti ödəməkdən imtina edir. Belə olan halda o, bir müddət kredit borclarını özü ödəyir. Bugünədək evin əldən çıxmaması üçün həmin kredit üzrə 4500 ABŞ dollarına yaxın ödəniş etmişdir. Ödəniş qəbzləri saxlanılıb. Cavabdeh1 hazırda Sumqayıt şəhərində yaşayır və ticarət işləri ilə məşğuldur. Özünün kranlarını və digər yük maşınlarını icarəyə verib. Bir sözlə, götürdüyü kreditləri ödəmək imkanına malikdir. Sadəcə ipotekaqoyanın yeganə evinin girov qoyulmasını və əldə çıxma qorxusundan istifadə edərək borcları ödəməkdən yayınır. Hazırda boşanmalarına baxmayaraq o, keçmiş əri ilə həmin evdə yaşayır. Problemlə bağlı Bankın Babək filialında dəfələrlə olublar. Bankın əməkdaşları da borclu ilə danışıqlar aparmış və onu güc-bəla ilə filiala gətizdirə bilmişlər. Qeyd edilən kredit xətli üzrə 3 dəfə müqavilələrə dəyişiklik edilmiş və ona vaxt verilmişdir. Razılığa və yeni ödəniş planlarına əsasən aylıq ödənişin yarısını o, digər yarısını isə borcalan ödəməli idi. Lakin borclu yeni ödəmə planlarına da əməl etmir və yayınır. Əlavə olaraq, filial tərəfindən rəsmiləşdirilən müqa vilələrin heç biri ona verilməmişdir. Ona çatan nüsxələr də bu günədək Cavabdeh1 saxlanılır. Onda yalnız Bank tərəfindən göndərilən xəbərdarlıq məktubları vardır. Bu üzdən məhkəməyə həmin sənədlərin surətlərini təqdim edə bilmir. Bundan başqa, kredit xətti üzrə onun zamin durduğu müqavilə üzrə bir müddət ipotekaqoyan tərəfindən ödəniş edildikdən sonra Cavabdeh1 təkidli xahişi ilə ona yenidən kredit verilmiş və qalıq borc yeni müqaviləyə salınmaqla ona 20000 ABŞ dolları kredit verilmişdir. 2-ci kredit müqaviləsi bağlanan zaman sözügedən ev ipoteka ilə yüklü edilmişdir. Zaminlik krediti üzrə müqavilə yeniləndiyindən onun ərizəsi əsasında ona xx.xx.2019-cu il tarixdə həmin kredit üzrə borcun tam bağlanması və zaminlik öhdəliyinin olmamasına dair arayış verilmişdir. Buna baxmayaraq, Bank tərəf indən hazırda borcalana qarşı Füzuli Rayon Məhkəməsində iddia qaldırılmışdır. İddia ərizəsində borcun həm borcludan, eləcə də zamin kimi ondan tutulması və tələbin ipoteka qoyulmuş evə yönəldilməsi qeyd edilmişdir. Bankda hesab edirlər ki, əgər müqavilə müddəti bitibsə, onlar dərhal ödəniş olmasına baxmayaraq məhkəmədə iddia qaldırmalıdır. Əgər Bank iddia qaldırmasa o, çarəsizlikdən qismən də olsa, ödənişləri davam etdirmək fikrində idi. Hazırda yaşlı və xəstə olduğundan çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalıb. Bir tərəfdən aldadılaraq üzərinə öhdəlik qoyulur, digər tərəfdən zamin durduğu krediti tam bağlasa da, yenidən ona zamin kimi də iddia qaldırılır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2981/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 cavabdeh Banka qarşı mülki işin icraatının Füzuli Rayon Məhkəməsinin icraatında olan 2(064)-389/2021 saylı mülki işin icraatına birləşdirilməsi və birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi, qərara alınmışdır. 13. "xxxx" MMC-nin ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatına əsasən, ipoteka predmeti olan mənzilin likvid dəyəri 63000 manat təşkil edir.

14. Füzuli Rayon Məhkəməsinin 2(064)-389/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ilə mülki işlər baxılmaları üçün bir icraatda birləşdirilmişdir.

15. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli rəyində ilə Cavabdeh1 Banka xx.xx.2014-cü il tarixli kredit razılaşması (əlavə sazişlərin şərtləri nəzərə alınmaqla) üzrə xx.xx.2020-ci il tarixə borcunun əsas borc üzrə 7704,02 ABŞ dolları, faiz borcu üzrə 8356,89 ABŞ dolları olmaqla, cəmi 16060,91 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur.

16. Füzuli Rayon Məhkəməsinin 2(064)-268/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim:Yaşar Həşimov) ilk iddia tələbinin qismən təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı Bankın xeyrinə 7704,02 ABŞ dolları əsas borc, 8356,89 ABŞ dolları faiz borcu və 700 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 16760,91 ABŞ dolları milli manat ekvivalentində pulun, 61 manat məhkəmə xərcinin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 200 manatın tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilm əsi və həmin mənzilin açıq hərracdan satılmaqla hərracdan əldə olunmuş vəsatin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 63000 manat məbləğində müəyyən edilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,borcun ödənilməsini təmin etmək üçün tutma ipoteka predmeti olan mənzilə yönəldilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ilə ipoteka ilə yüklü edilmiş e vin dəyəri həmn vaxt 49423,50 manat məbləğində qiymətləndirilmişdir. Lakin həmin qiymət 2013-cü ildə qoyulduğuna və həmin müddətdən 8 il keçdiyinə görə hazırda real vəziyyəti əks etdirmədiyindən məhkəmə mütəxəssis rəyinə istinad edərək qeyd olunan əmlakın 63000 manat məbləğində qiymətləndirilməsini məqsədəuyğun hesab etmişdir.

18. Birinci instansiya məhkəməsi eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunu 700 ABŞ dollarınadək azaltmışdır.

19. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələbləri pozulmadan bağlandığından və onun etibarsız hesab olunması üçün hər hansı əsaslar mövcud olmadığından bu iddia tələbi təmin oluna bilməz.

20. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 269, 279, 295, 317, 319, 324, 331, 337 442, 472, 739-cu, “İpoteka haqqında” AR Qanununun 10, 36, 39, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, qarşılılı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-176/2023 nömrəli iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl mışdır.

23. Belə ki, işdəki 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilə əsasında kreditlərin verilməsi və qaytarılması hər bir fərdi kredit razılaşmasının şərtlərinə və müvafiq planına uyğun olaraq həyata keçirilməlidir.

24. İşdəki 02S000023025 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında olan öhdəlikl ərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

25. İşdəki xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh5 həmin mənzilin İddiaçı QSC-yə ipoteka qoyulmasına razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə həmin əmlakı qeydşərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

26. İşdəki xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh4 həmin mənzilin İddiaçı QSC-yə ipoteka qoyulmasına razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

27. İşdəki xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cav abdeh3 məxsus 64 saylı mənzil 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə Cavabdeh1 öhdəliyinin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 4.7-ci bəndinə əsasən onun 2nüsxəsi tərəflərdə saxlanılır. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 49423,50 manat müəyyən edilmişdir.

28. İşdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 məxsus 64 saylı mənzilin 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 1 20 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

29. İşdəki 02S000025578 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

30. İşdəki 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə 02R000034610 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşmasından və ödəniş planından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 1,8333% olmaqla, 24 ay müddətinə 20 000 ABŞ dolları kredit verməyi, sonuncu isə kreditin əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayı bərabər hissələrlə olmaqla xx.xx.2016-cı il tarixədək ödəməyi, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.

31. İşdəki xx.xx.2015-ci il tarixli, 02R000034610SB saylı; xx.xx.2016-cı il tarixli, 02R000034610SC saylı; xx.xx.2016-cı il tarixli, 02R000034610SD saylı; xx.xx.2017-ci il tarixli, 02R000034610SE saylı; xx.xx.2017-ci il tarixli, 02R000034610SF saylı; xx.xx.2019cu il tarixli, 02R000034610SG saylı sazişlərdən görünür ki, İddiaçı QSC və Cavabdeh1 kredit razılaşmasına və ödəniş planına dəyişikliklər etmişlər. Sonuncu dəyişikliyə əsasən 02R000034610 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 10028,2 ABŞ dolları restrukturizasiya olunmuş, aylıq faiz dərəcəsi 1.1667 %-dək, cərimə 0.1%-dək azaldılmış, öhdəliyin icrası üçün müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi nəzərdə tutulmuşdur. Cavabdeh3 ödəniş planına, onunla tanış olması, girov qoyan və zamin olaraq razı olması barədə qeyd etmişdir.

32. İşdəki 0282 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 7714,2 ABŞ dolları məbləğində əsas kredit borcu, 10067,44 ABŞ dolları məbləğində faiz borcu və 11806,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi borcu 29588,57 ABŞ dolları təşkil edir.

33. İşdəki xx.xx.2020-ci il tarixli xəbərdarlıqların surətindən görü nür ki, İddiaçı QSC kredit müqavilələri üzrə öhdəliklərinin icrasını borcluya və zaminlərə təklif etmiş, əks təqdirdə borcun qaytarılması tələbi ilə müraciət ediləcəyi onların nəzərinə çatdırılmışdır.

34. İşdəki xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı QSC tələbin ipoteka ilə yüklü edilmiş ünvan 2-ə yönəldilməsinə başlandığını ipoteka qoyanın nəzərinə çatdırmışdır.

35. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı QSC-nin ipoteka ilə yüklü edilmiş ünvan 2-ə tutmanın yönəldilməsinə dair ipoteka qoyana çatdırılmış bildiriş xx.xx.2020-ci il tarixdə ********** sayla qeydə alınmışdır.

36. İşdəki Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının çıxarışlarından görünür ki, İddiaçı QSC tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənmişdir.

37. X6 Portalının ********* saylı, xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir.

38. İşdəki 713 saylı, xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı QSC Cavabdeh1 xx.xx.2013-cü il tarixdə götürdüyü 13000 ABŞ dolları məbləğli kreditin xx.xx.2019-cu il tarixdə tam ödənildiyini, onun bu kredit üzrə İddiaçı QSC qarşısında zaminlik öhdəliyinin olmadığını Cavabdeh3 nəzərinə çatdırmışdır.

39. İşdəki "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsinə dair 38 saylı, x x.xx.2021-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7a, 64 saylı mənzilin likvid dəyəri 63000 manat təşkil edir. Qiymətləndirmə üzrə tədqiqatın dəyəri 200 manat təşkil edir. Mənzilin fotogörüntüləri hesabata əlavə olunmuşdur.

40. İş üzrə Cavabdeh3 təşəbbüsü ilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8008 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması (əlavə sazişlərin şərtləri nəzərə alınmaqla) üzrə xx.xx.2020-ci il tarixə borcunun əsas borc üzrə 7704,02 ABŞ dolları, faiz borcu üzrə 8356,89 ABŞ dolları olmaqla, cəmi 16060,91 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir.Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. 41. “Məhkəmə qətnaməsi haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh (iddiaçı) Cavabdeh3 ipoteka müqaviləsinin keçmiş əri Cavabdeh5 və keçmiş ərinin iş yoldaşı Cavabdeh1 təkidi ilə, evin girovda olmasının heç bir problem olmaması, kreditin Cavabdeh1 tərəfindən tezliklə bağlanılacağı adı ilə aldadılması nəticəsində bağlaması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hə r hansı sübut təqdim etməmişdir.

43. İş üzrə sübutlarla xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsinin Cavabdeh3 keçmiş əri Cavabdeh5 və keçmiş ərinin iş yoldaşı Cavabdeh1 tərəfindən aldadılması nəticəsində bağlanması halı təsdiq edilməmişdir.

44. Bundan başqa, cavabdeh (iddiaçı) Cavabdeh3 keçmiş əri Cavabdeh5 və keçmiş ərinin iş yoldaşı Cavabdeh1 bankda olarkən heç kimdən heç nə soruşmamasını, ümumiyyətlə danışmamasını və göstərilən müqavilələrə qeyd-şərtsiz imza atmasını istədiklərini qeyd etsə də, həmin halların təsdiqi üçün də hər hansı sübut təqdim etməmişdir.

45. İş üzrə sübutlarla həmin hal da təsdiq edilməmişdir.

46. Eyni zamanda cavabdeh (iddiaçı) Cavabdeh3 bu qeyd etdiklərinin təsdiq olunması halında isə İddiaçı QSC-nin aldatmadan xəbərdar olmaması və xəbərdar olmalı olmaması müəyyən edilir ki, bu da əqdin mübahisələndirilməsini istisna edir.

47. Bundan başqa, özünün kranlarını və digər yük maşınlarını icarəyə vermiş, götürdüyü kreditləri ödəmək imkanına malik borcalan Cavabdeh1 krediti ödəməkdən imtinası ilə bağlı cavabdeh (iddiaçı) Cavabdeh3 həmin kredit üzrə 4500 ABŞ dollarına yaxın ödəniş etməsi, öhdəliyi icra etmiş zamin üçün başqa hüquqi nəticələrə səbəb olmaqla, əqdin etibarsız sayılmasına əsas deyil.

48. Eyni zamanda apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq, ipoteka müqaviləsinin şərtlərindən görünür ki, notariat orqanı müqavilənin bir nüsxəsini cavabdeh (iddiaçı) Cavabdeh3 saxlamışdır.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, hazırkı tələb xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması üzrə verilmiş 20000 ABŞ dolları kreditin qaytarılması ilə bağlı olduğundan, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə götürdüyü 13000 ABŞ dolları məbləğində krediti xx.xx.2019-cu il tarixdə tam ödəməsi ilə cavabdeh (iddiaçı) Cavabdeh3 həmin kredit üzrə İddiaçı QSC qarşısında zaminlik öhdəliyinə xitam verilməsi, hazırkı iddianın ona münasibətdə rədd edilməsinə əsas ola bilməz.

50. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, mənzilin fotogörüntülərinin hesabata əlavə olunması, qiymətləndirmənin apellyasiya şikayətində qeyd edilənlərin əksinə olaraq ipoteka ilə yüklü edilmiş mənzilə baxış keçirilməklə aparıldığını təsdiq edir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, mülkiyyətində olan mənzili n onun yeganə yaşayış yeri olması, qızı və nəvələri ilə həmin evdə yaşaması, ağır şəkər xəstəsi olması tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini istisna etmir.

52. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, ipoteka qoyan, ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək səlahiyyətinə malik olduğundan, eyni zamanda ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onutərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdüklərindən cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarının mövcudluğu onların mənzildən çıxarılmasına və evin hərracın nəticələri üzrə a lıcıya təhvil verilməsi hissəsində iddianın rədd edilməsinə əsas deyil.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh3 02S000023025 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi ilə 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, bununla da, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmadığından, eləcə də sonuncu dəfə restrukturizasiya olunmuş 10028,2 ABŞ dolları üzrə aylıq faiz dərəcəsi 1,1667 %-dək, cərimə isə 0,1%-dək azaldıldığın dan, öhdəliyin icrası üçün nəzərdə tutulmuş xx.xx.2020-ci il isə Cavabdeh3 təminat verdiyi xx.xx.2023-cü il tarixdən əvvələtəsadüf etdiyindən, bununla da dəyişdirilmiş öhdəlik onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmadığından onun zaminliyə xitam verilməsi üçün əsaslar yaranmamışdır. Ümumiyyətlə, restrukturizasiya barədə sonuncu sazişin bağlanmasına Cavabdeh3 özünün razılığı olmuşdur.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, MPM-in 134-cü maddəsinə əsasən ekspert və mütəxəssis rəyləri tərəflərə rəsmi qaydada verilməli olan sənədlərə aid edilməsə də, Cavabdeh3 həmin sənədləri özünə təqdim edilməsini tələb etməsi, məhkəmənin isə bundan imtina etməsi halı da təsdiq edilmir.

55. İşin müəyyən ed ilmiş hallarından görünür ki, iddiaçı 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti açmış, xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7a ünvanında yerləşən Cavabdeh3 məxsus 64 saylı mənzil 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə Cavabdeh1 öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Müqavilə bağlanakən Cavabdeh5 və Cavabdeh4 həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. İpoteka ilə yüklülük daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1nna aylıq faiz dərəcəsi 1,8333% olmaqla, 24 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Sonuncu bərabər hissələrlə krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, öhdəliyin icra ed ilməməsi halında cərimə ödəyəcəyini vəd etmişdir. xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2019-cu il tarixli sazişlərlə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 10028,2 ABŞ dolları restrukturizasiya olunmuş, aylıq faiz dərəcəsi 1,1667 %-dək, cərimə 0,1%-dək azaldılmış, öhdəliyin icrası üçün müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi nəzərdə tutulmuşdur.

56. Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya ödənilməmiş əsas və faiz borcları yaranmışdır. O, öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı yaranmış borca cərimə hesablamış, yaranmış borcu ödəmələrini cavabdehlərə təklif etmiş, ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim ed ilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatı orqanlarında qeydə alınmışdır. İddiaçı bunun üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, hazırkı iddia üzrə isə 30 manat dövlət dövlət rüsumu ödəmişdir.

57. İddiaçı QSC tələbini Cavabdeh1 iddia edilən məbləğdə əsas və faiz borcunun yaranması, cərimənin hesablanmasının müqavilədə nəzərdə tutulması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün maliyyə arayışını təqdim etmişdir.

58. Cavabdeh (iddiaçı) Cavabdeh3 ödədiyi pulların yalnız cərimənin ödənilməsinə yönəldilməklə silinmələrin həyata keçirilməsinin qanunazidd şəkildə aparılması əsası ilə tələbə etiraz etmişdir.

59. Yanaşı yoxlanılmış məhkəmə-mühasibatlıq ekspertizasının 9/8008 saylı, xx.xx.2021-ci il tarixli rəyi il ə isə Cavabdeh1 İddiaçı QSCyə xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması üzrə 7704,02 ABŞ dolları əsas, 8356,89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16060,91 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası rəyi vermiş şəxsin mühasibatlıq sahəsində xüsusi biliyi olduğunu, rəyin iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının şərtləri əsas götürülməklə verildiyini nəzərə alaraq, həmin rəylə razılaşır və Cavabdeh1 iddiaçıya rəylə müəyyən edilən məbləğdə borcunun yaranmasını işin hallarına uyğun sayır.

61. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti üzrə onu qeyd etməyi zəruri sayır ki, tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin dəyərini 49423,50 manat olaraq müəyyən etsələr də, ilkin satış qiymətində razılaşmadıqlarından və bu qiymət müqavilədə öz əksini tapmadığından, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatında müəyyən edilmiş likvid dəyərinə uyğun olaraq 63000 manat müəyyən etməkdə haqlı olmuşdur.

62. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilmə lidir.

63. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, tənasübsüz surətdə yüksək cərimənin azaldılması qanunla nəzərdə tutulsa da, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalı olduğundan birinci instansiya məhkəməsi 7704,02 ABŞ dolları əsas borc üzrə cərimənin məbləğini 700 ABŞ dollarınadək azaltmaqda haqlı olmuşdur.

64. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmiş Cavabdeh1 borcuna tənasübsüz surətdə yüksək cərimənin azaldılmasının qanunla nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinin qadağan olduğunu, məhk əmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin əsas və faiz borcları üzrə, həmçinin hesablanmış cərimənin azaldılmalı olması, çəkilmiş xərclərin, ekspertə və mütəxəssisə verilməli olan məbləğlərin aidiyyət məsələsi üzrə gəldiyi nəticəsini işin hallarına uyğun sayır.

65. Məhkəmə kollegiyası tələbin pul vəsaitinin əsas borclu ilə yanaşı zaminlərdən də tutulmasına dair hissəsi üzrə onu da qeyd etməyi zəruri sayır ki, zaminliyə xitam verilməsi üçün əsaslar yaranmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin zaminlərə münasibətdə də təmin edilməli olmasına dair gəldiyi nəticə düzgün olmuşdur.

66. Məhkəmə kollegiyası tələbin ipoteka predmentinə tutmanın yönəldilməsi hissəsi üzrə b elə nəticəyə gəlir ki, Cavabdeh3 məxsus mənzil öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyindən və təminat vasitəsi ipoteka olan əsas öhdəlik icra edilmədiyindən, bununla da iddiaçının ipoteka predmentinin satılmasını tələb etmək hüququ yarandığından, birinci instansiya məhkəməsinin tələbin həmin hissəsi və ipoteka predmetinin ilkin satış qiyməti üzrə gəldiyi nəticə də düzgün olmuşdur.

67. Məhkəmə kollegiyası iddianın 7704,02 ABŞ dolları əsas borc, 8356,89 ABŞ dolları faiz borcu və 700 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 16760,91 ABŞ dolları milli manat ekvivalentində pul, dövlət rüsumuna görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqına görə 21 manatın əsas borcludan və zaminlərdən tutulmasınadair hissədə təmin edildiyini, bununla da qeyd edilən pul vəsaitinin istənilən halda həmin şəxslərdən iddiaçının xeyrinə tutulmalı olduğunu nəzərə alaraq, iddianın hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulmasına dair hissəsini eyni tələb hesab edir və birinci instansiya məhkəməsinin tələbin bu hissəsi üzrə gəldiyi nəticəni düzgün hesab edir.

68. Məhkəmə kollegiyası mənzilin kreditin qaytarılması üçün ipoteka qoyulduğunu, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə nota riat qaydasında təsdiq edilmiş öhdəlik götürdüklərini, bununla da o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarını, əks halda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmalı olduqlarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin tələbin fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsi üzrə gəldiyi nəticəni düzgün hesab edir.

69. Məhkəmə kollegiyası xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticəni də düzgün hesab edir.

70. Məhkəmə kolle giyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur.

71. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyas iya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

72. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

73. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319, 442,448, 339.3, 385.1, 439.1,439.2, 442,465.2, 467, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 46.1, 59.3.1, 59.3.2, 59.4cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 117.1, 119.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

74. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 kasasiya şikayə ti verərək (vəkil X4), apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

75. Kassator şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq hesab etmişdir ki, Cavabdeh3 ilə ipoteka müqaviləsi aldatma yolu ilə bağlanmış əqd hesab olunmalıdır.Digər tərəfdən əvvəllər əsas borcalan Cavabdeh1 borcu ödəmədiyinə görə bankın təklifi ilə kredit resturuktruzasiya olunmuş və onun əsasında ipoteka müqaviləsinə dəyişiklik edilsə də hazırki iş üzrə cavabdeh və qeydiyyatda olan şəxs kimi Cavabdeh3 övladı Cavabdeh4 həmin dəyişiklikdən xəbərsiz olmuş,müqaviləyə öz razılığını bildirməmişlər.

76. Kassator şikayətində onu da qeyd etmişdir ki, ekspertiza tədqiqatında iştirak hü ququ ekspert tərəfindən təmin olunmamış, ipoteka predmeti olan əmlaka baxış keçirilmədən qiymətləndirilmə aparılmışdır.Məhkəmənin həmin qeyri-müəyyən, qeyrimötəbər rəylə qərar qəbul etməsi qanunvericiliyin pozulması ilə nəticələnmişdir.

77. Kassasiya şikayətinin digər dəlilinə görə, əmlak və mühasibatlıq ekspertizalarına görə məhkəmə xərclərinin tutulması əsassız olaraq cavabdehin üzərinə qoyulmuşdur. Ədalətli məhkəmə qərarının qəbulundan söhbət gedirsə məhkəmə ən azı bu halda həmin rüsumları tərəflər arasında bölüşdürməli idi.

78. Kassator qeyd etmişdir ki, məhkəmədə işə baxılarkən tərəflərindən vəsatət verilmişdir ki, evin əsas sahibi məhkəmə iclasında iştirak etsin və izahat versin.Bundan başqa əlavə vəsatətlər də verilmişdir.Məhkəmə isə heç bir sübutu araşdırmadan və heç kəsi dinləmə dən qərar vermişdir.

79. Kassator onu da qeyd etmişdir ki, rayon məhkəməsində prosessual pozuntularla qəbul edilmiş məhkəmə qətnaməsindən şikayət verilməsinə baxmayaraq eyni səhvləri yuxarı instansiya da etmişdir.Ən azı məhkəmə qətnaməni maddi və prosessual hüquq normalarının pozuntularına görə ləğv etməli idi.

80. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.2, 339.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 97, 102.2, 380-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

81. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

82. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

83. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

84. Maddə 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borcları nın tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun.

85. Maddə 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.

86. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

87. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyi nin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

88. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istina d edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

89. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

90. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

91. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

92. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqavil əsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir

93. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

94. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

95. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydad a əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

96. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

97. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

98. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

99. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

100. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

101. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

102. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

103. Hazırki kassasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsinin aktı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması, qarşılıqlı iddianın rədd edilməsi və ekspertiza xərclərinə dair hissədə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı həmin mübahisələndirilən hissələrdə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 münasibətdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

104. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə lərdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

105. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

106. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

107. Məhkəmə kollegiyası kassasiya şikayətinin kreditin restrukturizasiya edildiyini, dəyişikliklərdən xəbəri omadığı, dəyişikliklərə razılıq bildirmədiyi barədə dəlili ilə əlaqədar dəlili də əsaslı saymır.

108. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublik ası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

109. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu q ayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.

110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il Qərardadına əsasən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 v ə 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məh kəmələrin icraatında olan mübahisələrə şamil olunur.

111. Lakin iş materialları ilə təsdiq olunur ki, ilkin iddiaçı(bank) ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 arasında ipoteka müqaviləsi 24 dekabr 2013-cü il tarixində bağlanıb,yəni hüquq münasibəti həmin vaxt yaranıb, hazırki iş üzrə ilkin - İddiaçı QSC-nin iddia ərizəsi 26 yanvar 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olub, yəni, yuxarıda göstərilən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarının qüvvəyə minməsindən sonra mübahisə məhkəmənin icraatına daxil olmuşdur.Belə olan təqdirdə yuxarıda göstərilən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları, yuxarıda göstərilən Azərbaycan Respublikasının Kons titusiya Məhkəməsinin Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına əsasən hazırki məhkəmə mübahisəsinə şamil oluna bilməz.

112. Kassasiya şikayətinin məhkəmədə işə baxılarkən tərəflərindən evin əsas sahibinin məhkəmə iclasında iştirak etməsi və izahat verməsi barədə vəsatət verildiyi, bundan başqa əlavə vəsatətlər də verildiyi, məhkəmənin isə heç bir sübutu araşdırmadan və heç kəsi dinləmədən qərar verdiyi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsasızdır.Belə ki, iş materialları ilə təsdiq olunur ki, apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, o və nümayəndəsi və vəkil məhkəmə iclasında iştirak etməmiş, apellyasiya məhkəməsi işə cavabdehlərin iştirakı olmadan bax ılmasını mümkün hesab etmişdir. Belə olan təqdirdə kassatorun cavabdehin apellyasiya məhkəməsində məhkəmə iclasında vəsatət verməsi halı da mümkün deyil.Eyni zamanda iş materialları ilə Cavabdeh3 və ya onun nümayəndəsi və vəkilinin apellyasiya məhkəməsinə dəlildə göstərilən məzmunlu vəsatətlər göndərməsi də təsdiq edilmir

113. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

114. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(106)-176/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar