Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2173/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3ın vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3ın Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13558/2019 nömrəli qətnaməsindən iddiaçıların kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında b axaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, çəkilmiş xərclər üçün 15000 manat, behin x xxxxx 4500 manat və planlaşdırılmış biznes layihəsi üçün 5500 manat, cəmi 25000 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5736/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 9000 (doqquz min) manat Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. (hakim Pərviz Zamanlı) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13558/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı3ın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5736/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, İkram Şirinov) İddiaçılar İddiaçı1 və İddiaçı3 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. İddiaçıların planlaşdırılmış biznes layihəsinin itirilməsi ilə bağlı 5500 manat məbləğində zərərə məruz qaldığına dair sənədlər işə əlavə edilsə də, məhkəmələr tərəfindən b una qiymət verilməmiş, ümumiyyətlə bu hissəyə toxunulmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3ın vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. maddəsinə əsasən İŞİN HALLARİ İddia tələbi ondan ibarətdir ki, İddiaçı1 cavabdehlə xx.xx.2019-cu il tarixdə beh müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən cavabdeh özünə məxsus Bakı şəhəri, Rəsul Rza küçəsi, 7/9 ünvanında yerləşən 68.9 kv.metr qeyri-yaşayış sahəsini İddiaçı1 95000 manata satmaq üşün alqı-satqı müqaviləsini bağlamaq haqqında öhdəlik götürmüşdür. Gələcəkdə bağlanacaq müqavilənin təminatı kimi cavabdehə 4500 manat pul nağd qaydada ödənilmişdir. Cavabdeh 1 ay müddətində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədləri toplamağı, iddiaçı isə alqı-satqı zamanı qalan 90500 manat məbləği cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Pul vəsati Londonda olduğu üçün həmin vəsaiti digər İddiaçı3 bank vasitəsi ilə London şəhərindən Bakıya göndərilməsi üçün, məzuniyyət günlərindən istifadə edərək 10 günlük Londana getmiş və orada yeni bank hesabı açaraq məbləği Azərbaycana göndərmişdir. Sonradan cavabdeh öhdəliyini pozmuş, beh müqaviləsi bağlamasına baxmayaraq, qeyri-yaşayış sahəsini başqa şəxsə satmışdır. Bununla da cavabdeh onlara maddi zərər yetirmişdir. Bu zərər İddiaçı3ın Londona səfəri üçün sərf etdiyi vəsait, Londondan Bakıya pul köçürməsi zamanı ödənmiş xidmət haqqı, hüquqşünasa ödənilmiş qonorar, valyutalar arasındakı məzənnə fərqi və alıncaq əmlakı təsisçisi olduğu firmanın istifadəsinə verib gəlir əldə edəcəyi və bu, baş tutmadığı üçün qazanacığı pulun əldən çıxmasından ibarətdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçıların vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı1 və İddiaçı3ın kassasiya şikayəti təmin edilməməli,həmin şəxslərə münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halı İddiaçı1 ilə Cavabdeh arasında əmlakın alqı-satqı müqaviləsinin bağlanmasının təminatı kimi beh müqaviləsi olması, müqavilə üzrə cavabdehin 4500 manat pulu beh qismində alsa da, sonuncunun öhdəliyini icra etməməsidir. Qətnamədən görünür ki, apelyasiya instansiyası işin müəyyən edilmiş mübahisəsiz həmin halına uğyun olaraq beh müqaviləsi üzrə aldığı 4500 manat behin iki misilinin Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən cavabdehdən alınıb İddiaçı1 verilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır. Həmin hissədə nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinin qətna məsi mübahisələndirilməyib. İşin mübahisəli halı və apelyasiya şikayəti iddianın digər maddi zərər hissəsi ilə bağlı olmuşdur. İddiaçılar digər maddi zərər barədə iddialarının əsası və apelyasiya şikayətlərinin dəlili kimi İddiaçı3ın Londona səfəri üçün bilet və ezamiyyə xərcləri ödəmələrinə, Londondan Bakıya pul köçürmək, hüquqşünasa qonorar ödəmək üçün xidmət haqqı qismində pul sərf etmələrinə, valyutalar arasındakı məzənnə fərqindən pul itirmələrinə və alınacaq əmlakı təsisçisi olduqları firmanın istifadəsinə verib gəlir əldə edəcəkləri halda, cavabdehin təqsiri üzündən bu gəlirdən məhrum olmalarına istinad etmişlər. Apelyasiya məhkəməsi iş materiallarına əsasən iddianın həmin maddi zərər hissəsində sübuta yetirilməməsini müəyyən edərək, elə həmin əsasla da iddianı qeyd edilən hissədə r ədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bu hissədə gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, iddiaçıların digər maddi zərərlə bağlı tələbinin əsası kimi göstərdiyi halları sübut etməməsinə istinadən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halından görünür ki, beh qismində verilən 4500 manatdan savayı, iddiaçılar tələblərində göstərdikləri digər maddi zərərlə bağlı heç bir sübut təqdim etməmişlər. Halbuki Mülki Prosessual M əcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi iddiaçıların üzərinə düşdüyü və buna baxmayaraq, onlar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədikləri üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin həmin hissədə gəldiy i nəticəni düzgün hesab etmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəm əsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçılar (kassatorlar) İddiaçı1 və İddiaçı3ın kassasiya şikayətitəmin edilməməli,kassatorlara münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar (kassatorlar) İddiaçı1 və İddiaçı3ın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13558/2019 nömrəli qətnaməsi kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2173/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2173/2020
17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver