Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2174/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sənəddə imza və möhürün mötəbərliyi, sübutetmə yükü, sübutun təqdim olunmaması, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-464/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsin dən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödədiyi 78.600 manat pulun və 30 manat dövlət rüsumunun, 2015-ci il tarixdən onun pulundan istifadə etdiyinə görə və ona vurduğu zərərə görə 50.000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binadan 1 otaqlı, 65,5 kv. m ölçülü mənzil almışdır. Bununla əlaqədar cavabdehə 78.600 manat pul ödəmişdir. Bu halı iddia ərizəsinə əlavə olunan maliyyə arayışı təsdiq edir. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmir və aldığı mənzili ona təhvil vermir. O, bir neçə ay əvvəl binaya getmiş, həmin binanın komendantı bina sakinlərinin siyahısına baxıb bildirmişdir ki, müqavilədə göstərilən mənzil təmir edilib, başqa bir şəxsin istifadəsindədir, onun adına ümumiyyətlə binada mənzil qeydə alınmamışdır. Başa düşmüşdür ki, şirkət onu aldadıb və 78600 manat pulu ələ keçirib. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə müqavilə və maliyyə arayışı təqdim etmişdir. Cavabdeh MMC ilə bağlandığı iddia olunan yaşayış binasında mənzil tikintisi haq qında 25 noyabr 2015-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, xxxxxxxxxx mənzil pay olaraq payçı İddiaçı verilməsi nəzərdə tutulmuş, mənzilin dəyəri 78600 manat göstərilmişdir. Təqdim edilən 25 noyabr 2015-ci il tarixli maliyyə arayışında Bakı şəhəri, Nizami rayonu, xxxxxxxxxxxxxxxnşa edilən yaşayış binasının Cavabdeh MMC-yə məxsus olduğu, binanın B girişinin 12-ci mərtəbəsində, ümumi sahəsi 65.5 kv.m olan 1 otaqlı 159 saylı mənzilin pay dəyəri - 78600 manatın payçı İddiaçı tərəfindən ödənildiyi qeyd edilmişdir. İşə baxılarkən məhkəmə tərəfindən müqavilədə və maliyyə arayışında olan imzaların cavabdehin direktoru tərəfindən icra edilib-edilmədiyi, habelə möhürün cavabdehə məxsus olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş, cavabdehin direktoru X2 eksperimen tal imza nümunələri və MMC-nin möhürünün eksperimental nümunələri işə əlavə edilmişdir. 05.02.2019-cu il tarixdə ekspertlər məhkəməyə vəsatət göndərərək tədqiqat aparılması üçün cavabdehin direktoru X2 2-3 sənəddə olan əlavə sərbəst nümunələrinin (2010-2015-ci illərə dair); 2005-2015-ci il tarixlərində MMC-də istifadə olunan möhürün sərbəst əks nümunələrinin (hər ilə dair 2 sənəd təqdim olunmaqla) təqdim olunmasının zəruri olduğunu bildirmişlər. Vəsatət təmin olunmadığı üçün məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(007)-195/2019 nömrəli iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim – F.Mirzəyev) iddia qismən təmin olunmuş, cavabdehdən 78600 manat pulun və ödənilmiş 30 manat dövl ət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləği cavabdehə ödəsə də, sonuncu üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və mənzili payçıya təhvil verməmişdir. Pulun ödənilməsi cavabdeh tərəfindən verilmiş və müəssisənin möhürü ilə təsdiqlənmiş maliyyə arayışı, eləcə də kassa mədaxil orderi ilə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddia 76.800 manat borc məbləğinin cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona zərər dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia həmin hissədə təmin olun a bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İşin apellyasiya icraatı zamanı yenidən oxşar suallarla məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2020-ci il tarixli, 32216 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqəsində olan 25 noyabr 2015-ci il tarixli müqavilədə «Cavabdeh MMC-nin direktoru: xxxxxxx.»» qrafasındakı imzanın, 5-ci vərəqəsində olan 25 noyabr 2015-ci il tarixli maliyyə arayışında «Cavabdeh MMC-nin direktoru: xxxxx.»» qrafasındakı imzanın X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2020-ci il tarixli, 32311 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 25 noyabr 2015-ci il tarixli müqavilənin və eyni tarixə dair maliyyə arayışlarının üzərlərində olan möhür əkslərinin mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə birbaşa vurulduğu; tədqiqata təqdim edilmiş 25 noyabr 2015-ci il tarixli müqavilənin və eyni tarixə dair maliyyə arayışlarının üzərində olan «AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh» məzmunlu möhür əkslərinin hal-hazırda istifadədə olan eksperimental möhür əks nümunələri ilə eynilik təşkil etmədiyi müəyyən olunmuş dur. Rəydə, həmçinin qeyd olunmuşdur ki, tədqiqat sənədləri ilə eyni vaxta aid zəruri olan sərbəst nümunələr təqdim edilmədiyinə görə ekspert təqdim edilmiş eksperimental möhür əks nümunələri üzrə ekspertiza tədqiqatı aparıb. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-464/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Talışinski və Z.Şirinov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamış, məhkəmə xərci iddiaçıya aid edilmiş, iddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 199,52 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə işdə olan, iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 25 noyabr 2015-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı ilə bağlı əlaqəli şəxslərin hərəkətlərində cinayət əlamətləri üzrə müvafiq araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına və onun tərəfindən təqdim edilmiş sənədlərə (mənzil tikintisi haqqında 25 noyabr 2015-ci il tarixli müqavilə və 25 noyabr 2015-ci il tarixli maliyyə arayışı) əsaslanmış, lakin cavabdehin etirazlarını araşdırmamış, onlara ümumiyyətlə hüqu qi qiymət verməmişdir. Halbuki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş və iddiaçının təqdim etdiyi sənədləri mübahisələndirmiş, yazılı vəsatət verərək iddiaçı ilə cavabdeh arasında mənzil tikintisi haqqında 25 noyabr 2015-ci il tarixli müqavilənin bağlanmamasını, müqavilədə olan imzanın və möhürün onlara məxsus olmamasını, iddiaçı tərəfindən cavabdehə 78.600 manat pul ödənilməməsini, tərəflərindən 25 noyabr 2015-ci il tarixli maliyyə arayışının verilməməsini, bu halların aydınlaşdırılması üçün ekspertizanın təyin edilməli olmasını göstərmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə iş üzrə keçirilmiş ekspert rəylərinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əqdin (həmçinin, maliyyə arayışının) cavabdehin səlahi yyətli şəxsi tərəfindən imzalanmaması müəyyən edilmiş, eyni zamanda, cavabdeh tərəf məhkəmə baxışı zamanı iddiaçı ilə müvafiq müqavilənin bağlanmasını təsdiq etməmişdir. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlə həqiqətən müqavilədə göstərilən mənzilin alqı-satqısına dair münasibətlərin yaranmasını təsdiq edən əlavə digər mötəbər sübutu da məhkəməyə təqdim edə biliməmişdir. Bununla yanaşı, iddiaçı, əgər həqiqətən qeyd edilən mənzili cavabdehdən almışdırsa (aralarında bu istiqamətdə müqavilə münasibətləri yaranmışdırsa və sair), həmin mənzilin tələb olunması, lakin mənzilin ona təhvil verilməməsi, mənzilin başqa şəxsin sahibliyində olması və sair bu istiqamətdə sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci, MPM-nin 77.1, 81, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, işin faktiki hallarına əhəmiyyət verməmiş, bu səbəbdən iş üzrə səhv nəticəyə gəlmişdir. Kassator göstərmişdir ki, 10.10.2015-ci il tarixdə onun razılığı olmadan Cavabdeh MMC binanın birinci (A) blokunun tikintisinə başlamışdır. Bununla əlaqədar tikintinin dayandırılması tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, həmin Məhkəmənin 14.10.2015-ci il tarixli qərardadına əsasən tikinti işləri dayandırılmışdır. Bundan sonra 2010-cu ildən “xxxx” MMC-nin direktoru olan və ona məxsus torpaq sahəsində binanın ikinci (B) blokunu inşa edən XXX onu XXXun ofisinə aparmış və sonuncunun Cavabdeh MMC-nin rəhbəri olduğunu bildirmişdir. XXX ona məxsus torpaq sahəsinin pulundan qalan borc məbləği 78.600 manat pulun əvəzinə 1 otaqlı mənzil verilməsini təklif etmişdir. O da bu təkliflə razılaşmışdır. 26.11.2015-ci il tarixdə XXX ilə 42 saylı Dövlət Notariat Kontorunun qarşısında görüşmüşlər və sonuncu ona Cavabdeh M MC-yə məxsus 1 otaqlı 65.5 kv.m sahəyə malik olan mübahisəli mənzilin sənədlərini təqdim etmişdir. Beləliklə, XXX ona ödənilməli olan borcu əvəzləşdirmək üçün ona ev vermişdir. O da, öz növbəsində, XXXun adına iddia ərizəsinin geri götürülməsi üçün etibarnamə vermişdir. Ona verilən sənədlər direktor X2 imzası, Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmiş və MMC-nin blankındadır. Ona məxsus torpağın Cavabdeh MMCyə verilməsi ilə əlaqədar “xxxx” MMC ilə aralarında 22.12.2013-cü il tarixli müqavilə olmuşdur və həmin müqavilə hal-hazırda qüvvədədir. Kassasiya şikayətinə əlavədə kassatorun vəkili göstərmişdir ki, sənədlərin texniki ekspertizası zamanı ekspertizaya təqdim edilmiş müqavilə və maliyyə arayışı 25 noyabr 2015-ci ilə aid olsa da, ekspertizaya üzərində Cavabdeh MMC-nin möhürü əks olunmuş, 2015-ci ilə aid olan nümunə təqdim edilməmişdir. Ona görə də, ekspert müqavilə və maliyyə arayışı üzərində olan möhürlə həmin dövrə aid olmayan möhür nümünələrinin müqayisəsini həyata keçirmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də hesab edir ki, iş üzrə təkrar ekspertiza keçirilməlidir. Bundan başqa, XXX tərəfindən verilmiş müqavilə və maliyyə arayışlarında Ağali Dostəliyevin saxta imzasının olması ciddi şəkildə araşdırılmalı, sonuncu şəxsən məhkəmə iclasına dəvət olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun nümayəndəsi və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən k assasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. MPM Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçiril məsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəs atətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazı larına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 184.2. Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənə din möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin e tibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Beləliklə, hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığın ın müəyyən edilməsi həmin sənədin birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz. Bu zaman imza ilə yanaşı, sənəddə olan möhürün həqiqiliyi baxımından də hüquqi dəyərləndirmə aparılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, ekspert vəsatəti əsasında tərəfin onda olan sübutu təqdim etməməsi MPM-in 77.1-ci maddəsinə əsasən tələbi və ya etirazı sübut etmək yükü üzərinə düşən tərəfin sübut etmə vəzifəsini yerinə yetirə bilmədiyi barədə nəticəyə gəlməyə əsas verməklə yanaşı, MPM-in 184.2-ci maddəsinə əsasən işdə olan mövcud materiallar əsasında işə baxılmasına və buna uyğun hüquqi nəticələrin tətbiq olunmasına mane olmur. Bununla yanaşı, ekspertiza keçirilməsi üçün tələb olunan sübutun onda olduğu şəxsin belə sübutu təqdim etməkdən əsassız imtina etməsi MPM-in 97.5-ci m addəsinə əsasən məhkəməyə ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla sübutu təqdim etmiş şəxsin ziyanına təsdiq olunmuş və yaxud rədd edilmiş hesab etmək hüququ verir. Eyni zamanda belə halda məhkəmə MPM-in 106.2-ci maddəsinə əsasən qarşı tərəfin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Baxılan iş üzrə birinci instansiya məhkəməsində təyin olunmuş ekspertiza üzrə ekspert MPM-in 101.3-cü maddəsinə əsasən məhkəməyə vəsatət göndərərək tədqiqat aparılması üçün 2005-2015-ci il tarixlərində MMC-də istifadə olunan möhürün sərbəst əks nümunələrinin (hər ilə dair 2 sənəd təqdim olunmaqla) təqdim edilməsinin zəruri olduğunu bildirmiş və vəsatət təmin olunmadığı üçün məhkəmə ekspertizasının aparılmasından imtina edil mişdir. Ekspertin vəsatəti hüquqi şəxsin möhürünün sonradan dəyişdirildiyi və ya dublikatının çıxarıldığı halda ekspert qarşısında qoyulmuş suala düzgün cavab verilməsi baxımından əsaslı və qanuni rəy verilməsi üçün zəruri olmuşdur. Apellyaya baxışı zamanı da ekspert qarşısında möhürlə bağlı eyni sual qoyulmuş və ekspert tərəfindən məhkəməyə eyni məzmunlu vəsatət verilmiş, vəsatət yenidən təmin olunmadığı üçün ekspertiza yalnız təqdim edilmiş eksperimental möhür əks nümunələri üzrə aparılmışdır. Həmin rəyi mötəbər sübut kimi nəzərə almış apellyasiya instansiyası məhkəməsi tərəflər arasında iddiaçının təqdim etdiyi əqdin bağlanmadığı (həmçinin, maliyyə arayışının verilmədiyi) barədə qənaətə gəlmişdir. Halbuki iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM- in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmə bu zaman işin hallarından asılı olaraq MPM-in 77.1, 97.5, 106.2, 184.2-ci maddələrində nəzərdə tutulmuş hüquqi nəticələri tətbiq edə, verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər varsa, MPM-in 175.1-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə ekspertin rəyini dinləyə, yaxud zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq əlavə və ya təkrar e kspertiza təyin edə bilər. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-464/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.