Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2174/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: həyətyanı torpaq sahəsinə gediş gəliş yolunun açılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2(106)52/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Ağcabədi rayon Aqrar İslahat Ko missiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən, Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi Cavabdeh və 8 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN132 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən torpaq sahəsi onların adlarına qeydə alınmışdır. 11 sentyabr 2020-ci il tarixli mütəxəssis və 24 noyabr 2020-ci il tarixli ekspert rəylərinə əsasən, JN-132 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Həmin torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmur və başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. JN-132 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin kəndarası ümumi yola çıxışı mövcuddur və həmin gediş-gəliş yolundan sərbəst istifadə olunmasına hər hansı maneə yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) və üçüncü şəxs Ağcabədi rayonu, Qaradolaq Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində və faktiki sahibliyində olan torpaq sahəsinin arxa tərəfində bələdiyyə yolu olan gediş-gəliş yolunun açılması və həmin yolun üzərində cavabdeh tərəfindən çəkilmiş dəmir hasarın və şiferin onun ö z hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, ona və ailə üzvlərinə (8 nəfərdən ibarət) Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisindən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir.Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 132 A saylı Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi və üzərində olan yaşayış evi valideynlərinin vəfatından sonra faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır və şəxsi təsərrüfatında uzun illərdir ki, mal-heyvan saxlamaqla ailəsini dolandırır. Torpaq sahəsinin həm ön, həm də arxa hissəsindən yola çıxış vardır. Ön hissədə olan yoldan torpaq s ahəsinin yaşayış olan hissəsinə giriş-çıxış kimi, arxa tərəfində yerləşən yoldan isə mal-heyvanın gedib-gəlməsi üçün istifadə etmişlər. Hər iki yol bələdiyyə yolu olmaqla onun və digər qonşuların ümumi istifadə etdiyi yoldur. Lakin, həmkəndlisi və qonşusu olan cavabdeh 2020-ci ilin qış ayından etibarən istifadəsində olan torpaq sahəsinin arxa tərəfində yerləşən və mal-heyvanın gediş-gəlişi üçün istifadə etdikləri yolu özbaşına bağlayaraq həmin yoldan istifadə etməyinə maneə yaratmış və yolu öz həyətyanı torpaq sahəsinə daxil etmək məqsədilə bağlamışdır. Cavabdeh qeyd edilən yolu dəmir hasarla və şiferlə hasarlamış və yolu tamamilə kəsmişdir. Sonuncudan yolu açmasını tələb edərək, mallarını həmin yoldan istifadə etməklə örüşə göndərmək istədiyini bildirsə də, cavabdeh onun tələbinə əhəmiy yət verməmiş və onun həyəti olmasını bildirərək açmaqdan imtina etmişdir. Bununla bağlı Qaradolaq bələdiyyəsinə məlumat versə də, cavabdeh yolu bağlı saxlamağa davam etmişdir. Hazırda da yol bağlı vəziyyətdədir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Ağcabədi rayonu, Qaradolaq kəndində yaşayır. Ona və ailəsinə Qaradolaq kəndi ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı ilə torpaq sahələri qonşuluqda yerləşsə də, onların torpaq sahələrinə gediş-gəliş yolları müxtəlif istiqamətdəndir. Başqa sözlə, onlar eyni yoldan istifadə etmirlər. Belə olan halda iddiaçının torpaq sahəsinə gedən yolu necə kəsə bilər. İddiaçının ona qarşı iddiası əsassızdır və həqiqətə uyğun deyil. İddiaçının torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur və heç kim tərəfindən tutulmamışdır. Onun tərəfindən iddiaçıya qarşı evindən, torpaq sahəsindən və yoldan sərbəst istifadə etməsinə hər hansı bir maneçilik törədilməmiş, hər hansı bir qanuna zidd hərəkət etməmişdir. İddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur. İddiaçı tərəf həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və gediş-gəliş yolundan istifadəyə qarşı onun tərəfindən maneələrin yaradılması hallarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(017)-28/2021 saylı qətnaməsi ilə (hakim E.Quliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının cavabdeh tərəfindən pozulması halını sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, istər iş materialları ilə, istərsə də iddiaçının məhkəməyə göndərdiyi iddia ərizəsi, iddiaçının və cavabdehin məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçının iddia ərizəsində qeyd edilmiş xüsusatları konkret olaraq, cavabdehin hüquqa zidd hərəkətlərinin olub-olmaması, ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulması faktlarla əsaslandırılmamış və bununla əlaqədar iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 80-ci maddələrinə, “İnsan hüquqlarının və əsas az adlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdehin ümumi istifadədə olan bələdiyyə torpaq sahəsini tutmaqla, onu hasarlayaraq öz həyətyanı torpaq sahəsinə daxil etmiş və bununla da onun mal tövləsinə daxil olmasına mane olmuş və iddianın təmin edilməməsinə dair əsassız nəticəyə gəlmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(106)1615/2021 saylı qətnaməsi ilə (hakimlər N.Mirzəyev sədrlik edən, məruzəçi, Cavabdeh və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işi həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normalarının tələbləri birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsi nin 5.1, 47, 48.2-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə, “Topaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 89.1, 217.2, 372.1, 372.7, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ap ellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(102)-202/2022 saylı qərarı ilə (hakimlər Ə.Əliyev sədrlik edən, məruzəçi, M.Əhmədov və İsmayıl Xəlilov) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 11 sentyabr 2020-ci il tarixli mütəxəssis və 24 noyabr 2020-ci il tarixli ekspert rəyinə istinad edərək qəbul etdiyi qətnaməni iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının, e ləcə də maraqlarının cavabdeh tərəfindən pozulması halının sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi isə işin tam və hərtərəfli araşdırıldığını və maddi və prosessual hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edildiyini vurğulayaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla bağlı iddiaçının dəlili ondan ibarətdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi onun tərəfindən verilmiş iddia üzrə araşdırma aparmamışdır. Belə ki, iddia ərizəsində qoyulan tələb torpaq sahəsinin ön hissəsində yerləşən və yaşayış sahəsini giriş-çıxış kimi istifadə edilən yolun deyil, torpaq sahəsinin arxa tərəfində yerləşən və mal-heyvanın gedibgəlməsi üçün istifadə edilən yolun cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 11 sentyabr 2020-ci il tarixli mütəxəssis və 24 noyabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A saylı Şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Həmin torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmur və başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A saylı şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəs inin kəndarası ümumi yola çıxışı mövcuddur və həmin gediş-gəliş yolundan sərbəst istifadə olunmasına hər hansı bir maneə yoxdur. Bununla bağlı qeyd edilməlidir ki, iddia tələbi torpaq sahəsinin arxa tərəfində yerləşən və mal-heyvanın gedib-gəlməsi üçün istifadə edilən yolun cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı olduğundan hazırkı iş üzrə ekspertiza tətqiqatının predmetini iddiaçının cavabdehin zəbt etdiyini göstərdiyi torpaq sahəsinin ümumi istifadədə olan yol olub-olmaması, cavabdeh tərəfindən zəbt edilib-edilməməsi və cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edildiyi halda belə zəbt etmənin iddiaçının torpaq sahəsinin arxa tərəfindən mal-heyvanın giriş çıxışına maneə yaradıb-yaratmadığı təşkil etməli idi. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, həm birinci instansiya məhk əməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddianın yönəldiyi tələbi düzgün müəyyənləşdirməmiş və iddia tələbi üzrə araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.1, 217.3, 218.1, 218.3, 417.1.3, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2022-ci il tarixli rəyinə əsasən, JN 132 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olmaqla Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin arxa tərəfində yerləşən, iddiaçının malheyvanın gedib-gəlməs i üçün istifadə olunduğunu və cavabdehin istifadə etdiyini göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu kimi ümumi istifadədə olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qeyd olunan yolun cavabdehin istifadəsində olduğu və onun tərəfindən şifer vasitəsilə kəndarası ümumi yola çıxışı bağlandığı üçün iddiaçının torpaq sahəsinin arxa tərəfindən mal-heyvanın giriş-çıxışına, eyni zamanda gediş-gəliş yolu kimi istifadə olunmasına maneə yaradır. İddiaçının iddia etdiyi ərazi onun xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir, iş üzrə əvvəlki rəydə iddiaçı iddia etdiyi ərazinin cavabdeh tərəfindən istifadə olunan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi göstərilsə də, iddiaçını n həyətyanı torpaq sahəsinin arxa tərəfində yerləşən, mal-qaranın gedib-gəlişi üçün nəzərdə tutulan ümumi istifadədə olan yol barədə suallar qeyd olunmadığı üçün, bu barədə rəy verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2(106)52/2023 saylı qətnaməsi ilə (hakimlər T.Kərimov sədrlik edən, məruzəçi, T.Heydərov və C.İmanov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, cavabdeh tərəfindən dəmir və şiferdən çəkilmiş hasarın onun öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını sadalanan qanunvericilik aktı normaları baxımından təhlil edərək, iddianı rədd edən birinci instansi ya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmamışdır. Belə ki, tərəflər arasında mübahisə predmeti olmaqla, iddiaçının evinin arxa tərəfində yerləşən və sonuncu tərəfindən yol kimi istifadə olunan torpaq sahəsi, ümumi istifadədə olan bələdiyyə torpaq sahəsi olsa da, cavabdeh tərəfindən üzərində dəmir və şiferdən hasar çəkilməklə bağlanmış və bununla da iddiaçının evinin arxa tərəfində olan yoldan istifadə imkanları məhdudlaşdırılmışdır. İddiaçı yol kimi istifadə etdiyi ümumi istifadədə olan bələdiyyə torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin yolun üzərində çəkilmiş hasarın sökülməsi tələbini irəli sürməkdə tam haqlı olmuşdur. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 170.1-170.4, 238.1, 239.1-ci maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.1, 47.2, 47.3, 111-ci maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin, habelə Mülki Prosessual Məcəllənin 107, 115.0.1, 119.1, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinin tələblərinə istifnad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələri “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin planı və ölçüsü və döngə nöqtələri ilə müəyyənləşdirilmişdir. Yəni, cavabdehin təqdim etdiyi JN-131 A saylı, 21 aprel 2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki torpaq sahəsinin planı və ölçüsü sənədinin həmin torpaq sahəsinə griş-çıxışı Qaradolaq bələdiyyəsinə məxsus olan dalan yolundan olduğu müəyyən edilir. Lakin, iddiaçının təqdim etdiyi JN-132 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə isə 0,13 ha torpaq sahəsinin arxa hasarından həmin yola giriş-çıxışın olmadığı müəyyən edilir. Yəni, iddiaçı öz hasarını sökmüş və Qaradolaq bələdiyyəsinin inzibati ərazisi olan yola özbaşına və qanunsuz olaraq həyətyanı sahəsinin arxa tərəfindən ikinci giriş-çıxış düzəltməklə darvaza quraşdırmış və həmin torpaq sahəsindən dövlət orqanının və yerli özünüidarə orqanının qərarı olmadan istifadə edilir. Paralel olaraq cavabdeh onu da qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etməmişdir. Belə olduğu təqdirdə mülki iş üzrə toplanmış sənədlərlə iddiaçı hazırki iddia tələbi ilə çıxış etməsi subyektiv hüquq institutu baxımından istisna edilir ki, bu faktı da apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş və nəticə etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticə lənmiş, cavabdehin üzərinə qanunla müəyyən edilməmiş öhdəlik qoyulmuşdur. Yəni, iddiaçı qanunusz olaraq ona məxsus olan 0,13 ha həyətyanı torpaq sahəsinin arxa tərəfindən qanunla müəyyən edilmiş qərar olmadan Qaradolaq bələdiyyəsinin inzibati ərazisi olan yola giriş-çıxış qapısı açaraq (darvaz quraşdıraraq) həmin yolun cavabdeh tərəfindən zəbt edilməsi və çəkilmiş hasarın sökülməsi tələbinə dair iddia tələbi ilə aidiyyatı məhkəmə instansiyasına müraciət etmə hüququ məhkəmə prosesinə üçüncü şəxs Ağcabədi rayonu, Qaradolaq bələdiyyəsi öz üzərində saxlayır ki, işə baxan məhkmə tərəfindən də Ağcabədi bələdiyyəsinə iddiaçının sözügedən yoldan istifadəsinin hüquqi əsasının olub-olmadığı yoxlanılması təmin edilməmişdir. Belə olduğu halda iddiaçı yoldan istifadə etməsininin hüquqi əsası kimi istin ad etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-132 A saylı Şəhadətnamə sübut növü kimi qəbul edilə bilməz. Kassator şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 239.2, 241.1, 241.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (İ hissə). İ. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasnın Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçilər i, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxar ıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Maddə 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respubikasının Torpaq Məcəlləsi Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalar ının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onla rın hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələ binə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərə findən müəyyən edilmiş hallarına görə, JN-132 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə Ağcabədi rayonu, Qaradolaq kəndində 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ağcabədi rayon Qaradolaq bələdiyyəsinin 19 may 2020-ci il tarixli arayışına əsasən, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi bələdiyyə tərəfindən yol kimi verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A saylı Şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri sənədlərdə g östərilən ölçülərə uyğundur. Həmin torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmur və başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A saylı Şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin kəndarası ümumi yola çıxışı mövcuddur və həmin gediş-gəliş yolundan sərbəst istifadə olunmasına hər hansı bir maneə yoxdur. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, JN 132 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olmaqla Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin arxa tərəfində yerlə şən, iddiaçının malheyvanın gedib-gəlməsi üçün istifadə olunduğunu və cavabdehin istifadə etdiyini göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid gediş- gəliş yolu kimi ümumi istifadədə olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qeyd olunan yolun cavabdehin istifadəsində olduğu və onun tərəfindən şifer vasitəsilə kəndarası ümumi yola çıxışı bağlandığı üçün iddiaçının torpaq sahəsinin arxa tərəfindən mal-heyvanın giriş-çıxışına, eyni zamanda gediş-gəliş yolu kimi istifadə olunmasına maneə yaradılmışdır. İddiaçının iddia etdiyi ərazi onun xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mü lkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi s ahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-170.4-cü maddələrinə əsasən iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Tor paq Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman me ydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar vəəhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 111 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabı na həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etiraz ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, tərəflər arasında mübahisə predmeti olmaqla, iddiaçının evinin arxa tərəfində yerləşən və sonuncu tərəfindən yol kimi istifadə olunan torpaq sahəsi, ümumi istifadədə olan bələdiyyə torpaq sahəsi olsa da, cavabdeh tərəfindən üzərində dəmir və şiferdən hasar çəkilməklə bağlanmış və nəticədə iddiaçının evinin arxa tərəfində olan yoldan istifadə imkanları məhdudlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı yol kimi istifadə etdiyi ümumi istifadədə olan bələdiyyə torpaq sahəsin in zəbtdən azad edilməsi və həmin yolun üzərində çəkilmiş hasarın sökülməsi tələbini irəli sürməkdə tam haqlı olmuşdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qər ara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2(106)-52/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.