Məhkəmə qərarları › İş №2(102)-2175/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2175/2021

17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2175/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)495/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 4 mərtəbəli evin 55,9 kv.m ümumi, 36.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 1nömrəli mənzildən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2015-ci il tarixli qərarı ilə İddiaçı ünvan 1 mənzilində aparılmış təmir xərclərinə görə 11045 manat məbləğində pulun tutulub Cavabdeh verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin “İcra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” 04 mart 2 016-cı il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2015-ci il tarixli icra sənədinin icrası məqsədi ilə tələbkar İddiaçı məktub göndərilərək ünvan 1A-da yerləşən 18 nömrəli mənzildə aparılmış təmir xərclərinə görə 11045 manat məbləğində pulun Cavabdeh verildikdən sonra icraatda olan digər icra sənədi üzrə Cavabdeh həmin mənzildən çıxarılacağı bildirilmiş və əks təqdirdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən icra vərəqəsinin icra olunmadan məhkəməyə qaytarılacağı qeyd edilmişdir. Lakin buna baxmayaraq İddiaçı mənzildə aparılmış təmir xərclərinə görə 11045 manat məbləğində pulun ödənilməsi hissəsində icra sənədinin icrasını təmin etməmiş və həmin vəsaitin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Bu səbəbdən qeyd olu nan icra sənədi Azərbaycan Respublikası Ali məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 aprel 2019-cu il tarixli Akta əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 18 saylı mənzil boşaldılaraq giriş qapısının açarları icra məmuruna təhvil verilmiş və mənzilin giriş qapısının açarları dəyişdirilərək tələbkarın nümayəndəsinə təhvil verilmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, mübahisəli mənzilin kanalizasiya xəttinin daşması səbəbindən çirkab suları mənzilə dolmuş və bunun nəticəsində divar kağızları, boya qopmuş, şişmiş və döşəmə örtüyü qabarmışdır. “xxxx” MMC-nin 10 may 2019-cu il tarixli hesabatına əsasən ünvan 1 mənzilinin təmirinə dəymiş ziyanın qiyməti 14838 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12 may 2020-ci il tarixli rəyinə əsasən ünvan 1 binada yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 18 saylı mənzilin 2 və 3 saylı tikilinin (müvafiq olaraq yaşayış otağı və dəhliz) divarları divar kağızı ilə üzlənmiş, 2 saylı otağın tavanı boya ilə rənglənmiş, 3 saylı otağın tavanı lambrin ilə üzlənmiş, döşəməsinə laminat vurulmuşdur. 4 və 5 saylı otaqların (müvafiq olaraq dəhliz və mətbəx) divarları boya ilə rənglənmiş, döşəməsinə metlax vurulmuş, tavanına lambrin vurulmuşdur. 5 saylı otağın divarları divar kağızı ilə üzlənmiş, tavanı boya ilə rənglənmiş, döşəməsinə parket vurulmuşdur. Baxış zamanı divar kağızının, boyanın qopma sı, şişməsi və laminatın qabarması müşahidə olunmuşdur. İşdə olan fotoşəkillərə əsasən tədqiq olunan mənzilin kanalizasiya xəttinin daşması səbəbindən kanalizasiya xəttindən suyun mənzilə dolması nəticəsində divar kağızının, boyanın qopması, şişməsi və laminatın qabarması müşahidə olunmuşdur. ünvan 1 binada yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 18 saylı mənzildə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2922,0 manat məbləğində müəyyən olunur. “xxxx” MMC-nin 10 may 2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə 18 saylı mənzildə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin ümumi dəyəri arasında fərq olduğu üçün, qiymətləndirmə hesabatında göstəri lmiş qiymət reallığı (orta bazar qiymətlərini) əks etdirmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14838 manat məbləğində maddi ziyanın, kommunal xidmətlərə görə yaranmış 374,95 manat məbləğində pulun və mülkiyyətində olan əmlakı kirayə verdiyinə görə hesablanmış 13500 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının atasıdır. Valideynlərin arasında ol an nikah pozulduqdan sonra atası müxtəlif iddialar ilə məhkəməyə müraciət edərək onu və anasını məhkəmələrdə süründürmüşdür. ünvan 1 2 otaqlı, 18 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildən uzun müddət cavabdeh istifadə etmiş və mənzildə yaşamışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmişdir. Lakin cavabdeh uzun müddət mənzildən çıxmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi uzun müddət icra edilməmiş və ötən müddət ərzində cavabdeh mənzilindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Cavabdeh dəfələrlə ona bildirmişdir ki, qətnaməni icra etməyəcək və evi təhvil verəndə də xarabaya çevirib verəcəkdir. Ədliyyə Nazirliyinə edilmiş çoxsaylı müraciətlərdən sonra məhkəmə qətnaməsi ic ra olunmuş və 17 aprel 2019-cu il tarixində mənzil iddiaçıya təhvil verilmişdir. Lakin cavabdeh mənzili iddiaçıya təhvil verməyə məcbur qaldığı üçün, onun həmin mənzildə yaşamağına mane olmaq məqsədi ilə mənzili yararsız vəziyyətə gətirmişdir. Belə ki, mənzilə kanalizasiya suları axıdılmış, mənzilə məişət tullantıları atılmış və mənzilin təmiri yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzildə yaşamaq ümumiyyətlə mümkün deyildir. 10 may 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, mənzilə dəymiş ziyan 14838 manat təşkil edir. Bundan əlavə, cavabdeh mənzildə yaşayarkən istifadə etdiyi kommunal xidmətlərin də dəyərini ödəməmişdir. Belə ki, cavabdehin sudan istifadə etməsinə görə 192,65 manat, elektrik enerjisindən istifadə etməsinə görə 72,86 mana t borcu yaranmışdır. Həmçinin 30 saylı Mənzil Kommunal İstismar Birliyinin 20 aprel 2019-cu il tarixli arayışı ilə də müəyyən olunur ki, İddiaçı 2014-cü ildən mənzil kirayəsi və məişət tullantılarının daşınma haqlarına görə 109,44 manat borcu vardır. Mülkiyyətçi olduğuna görə bütün bu borclar da ondan tələb edilir. Halbuki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və aktla müəyyən olunur ki, cavabdeh həmin mənzildən 2004-cü ildən 2019-cu ilin aprel ayına qədər istifadə etmişdir. Bundan əlavə, cavabdeh iddiaçının mülkiyyətində olan mənzili kirayəyə verməklə hər ay 250 manat gəlir əldə etmişdir. Ona görə də hesab edir ki, mənzilin kirayəsindən aldığı (54 ay x 250 manat) 13500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 20 19-cu il tarixli, 2(005)2848/2019 nömrəli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları və şahid ifadələrinə görə iddiaçı məhkəmə qətnaməsi ilə ödənilməsi qət edilmiş məbləği cavabdehə ödəməkdən yayındığından Cavabdeh mübahisələndirilən mənzili boşaltmamış və orada yaşamağa davam etmişdir. 17 aprel 2019-cu il tarixində müvafiq mənzilin açarları dəyişdirilmiş və iddiaçının etibarnamə üzrə nümayəndəsinə təhvil verilmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. İddia tələbində cavabdeh tərəfindən müvafiq mənzilin qərəzli olaraq təmirinin yararsız vəziyyətə salınması qeyd olunsa da, müəyyən olunur ki, kanalizasiya xəttinin tez-tez tutulması nəticəsində müvafiq mənzilə çirkab suları axmış, daha sonra kanalizasiya xəttinin tutulan hissəsi müəyyən edilərək təmizlənmiş və problem aradan qaldırılmışdır. Bununla yanaşı məhkəmə şahid ifadələri və sübut kimi qəbul edilən və iş materiallarına əlavə edilən foto və video CD görüntülər nəticəsində mənzilə hər hansı bir texniki müdaxilənin həyata keçirilmədiyi, yalnız mətbəx və sanuzel qovşağı yerləşən hissədə kanalizasiya sularının axıntısı müşahidə edilməsi halının şübhə doğurmadığı qənaətinə gəlir. Küçədən atılmış zibil və tullantılara cavabdeh münasibət bildirərək bunların mənzili tərk edərkən evdə lazımsız olan əşyaların orada buraxılması nəticəsində olduğu ilə izah etmiş, bu hal X1nun məhkəmə iclasında verdiyi ifadə ilə də təsdiq edilmişdir. Prosesdə iştirak edən şəxslərin iştirakı ilə görüntülərə (foto və video CD) baxış keçirilərkən mənzilin tavana ya xın hissədə divarlarının rənginin dəyişməsi şahid ifadəsi ilə bir daha təsdiq edilir ki, belə vəziyyət həmin mənzilin həm birinci mərtəbədə yerləşməsi, həm də kanalizasiya borusunda olan texniki nasazlıq səbəbindən çırkab suların axması səbəbi ilə yaranan rütubətdən baş vermişdir. X1 (icra məmuru) evin təhvil verilməsi ilə əlaqədar mənzilə daxil olarkən mənzilin içindən kəskin rütubət qoxusunun gəldiyini və divardakı oboyların bu rütubətdən qopduğunu bildirməsi bu faktı bir daha təsdiq edən hal kimi qəbul edilir. Hər hansı fiziki təsirlə təmirin korlanması və texniki zədələnmə halı şahidlər tərəfindən müşahidə edilməmişdir. Bundan başqa məhkəmə, cavabdehin mübahisəli mənzillə bağlı vurulan ziyana görə ekspertizanın keçirilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmasına, iddiaç ının nümayəndəsi və vəkilinin məhkəmə baxışında evin yenidən təmir edilməsi səbəbindən ekspertizanın keçirilməsinin mümkünsüz olduğunu bildirməsinə istinad edərək şahid ifadələri, iş materialları, maddi sübut kimi iş materiallarına əlavə edilmiş görüntülərlə ekspertiza keçirilmədən də iş üzrə nəticəyə gəlməyə kifayət qədər əsaslar olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi kommunal xidmətlərin ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1635/2015 saylı, 17.04.2015-ci il tarixli icra sənədinin icrası iddiaçının digər icra sənədini gecikdirməsi ilə əlaqədar 17 aprel 2019cu il tarixli Aktla rəsmiləşdirilərək mübahisəli mənzil iddiaçıya verilmişdir. Cavabdehin həmin mənzildə qeyd edilən tarixədək qalması onun təqsirindən baş ve rməməklə əmlaka vicdanlı sahiblik etmiş və mülki qanunvericiliyin tələblərinə əsasən əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Habelə iddianın kommunal və kirayə haqqına münasibətdə nəzərə alınmalıdır ki, “mənzildən çıxarılma və kirayə haqqı kimi alınmış pulun ödənilməsi barədə” iddiaçı tələblə məhkəməyə müraciət etmiş, buna qeyd edilən məhkəmə aktları ilə müvafiq hüquqi qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, yalnız mənzilin cavabdeh tərəfindən 17 aprel 2019-cu il tarixə qədər istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən müvafiq mə nzilin qəsdən yararsız hala salınmasını, onun tərəfindən kommunal xidmət haqlarının ödənilməməsi nəticəsində borcun yaranmasını, müvafiq mənzilin başqa şəxslərə kirayəyə verilməsi və bundan gəlir əldə edilməsini əsaslandıra bilməmişdir. Nəhayət birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanla bağlı hissədə əsassız olduğundan həmin tələblə bağlı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası da əsaslı hesab edilməklə təmin edilməsi üçün qanuni və əsaslı şərait yaratmır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(005)-2848/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-495/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(005)-2848/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh 2292 manat dəymiş zərərin, 374,95 manat kommunal xərcin, 500 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaların ın tələblərini pozmuş, iddianı tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İşdə olan çoxsaylı sübutlarla (fotoşəkillər, videogörüntülər, şahid ifadələri və s.) cavabdehin mübahisəli mənzili iddiaçıya təhvil verdiyi anda oranın faktiki vəziyyəti müəyyən olunmuşdur. İddiaçı dəymiş ziyanın məbləğini 14838 manat qiymətləndirərək, cavabdehdən tələb etmiş, sübut kimi həmçinin “xxxx” MMC-nin 10 may 2019-cu il tarixli qiymətləndirmə hesabatını təqdim etmişdir. Birinci instansiya məhkəməsi mənzilin təhvil verildiyi anda mövcud vəziyyətdə olmasını qəbul etsə də, bu halın cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməməsini, kanalizasiya xəttinin tez-tez tutulması nəticəsində çirkab suları axması və s. kimi əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzi l iddiaçıya təhvil verilən anadək cavabdehin sahibliyində (istifadəsində) olmuş və sonuncu mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılması yükünü daşımışdır. Xüsusilə qeyd olunmalıdır ki, yuxarıda qeyd edilən məhkəmə qərarı ilə mübahisəli mənzildə aparılmış təmir xərclərinin əvəzi kimi hazırki iş üzrə iddiaçıdan 11045 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulması qərara alınmışdır (yəni, məhkəmə qərarları ilə cavabdeh mənzildən çıxarılaraq oranı iddiaçıya təhvil verməklə yanaşı, mənzilin təmirinə çəkdiyi xərcləri (yaxşılaşdırmaları) də iddiaçıdan almaq imkanına malik olmuşdur). Bu hal onu təsdiq edir ki, iddiaçı ödəməli olduğu 11045 manat pul vəsaitinə görə mənzilini həyata keçirilmiş təmirli (keçən müddət ərzində adi istifadə nəticəsində köhnəlmə nəzərə alınmaqla) vəziy yətdə təhvil almaq hüququna malik olmuşdur. Eyni zamanda, mənzilə çirkab suların axmasında (kanalizasiya xəttinin tez-tez tutulması və s.) cavabdehin təqsirli hərəkətinin olub-olmaması da hazırki mübahisənin həlli baxımından əhəmiyyətli deyildir. Hər bir halda mənzil iddiaçıya təhvil verildiyi anda mövcud vəziyyət adi istifadə nəticəsində köhnəlmə vəziyyəti deyildir. Eyni zamanda işdə olan fotoşəkillərdən görünür ki, mənzilin döşəməsi, sanitar qovşaq (hamam-tualet) çirkli suların təsirinə məruz qalmış, divar kağızları qopmuş, nəm çəkmişdir. Cavabdeh bunun əksini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh mənzili təhvil verdiyi anda mövcud vəziyyətə görə iddiaçıya dəymiş zərərin əv əzini ödəmək öhdəliyini daşıyır. İddiaçı bu istiqamətdə sübut kimi “xxxx” MMC-nin 10 may 2019-cu il tarixli qiymətləndirmə hesabatını təqdim etsə də, məhkəmə kollegiyası mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmasını zəruri hesab etmişdir. Ekspertiza rəyindən göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində olan mənzildə iddia olunan mövcud qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 2922,00 manat məbləğində təşkil edir və “xxxx” MMC-nin 10 may 2019-cu il tarixli qiymətləndirmə hesabatında göstərilmiş qiymət reallığı (orta bazar qiymətlərini) əks etdirmir. Beləliklə, apellyasiya instansiyası məhkə məsi işin faktiki hallarını, həmçinin toplanmış və qiymətləndirilmiş sübutları nəzərə alaraq hesab etmişdir ki, iddia - Cavabdeh 14838 manat maddi ziyanın tutulması hissəsində qismən, yəni 2922 manat həddində əsaslıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia - kommunal xidmətlərə görə yaranmış 374,95 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslıdır. Çünki, işdə olan sübutlara (arayış, hesab faktura, bildiriş və s.) əsasən mənzil cavabdehin sahibliyində (istifadəsində) olduğu müddətdə müvafiq kommunal xərclər yaranmışdır ki, həmin xərclərin məbləği 374,95 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən, həmçinin əvvəlki məhkəmə qərarları ilə analoji məsələyə hüquqi qiymət verilməsini göstərsə də, işdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçı əvvəllər kommunal xərclərlə bağlı belə bir tələb irəli sürməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia - mənəvi ziyanın əvəzi olaraq 50000 manat pulun cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçının mənzili təhvil aldığı andakı vəziyyəti, bu səbəbdən ondan təyinatı üzrə istifadə edə bilməməsi və s. bu kimi hallar onda mənəvi sarsıntı və iztirab hissinin yaranmasına səbəb olmuşdur. Məhkəmə mübahisənin predmetini, pozuntunun xarakterini və s. diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, mənəvi zərərin məbləğinin 500 manat həddində müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Nəhayət, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia - 13500 manat pulun cavabdehdən tutulması hissəsində əsassızdır. Çü nki, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-495/2020 nömrəli qətnaməsinin qismən iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, dəymiş ziyanın məbləği “xxxx” MMC-nin hesabatı ilə müəyyən olunmuşdur. Məhkəmənin istinad etdiy i ekspert rəyi əsassız olmuş, müəyyən edilən məbləğ isə reallığı (orta bazar qiymətlərini əks etdirmir. Mənzilin təmiri ilə bağlı iş materiallarında iki fərqli rəy olduğundan məhkəmə təkrar ekspertizanın təyin edilməsi barədə iddiaçının vəsatətini təmin etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi vurulmuş mənəvi zərəri aşağı məbləğdə müəyyən etmiş, cavabdehin mənzili kirayə verdiyinə görə tələb olunan pulu əsassız olaraq tutmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Re spublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbl ərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin olunsa da, cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini iddiaçı vermiş və iddianın təmin olunmayan hissəsinin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicd anlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya h ərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndinin ikinci cüməsində məhkəmələrə izah edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etmə klə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndinə Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçək ən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci ma ddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mənəvi ziyan və kirayə haqqının tutulması hissələrində düzgün nəticəyə gəlinsə də, iddianın maddi ziyanın tutulması hissəsində hüquqi qiymət verilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə zərər vurulmuş və həmin zərərə görə məsuliyyət cavabdehin üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırda iddianın həmin hissəsi üzrə iddiaçı tərəfindən mübahisələndirilən yeganə məsələ mənzilə vurulan zərərin dəyərindən ibarətdir. Belə ki, iddiaçı mənzilinə vurulmuş maddi zərəri 14838 manat məbləğində dəyərləndirməklə, tələbinin sübutu qismində “xxxx” MMC-nin 10 may 2019-cu il tarixli hesabatını təqdim etmişdir. Apellyas iya instansiyası məhkəməsi isə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert rəyi ilə mənzilə vurulmuş ziyanın dəyəri 2922 manat müəyyən olunmuş və məhkəmə məhz həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası razılaşır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, orada əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla belə, nəzərə alınmalıdır ki, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir və işin digər halları ilə birlikdə qiymətləndirilməlidir. Bu nöqteyi-nəzərdən çıxış edərək, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin özünün də qətnaməsində göstərdiyi kimi tərəflər arasında olan mübahisə ilə bağlı əvv əllər qəbul olunmuş məhkəmə qərarları ilə iddiaçının mülkiyyətində olan mənzildə aparılmış təmir xərclərinin əvəzi kimi ondan 11045 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulması qərara alınmışdır. İşin hallarından həmçinin müəyyən olunur ki, həmin məbləğin ödənilməsi ilə mənzilin iddiaçıya təhvil verilməsi eyni vaxtda icra olunmuşdur. Belə olan halda, Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozisiya şərtlərinə əsasən mənzil iddiaçıya təhvil verilən anda onun təmirinin dəyəri 11045 manat məbləğində olmalı idi. Ali Məhkəmənin 17 aprel 2015-ci il tarixli qərarının məzmunundan müəyyən olunur ki, mənzilə çəkilmiş təmirin dəyəri məhkəmə tikinti-texniki ekspertizasının 15 noyabr 2013-cü il tarixli rəyi ilə müəyyən olunmuş və nəzərə alınmalıdır ki, 17 aprel 2019-cu il tarixədək mənzil cavabdeh in istifadəsində olmuşdur. Lakin iş materiallarında qeyd olunan ekspert rəyinin surəti əlavə olunmadığından apellyasiya instansiyası məhkəməsi həmin təmirin dəyərinə hansı işlərin daxil olmasını müəyyən etməmiş, həmin təmirin mənzil təhvil verilən zaman yararlı vəziyyətdə mövcud olması məsələsini araşdırmamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi təyin olunmuş məhkəmə tikintitexniki ekspertizasının rəyini zərərin müəyyən edilməsi üçün əsas kimi qəbul edərkən hesab etmişdir ki, “xxxx” MMC-nin 10 may 2019-cu il tarixli qiymətləndirmə hesabatında göstərilmiş qiymət reallığı (orta bazar qiymətlərini) əks etdirmir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyində də, həmin rəylə iddiaçının təqdim etdiyi hesabat arasında olan fərq eyni cümlə ilə əsaslandırılmışdır. Laki n apellyasiya instansiyası məhkəməsi işdə mövcud olan iki rəy arasında kəskin fərq müəyyən olunduğu halda, məhz ikinci rəylə razılaşmasına dair mövqeyini əsaslandırmamışdır. Halbuki müəyyən olunur ki, iddiaçının təqdim etdiyi hesabat ilə məhkəmənin qərardadına əsasən alınmış ekspert rəyi əsasında olan məbləğ fərqi görülməli olan təmir işlərinin dəyərindən deyil, həmin işlərin həcmindən və istifadə olunmalı olan materialların növündən və sayından irəli gəlir. Misal üçün hesabatda 50 kv.m. parketin dəyişdirilməli olması nəzərdə tutulduğu halda, rəydə 24 kv.m. parketin yalnız qaşınması və laklanmasının zəruri olması göstərilmiş, döşəmə üçün laqanın, şurup, anker bol, əqrəbin alınması, elektrik işlərinin, tavanın boyanmasının, sanitar qovşağında işlərin görülməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən Ali Məhkəmənin 17 aprel 2015-ci il tarixli qərarında istinad edilən ekspert rəyinin surəti hazırki işə əlavə olunmalı, həmin ekspert rəyi ilə hazırki işdə olan sübutlar əlaqəli qiymətləndirilməli, zəruri olduğu halda əlavə məhkəmə ekspertizanın təyin edilməsi məsələsi müzakirə olunmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Kassasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsin ə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun həmin tələb üzrə dəyərləndirmə aparılmış və mənəvi zərərin məbləğini 500 manat həddində müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında irəli sürülmüş tələblərə uyğundur, ədalətli və ağlabatandır. Həmçinin kirayə haqqı olaraq cavabdehdən 13500 manat pulun tutulmasına dair iddianın rəddi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Belə ki, iddiaçı həmin tələbinin faktiki əsaslarına dair məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxa rmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən qeyd olunan hissələrdə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-495/2020 nömrəli qətnaməsi qismən, yəni cavabdehin iddiaçıya vurduğu maddi zərərin dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-495/2020 nömrəli qətnaməsi iddianın təmin edilməyən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar