Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2179/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2683/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 may 20 21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, borcverən "İddiaçı" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 16.11.2011-ci il tarixli kredit müqaviləsi ilə bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 32% dərəcəsi ilə ödəmək şərti ilə 3000 manat məbləğində kredit kartı verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 2. "İddiaçı" ASC-nin 02.10.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16.11.2013-cü il tarixə kredit üzrə əsas borcu 2694,05 manat, faiz borcu üzrə 694,92 manat banka borcu olmuşdur. 16.11.2013-cü il tarixdən 27.09.2019-cu il ta rixədək kredit üzrə silinmələr aşağıdakı kimidir: əsas borc üzrə-1331,68 manat, faiz borcu üzrə-980,14 manat, cərimə borcu üzrə103,99 manat. 3. 21.08.2020-ci il tarixli mühasibatşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 16.11.2011-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh hesablanmalı olan faiz borcu 246,14 manat təşkil etmiş, müqavilə müddətinin bitdiyi 16.11.2013-cü il tarixindən sonra isə o, 2404,60 manat (əsas borc üzrə 2005,36 manat, faiz borcu üzrə 399,24 manat) ödəniş həyata keçirmişdir. Onun 16.11.2013-cü il tarixə olan əsas borcu 2388,45 manat, faiz borcu 246,14 manat, 06.11.2019-cu il tarixə olan əsas borcu 383,08 manat, faiz borcu 514,10 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İ ddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1362,37 manat məbləğində əsas borc, 1155,57 manat məbləğində faiz borcu, ümumilikdə 2517,94 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.11.2011-ci il tarixli, «Kredit müqaviləsi»nə əsasən, cavabdehə 24 ay müddətinə, illik 32 % dərəcəsi olmaqla 3000 manat məbləğində kart kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalan mış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə əmrinin çıxarılması xahiş olunur.
6. Səbail rayon Məhkəməsinin 17.01.2017-ci il tarixli əmri ilə 1362,37 manat əsas borc, 1155,57 manat faiz borcu, 580,84 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat və 1 manat bank xərci olmaqla cəmi 3099,78 manat pul cavabdehdən tutulmuşdur.
7. Sonradan cavabdeh tərəfindən məhkəmə əmrinə etiraz verilmiş və Səbail rayon Məhkəməsinin 27.01.2017-ci il tarixli qərardadı ilə 17.01.2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
8. Bundan sonra Ləğv prosesində olan İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 1362,37 manat əsas borc, 1155,57 manat faiz borcu, 580,84 manat cərimə, ödənilmiş dövlət rüsumu kimi 20 manat və xidmət haqqına görə 1 manat olmaqla cəmi 3119,78 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2704/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.11.2011-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 1362,37 manat əsas borc və 1155,57 manat faiz borcu və 20 manat dəbbə pulu olmaqla, cəmi 2537,94 manat pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat məbləğində hissəsinin Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhk əməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır.
11. Bundan başqa məhkəmə kredit müqaviləsindən irəli gələn əsas kredit borcunun 1362,37 manat məbləğində müəyyən olunduğu halda, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 580,84 manat məbləğində cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunu azaldaraq 20 manat müəyyən edilməsinin cavabdehin m ənafeləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386, 442, 445.1, 445.3, 448.1, 449.1, 467-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2683/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2704/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi 11 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə 1 155,57 manat faiz borcunun Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsində ləğv olunmuş, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin 11 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə 1362,37 manat əsas borcun Cavabdeh tutulması” və ümumilikdə 2537,94 manat borcun tutulması” hissələrində dəyişdirililməsi, Cavabdeh 11 noyabr 2011ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borcun 229,99 (iki yüz iyirmi doqquz manat 99 qəpik) manat məbləğində, ümumilikdə tutulmalı borcun isə 249,99 (iki yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qirx beş) man atın 45 (qırx beş) manatının Cavabdeh, 100 (yüz) manatının isə İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
16. Bununla belə kollegiya, 16.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğlərinin düzgün müəyyənləşdiril mədiyi ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, həmin kredit müqaviləsi əsasında cavabdehə 06.11.2019-cu il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh arasında bağlanmış həmin müqavilə üzrə kredit 24 ay müddətinə (16 noyabr 2013-cü iltarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 32% ödəməli olduğu razılaşdırılmışdır. 17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ay rı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibə tləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
18. Apellyasiya baxışı zamanı keçirilmiş mühasibatşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 16.11.2011-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh hesablanmalı olan faiz borcu 246,14 manat təşkil etmiş, müqavilə müddətinin bitdiyi 16.11.2013-cü il tarixindən sonra isə o, 2404,60 manat (əsas borc üzrə 2005,36 manat, faiz borcu üzrə 399,24 manat) ödəniş həyata keçirmişdir. Onun 16.11.2013-cü il tarixə olan əsas borcu 2388,45 manat, faiz borcu 246,14 manat, 06.11.2019-cu il tarixə olan əsas borcu 383,08 manat, faiz borcu 514,10 manat təşkil edir.
19. Buna görə də kollegiya hesab etmişdir ki, 16.11.2011-ci il tarixli müqavilənin müddətinin bitdiyi 16.11.2013-cü il tarixinə hesablanmış 246,14 manat faiz borcu borcalanın həmin müqavilə üzrə sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni müqavilə müddətinin bitməsindən sonra ödənilən 2404,60 manatın 246,14 manat hissəsi faizin ödənilməsinə hesablanaraq faiz borcu sıfırlanmalı), 2404,60 manatın qalan hissəsi isə müqavilə müddətinin bitdiyi dövrdə mövcud olan əsas borcdan çıxılmalıdır (16.11.2013-cü il tarixə olan 2388,45 manat əsas borc + 246,14 manat faiz borcu = cəmi 2634,59; 2634,59 - 2404,60 = 229.99; 2404,60 – 246,14 – 2388,45 = 229,99 manat).
20. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
21. Beləliklə kollegiyanın qənaətinə görə, 16.11.2013-cü il tarixli müqavilənin müddətinin bitdiyi müddətə yaranmış borc məbləğləri və borcalanın sonradan həyata keçirdiyi ödəniş əsas götürülməklə, onun həmin müqavilə üzrə hazırda iddiaçı təşkilata yalnız 229,99 manat məbləğində əsas borcunun mövcud olması nəticəsinə gəlmək mümkündür.
22. Bundan başqa işin hallarından görünür ki, iddiaçı borcalanın 11 noyabr 2011ci il tarixli kredit müqaviləsi üzrə 1362,37 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 580,84 manat cərimə hesablayıb tələb etmiş, məhkəmə isə tutulmalı olan cərim ə məbləğini 20 manat həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə məhkəmə cərimə məbləğini kifayət qədər azaltmışdır və bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsas mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mühasibatşünaslıq üzrə 21.08.2020-ci il tarixli ekspert rəyinə əsaslı şübhələr olmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. Cavabdehin vəkili izahat verərək kassasiya şikyətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
32. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
33. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
34. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
35. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılı ğın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
36. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
37. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaql a icra edilməsi) başa düşülür. (maddə 442)
38. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
39. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
40. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1) 4
1. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)
42. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (maddə 467) Mülki Prossesual Məcəllə
43. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
46. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
47. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 51. 21.08.2020-ci il tarixli mühasibatşünaslıq ekspertizasının rəyinin əsaslı olmaması ilə bağlı iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müə yyən edilmədiyindən ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməlidir. 52. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2683/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.