Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-218/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2n və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, “xxxx” MMC-yə və qarşı iş üzrə QƏRARİ iş № 2(102)-218/21 (Açar sözlər: müqavilənin və çıxarışın ləğvi, mənzildən çıxarılma və mənzilə köçürülmə, kassasiya şikayətlərindən imtina ) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı4 vəkili və nümayəndəsi Vəkil2, X1 və İddiaçı2 və onların vəkili Vəkil1, Cavabdeh2 vəkili X16 oğlunun, Cavabdeh1, 3-cü şəxs X5 və onun vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2738/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı1 kassasiya şikayətlərinə 22 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünv an 1 ünvanında yerləşən və RX seriyalı ******* saylı çıxarışla İddiaçı1 mülkiyyətində olmuş fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin formal alqı-satqı ilə əlaqədar xx.xx.2016-cı il tarixdə İddiaçı1 adından İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ-0551978 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın, eyni zamanda həmin fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2017- ci il tarixdə bağlanmış AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin rəsmi qaydada sahibinə, yəni İddiaçı1 mülkiyyətinə qaytarılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-1836/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İddiaçı3) İddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyev X12 Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-1836/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-9066/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ape llyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)7289/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-9066/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni apelyasiya baxışına qaytarılmışdır. İddiaçı İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və “xxxx” MMCyə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 40, mənzil 122-yə dair İddiaç ı4 ilə Cavabdeh1 və «xxxx» MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, Cavabdeh1 ilə Cavabdeh5 və «xxxx» MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilələrin, həmçinin həmin mənzilə dair Cavabdeh5 ilə Cavabdeh3 və «xxxx» MMC arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli mənzil haqqında müqavilənin ləğv edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 40, mənzil 122-dən çıxarılması və İddiaçı4 həmin mənzilə mülkiyyət hüququ bərpa olunmaqla ora köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)3521/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İddiaçı4) İddiaçı İddiaçı4 Nərimanov Rayon Məhkəməsi nin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2738/2020 saylı qərardadı ilə İddiaçı4 Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən, iddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyev X12 Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-1836/2018 saylı qətnaməsindən verdikləri apellyasiya şikayələri bir icraatda birləşdirilmişdir. X9 Bakı Apellyasiya Məhkəməsində 3-cü şəxs kimi işə cəlb edimişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-cu il tarixli 2(103)2738/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 və İddiaçı4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami R ayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 ayır-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşə kassasiya qaydasında baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 məhkəmə kollegiyasına notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, kassasiya şikayətlərini geri götürdüklərini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 vəkil i Vəkil2 təqdim edilmiş ərizənin hüquqlarını müdafiə etdiyi şəxsə məxsus olmasını, ərizənin nəzərə alınmaqla apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X6 Mahir oğlu və İddiaçı2 verilmiş ərizənin onların iradəsini əks etdirdiyini, şikayətdən imtina etdiklərini, bunun hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək, kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında X6 Mahir oğlu və İddiaçı2 vəkili Vəkil1 da ərizənin müdafiə etdiyi şəxslərin iradəsini əks etdirdiyini, bunun hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək, kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili X16 oğlu şikayətin geri g ötürülməsi barədə ərizələri müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X9 və onun vəkili X8 ərizələrin təmin edilməsini xahiş etdilər. İddiaçı3 məhkəmə kollegiyasına notarial qaydada edilmiş ərizə göndərərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermədiyini, X13 qarşı hər hansı iddia və tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, digər cavabdehlər Cavabdeh3, “xxxx” MMC-nin nümayəndəsi və 3-cü şəxs X11 məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən qeyd edilən iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətlərindən imtina barədə ərizələri iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətlərindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəflərinin kassasiya şikayəti olmadığı üçün qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-cu il tarixli 2(103)-2738/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 kassasiya şikayətləri üzrə kassasiya icraatına xitam verilməldir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 kassasiya şikayətlərindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-cu il tarixli 2(103)2738/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 kassasiya şikayətləri üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-218/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-218/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver