Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2180/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaç İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-672/2024 nömrəli mülki iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddia çı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 300.000 ABŞ dolları borc verməyi (borc verir), “Borclu” isə borc müqaviləsi üzrə aldığını xx.xx.2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər.
2. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi, 3 saylı evin 68 saylı mənzilini 456.000 manata Cavabdeh satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ( bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan 300.000 ABŞ dolları (510.000 manat) pul vəsaitinin, eyni zamanda həmin vəsaitin gecikdirilmiş 1 illik müddət üçün 5 faizlə (1 il üçün beş faiz olmaqla 51.0000 x 5/100 = 25.500) 25.500 manat olmaqla ümumilikdə 535.500 manat pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsində göstərilən öhdəliyin son icra tarixindən, yəni xx.xx.2021-ci ildən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Belə ki, 28 fevral 2023 -cü il tarixdə onun tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il tarixində cavabdehin ünvanına çatdırılmışdır. Buna baxmayaraq hələ də cavabdeh borcunu ödəməmişdir.
5. Birinci instansiya məhkəməsindəki icraatda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək tərəflər arasında kredit müqaviləsinin olmasının kredit məbləğinin verilməsi anlamına gəlmədiyini, iddiaçı tərəfindən kredit müqaviləsindən başqa heç bir sübut təqdim edilmədiyini və cavabdehin borc məbləğini iddiaçıdan almadığı üçün bu borcu qaytarmaq öhdəliyinin də yaranmadığını bildirərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 2(005)-2699/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixl i qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinin əsaslılığına dair məhkəməyə təqdim olunmuş yeganə yazılı sübut kredit müqaviləsi və icra qeydinin aparılacağına dair cavabdehə ünvanlanmış xəbərdarlıq məktubu olmuşdur. Məhkəmə bildirmişdir ki, kredit müqaviləsinin kreditin verilməsi faktını təsdiq etmədiyi nəzərə alınarsa, iddiaçı tərəfindən bu pul məbləğinin cavabdehə verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış sübutlar tərəflər arasında borc pul məbləğinin alınması və qaytarılmasına dair öhdəliklərin tərəflərin öz üzərlərinə götürmələrini sübut edir, lakin öhdəliyin icrasını, yəni borc məbləğinin verilməsini və bununla d a qaytarılması öhdəliyinin yaranmasını sübut etmir. Mülki qanunvericiliyə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı isə məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən hazırki iddia tələblərinin təmin edilməsi qanuni və ədalətli deyil.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 324.5, 404.1, 739.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bi rinci instansiya məhkəməsi qətnamədə Mülki Məcəllənin 5.3-cü maddəsinə istinad etsə də, həmin maddənin tələblərinə müvafiq olaraq cavabdeh tərəfindən hüquq və vəzifələrinin vicdanla həyata keçirilməməsini nəzərə almamışdır. Onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsində onun cavabdehə 300.000 ABŞ dolları pul borc verməsi təsdiq olunsa da, həmin məbləğdə borcun cavabdeh tərəfindən müqavilədə qeyd olunan xx.xx.2021-ci il tarixdən xeyli müddət keçməsinə baxmayaraq, ödənilməməsi məhkəmə tərəfindən cavabdehin öz vəzifələrini vicdanla həyata keçirməməsi kimi dəyərləndirilməlidir. Cavabdehə 300.000 ABŞ dollarının verilməsi faktı müqavilənin 1-ci bəndi ilə təsdiqlənir. Müqaviləni təsdiq edən notarius müqavilədə ““Borc verən” “Borc alana” 300.000 ABŞ dolları borc p ul verir” cümləsini işlətməklə borc pulun cavabdehə verilməsini təsdiqləmiş, ona görə də müqavilənin digər bəndlərində pulun cavabdehə verilməsi ilə bağlı onun üçün digər öhdəlik müəyyən etməmişdir. Bunun əvəzində isə, müqavilənin ikinci bəndində cavabdehin aldığı 300.000 ABŞ dollarını xx.xx.2021-ci il tarixə kimi ona qaytarmağı öhdəsinə götürməsi qeyd olunmuşdur: “Borc alan” krediti xx.xx.2021-ci tarixədək bütöv şəkildə olmaqla “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Beləliklə, notariat orqanı onun 300.000 ABŞ dolları pulu verməsini təsdiq etmiş, onun üçün müqavilədə əlavə öhdəlik nəzərdə tutmamış, cavabdehin isə xx.xx.2021-ci il tarixə kimi ona 300.000 ABŞ dolları ödəmək öhdəliyini müqavilənin şərti kimi müəyyənləşdirmişdir. Qeyd olunanlar Mülki Məcəllənin 16.1-ci maddəsinin müddəalar ının onun xeyrinə şərh olunmasını tələb edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404.1-ci maddəsinə istinad etsə də, yenə də həmin maddəni düzgün şərh və tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək, belə qənaətə gəlmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsinin bağlanması mübahisə predmeti deyildir. Lakin borc müqaviləsinin bağlanması həmin müqavilədə nəzərdə tutulan 300.000 ABŞ dollarının tərəfindən cavabdehə verilməsinin təsdiqi üçün əsas kimi qəbul edilə bilməz. Hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tərəflər arasında mövcud olmuş faktiki münasibətlərə müvafiq olmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər- Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babay ev və Günay Axundova) 2(103)672/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2699/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən milli manata məzənnədə 315.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borc müqaviləsi üzrə pulun verildiyini sübut etmək vəzifəsi borc verənin, alınmış pulun geri qaytarılması isə borc alanın üzərinə düşür. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Lakin birinci i nstansiya məhkəməsi nəzərə almamışdır ki, hazırki işdə borc məbləğinin verildiyi barədə müqavilə borcalan tərəfindən imzalandığından, habelə notarius tərəfindən, müqavilə bağlanan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata riayət edilməklə təsdiqləndiyindən, müqavilənin pul verilmədən görünüş üçün bağlanmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə pul vəsaitinin ona verilmədiyini bildirsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, o, 300.000 ABŞ dolları borc aldığını qeyd etməklə müqaviləni imzalamışdır. xx.xx.2016-cı il tarixli borc müqaviləsinin bağlanmasının əsas məqsədi evin alınması olmuş, X3 ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən də cavabdeh Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi, 3 saylı evin 68 saylı mənzilini 456.000 manata X1 almışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin görünüş üçün bağlandığını bildirsə də həmin müqavilənin əhəmiyyətsiz əqd olmasını təqdim etdiyi materiallara əsasən müəyyən etmək mümkün olmamışdır. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi mövcuddur. Borc müqaviləsi ləğv edilməmiş və müqavilə indiyədək məhkəmə qaydasında mübahisələndirilməmişdir. Müqavilənin həqiqiliyi prezumpsiyası qüvvədədir və bunun ə ksini, yəni borc məbləğinin verildiyini göstərən müqavilə üzrə müqavilə imzalanan zaman və ya imzalanmazdan əvvəl pulun əslində verilmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşür.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən aralarında bağlanmış borc müqaviləsinə əsasən verilmiş pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir və o, həmin müqaviləyə istinad edərək verdiyi pulu cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh borc müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra borcverənin etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməs ini gecikdirdiyindən, sonuncu isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissədə qismən təmin edərək hesab etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla cavabdehin 15.000 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425, 442, 739.1, 740-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti ve rərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kredit müqaviləsi ilə nəzərdə tutulan pulun həqiqətən də cavabdehə ödənilməsi məsələsini araşdırmamış və cavabdehin müqaviləni imzalamaqla pulu aldığını təsdiq etdiyini qeyd etmişdir. İddiaçı Cavabdeh verdiyini iddia etdiyi 300.000 ABŞ dolları pulun qaytarılmasından ibarət tələbini əsaslandıran pulun nə vaxt, hansı yolla verilməsi faktının özünü təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi yeganə hal olan tərəflər arasında kredit müqaviləsinin bağlanması olmuşdur. Məhkəmələr müqavilənin bağlandığı Bakı şəhəri 52 saylı notariat ofisindən pulun k öçürülməsini təsdiq edən sənədin olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlı təklif irəli sürməmiş, nə də öz təşəbbüsü ilə həmin orqana sorğu göndərməmişdir. Hazırkı şikayətə əlavə olunan notariat ofisinin məktubundan göründüyü kimi notariusun depozit hesabına iddiaçı tərəfindən heç bir pul məbləği köçürülməmişdir. Halbuki, iddiaçı qeyd edir ki, pul vəsaitini bank hesabından çıxararaq cavabdehə vermişdir. Belə olan halda iddiaçı asanlıqla pulun çıxarılması ilə bağlı qəbzi məhkəməyə təqdim edə bilərdi. Həmin qəbzi pulu əldə etdiyi bankdan və ya notariat ofisindən asanlıqla ala bilərdi. Lakin iddiaçı bunların heç birini etməmişdir, çünki ümumiyyətlə pulun verilməsi həyata keçirilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, pulun verilməməsini cavabdeh sü but etməlidir və beləliklə sübutetmə yükünü əsassız olaraq cavabdehin üzərinə qoymuşdur.Məhkəmə sübutları hərtərəfli və tam araşdırmamış, düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və beləliklə əsassız qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Maddə
442. Öh dəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin e dilmiş hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələnridilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalar ının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borc müqaviləsi üzrə pulun verildiyini sübut etmək vəzifəsi borc verənin, alınmış pulun geri qaytarılması isə borc alanın üzərinə düşür. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırki işdə borc məbləğinin verildiyi barədə müqavilə borcalan tərəfindən imzalandığından, habelə notarius tərəfindən, müqavilə bağlanan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata riayət e dilməklə təsdiqləndiyindən, müqavilənin pul verilmədən görünüş üçün bağlanmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə pul vəsaitinin ona verilmədiyini bildirsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, o, 300.000 ABŞ dolları borc aldığını qeyd etməklə müqaviləni imzalamışdır. xx.xx.2016-cı il tarixli borc müqaviləsinin bağlanmasının əsas məqsədi evin alınması olmuş, X3 ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən də cavabdeh Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi, 3 saylı evin 68 saylı mənzilini 456.000 manata X 1 almışdır.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin görünüş üçün bağlandığını bildirsə də həmin müqavilənin əhəmiyyətsiz əqd olmasını təqdim etdiyi materiallara əsasən müəyyən etmək mümkün olmamışdır. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi mövcuddur. Borc müqaviləsi ləğv edilməmiş və müqavilə indiyədək məhkəmə qaydasında mübahisələndirilməmişdir. Müqavilənin həqiqiliyi prezumpsiyası qüvvədədir və bunun əksini, yəni borc məbləğinin verildiyini göstərən müqavilə üzrə müqavilə imzalanan zaman və ya imzalanmazdan əvvəl pulun əslində verilmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşür.
44. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən aralarında bağlanmış borc müq aviləsinə əsasən verilmiş pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir və o, həmin müqaviləyə istinad edərək verdiyi pulu cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur.
45. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh borc müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra borcverənin etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, sonuncu isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissəd ə qismən təmin edərək hesab etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla cavabdehin 15.000 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır.
46. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tərəflər arasında bağlanmış sözügedən müqavilənin şərtlərinə uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(103)-672/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.