Məhkəmə qərarları › İş №2(102)-2181/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2181/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2181/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: “x4” x1 x6 Təşkilatı Cavabdehlər: “x5” x1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddia tələbi: borc tələbinin ipoteka predmetinə yönəldilməsi (Açar sözlər: ipoteka predmetinə tutma yönəldilməsi, müqavilə şərtlərinin ipoteka qoyanın ziyanına dəyişdirilməsi, ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Kənan Əbdürəhmanovun, cavabdeh “x5” MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-113/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: “x4” x1 x6 Təşkilatı (bundan sonra – iddiaçı) ilə «x5» x1 (bundan sonra – borclu) arasında bağlanmış 10.03.2011-ci il tarixli 8 saylı kredit müqaviləsi (bundan sonra – Kredit xətti müqaviləsi) ilə iddiaçı borclalana 36 ay müddətinə, illik 8 faizlə, 127.800 manat məbləğində kredit xətti açmağı, kredit vəsaitlərini borcalana açılmış xətt üzrə tranşlarla, hər tranşın müddəti 1 olmaqla v erməyi, borcalan açılan kredit xətti çərçivəsində borc vəsaitinin təyinatı üzrə istifadəsini və istifadəyə görə hesablanmış faizlərlə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Eyni tarixdə Kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bağlanmış üç ayrı-ayrı ipoteka müqavilələri ilə Cavabdeh1 özünə məxsus Tovuz rayonu, Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksini; Cavabdeh2 özünə məxsus Tovuz rayonu, Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini və Cavabdeh3 özünə məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evini (bundan sonra – ipoteka predmetləri) iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş, yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqavilələrində Kredit xətti müqaviləsində əks olunmuş kreditin məbləği, müddəti, valyutası, illik faiz və cərimə dərəcəsi xüsusi göstərilmişdir. Kredit xətti müqaviləsinə 16.03.2011-ci il tarixli, 1 saylı əlavə ilə iddiaçı borcluya illik 8 faiz dərəcəsi ilə, 12 ay müddətinə 127.800 manat məbləğində kredit verilmiş, borclu qrafikdə müəyyən olunmuş qaydada və müddətdə əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüş, borclu tərəfindən öhdəlik tam icra edilmiş və borc ödənilmişdir. Kredit xətti müqaviləsinə 03.04.2013-cü il tarixli 2 saylı əlavə ilə iddiaçı borcluya illik 10 faiz dərəcəsi ilə 11 ay müddə tinə 125.000 manat məbləğində kredit verilmiş, borclu qrafikdə müəyyən olunmuş qaydada və müddətdə əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehlər “x5” MMC-yə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan 10 mart 2011-ci il tarixli, 8 saylı kredit müqaviləsinə əsasən verilmiş 125.000 manat məbləğində kreditin 64.103 manat hissəsi üzrə (Cavabdeh1 aid əmlak üzrə verilən məbləğ) 26.589,70 manat əsas borc, 6.741 manat faiz borcu, 919,80 manat cərimə, cəmi 34.250,50 manat, 41.667 manat hissəsi üzrə (Cavabdeh2 aid əmlak üzrə verilən məbləğ) 17.283,30 manat əsas borc, 4.381,70 manat faiz borcu, 597,80 manat cərimə, cəmi 22.262,80 manat, 19.231 manat hissəsi üzrə (Cavabd eh3 aid əmlak üzrə verilən məbləğ) 7.976,90 manat əsas borc, 2.022,30 manat faiz borcu, 275,90 manat cərimə, cəmi 10.275,20 manat, ümumilikdə əsas borc, faiz və cərimələr daxil olmaqla 66.788,50 manat pulun və həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmetilərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra yaşayış evlərində yaşayanların 1 ay müddətində evlərdən çıxarılaraq evlərin və əmlak kompleksinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, borclu kredit müqaviləsi üz rə öhdəliyini yerinə yetirməmiş və iddiaçıya tələb olunan məbləğdə borcu yaranmışdır. x8 Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)2867/2016 nömrəli iş üzrə 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-113/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və A.Bayramov) borclunun apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 10 mart 2011-ciil tarixli, 8 saylıkredit müqaviləsinə 03.04.2013-cü il tarixli 2 saylı əlavə üz rə əsas borc üzrə 51.850 manat, faiz borcu üzrə 13.145 manat və cərimə üzrə 1.793,50 manat olmaqla, cəmi66.788,50 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinə tutma yönəldilməsi tələbi ilə bağlı Mülki Məcəllənin 307, 309.1-ci, “İpoteka haqqında” Qanunun 10.5-ci maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, Kredit xətti müqaviləsinə 03.04.2013-cü il tarixdə edilmiş 2 saylı əlavəüzrə öhdəliyin təminatı olaraq ipoteka müqaviləsi bağlanılmadığından birinciinstansiya məhkəməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində qanunsuz nəticəyə gəlmiş, həmin hisssələrdə mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş, mə hkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iddianın həmin hissədə rədd olunması üçün əsasdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin 25 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə almamışdır. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin olunmasını xahiş etdilər. Nümayəndə, həmçinin bildirdi ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində mübahisələndirirlər. Cavabdeh “x5” MMC-nin vəkili kasssiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılış digər cavabdehlər hər hansı üzrlü səbəb gös tərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Şikayətdə qətnamənin tam ləğv olunmasını xahiş edilsə də, şikayətin dəlillərindən və iddiaçının nümayəndəsinin kassasiya baxışı zamanı verdiyi izahatdan görünür ki, iddiaçı qətnaməni tutmanın ipoteka predmetlərinə yönəldlməsi tələbinin təmin olunmaması hissəsində mübahisələndirir. Ona görə də apellyasiya instansiyasıl məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilm əlidir. 307.4. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 14 14.1. İpotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə... M a d d ə 48. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Qeyd: hər iki qanuna istinad tərəflər arasında ipoteka müqavilələrinin bağlandığı 10.03.2011-ci tarixdə qüvvədə olmuş redaksiyada verilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinə tutma yönldilməsi tələbinin təmin olunmamasını onunla əsaslandırmışdır ki, Kredit xətti müqaviləsində və ipoteka müqavilələrində kreditin illik faiz dərəcəsi 8 faiz göstərildiyi halda 03.04.2013-cü il tarixli 2 saylı əlavədə verilən kredit illik 10 faiz dərəcəsi ilə verilmiş, sonuncu müqavilə üzrə ipoteka qoyanlarla yeni ipoteka razılaşmaları bağlanmamışdır. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmçinin Mülki Məcəllən in 307.4cü maddəsinə müvafiq olaraq, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. x3 Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsin in “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14.1-ci maddəsinə görə, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə daşınmaz əmlakın dövlət reyestrində 3 iş günü müddətində ipotekanın əlavə qeydiyyatı aparılmalıdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, ipotekaya xitam verilməsinin qaydaları “İpoteka haqqında” Qanunun 48-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və qanunda nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Göründüyü kimi ipoteka müqaviləsinə xitam verilmə halları sırasında ipoteka qoyanın razılığı olmadan öhdəliyin həcminin dəyişdirilməsi və bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması halı nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarında qeyd olunan məsələ üzrə belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqınd a” Qanununun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildi yi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Buna baxmayaraq hazırkı iş üzrə baxmış apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi tələbini tam rədd etməklə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci, 14 və 48-ci maddələrini düzgün tətbiq etməmiş və Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə almamışdır. Ona görə də qətnamə ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən apellyasiya in stansiyası məhkəməsi mübahisəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci, 14 və 48-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarında həmin maddələrlə bağlı ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “x4” x1 x6 Təşkilatının kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-113/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar