Məhkəmə qərarları › İş №2(102)-2183/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2183/2021

26.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2183/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: alimentin artırılması, uşağın mənafeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7885/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) birgə nikahından 21.07.2003-cü il təvəllüdlü X2 anadan olmuş, tərəflər arasında nikah pozulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15.01.2020-ci il tarixli, 2(005)-735/20 nömrəli qətnaməsi ilə cavabdehdən 21.07.2003-cü il təvəllüdlü XXXnin yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 170 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə tutulan al imentin miqdarının artırılması və həmin məbləğin hər ay cavabdehin əmək haqqının dörddə bir hissəsi miqdarında müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin kifayət qədər gəliri var, halhazırda onda olan məlumata görə “X4” şirkətində işləyir və 2300-2400 manat əmək haqqı alır. Hal-hazırda onun ödədiyi alimentin miqdarı uşağın saxlanması üçün kifayət etmir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2417/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-735/2020 nömrəli, 15.01.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, tutulan alime ntin miqdarı artırılaraq cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 21.07.2003-cü il təvəllüdlü XXXnin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 76-cı maddəsinin tələblərinə uyğun olaraq aliment onun aylıq qazancından tutulmalıdır. Əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəldilməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 170 manat olması nəzərə alınaraq, iddia tələbi təmin o lunmalıdır. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 76.1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının, habelə Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı ilə tarixli Qərarının müddəalarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, o, 27.07.2011-ci ildə X1 ilə yeni ailə həyatı qurmuş və həmin nikahdan iki övladı - 2011-ci il təvəllüdlü X3 və 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının artırılması bilavasitə digər uşaqların əvvəlki təminatının səviyyəsinin əsaslı dərəcədə aşağı düşməsinə səbəb olacaq. Övladı XXX psixo-nitq inkişaf pozuntuları ilə bağlı xəstəlikdən əziyyət çəkir və onun müayinəsi və müalicəsi üçün vaxtaşırı olaraq xeyli miqdarda maliyyə vəsaitinin xərclənməsi tələb olunur. Həmçinin, onun “xxxx” ASC qarşısında kredit öhdəliyi vardır və o, 16 avqust 2034-cü il tarixədək hər ay kredit ödənişi həyata keçirməlidir. Apellyasiya baxışı zamanı cavabdehin iş y eri barədə elektron sorğu göndərilmiş və cavabdehin “xxxx” MMC-də sürücü vəzifəsində işləməklə 2386 manat 37 qəpik əmək haqqı aldığı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7885/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin başqa nikahdan daha iki övladının olması, onların təminatı və xərcləri birinci nikahdan olan XXXnin yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının art ırılmasına mane ola bilməz. Belə ki, cavabdeh hazırda həmin iki övladı ilə birlikdə yaşayır və onlara görə aliment ödəmir. Cavabdeh atadır və bir valideyn kimi hər bir övladına fərq qoymadan diqqət və qayğı göstərməlidir. Həmçinin, yetkinlik yaşına çatmayan XXXnin anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşağın atasının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır. Cavabdehin kredit ödəməsinə gəldikdə isə, həmin kreditin təyinatı, həmin vəsaitin xərclənməsi məhz ikinci ailənin və digər övladlarının rifahı ilə bağlı olduğundan, bu yetkinlik yaşına çatmayan XXXni zəruri qayğı və diqqətdən məhrum edə bilməz. Cavabdeh alimentin qazancının ¼ hissəsindən tutulmasına etirazını yalnız ikinci ailəsinin olması, onlara baxması və onların ri fahı naminə düşdüyü kredit borcu ilə əsaslandırmışdır ki, bunların da heç birinin yetkinlik yaşına çatmayan XXXyə aidiyyəti yoxdur. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 76.1.1, 78.1, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassızdır, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Ailə Məcəlləsinin 76.2-ci maddəsində alimentin miqd arı müəyyən olunarkən məhkəmənin üzərinə tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq digər halların araşdırılması vəzifəsi qoyulmuşdur. Lakin məhkəmə, cavabdehin ailə vəziyyətində baş vermiş dəyişikliklərə hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 76.1, 76.2, 174.2, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kass asiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən h üquq Ailə Məcəlləsi Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zam anda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur (maddə 76.1.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7885/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar