Məhkəmə qərarları › İş №2(102)-2185/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2185/2019

27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2185/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı xxxx QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellayasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.İ.Abiyev) iddiaçı xxxx QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 03R000024123 saylı kredit razılaşması üzrə 4.331,10 ABŞ dolları kredit borcu, 522,81 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.903 (dörd min doqquz yüz üç) ABŞ dolları 91 (doxsan bir) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) ma nat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən L.M.Məmmədov, hakim E.Rəhimov və S.Qafari,) Sumqayıt şəhər Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki ha lları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın 22 oktyabr 2018-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı xxxx QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 12 fevral 2010-cu il ta rixli kredit xətti müqaviləsinə əsasən “xxxx” QSC-nin Sumqayıt filialı tərəfindən X3 20.000 ABŞ dolları məbləğində kredit xətti açılır. Kredit müqaviləsi və kredit razılaşması əsasında istənilən məbləğ 60 ay 12 fevral 2015-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarından görünür ki, “xxxx” QSC ilə X4 (borclu) arasında kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan 25 oktyabr 2013-cü il tarixli Kredit Razılaşmasına əsasən bank tərəfindən borcalana aylıq 2,1667 faiz ödəmək şərti ilə 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İş m ateriallarında olan “xxxx” QSC ilə X4 arasında imzalanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 25 oktyabr 2013- cü il tarixli, 4720 saylı sazişə əsasən “xxxx” QSC-nin Sumqayıt filialı ilə X4 arasında 12 fevral 2010-cu il tarixli, 03L000004720 №li kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndinə dəyişiklik və əlavələr edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi açır. Kreditlər tərəflər arasında bağlanmış kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək və dini ifadə edir. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 164 ay müddətinə, 12 oktyabr 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan “xxxx” QSC ilə X4 arasında imzalanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 16 dekabr 2015-ci il tarixli sazişə əsasən “xxxx” QSC-nin Sumqayıt filialı ilə X4 arasında 12 fevral 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 25 oktyabr 2013-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan 25 oktyabr 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 16 dekabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. İş materiallarından görünür ki, 12 fevral 2010-cu il t arixli kredit xətti müqaviləsi və kredit razılaşması üzrə borclu X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə “xxxx” QSC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında 25.10.2013-cü il tarixli, Cavabdeh2 arasında 25.10.2013-cü il tarixli və Cavabdeh4 arasında 16.12.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqavilə si adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu cavabdeh X verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, cavabdeh X aldığı krediti müqa vilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya za minlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında bi rgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Sumqayit Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar