Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2189/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun, cavabdeh Gülməmmədov Qadir Məmmədhüseyn oğlu və onun vəkili X3 oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-5/2019 saylı, xx xxxxxx 2019 -cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Məmmədhüseyn oğlundan, Cavabdeh2 müştərək qaydada 11R000007254 saylı kredit razılaşması üzrə 19679,90 (on doqquz min altı yüz yetmiş doqquz dollar doxsan sent) ABŞ dolları məbləğində kredit borcu, 5149.86 (beş min yüz qırx doqquz dollar səksən altı sent) ABŞ dolları məbləğində faiz borcu və 871,67 (səkkiz yüz yetmiş bir dollar altımış yeddi sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25701,67 (iyirmi beş min yeddi yüz bir dollar altımış yeddi sent) ABŞ dolları məbləğində borcun, ** İR ***2594445 saylı kredit razılaşması üzrə 21242,22 (iyirmi bir min iki yüz qırx iki dollar iyirmi iki sent) ABŞ dolları məbləğində kredit borcu, 5869,67 (beş min səkkiz yüz altmış doqquz dollar altmış yeddi sent) ABŞ dol ları məbləğində faiz borcu və 344,34 (üç yüz qırx dörd dollar otuz dörd sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27456,23 (iyirmi yeddi min dörd yüz əlli altı dollar iyirmi üç sent) ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 60513 (altmış min beş yüz on üç) ABŞ dolları 91 sent mələğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetınə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 manat xidmət haqqının iddiaçı «xxxx» QSC-nin xeyrinə tutulması, tələbin Dəvəçi şəhəri, XXX nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 60513 (altımış min beş yüz on üç) ABŞ dolları 91 sen t məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Məmmədhüseyn oğlundan və Cavabdeh2 müşrətək qaydada tutulması, Dəvəçi şəhəri. XXX nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Məmmədhüseyn oğlunun və Cavabdeh3 Maxsud qızının həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən və torpaq sahəsindən çıxarılması, ev və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1 Məmmədhüseyn oğlundan, Cavabdeh2 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin müştərək qaydada tutulması qət edilmişdir (hakim Ç.Ə.İsgəndərov). Şabran Rayon Məhkəməsinin 2(031)-5/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli əlavə qətnaməsinə əsasən Dəvəçi şəhəri, XXX nömrəli fərdi yaşayış evin ilkin satış qiyməti 45.000 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən, məruzəçi), S.Qafari və F.Məmmədov, 2(105)2201/2019 saylı mülki iş) hazırki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-5/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanımışdır. İşin halları: «xxxx» Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 Məmmədhüseyn oğlundan, Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 11R000007254 saylı kredit razılaşması üzrə 19924.05 ABŞ dolları məbləğində kredit borcu, 5600.87 ABŞ dolları məbləğində faiz borcu və 9851.72 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 35376.64 ABŞ dolları məbləğində borcun, 011R********** saylı kredit razılaşması üzrə 21254.15 ABŞ dolları məbləğində kredit borcu, 5991.24 ABŞ dolları məbləğində faiz borcu və 10384.55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 37629.94 ABŞ dolları məbləğində borcun, 011KK**********01 saylı kredit razılaşması üzrə 4986.05 ABŞ dolları məbləğində kredit borcu, 469.71 ABŞ dolları məbləğində faiz borcu və 1900.49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 7356.25 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 80362 (səksən min üç yüz altmış iki) ABŞ dolları 83 sent mələğində borcun, məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Dəvəçi şəhəri, XXX nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 80362 (səksən min üç yüz altmış iki) ABŞ dolları 83 (səksən üç) sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsai t hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Məmmədhüseyn oğlundan və Cavabdeh2 müşrətək qaydada tutulması, Dəvəçi şəhəri, XXX nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Məmmədhüseyn oğlunun və Cavabdeh3 XXX qızının həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən və torpaq sahəsindən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Sumqayıt Apellyasiya Məhkəməsində həm mühasibatlıq, həm də əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verilsə də məhkəmə buna heç bir hüquqi qiymət verməmişdir. Baxmayaraq ki, faizlər çox yüksək məbləğlərdə hesablanmış və bu isə onsuzda çətin vəziyyətini daha da çətinləşdirmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən iddia tələbinin mənzildən çıxarılma və mənzillərin boşaldılması hissəsini “İpoteka haqqında” Azərbaycan Respublikası qanununu ilə əsaslandırmışdır. Lakin hazırki iş üzrə iddiaçı olan “xxxx” ASC-nin həmin iddianı qaldırmaq hüququnun olmaması nəzərə alınmamışdır. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh XXX oğlu və onun vəkili X3 oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Ağamirov Mirağa Mirbəşir oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Tərəflər arasında kredit müqaviləsi bağlanması, cavabdehin müqavilə öhdəliklərini pozması işin mübahisəsiz hallarıdır. Cava bdehin kassasiya şikayətindən görünür ki. O, qətnaməni faiz borcu hissəsində, ipoteka yüklü edilmiş əmlakın boşaldılması hissəsində mübahisələndirir. Faiz borcu hissəsi ilə bağlı: İş üzrə keçirilmiş xx xxxxxx 2018-ci il tarixli, 3441 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2011-ci il tarixli, 11L000000746 nömrəli kredit xətti müqaviləsinə əsasən xx xxxxxxx 2013-cü il tarixli, 11R000007254 nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 XXX oğlunun xx.xx.2016-cı il tarixə banka olan borcu 32701,43 ABŞ dolları məbləğində müəyyən olunur: o cümlədən:-əsas borc üzrə-19679 ABŞ dolları, faiz borcu üzrə – 5149,86 ABŞ dolları, cərimə borcu üzrə – 7871,67 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli, 11R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 XXX oğlunun x x.xx.2016-cı il tarixə banka olan borcu 29456,23 ABŞ dolları məbləğində müəyyən olunur: o cümlədən, əsas borc üzrə – 21242,22 ABŞ dolları, faiz borcu üzrə – 5869,67 ABŞ dolları, cərimə borcu üzrə – 2344,34 ABŞ dolları, xx xxxxxxx 2014-cü il tarixli, 011KK**********01 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 XXX oğlunun xx.xx.2016-cı il tarixə banka olan borcu 7356,25 ABŞ dolları məbləğində müəyyən olunur: o cümlədən: əsas borc üzrə – 4986,05 ABŞ dolları, faiz borcu üzrə – 0.00 ABŞ dolları, cərimə borcu üzrə – 1900,49 ABŞ dolları. Tərəflər arasında bağlanmış müqaivilə mövcuddur və müqavilənin əsas şərtlərindən biri kreditin faizidir. Tərəflər müqavilədə bu barədə razılığa gəlmişlər, iradə ifadə etmişlər. Ekspert həmin şərtlərə uyğun olaraq faiz borcunu hesablamışdır. Faiz borcunun eksper t rəyindən az olmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin ekspert rəyini şübhə altına alan heç bir sübut təqdim etmədən təkrar ekspertiza tələb etməsi barədə vəsatət təmin oluna bilməz. Çünki təkrar ekspertizanın həyata keçirilməsinin əsasları qanunla müəyyən edilir. Beləki, MPM-nin 102.2. maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Qeyd olunanlara əsasən faiz borcunun düzgün hesablanmaması barədə kassatorun dəlili əsaslı deyil. İptoeka ilə yüklü edilmiş əmlakın boşaldılması ilə bağlı: “İpoteka haqqında” qanunun 59-cu maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin qanunun 59.4. maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Hazırkı iş üzrə cavabdehin yaşayış sahəsi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan onun və onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması labüddür. Belə ki, “İpoteka haqqında” Qanun nəzərdə tutur ki, əgər yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi gö stərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Bazar iqtisadiyyatı ilə inkişaf etmiş ölkələrdə maliyyə-kredit münasibətlərinin inkişaf etdirilməsi ölkənin inkişafını şərtləndirən əsas istiqamətlərdən hesab olunur. Təsadüfi deyil ki, bir sıra ölkələrdə ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsi ilə bağlı məsələlərin həllində hətta məhkəmə qərarının olması zəruri şərt deyil. Mübahisələr həmin mərhələyə gəlib çıxmır. Çünki öhdəlik icra edilmədiyi təqdirdə ipoteka ilə yüklü edilmiş əmlaka məhkəmə qərarı olmadan tutma yönəldilir. Belə yanaşma ölkənin kerdit siyasətinin daha effekti inkişafını şərtləndirir. İptoekaya tutmanın yönəldilməsi ilə bağlı məhkəmə mübahisəsi açmaq, həmin mübahisə bitdikdən sonra daha bir mübahisə açaraq yüklü əmlakın boşaldılması ilə bağlı uzun sürən mübahisələr aparmaq kreditin təminatını heçə endirir. Hansıki, əmlakı ipotekaya qoyarkən şəxs (şəxslər) onun hüquqi nəticələrini bilmiş və buna razılıq vermişlər. Ölkəmizdə bərqərar olan işgüzar təcrübəyə görə yüklü olan əmlakın (məsələn evdə insanlar yaşayırsa) satın alınmasına demək olar ki, heç kim təşəbbüs göstərmir. Çünki onun gələcəkdə uzun sürən məhkəmə mübahisələrindən yan keçmək zəmanəti yoxdur. İpoteka ilə yüklü edilmiş mənzildə insanlar yaşadığı təqdirdə həmin insanların çıxarılması barədə məhkəmə qərarı olmadığı halda mənzilin satılma ehtimalı sıfıra bərabərdir. Bu ancaq mənzilin dəyərindən xeyli aşağı satılması halında mümkün ola bilər ki, buda hərracın keçirilməsi qaydaları ilə uzlaşmır. Bundan başqa, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldikdən sonra ipoteka saxlayanın keçmiş mülkiyyətçinin çıxarılmasını tələb etməyə subyektiv hüququnun olmaması ilə də razılaşmaq olmaz. Beləki, Mülki Məcəllənin 269-cu maddəsinə əsasən ğirov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 158.1.1. maddəsinə əsasən girov hüququ da əmlak hüququ sayılır. İpoteka qoyan əşya üzərində hüquqlarını ipoteka saxlayan qarşısında məhdudlaşdırmışdır. Öhdəlik icra olumadığı təqdirdə ipoteka saxlayan həmin hüquqlardan istifadə etməkdə haqlıdır. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi i poteka ilə yüklü edilmiş əmlak satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmetinin boşaldılması barədə iddia tələbinin ğəmin etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh XXX oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №2(102)-2189/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2189/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver