Məhkəmə qərarları › İş №2(102)-219/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-219/2019

14.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-219/2019 14.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ 14 fevral2019-cuil İş№ 2(102)-219/2019 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının vəkili Məlikov Ramal Teyyub oğlunun iştirakı ilə, cavabdeh x2 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-76/2018 saylı 29 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şərur Rayon Məhkəməsinin 2 2 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim H.N.Zülfüqarov, iş № 2(110)-627/2017)iddia təmin edilmiş, x2 vəx3 müştərək qaydada 3835,40 ABŞ dolları əsas və 2254,03 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6089 (altı min səksən doqquz) ABŞ dolları 43 (qırx üç) sent məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin tutularaq, x1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Y.S.Qurbanov (sədrlik edən və məruzəçi), Ə.K.Allahverdiyev və Q.N.Məmmədov, iş № 2(108)-76/2018) cavabdeh x2 apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Şərur Rayon Məhkəm əsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh x2 kassasiya şikayəti vermişdir. İşin halları: Kreditor x1” ASC borclular x2 və x3 qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3835,40 ABŞ dolları əsas və 2254,03 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6089 (altı min səksən doqquz) ABŞ dolları 43 (qırx üç) sent məbləğində borcun və 20 manat dövlət rüsumunun müştərək qaydada borclulardan kreditorun xeyrinə tutularaq ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, x1” ASC-nin Əhmədli filialı ilə x2 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, MK/12554/47/18 №-li kredit sazişinə əsasən bank borcalana illik 30 faiz ol maqla 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq borclu x3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu x2 tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə borcluların kreditor qarşısında öhdəliyi yaranmışdır. Şərur Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli 2(110)-435/2017 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin edilmişdir. Borclu x2 etirazı əsasında Şərur Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli qərardadına əsasən, Şərur Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 və onun vəkili Şükürov Kamil Qəzənfər oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 390, 421, 422, 425-ci, MPM-nin 14.1, 88, 106.1-ci maddəsinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmiş, bankın cavabdehi aldatması və verdiyi vədlərə əməl etməməsi ilə bağlı cavabdehin təqdim etdiyi faktları, o cümlədən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə almamış, onlara hüquqi qiymət verməmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili Məlikov Ramal Teyyub oğlu apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərinə riayət etdiyini, hər hansı pozuntuya yol vermədiyini, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bi ldirərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)76/2018 saylı 29 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti or qanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya i nstansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, x1” ASC-nin Əhmədli filialı ilə x2 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, MK/12554/47/18 №-li kredit sazişinə əsasən bank borcalana illik 30 faiz olmaqla 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təm inatı olaraq zamin x3 bank qarşısında zamin duraraq, borclu x2 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin müqavilə öhdəliklərini icra etməyərək, cavabdehlər iddiaçı təşkilat qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 27.09.2017-ci il tarixli 130/17 saylı rəyindən görünür ki, sözügedən kredit müqaviləsi üzrə x2 x1” ASC-yə 3835,40 ABŞ dolları əsas və 2254,03 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6089 (altı min səksən doqquz) ABŞ dolları 43 (qırx üç) sent məbləğində borcu yaranmışdır. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər işt irakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatanadəkkredit orunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsiborclununicranıgecikdirməsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəl iyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil o lan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz borcu ilə birlikdə iddiaçıya ödəməlidir. Digər tərəfdən, kassasiya şikayətində göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xaric i valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən kredit müqaviləsi bağlanarkən aldadıldığını bildirsə də, bu dəlil hər hansı bir sübutla, o cümlədən iş materialları ilə təsdiq olunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəy işdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x2 kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-76/2018 saylı 29 iyun 2018-ci il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar