Məhkəmə qərarları › İş №2(102)-219/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-219/2023

30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-219/2023 30.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin icrası, zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2(105)-1113/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Məhərrəmova Sumqayıt şəhəri, Koroğlu pr, 106A ünvanda, 0,00802 hektar torpaq sahəsində yerləşən 63,7 kvadrat metr daşınmaz əmlak İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

3. İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini 100 manat icarə haqqı qarşılığında "xxxx" MMC-yə icarəyə vermişdir. 4. "xxxx" ASC və İddiaçı1 arasında 08 may 2021-ci il tarixli Su təzhizatı v ə tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən, Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin su ilə təhciz edilməsi 20 mm olan boru vasitəsi ilə həyata keçirilir.

5. Sumqayıt Sukanal İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011-ci il tarixli, 68 nömrəli qərarı əsasında və "xxxx" ASC-nin 11 may 2011-ci il tarixli 40 saylı əmri ilə həmin cəmiyyətin struktur vahidi kimi yenidən təşkil edilmişdir.

6. Qazıntı işləri aparılması üçün 29 iyun 1999-cu il tarixli, 10 nömrəli orderin kserosurətinə əsasən, Həsənov Şamxal Həşim oğlu Sumqayıt şəhəri, Koroğlu prospekti, Avto vağzalın qarşısında ikidə bir düyüm truba xəttinin çəkilməsi üçün “Sumqayıt Sukanal” İdarəsindən razılıq alınmışdır. 7. “Sumqayıt Sukanal” İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 03 noyabr 2020-ci il tarixli cavab məktubda bildirilmişdir ki, sonuncunun özünə məxsus olması bildirilən su xətlərinin ona aid olduğunu bildirən rəsmi sənəd yoxdur və hazırda həmin su xətlərinin “Sumqayıt Sukanal” İdarəsi tərəfindən istismar edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı1 cavabdeh “Sumqayıt Sukanal” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəh, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 3 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin ayrılması və zədələnmiş borunun yenisi ilə öz vəsaiti hesabına əvə z edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10000 manatın, mənəvi zərər görə 10000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçının razılığı ilə cavabdeh Sumqayıt Sukanal İdarəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir.

10. Eyni zamanda, iddiaçının nümayəndəsi vəsatət verərək ünvan 3 ünvanının İddiaçı2 adına olduğundan həmin hissədə iddiaçının əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmiş, həmin vəsatət təmin olunmuşdur.

11. İddia tələbi onunla əsasladırılmışdır ki, Sumqayıt şəhəri, Koroğlu prospektində, (avtovağzal ərazisi) və Sumqayıt şəhəri 20 məhəllə ev 101-də su ilə təchiz edən su xəttinə iddiaçının hər hansı icazəsi olmadan kənar obyektlərə gedən başqa xəttlər qoşulmuşdur. Digər obyektlərin id diaçıların şəxsi mülkiyyəti hesab olunan su xəttinə qoşulmasından sonra su təchizatında ciddi problemlər yaranmış və bunun nəticəsində su nasosu quraşdırmaq məcburiyyətində qalmışdır. Uzun müddət ərzində isə işlədilən su nasosları tez-tez sıradan çıxmış və bunun nəticəsində iddiaçılara maddi ziyan dəymişdir. Bundan əlavə həmin nasosların istismarı nəticəsində onlar izafi elektrik enerjisi işlətmək məcburiyyətində qalmış, buna görə əlavə vəsait ödəməli olmuşlar. Sözügedən qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh hazırda cavab verməli olan şəxs deyildir, çünki nümayəndəsi olduğu təş kilat tərəfindən yalnız vətəndaşlar tərəfindən istifadə edilən su xətlərinin sərfiyyətinin hesablanması üçün sayğac quraşdırılmışdır. Qeyd olunan su boru xətlərinə qoşulmanı cavabdeh təşkilat həyata keçirmir, iddiaçının öz vəsaiti hesabına çəkdirdiyi su xəttinə əlavə xətlərin qoşulması cavabdeh təşkilatın məsuliyyətinə aid deyildir. Eyni zamanda iddiaçı tərəfindən həmin su xətlərinin çəkilməsi ilə bağlı icazə verilməsi barədə heç bir sənəd cavabdeh təşkilatda müəyyən edilməmişdir

13. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 2(060)-1153/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Belə ki, iddiaçının iddianın əsası kimi göstərdikləri hazırkı cavabdeh qismində qoyulan təşkilatın hərəkətləri nəticəsində baş verməmişdir. Ona görə də, iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096 və 1099-cu maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.O.Quliyev sədrlik edən və məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) 04 avqust 2021-ci il tarixli, 2(105)-2028/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisələndirdiyi su boru xətti onların xüsusi mülkiyyətində olmayıb, cavabdeh təşkilatın balansındadır, həmin xəttin zədələnməsi və onların hüquqlarının pozulması halları müəyyən edilməmişdir. İddiaçılar tələblərinin əsasını təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş, həmin halları sübuta yetirə bilməmişlər.

20. Məhkəmə gəld iyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 139-1.1, 139-1.1.1, 152.1, 1096, 1097.1-ci, MPM-in 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.G.Nurməmmədov - sədrlik edən və məruzəçi, A.Q.Hüseynov və İ.R.Xələfov) 28 fevral 2022-ci il tarixli, 2(102)-1220/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan işdə tərəflərin subyektiv tərkibi (fərdi sahibkar – hüquqi şəxs), eyni zamanda tələbin iddiaçının fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi icarəyə verilmiş qeyri-yaşayış obyektinin fəaliyyəti ilə bağlı müəyyən edildiyi halda işə baxan məhkəmələr mübahisənin məhkəmə aidiyyatını müəyyən etmədən işi icraata qəbul edərək baxmış, iddianın ümumi məhkəmədə baxılması yolverilənliyi müzakirə edilməmiş, apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmişdir.

24. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi MPM-in 24.2, 24.3, 25.1, 26.1, 152.1, 152.1.3, 387.2, 418.4, 418.4.9, 407.2, 416.1, 418.3-cü maddələrinə istinad etm işdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya instansiyası məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(105)1113/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov - sədrlik edən və məruzəçi, T.Q.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

26. Kassasiya instansiyası məhkəməsinin mübahisənin aidiyyəti ilə bağlı göstərişinə müvafiq məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hazırkı iş üzrə İddiaçı1 hüquqi statusu 2 saylı Ərazi Vergilər Departamentinin “Vergi ödəyicisi haqqında ümumi məlumat” siyahısında “fərdi sahibkar” kimi deyil, “vətəndaş” kimi qeyd olunmuşdur. Buna görə yuxarıda qeyd olunan MPM-nin 24.2-ci maddəsinə əsasən hazırkı iddia tələbi üzrə mübahis ənin ümumi məhkəməyə aid olduğu müəyyən edilir.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin mahiyyəti üzrə həlli ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçıların iddianın əsası kimi göstərdikləri su xətinə qanunsuz qoşulma cavabdeh qismində qoyulan təşkilatın hərəkətləri nəticəsində baş verməmişdir. Bundan əlavə, iddiaçılar iddia tələbini əsaslandığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Cavabdehin nümayəndəsi isə mübahisə predmeti olan su boru xətlərinə cavabdeh tərəfindən qoşulmanın həyata keçirilmədiyini göstərmişdir. MPM-nin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və y a cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Birinci instansiya məhkəməsi verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır. 28.İşə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi verilmiş iddia tələbi ilə əlaqədar birinci instansiya məhkəməsinin iclasında bildirdiyi eyni hüquqi mövqeyi əsas tutaraq göstərmişdir ki, iddiaçının göstərdiyi su xəttinə əlavə xətlərin qoşulmasına görə cavabdeh təşkilat məsuliyyət daşımır. 29.Bununla əlaqədar məhkəmə kol legiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, iddiaçılar hazırkı iddia ərizəsində göstərdikləri su xəttinə digər şəxslərin qanunsuz qoşulmalarını və həmin şəxsləri cavabdeh kimi göstərməklə müvafiq iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər.Bundan əlavə iddiaçılar həmçinin cavabdehlə bağlanmış müqavilə şərtlərinə uyğun suyun normal təzyiqlə verilməsinə dair hazırkı iddiadan fərqli yeni tələblə cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edə bilər. 30.Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi MPM-in 24.2, 26.1, 54.1, 54.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil) kass asiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə zidd olaraq Sukanal İdarəsi, istifadəsində olan və tərəfindən çəkilmiş su xətlərini razılığı olmadan, ona ödəniş etmədən öz balansında hesab etmiş, əlavə su sayğacları qoyaraq başqa abonentləri həmin xətdə birləşdirmişdir. Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisində) və ünvan 3-də su ilə təchiz edən su xəttinə hər hansı icazəsi olmadan əlavə obyektlər qoşulmuşdur. Su xətləri xüsusi mülkiyyətində olmasa da, həmin su xətlərinin tərəfindən çəkildiyini, müvafiq orqanlardan bu barədə razılıq alındığını təsdiq edən sənədlər iş materiallarında mövcuddur. Həmçinin həmin s u xətlərinin çəkilməsi üçün boruların hansı ölçülərdə olması ilə bağlı Sumqayıt şəhər Kommunal Təsərrüfat Birliyinin notarial qaydada təsdiq olunmuş arayışlarını məhkəmə qərəzli şəkildə qəbul etməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, həmin su xətlərinin çəkilməsi üçün "Sumqayıt Sukanal İdarəsi"ndə razılıq alınmışdır. “Su təchizatı və tullantı suları haqqında" qanunun tələbinə uyğun olaraq həm öz evinə, həm də qeyri-yaşayış sahəsi hesab olunan obyektinə 90-cı ilərdə su xətlərini öz vəsait hesabına çəkmiş, lakin bir neçə ildir ki, Sumqayıt Sukanal İdarəsi tərəfindən öz vəsaiti hesabına çəkilən paylayıcı su xətlərinə onun razılığı alınmadan başqa abonentlər qoşulmuş, bundan sonra su təchizatında ciddi problemlər yaranmış, bunun nəticəsində su nasosu quraşdırmaq məcburiyyətin də qalmış, uzun müddət ərzində işlədilən su nasosları tez-tez sıradan çıxmış və bunun nəticəsində ona maddi ziyan dəymişdir. Bundan əlavə həmin nasosların istismarı nəticəsində izafi elektrik enerjisi işlətmək məcburiyyətində qalmış, buna görə əlavə vəsait ödəməli olmuşdur. Qanunsuzluqların aradan qaldırılması üçün cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlər heç bir müsbət nəticə verməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə edilən su xətlərinin xüsusi mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Bu zaman məhkəmə nə su təchizatı ilə bağlı qanunvericiliyi, nə də mövcud təcrübəni nəzərə almamışdır. Hesab edir ki, ümumiyyətlə heç bir vətəndaşın xüsusi mülkiyyətində su xətləri yoxdur. Göründüyü kimi mübah isə edilən su xətləri sukanal idarəsi tərəfindən nə tikilmiş, nə də tərəfindən çəkilən xərclər ödənilmişdir. Bu halda məhkəmənin hesab etdiyi kimi həmin su xətlərinin öz xüsusi mülkiyyətində olmaması, sukanal idarəsinin balansında olması demək deyildir.

34. Kassasiya instansiyası məhkəməsinin qərarında mülki işin məhkəmə aidiyyətinin müəyyən edilməsi apellyasiya instansiyası məhkəməsinə tövsiyə edilmiş, həmçinin tərəflərin subyektiv tərkibinin müəyyənləşdirməli olduğu bildirilmiş, lakin apellyasiya instansiyası məhkəməsi yenidən bu məsələyə səthi yanaşmış və mübahisənin aid olduğu dövrdəki İddiaçı2 fərdi sahibkar olduğunu nəzərə almamışdır. Hesab edir ki, bu ciddi prosessual pozuntu olmaqla işin bu məhkəmədə baxılmasına əngəl olur. Belə ki, apellyasiya instansiyası məhkəməsi sahibkarlıq ob yektinin faktiki sahibi gəlini İddiaçı2 "vergi ödəyicisi haqqında ümumi məlumat" siyahısında fərdi sahibkar kimi deyil, "vətəndaş" kimi qeyd olunmağına əsaslansa da, iddia tələbi üzrə mübahisənin yarandığı və mövcud olduğu vaxtda onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və həmin siyahıda mübahisənin mövcud olduğu vaxt İddiaçı2 adı "fərdi sahibkar" kimi qeyd edilmişdir. Sahibkarlıq fəaliyyətlarinə yaxın vaxtlarda xitam vermiş, yəni, VÖEN-i bağlatdırmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qan unda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdə n çəkinməlidirlər.

42. Maddə

436. Əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir.

43. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

45. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hal lar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

46. Maddə

1. İstehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.

47. Maddə 9, hissə

3. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.

48. Maddə

11. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

49. Maddə

12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. 5

0. Maddə

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

52. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandı ğı yerdə müayinə və tədqiq edə bilər.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

59. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Baxılan işdə iddiaçı, onu su ilə təmin edən xəttə kənar qoşulmalar nəticəsində su təchizatında ciddi problemlər yarandığını, bu səbəbdən su nasosu quraşdırmaq məcburiyyətində qaldığını, uzun müddət ərzində işlədilən bu nasosların sıradan çıxmsı və əlavə elektrik enerjisi işlətməsi nəticəsində ziyana düşdüyünü bildirərək, ona məxsus ünvana aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin ayrılması və zədələnmiş borunun yenisi ilə öz vəsaiti hesabına əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir (§ 8, 11).

65. Cavabdeh isə su xətlərinə qoşulmanı özünün həyata keçirmədiyini, buna dair məsuliyyət daşımadığını bildirərək iddiaya etiraz etmişdir (§ 12).

66. Məhkəmələr iddianı rədd edərkən mövqelərini onunla əsaslandırmışlar ki, iddianın əsası kimi göstərilənlər cavabdeh təşkilatın hərəkətləri nəticəsində baş verməmişdir. Su borusuna əlavə xətlərin qoşulmasına görə cavabdeh təşkilat məsuliyyət daşımır. İddia, iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Odur ki, iddiaçı su xəttinə digər şəxslərin qanunsuz qoşulmalarını və həmin şəxsləri cavabdeh kimi göstərməklə müvafiq iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, iddiaçı həmçinin cavabdehlə bağlanmış müqavilə şərtlərinə uyğun suyun normal təzyiqlə verilməsinə dair hazırkı iddiadan fərqli yeni tələblə ca vabdehə qarşı müvafiq iddia ərizəsi ilə yenidən iddia qaldıra bilər (§ 14, 27-29).

67. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

68. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün əsaslardan biri də onun iştirakçıları arasında müqavilənin olmasıdır (§ 38-39).

69. Hazırkı işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər müqavilə münasibətlərindədirlər. Belə ki, "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 08 may 2021-ci il tarix li su təzhizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsasən, Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin su ilə təhciz edilməsi 20 mm olan boru vasitəsi ilə həyata keçirilir (§ 4).

70. Bu hal ona dəlalət edir ki, iddiaçı, cavabdeh təşkilatdan su təzhizatı və tullantı sularının axıdılması xidmətlərini alan istehlakçıdır. Çünki, o, şəxsi tələbatını ödəmək məqsədi ilə xidmətlərdən istifadə edən, onları alan, sifariş verən şəxsdir (§ 46).

71. Odur ki, cavabdeh, iddiaçı qarşısında sözügedən xidmətləri müqaviləyə və qanunvericiliyə uyğun qaydada göstərmək öhdəliyini daşıyır.

72. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən, müəssisə istehlakçının tələbatına uyğun məiş ət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin edir.

73. Qanuna əsasən, icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməlidir (§ 42).

74. Məlum olduğu kimi, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (§ 40-41).

75. Baxılan işdə iddiaçı, cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməməsinə istinad edərək iki tələb irəli sürmüşdür: 1) su xəttinə qanunsuz qoşulmuş xətlərin ayrılması və zədələnmiş borunun yenisi ilə öz vəsaiti hesabına əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; 2) ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi.

76. Kollegiya vurğulayır ki, hansı formada ifadə edilməsindən asılı olmayaraq birinci tələb cavabdehin müqavilə öhdəliyini yerinə yetirməsinə məcbur edilməsi mahiyyətindədir. Belə ki, həmin tələbin təmin olunması ilə iddiaçının nail olmaq istədiyi mənafe müqavilə şərtlərinə uyğun (təzyiqdə) su ilə təhciz olunmaqdır. İddia ərizəsində də bu tələb əsaslandırılarkən açıqca qeyd olunmuşd ur ki, iddiaçı məhz kənar xəttlərin su borusuna qoşulmasından sonra su təchizatında ciddi problemlər yaşayır.

77. Göründüyü kimi, iddiaçı, müqavilədən irəli gələn su təhcizatı hüququnun pozulduğunu bildirərək həmin tələbi irəli sürmüşdür və onun bərpasını tələb edir.

78. Nəzərə alınmalıdır ki, müqavilə münasibətlərindən doğan tələb hüquqları sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız həmin müqavilənin tərəfi olan borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz.

79. Hazırkı işldə iddiaçının müqavilədən irəli gələn tələbinə cavab verməli olan şəxs su təzhizatına dair müqavilənin qarşı tərəfi olan cavabdehdir. Ona görə də, birinci iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz.

80. Kollegiya qeyd edir ki, su təhciz edən boru və qurğulara başqa şəxslərin (qanuni və ya qanunsuz) qoşulması istehlakçının müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin olunmaq hüququnu aradan qaldıra bilməz. Su təchizatı müəssisəsinin həmin qoşulmalara icazə verməməsinə, yaxud buna görə məsuliyyət daşımamasına istinad etməsi onun cavabdeh sayılmaması, eləcə də istehlakçının pozulmuş hüququnun bərpasından imtina edilməsi üçün əsas deyil.

81. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 №-li qərarı ilə təsdiq edilmiş, “Sudan istifadə Qaydaları”nın 2.1-ci b əndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək, istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək vəzifələrini daşıyır.

82. Nəzərə alınmalıdır ki, su təchizatı müəssisəsi tərəfindən sadalanan vəzifələrin yerinə yetirilməməsi sözügedən qaydalar əsasında bağlanmış müqavilə öhdəliklərinin (tam) icra edilməməsinə dəlalət edir. Belə olan halda, istehlakçının pozulmuş hüquqlarının bərpa edilməsini və düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

83. Qanuna əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidm ətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər zərər hesab edilir. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (§ 36-37, 43-45).

84. Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur ki, icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının h esabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir (§ 47-50).

85. Hazırkı işdə iddiaçı bildirir ki, cavabdeh təşkilatın onu lazımi keyfiyyətdə və həcmdə (təzy iqdə) su ilə təhciz etmək öhdəliyini pozduğu üçün nasoslar işlətməklə əlavə xərcə (elektrik, təmir və s.) düşmüş və iztirab çəkmişdir.

86. Göründüyü kimi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə ikinci tələb də birinci tələbdən irəli gəlir. Ona görə də, iddiaçının bu iş üzrə iddia qaldırılan tarixədək cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Bunun üçün ayrıca iddia qaldırmasına gərək yoxdur.

87. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mübahisənin düzgün həlli üçün irəli sürülmüş tələblər üzrə iddiaçıların subyektiv hüququ, o cümlədən cavabdeh təşkilatla bağlanmış müqavilə üzrə öhdəliklərin iddia tələbində göstərilən hər iki daşınmaz əşyaya aid olub-olmaması, c avabdehin müqavilədən irəli gələn öhdəliklərinin həcmi, həmin öhdəlikləri pozub-pozmadığı aydınlaşdırılmalı, əgər pozmuşsa bu pozuntunun hansı qaydada bərpa olunacağı, habelə pozuntu nəticəsində əmələ gəldiyi bildirilən maddi və mənəvi zərər müəyyənləşdirilməlidir.

88. Bunun üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, tərəflərin izahatları, təqdim etdiklkəri sübutlar tədqiq olunmalı, cavabdehin iddiaçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin edib-etmədiyi mümkün prosessual vasitələrlə, o cümlədən yerli baxış keçirməklə, xüsusi bilik tələb edən suallar yaranarsa müvafiq ekspertiza təyin etmək və ya mütəxəssis cəlb edilməklə yoxlanılmalı, toplanmış sübutlar birlikdə qiymətləndirilməklə iddia tələblərinə yekun hüquqi qiymət verilməlidir (§ 51- 60).

89. İddiada göstərilən predmetlərin, onlara münasibətdə müqavilə öhdəliklərinin əlaqəli olması istisna edilmədiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

90. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2(105)-1113/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar