Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2190/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Y1nə, Y1nin Y2nə və Y3nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2190/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, maddi zərər və mənəvi zərər) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfind ən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Y1, Y1nin MKTD-yə və Y3nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi V və Z qeyd edilən) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ərizəçinin mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması ə rizəçinin pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, onunla cavabdeh Y1nin Y2 arasında bağlanılmış və Zndə təsdiq edilmiş xx xxxxx 2020-ci il tarixli AN-10716292 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə, 399626,1 manat, mənəvi zərərə görə, 50000 manat məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 10-cu Park döngəsindəki 6 nömrəli evin 5 saylı mənzili tam mülkiyyət hüququ ilə ona məxsusdur. Onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sonu ncu dəfə xx.xx.2008-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış MH 01285592 nömrəli (qeydiyyat nömrəsi **********) çıxarış ilə təsdiq olunmuşdur. Onun mənzili yerləşən ev Prezident Sarayı və Nazirlər Kabinetinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında olmaqla, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisindədir. 2000-ci ildə baş vermiş zəlzələdən mənzili olan ev zədəsiz və çatsız çıxıb. Bir neçə il əvvəl 3-cü cavabdehin sərəncamı ilə binanın fasadı və daxili kommunikasiyaları təmir edilmişdir. Bundan sonra binanın əksər sakinləri öz mənzillərini təmir edərək əhəmiyyətli maddi xərclər çəkmişlər. Evin yaşayış üçün tam yararlı olması fikri bu yaxınlaradək heç kimdə şübhə yaratmamışdır. Lak in ötən ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuş Əli Əsədov Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək arzusunu gerçəkləşdirmək üçün həmin qurumun adından xx xxxxxx 2019-cu il tarixli, 764s nömrəli sərəncamı imzalayır. Həmin sərəncamın mətni ilə o və başqa sakinlər heç vaxt tanış olmayıblar, çünki sənədin surəti nə onlara təqdim edilib, nə də ki, mətni 3-cü cavabdehin saytında var. 2020-ci il yanvar ayının ortalarından başlayaraq onun mənzili yerləşən yaşayış binasına başda Y1 Başçısı Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri P (sonradan bilinib ki, o, “qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə” yaradılan komissiyanın sədridir) olmaqla 1-ci cavabdehin əməkdaşları gələrək sakinlərdən mənzillərini tə rk etmələrini tələb etmiş, 3-cü cavabdehin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərin əvəzində onların sahəsinin hər kvadrat metrinə görə mülkiyyətçilərə 2500 manat kompensasiya ödəniləcəyini bildirmişlər. 1-ci cavabdehin nümayəndələri deyiblər ki, bina guya qəza vəziyyətindədir və sökülməlidir, ultimativ şəkildə mənzil mülkiyyətçilərinin, o cümlədən onun mənzillərini satmasını tələb etmişlər. Onlar sakinlərə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” DLİ-nin xx xxxxxx 2019-cu il tarixli aktını göstərmişlər. Vizual baxış əsasında tərtib olunmuş akta görə ərizəçinin mənzili olan bina guya 1930-cu ildə tikilib və texniki cəhətdən yolverilməz vəziyyətdədir, divarlar əhəng daşından, dam örtükləri ağac m ateriallarındandır. Buna cavab olaraq ərizəçi və başqa sakinlər deyiblər ki, aktda göstərilənlər həqiqətə uyğun deyil, binanın 1930-cu ildə tikilməsi iddiası yalandır, o, 1960-cı ildə inşa edilib, tavanlar beton plitələrdir, mənzillərarası və otaqlararası divarlar kərpicdən hörülmüşdür. Bina özü qayada tikilmiş, armatur relsli kəmərə və beton özülə malikdir, yükdaşıyan divarları daş kubdandır. Sakinlər cavabdehlərin nümayəndələrinə deyiblər ki, mənzillərini təklif olunan qiymətə satıb, şəhərin başqa yaşayış massivlərinə köçmək niyyətləri yoxdur. Bakı şəhərinin bu ərazisində şəhərin ən gözəl, sakit, insan və bina sıxlığı az olan hissəsindən şəhərin başqa hissəsinə köçmək istəmirlər. Sakinlər, 3-cü cavabdehin belə səlahiyyəti olmaması, yaşadıqları binanın hətta 2000-ci il zəlzələsi zamanı zi yan çəkməməsi, özülünün monolit qaya olması, çox dayanıqlı olmasını da bildirmişlər. Y1 Başçısının xx.xx.2019-cu il tarixli 409 nömrəli “Y3nin xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında” sərəncamına görə, onun mənzili olan bina guya qəza vəziyyətindədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanılması 2-ci cavabdehə həvalə edilmişdir. O və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməmişdir. Həmin müraciətlər icra üçün, bir qayda olaraq, 1-ci cavabdehə göndərilmiş, 1-ci cavabdehdən də ona sərəncamda yazılanları təkrarlayan şablon məktublar yollanmışdır. 1-ci cavabdehin nümayəndələri bundan sonra da dəfələrlə onun evinə gələrək onun və başqa mən zil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlamayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərinin söküləcəyi ilə hədələmişlər. Onun tələblərinə baxmayaraq, 3-cü cavabdehin bina barəsindəki sərəncamının surəti ona ümumiyyətlə verməmiş, 1-ci cavabdehin bu barədə sərəncamının surətini isə o qeyri-rəsmi yolla əldə etmişdir. Cavabdehlərin ərizəçi və başqa mülkiyyətçiləri mənzillərindən çıxarma fəaliyyəti “Covid-19” ilə bağlı karantin dövründə xüsusi vüsət almışdır. xx xxxxx 2020-ci il tarixində onun mənzili olan binanın dağıdılması başlanılıb, halbuki həmin vaxta binanın sakinlərindən heç biri cavabdehlərlə razılığa gəlməmişdi. Bu zaman boşaldılmış mənzillərinin sökülüb, yükdaşıyan divar və konstruksiyalarının zədələnib, söküntü davamlı dözülməz sə s-küylə müşayiət olunub, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya kəsilib. «xxxx» MMC-nin xx xxx 2020-cı il tarixli qiymətləndirmə hesabatına əsasən mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də «Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında» Qanundan irəli gələn kompensasiyalar nəzərə alınmamaqla) həmin tarixə 215097 manat olmuşdur. xx xxxxx 2020-ci il tarixində o, cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında, mənzilini – yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Y1nin Y2 ilə AN-İ ******* nömrəli daşınmaz əmlakın (mənzilinin) alqısatqı müqaviləsi bağlayıb, həmin müqavilə Zndə təsdiq edilmişdir. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamış və mülkiyyətçilər yəni bi rgə iddiaçılar istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. O, hüquqi baxımdan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (215097 manat) 20%-ni (43019,4) manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-ni 21509,7 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə ərizəçiyə (215907+43019,4+21509,7) 279626,1 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Bundan başqa, evinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi paylı mülkiy yət hüququ ilə, o cümlədən ona məxsusdur. Daşınmaz əmlakının torpağa aid hissəsini o, 120000 manat qiymətləndirir. Beləliklə, ona dəymiş maddi ziyana görə, ona 399626,1 manat ödənilməlidir. O, ona dəymiş maddi zərərin miqdarını 399626,1 manat, mənəvi zərəri isə 50000 manata uyğun hesab edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2020-ci il tarixli xxx nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin materiallarından görünür ki, İddiaçı ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.8 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 13.6 kv.m (faktiki ümumi sahəsi 69.0 kv.m) olan 2 (iki) otaqlı, 5 saylı mənzilinə dair Bakı şəhəri İcra Hakimiyyəti Y2 arasında Zndə xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və sözügedən müqavilə əsasında ona 173250 manat ödənilmişdir. Hazırki işdə də iddiaçı cavabdehlərdən Y1nin Y2 ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsində əksini tapmış məlumatları mübahisələndirir və bu cür sübutlar təqdim etməyə borcludur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyəti ilə bağlı alqı-satqı müqaviləsi bağlamamışdan əvvəl 2020-ci ilin əvvəllərində mənzilinin yerləşdiyi binanın sökülməsinə narazılığına dair müraciətlər etmiş və ona müvafiq qaydada cavablar verilmişdir. İddiaçı həyata keçirilməli olan söküntü və köçürmə işlərinə dair cavabdehlərin hərəkətlərini məhkəmə qaydasında mübahisələndirməni həyata keçirməmiş, Zndə Y1nin Y2 arasında xx xxxxx 2020-ci il tarixli AN-10716292 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini könüllü qaydada bağlamış və müqavilədə əksini tapmış məbləği aldıqdan sonra 2020-ci ilin iyun ayında qeyd edilən müqavilənin etibarsızlığı və s. tələblərlə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçıya münasibətdə cavabdehlər tərəfindən pis rəftara məruz qalması, onun mənzil və mülkiyyət hüquqlarının pozulması, müqavilənin cavabdehlərin-inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında bağlanması kimi iddia dəlilləri öz təsdiqini tapmamışdır. Başqa sözlə, məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız sayılması üçün irəli sürülmüş iddia tələbinin qanuni əsası müəyyən edilməmiş və məhkəmədə bildirilən faktiki hallar idd ia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmamışdır. Məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəaları baxmından iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin bu hissəsi üzrə qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Buna görə də məhkəmə iddianın bu hissəsini əsassız sayır. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının əsaslı olması öz təsdiqini tapmadığı üçün iddia tələbinin digər hissələri üzrə araşdırılmanın davam etdirilməsinə və bu tələblərə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1, 339.2, 339.4, 389.1, 390.1, 399.1, 405.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 217.4 və 21 8.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Elşən Kazımov, Elmira Nağıyeva) xxx saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə 3 tələb var. Birinci tələb ondan ibarətdir ki, mənzilin yerləşdiyi binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınmas ı iddiaçının pis rəftara məruz qalmamaq hüququnun, habelə mənzil və mülkiyyət hüququnun pozulması hesab edilməlidir. Lakin binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması təsdiq olunmur. Belə ki, iddiaçı bildirir ki, mənzilin yerləşdiyi binanın sökülməsinə başlandıqdan 13 gün sonra o, öz mənzilinə dair alqı-satqı müqaviləsi bağlayıb: müqavilə xx.xx.2020-ci il tarixə bağlanılıb, iddia ərizəsində isə qeyd olunub ki, binanın dağıdılmasına xx.xx.2020-ci il tarixdə başlanılıb. Ona görə də iddiaçı yuxarıda göstərilən 5 hərəkətin 13 gün ərzində edildiyini təsdiq edən sübutlar təqdim etməlidir. Müxtəlif dövlət orqanlarına edilmiş müraciətlər binanın yaşayış üçün yarıtmaz vəziyyətə salındığını təsdiq edən sübut sayılmır. Belə ki, müraciətlər əsaslı və əsassız ola bilir. Müraciətlərin əsaslı olduğ unu onların ünvanlandığı dövlət orqanları təsdiq etməyiblər. Əgər müraciətlərə baxılması ilə əlaqədar pozuntuya yol verilmişdirsə bundan şikayət edilə bilərdi. Bundan başqa, qanunsuz hərəkətlərə məruz qalan vətəndaşların müvafiq foto və video çəkiliş aparması və mübahisə zamanı məhkəməyə təqdim etməsi məhkəmə təcrübəsində geniş yayılmış və mötəbər sübutetmə vasitələrindən biridir. Lakin iddiaçı binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınmasını təsdiq edən foto və ya video görüntülər təqdim etməyib. O cümlədən iddiaçı binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınmasının şahidi olan şəxslərin (qonşuların və s.) dindirilməsi barədə vəsatət qaldıra bilərdi, lakin iddiaçı bunu da etməyib. Bundan başqa, əgər iddiaçının mənzilinə verilən su, təbii qaz və elektrik enerjisi kəsilmişdirsə, iddiaçı sayğacın göstəricilərini və ya mənzilin su, təbii qaz və elektrik enerjisi ilə təchizatını həyata keçirən müəssisənin arayışını məhkəməyə təqdim edə bilərdi, lakin iddiaçı bunu etməyib. Göründüyü kimi, iddiaçı pis rəftara məruz qalmayıb, mənzil və mülkiyyət hüququ pozulmayıb. İkinci tələb ondan ibarətdir ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Belə əqdlərin etibarsızlığı Mülki Məcəllənin 339-cu maddəsində müəyyən edilib. Lakin alqı-satqı müqaviləsinin hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə və ya məcburetmə nəticəsində bağlandığını təsdiq edən sübutlar yoxdur. Sübut etmə ilə bağlı birinci tələbə münasibətə yuxarıda qeyd edilənlər ikinci tələbə də aiddir. Ona görə də tələb əsassızdır. Üçüncü tələb ondan ibarətdir ki, maddi və mənəvi zərərin əvəzi ödənilsin. Bu tələbin h əlli birinci və ikinci tələblərin həllindən asılıdır. Çünki Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrindən görünür ki, “zərər” və “mülki məsuliyyət” anlayışlarının əsasında hüquqa zidd davranış dayanır. Lakin cavabdehlərin iddiaçıya qarşı hüquqa zidd davranışa (pis rəftar, hakimiyyətdən sui-istifadə, əqd bağlamağa məcburetmə və s.) yol verdiyi müəyyən olunmur. Ona görə də zərərin əvəzinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Bundan başqa, apelyasiya şikayətində üç vəsatət təqdim edilmişdir. Birinci vəsatət ondan ibarətdir ki, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 764s №-li sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş bütün sənədlər təl əb edilsin. Vəsatət əsassızdır. Belə ki, sərəncam inzibati aktdır, hazırkı işdə sərəncam mübahisələndirilməyib. Mülki-Prosessual Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İkinci vəsatət ondan ibarətdir ki, Bakı ŞİHB-nın xx.xx.2019-cu il tarixli, 409 №-li sərəncamının qəbul edilməsinə əsas olmuş bütün inzibati icraat materialları, habelə indiyədək bağlanmış alqısatqı müqavilələri, mülkiyyətçilərdən alınmış evlərə, mənzillərə, sahələrə görə xərclənmiş vəsait, sakinlərin başqa yerə köçürülməsi üçün cəmi ayrılmış ümumi vəsait barədə sənədlər tələb olunsun. Vəsatət əsassızdır. Belə ki, birinci vəsatətə münasibətdə yuxarıda qeyd edilənlər h azırkı vəsatətə də aiddir. Üçüncü vəsatət ondan ibarətdir ki, DİN və FHN-nin “Qaynar xətt” əlaqə mərkəzlərinə iddiaçıdan daxil olmuş müraciətlər və bu müraciətlər əsasında görülmüş tədbirlər barədə həmin qurumlardan məlumatlar tələb olunsun. Vəsatət əsassızdır. Belə ki, əgər həmin qurumlara edilmiş müraciətlərə baxılmayıbsa, yaxud müraciətlərə baxılması nəticəsində qəbul edilmiş qərarla iddiaçı razılaşmayıbsa, belə halda o, “Vətəndaşların müraciətləri haqqında” Qanunun müddəlarına uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər. Hazırkı işdə bu məsələ ilə bağlı şikayət yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iradəsinə zidd olaraq, hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə nəticəsində, həyatı və sağlamlığı üçün real təhlükənin mövcud olduğu bir şəraitdə müqavilə bağlamağa məcbur olmuşdur. Aşağı instansiya məhkəmələri iddiaçının iddia tələbini təsdiq edən çoxsaylı dəlilləri, binanın əvvəlki vəziyyətini göstərən fotoşəkili, mənzilin qiymətləndirilməsinə dair hesabatı, iddiaçının və qonşularının mənzillərinin qanunsuz sökülməsi ilə bağlı dövlət orqanları ilə yazışmalarını ümumiyyətlə nəzərə almamış, hətta onlara qiymət verməmişdir. Məhkəməl ər ona da əhəmiyyət verməmişdir ki, hansı səbəbdən iddiaçı mənzilini bazar dəyərindən əhəmiyyətli dərəcədə ucuz qiymətə satmalı idi. Binanın guya qəzalı vəziyyətdə olmasını təsdiq edən heç bir sübut, o cümlədən məhkəmə aktı təqdim olunmamışdır. Cavabdehlərin qanunsuz hərəkətləri və məhkəmə aktı onun hüquqlarını kobud şəkildə pozur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, cavabdehlər Y1nin, Y1nin MKTD-nin, Y3nin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Vnin və Znin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə m əlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1, 324.2, 324.4, 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış irad ə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Maddə 337.1 və
339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müq avilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iş materiallarında alqı-satqı müqaviləsinin hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə və ya məcburetmə nəticəsində bağlandığını təsdiq edən sübutlar yoxdur. Belə ki, iddiaçı Zndə Y1nin Y2 ilə arasında xx xxxxx 2020-ci il tarixli AN-10716292 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini könüllü qaydada bağlamış və müqavilədə əksini tapmış məbləği aldıqdan sonra 2020-ci ilin iyun ayında qeyd edilən müqa vilənin etibarsızlığı və s. tələblərlə məhkəməyə müraciət etmişdir. Hazırki halda iş materialları ilə alqı-satqı müqaviləsinin etibarsızlığının əsasını təşkil edə biləcək hər hansı hal müəyyən edilmir. Tələbin digər hissələri isə əqdin etibarsızlığının nəticəsi ilə əlaqədardır ki, əqdin etibarsızlğına dair hər hansı xüsusat müəyyən edilmədiyindən digər tələblər üzrə də iddianı təmin etməməklə apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, kassator kasasiya şikayətində Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 764s №-li sərəncamının əsassızlığına da istinad etmişdir ki, bununla bağlı da qeyd edilməlidir ki, adıçəkilən sərəncam inzibati aktdır, hazırkı işdə isə həmin sərəncam mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan ları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.