Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2191/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: alimentin artırılması (Açar sözlər: alimentin artırılması, uşaqlar üçün yaşayış minimumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3794/2019 nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) birgə nikahından 16.03.2012-ci il tarixdə x2 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 3041/2018 nömrəli iş üzrə 19.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün hər ay 30 manat, cəmi 130 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh 04.10.2016-cı il tarixdə x3 ilə yeni nikaha daxil olmuş, birgə nikahdan 22.03.2019-cu il təvəllüdlü Uğur aadlı uşaqları nadan olmuşdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı Esnadın 18 yaşı tamam olanadək saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin və müalicə xərcinin miqdarının artırılmasına, cavabdehdən hər ay uşağa 200 manat sabit pul məbləğindən az olmamaqla alimentin və uşağın xəstəliyi, müayinəsi və müalicəsi ilə əlaqədar xərclər kimi 200 manat, cəmi 400 manatın onun xeyrinə alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır, ötən dövr ərzində uşağın saxlanması xərcləri artəğə üçün çətin maddi durumdadır. Hər ikisi xəstə olan valideyinlərinin maddi köməkliyi ilə yaşayır, işləmir, heç bir qazanc yeri yoxdur. Uşağın “OU Müştərək daxili çəplik, Ambliopiva” diaqnozu ilə rəsmi xəs təliyi var. Həmçinin nevroloji problemləri ilə əlaqədar olaraq uşaq daimi həkim müayinəsi və müalicəsi alır, müalicələr Bakı şəhərində aparılır. Həkimlərin rəy və tövsiyələrinə əsasən uşaq ən azı ayda bir dəfə Bakı şəhərindəki x8 adlanan tibb müəssisəsində 10 gün ərzində fizioterapiya müalicəsi almalıdır. Bundan başqa uşaq ayda bir dəfədən az olmayaraq Bakıdakı klinikada nevropatoloqun müayinəsindən keçməklə daimi müayinə almalıdır. Belə müayinələr zamanı təkcə məsləhət olunan dərmanlara ən azı ayda 150-200 manat tələb olunur. Həkimlər uşağın vəziyyətinin qeyri-kafi olduğunu bildiriblər. Cavabdehin maddi imkanları kifayət qədər qənaətbəxşdir, aylıq gəlirləri ən azı 1000 manatdan artıq olur. İddiaçı birinci instansiya məhkəməsi iclasında verdiyi izahatında cavabdeh dəmir darvaza sexində qay naqçı işlədiyini, aylıq 1000 manatdan çox gəlir əldə etdiyini bildirmişdir. İddiaçı sübut qismində məhkəməyə uşağın gözündə “düz tipli qarışıq asteqmatizm” olduğunu təsdiq edən tibbi arayış təqdim etmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, cavabdehin uşağa görə aliment və əlavə xərcə görə 130 manat məbləğində pul ödədiyini, maddi vəziyyəti bundan əlavə ödəniş etməsinə imkan vermədiyini bildirmiş, cavabdehin yeni nikaha daxil olduğu, həmin nikahdan azyaşlı uşağının olduğu, rəsmi olaraq usta köməkçisi işləməklə 200 manat əmək haqqı aldığı barədə sübutlar təqdim etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-1988/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddia qis mən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli, 2(067)3041/2018 saylı qətnaməsinə əsasən 16.03.2012-ci ildə anadan olmuş x1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 16.03.2012-ci ildə anadan olmuş x1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment və 60 manat məbləğində əlavə xərcin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq valideynlərin ailə və ma ddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edilmiş, istehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə şübhəsiz ki, iddiaçının maddi vəziyyətində dəyişikliyin baş verməsinə səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, daha az miqdarda alimentin tutulması uaşğın mənafeyinə ziddir və uşağın hüquqlarını pozulmasına səbəb olacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3794/2019 nömrəli 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci ins tansiya məhkəməsinin qətnaməsi 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair hissədə dəyişdirilmiş, Cavabdeh 16.03.2012-ci ildə anadan olmuş x1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinadla öz qənaətini belə saslandırmışdır ki, iddiaçı alimentin tutulması barədə qətnamənin qəbulundan çox qısa müddət ərzində hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, bu dövr ərzində cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, əksinə həmin dövr ərzində cavabdehin digər nikahdan bir uşağı doğulmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin 160 manat sabit pul məbləğində alimentin tutulmasının dəyişdirilməsi hissədə ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8-2/2016 saylı Qərarının 8.2.- ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbayca n Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı v ə yalnız bir tərəfın deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digərdərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi “Yaşayış minimumu haqqında” Azərbaycan RespublikasıQanunu ilə 2019-cu ildə uşaqlar üçün yaşayış minimumunun 160 manat müəyyən edildiyini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı v əkili Vəkiln məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin təmin edilməsini, qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi Abdulla Koroğluyev Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında iştirak etməmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən 160 manat sabit pul məbləğində alimentin tutulmasının dəyişdirilərək 100 manat müəyyən edilməsi hissədə mübahisələndirir. Ona görə də, məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Ailə Məcəlləsi Maddə 112. alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdar ı müəyyənolunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə
19. Valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən 160 manat sabit pul məbləğində alimentin tutulmasının dəyişdirilməsi hissədə apelyasiya instansiyası məhkəməsi qətnamənin uşağın saxlanması üçün tutulan alimentin 100 manat müəyyən olunması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Baxılan iş üzrə iddia tələbi alimentin tutulması ilə deyil, daha əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılm ası ilə bağlıdır. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən bu cür iddia ilə məhkəməyə müraciət etmiş şəxs özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu barədə sübutlar təqdim etməlidir. Sadəcə hər növbəti ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması Ailə Məcəlləsinin 112-ci maddəsində sadalanan hallar mövcud olmadan məhkəmə aktı ilə müəyyən olunmuş alimentin birmənalı artırılması üçün əsas deyil. Belə ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimenin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum d olanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəy ə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələlər i nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8-2/2016 saylı Qərarının 8.13-cü bəmdində də qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəf lərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə öz qənaətini iddiaçının alimentin tutulması barədə qətnamənin qəbulundan çox qısa müddət ərzində hazırkı iddia ilə məhkəməyə müraciət etməsi, bu dövr ərzində cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmadığı və həmin dövr ərzində cavabdehin digər nikahdan bir uşağının doğulduğu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkə məsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3794/2019 nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - alimentin məbləğinin 100 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.