Məhkəmə qərarları › İş №2(102)-2195/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2195/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2195/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) 10.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-447/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 20 faiz olmaqla 36 ay müddətinə 12.000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus avtomobil ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək Cavabdeh Bankın xeyrinə 10.818,94 manat tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar avtomobil satılmış və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi təmin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək borcun tutulması barədə iddia ərizəsinin məhkəməyə xx xxxxx 2014-cü il tarixdə təqdim olunmaqla Cavabdeh həmin günə alan 11.527,44 manat məbləğində borcun tələb edilməsini, lakin həmin məbləğin iddia qaldırıldığından 26 ay sonra xx xxxx 2016-cı il tarixdə ödənilməklə həmin ödəmədən cərimə, faiz və əsas borc məbləğinin silinməsindən sonra cavabdehin iddiaçıya ödənilməmiş 6558,43 manat məbləğində faiz borcunun yaranmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən həmin məbləğin Cavabdeh Bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2020 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: C.Ə.Tağıyev) iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində i craat İş üzrə iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 2(103)447/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2020 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilib xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılmasının gecikdirilməsinə görə (xx xxxxx 2014-cü il tarixdən xx xxxxx 2016-cı il tarixədək) 656,95 manatın və dövlət rüsumuna görə 45 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və Kassasiya şikayətinin dəlilləri ona etirazın dəlilləri, məhkəmə icraatı İş üzrə Cavabdeh kassasiya şikayəti verərək Banka məxsus pul vəsaitini qaytarmaması ilə əlaqədar faydalanmasının Bank tərəfindən sübuta yetirilməməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayara q tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra ed ildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər Maddə 449.4 Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinin qəbul edilməsi ilə tərəflər arasında yeni münasibət – tələbkar-borclu münasibətləri yaranmış və onların arasındakı müqavilə münasibətlərinin xitamı həmin qətnamənin icrasından asılı vəsiyyətə düşmüşdür. Məhkəmə kollegiyası bu zaman iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən qətnamənin icrası kecikdirildiyində n ondan gecikdirilmiş vaxt üçün xx xxxxx 2014-cü il tarixdən borcun tam ödənildiyi xx xxxxx 2016-cı il tarixədək 24 ay müddət üçün illik 5 faiz hesablanmaqla tutulub iddiaçıya ödənilməlidir. Kollegiya işin yuxarıda göstərilən hallarına və sadalanan maddi hüquq normalarına əsasən iddia tələbinin qismən təmin olunmasını əsaslı sayır və hesab edir ki, qətnamə qanuni olduğundan kassasiya şikayəti təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-447/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar