Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2197/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh2, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2, Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(006)1385/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmi n edilmiş, Cavabdeh2dən İddiaçının ASC-nin xeyrinə 24135 (iyirmi dörd min yüz otuz beş) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində əsas borc, 1959 (bir min doqquz yüz əlli doqquz) ABŞ dolları 83 (səksən üç) sent məbləğində faiz və 30 (otuz) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 26125 (iyirmi altı min yüz iyirmi beş) ABŞ dolları 18 (on səkkiz) sent məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, Cavabdeh2 iddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə iddia qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın 127334-NEDVİJ-2854 saylı, 27 i yun 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh1 Şahin qızma məxsus Bakı şəhəri, ünvan 1 saylı mənzilinə yönəldilməsi, Cavabdeh1 Şahin qızma məxsus Bakı şəhəri, ünvan 1 saylı evin 26 saylı mənzilin ilkin satış qiyməti 110000 (yiiz on min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, Cavabdeh2 ekspertiza keçirilməsi üçün iş və xidmətlərə görə 150 (yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-6986/2018 saylı qətnaməsi ilə (hakimlər V.Həsənov sədrlik edən, məruzəçi V.Baxış ova və N.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(006)- 1385/2017 saylı qətnaməsi qismən - Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 saylı evin ilkin satış qiyməti 110000 (yiiz on min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi və iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı ASC- yə olan borcu ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 saylı mənzilə tutma yönəldilikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin yaşayış sahəsini tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, ləğv olunmuş qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı girovlu İstehsalat Krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi AR MPMin 2.1-ci, 8- ci, 9-cu, 14.1-ci, 88-ci, 101-ci, 103-cü, 217-ci, 220-ci maddələrinin, AR Mülki Məcəllənin 307.1-ci, 317.2-ci, 319.4-cü, 415-ci maddələrinin eləcədə "İpoteka haqqında" Qanunun 10.5-ci, 38.2-ci, 43-cü maddələrinin tələblərini pozmaqla,əməl etməməklə, düzgün əməl etməməklə qərar qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin satış qiymətinin 80000,0 manat müəyyən etməklə açıq hərracda satılması hissəsində ləğv edərək yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin satış qiymətinin 80000,0 manat müəyyən etməklə açıq hərracda satılması hissəsində ləğv edərək yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MP M-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 25 faizt ödəmək şərtilə 60 ay müddətinə 30500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh1 Şahin qızı ilə bağlanmış 27.06.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Şahin qızma məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 53.1 kv.m, yaşayış sahəsi 53.1 kv.m olan, 2 otaqlı, 26 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünü r ki, cavabdehin öhdəliyin icrasını lazımınca yerinə yetirmədiyi aşkardır. Birinci instansiya məhkəməsi haqlı olaraq tələbi əmlaka yönəltmiş olsada, istinad olunan qanunvericilik normasının tövsüfündə səhvə yol verərək cavabdehin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməli olduğu halda etməmişdir. Məhkəmə kollegiyası həmin hissədə iddianın tam təmin olunmasını zəruri hesab etmir, çünki mənzildə cavabdehdən başqa kimlərin yaşamasına dair hər hansı sübut mövcud deyildi. İddianın həmin hissədə tam təmin olunacağı təqdirdə işə cəlb olunmyan şəxslərin hüquq və mənafelərinin pozulmasına şərait yaradılmış olar ki, bu isə yolverilməzdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 05.06.2017-ci il tarixli, ƏEM/İ 11-767/17 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvamndakı 2 mərtəbəli binanın 2-c i mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 53,1 kv.m ümumi, 53,1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 26 nömrəli mənzilin bazar dəyəri 110000 manat təşkil edir. İddiaçı MMC tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 26 sentyabr 2018-ci il tarixli, ***** saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən ünvan 2 ünvanındakı 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 53,1 kv.m ümumi, 53,1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 26 nömrəli mənzilin bazar dəyəri 80000 manat təşkil edir. Məhkəmə hər iki rəy arasında yaranan ziddiyyətlə bağlı bildirir ki, İddiaçı MMC tərəfindən məkəməyə təqdim edilmiş rəy əvvəlki rəydən daha geniş və aydın əsaslandırılmışdır, həmçinin tərəflərin qarşılıqlı razılaşması yolu ilə bağlanmış ipoteka müqavil əsində göstərilən əmlakın qiyməti ilə uyğunluq təşkil edir. Bu səbəbdən də, İddiaçı MMC tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 26 sentyabr 2018-ci il tarixli, ***** saylı mənzilə dair rəy daha mötəbər hesab edir və ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat müəyyən edilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 110000 (yiiz on min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi və iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissələrdə iddia qismən təmin edilməli, Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən e dilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi və Bakı şəhəri, ünvan 1 saylı evə tutma yönəldilikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin yaşayış sahəsini tərk etmədikdə və yaşayış sahəsindən çıxmädıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması qət edilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respub likası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımmca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanm yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazıhimca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; (59.3.1.) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (59.3.2.) Həmin Qanunun 59.4-cü maddəsinə əsasən 59.3-cü maddədə nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi, haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mtıbahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiə sindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir k i, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an
Məhkəmə qərarları › İş №2(102)-2197/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2197/2019
10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver