Məhkəmə qərarları › İş №2(102)-2198/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2198/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2198/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X1 və vəkili xxxnun iştirakları ilə, İddiaçı ASCcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1110/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASCcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən əsas borc üzrə 15518 manatın, faiz məbləği üzrə 4882 manatın, cərimə məbləği üzrə 1000 manatın, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ə ödənilmiş 31 manat dövlət rüsumunun və xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi, kreditin qaytarılma təminatı olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 70/40 ünvanında yerləşən, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reye strində 16 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmış 2-ci mərtəbədə yerləşən 72,82 kv.m. ümumi sahəyə malik olan 3 otaqlı 24 saylı mənzilə yönəldilməsi, xx xxxxxxx 2011-ci il tarixli, 0058-11 saylı ipoteka müqaviləsinə 1 saylı əlavə razılaşmaya əsasən İddiaçı ASC-nin Sumqayıt filialına qoyulmuş və qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 60000 manat qiymətləndirilməsi, mənzildə qeydiyyatda olanlar mənzil satıldıqdan sonra 1 ay müddətinə mənzili könüllü tərk etmədikləri halda, məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-12823/2017 nömrəli qətnaməsi ilə (hakimN.İ.Abıyev) iddiaqismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh 1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15518 manat əsasborc, 4882 manat faiz borcu, 100 manat cəriməolmaqla, cəmi 20500 manat məbləğində borcun tutulması, tutmanın ünvan 1a yerləşən 24 saylı mənzilə yönəldilməsi, ünvan 1a yerləşən 24 saylı mənzilin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən 20500 manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. SumqayıtApellyasiyaMəhkəməsiMülkiKollegiyasının xx xxxxxx 2018-ciiltarixli, 2(105)-533/2018 nömrəli qətnaməsiiləSumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-12823/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7607/2018 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)533/2018 nömrəl i qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. SumqayıtApellyasiyaMəhkəməsiMülkiKollegiyasınınxx xxxxxxx 2019-cuiltarixli, 2(105)-1110/2019 nömrəli qətnaməsiilə(hakimlər T.O.Quliyev - sədrlik edən və məruzəçi, G.F.Tağızadə və E.G.Rəhimov) Cavabdeh1verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-12823/2017 nömrəli qətnaməsi – “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4882 manat faiz borcu tutulsun, ipoteka predmeti olan ünvan 1a yerləşən 24 saylı mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilsin” hissəsində dəyişdirilmiş, faiz borcu 3812,45 manat məbləğində müəyyən edilmiş, ipoteka predmeti olan ünvan 1a yerləşən 24 saylı mənzilin ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrində dəyişdirilmədən saxlanılmış və aparılmışekspertizatədqiqatınındəyəriolan120manatpulun 113,15 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 6,85 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb ekspert təşkilatının hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili xxx kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1110/2019 nömrəli qətnaməsinin faiz borcun miqdarı hissəsində ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, mülki iş üzrə tam, hərtərəfli və ədalətli araşdırma aparılmamış, cavabdehin vəsatətləri təmin edilməmişdir. Belə ki, ekspertin müəyyən etdiyi faiz borcunun məbləği yüksəkdir və iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 və vəkili xxx kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı ASC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin və vəkilin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız faiz borcunun müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya baxışının hədlərini müəyyən edərkən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız faiz borcunun mü əyyən edilməsi hissəsində qanuniliyinin yoxlanılması təşkil edir İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz olmaqla, 36 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliyin icrasının təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 İddiaçı ASC-nin Sumqayıt filialı ilə İS-1331-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsini imzalayaraq, məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, məhəllə 26, 70/40 nöm rəli evdə yerləşən 3 otaqlı 24 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC cavabdehlərin kredit müqaviləsi üzrə borclarının əsas borc üzrə 15518 manat, faiz borcu üzrə 4882 manat, cərimə üzrə 1000 manat olduğunu iddia edərək, tələbinin sübutu qismində maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarında irəli sürülən göstərişləri icra edən apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 8833 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2017-ci il tarixə 15518,01 manat əsas və 3812,45 manat faiz borcu vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 8833 saylı rəyi əsas götürulərək cavabdehlərdən tutulan faiz borcu 3812,45 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsi üzrə düzgün nəticəyə gəlmiş, maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, eksp ertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əld ə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanun i əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1110/2019 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar