Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2198/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh xoğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 21 nömrəli evin birinc i mərtəbəsində yerləşən 7 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Həmin binanın 2-ci mərtəbəsində yerləşən 4/4a saylı mənzil isə cavabdeh xoğluna məxsusdur.
2. İddiaçı bildirir ki, cavabdehin mənzilindən onun mənzilinə su axması nəticəsində ona ziyan dəyib, cavabdeh isə bu halı mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cəmi 5.000 manat məbləğində maddi və 3.000 manat məbləğində mənəvi ziyanın cavabdeh xoğlundan tutularaq ona ödənilməsinə və cavabdeh xoğlunun mənzilində qeyri-qanuni tikilinin (sanitar qovşağın) sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2019-cu ilin 25, 26, 27, 28 yanvar tarixlərində onun yeni təmir edilmiş mənzilinə yuxarı mərtəbədən su axıdılması nəticəsində mənzilin yaşayış otaqlarına və hamam otağına maddi ziyan dəymişdir. Belə ki, otağın tavanı və döşəməsi deformasiyaya uğramışdır. O, 28 yanvar 2019-cu il tarixdə fevral, 07 aprel və may aylarında Bakı şəhəri Səbail rayonu 8 saylı MKİS-nə ərizə ilə müraciət edərək mənzilə suyun haradan axmasının müəyyənləşdirilməsini xahiş etmiş, onun müraciəti əsasında ünvan 1 ünvana baxış keçirmiş və həqiqətən də ona məxsus mənzilə üst mərtəbədən su axıdılması və mənzilə maddi ziyan vurulması müəyyən edilmişdir. 14 may 2019-cu il tarixində Bakı şəhəri 8 saylı MKİS-in mühəndisi, sahə bələdçilərinin iştirakları ilə baxış keçirilərkən məlum olmuşdur ki, mənzilə su 2ci mərtəbədə yerləşən xoğlunun sa hibi olduğu 4/4a saylı mənzilindən, sanitar qovşaqda olan nasazlıq səbəbindən ona məxsus 7 nömrəli mənzilə axmışdır. Bununla əlaqədar olaraq həmin mənzildə yaşayan xoğlunun cavabdehin oğluna xəbərdarlıq edilmiş və suyun axmasının qarşısının alınması və evə dəyən zərərin aradan qaldırılması bildirilmişdir. Qeyd edilənlər Bakı şəhəri 8 saylı MKİS-in mühəndisi və sahə bələdçisi tərəfindən imzalanmış 14 may 2019-cu il tarixli aktla öz təsdiqini tapmışdır. x saylı mənzil isə cavabdeh xoğluna məxsus qeyd edilən mənzildə yaşayan oğluna dəfələrləxəbərdarlıq edilməsinə baxmayaraq, vurulmuş ziyan və cavabdehə məxsus mənzilin sanitar qovşağında olan nasazlıq aradan qaldırılmamışdır. Bir neçə aydır cavabdehə məxsus mənzildən su axıdılması mənzilin rütubətlənməsi ilə nəticələnmişdir. Qeyd edir ki, onun həyatına təhlükə tavanın əyilməsi və uçma təhlükəsi yaranmasi ilə əlaqəli o, polis bölməsinə müraciət etmişdir. Tərəfindən dəymiş ziyanın aradan qaldırılması məqsədilə usta dəvət edilmiş və usta tərəfindən təmir üçün 2000 manat məbləğində pul istənilmişdir. Ona görə də hesab edir ki, ona dəymiş 2000 manat məbləğində və mənəvi maddi ziyan cavabdehdən tutulmalıdır.
5. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı məxsus daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak cəmi 14 kv.metrdir. İddiaçının zərər vurulduğunu iddia etdiyi əmlak qeyd olunan 14 kv.metr mülkiyyətə daxil deyil və ümumiyyətlə iddiaçının əmlakı deyil. Həmin tikintilərə hansısa mənbədən su axması nəticəsində təmirdə qabarmalar əmələ gəlmişdir. Baxmayaraq ki, naməlum mənbədən su axması nəticəsində xoğlunun mənzilinə də zərər dəymişdir. İddiaçının iddiasına görə suyun axması cavabdehin mənzilindən olmuşdur. Halbuki, iddiaçı qeyd olunan 14 kv/metrlik əmlakına heç bir zərər vurulmamışdır. Hər hansı bir hüquqi və qanuni əsas olmadan özünə məxsus olmayan qanunsuz tikiliyə naməlum mənbədən su axmasını xoğluna məxsus mənzilindən su axıdılma kimi qiymətləndirərək iddia qaldırmışdır. Əvvəlki məhkəmə proseslərində də iddiaçı əslində su axmış əmlakın ona məxsus olduğunu sübut edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışda qeyd olunmuş 14 kv/metrlik əmlaka isə heç bir zərər vurulmamışdır. Bütün bunların hamısı birbaşa sübut ed ir ki, hətta iddiaçının iddiasının əsasının təşkil edən əmlaka zərər vurulma hadisəsi baş vermiş olsa idi belə, su axması nəticəsində zərər dəymiş əmlak İddiaçı əmlakı olmadığına görə onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Bundan əlavə iddiaçının tələb etdiyi pul məbləğinin hansı mötəbər sübuta əsaslandığı barədə heç bir rəsmi sənəd yoxdur. İddiaçı tərəfindən uydurulmuş bir rəqəm olduğu açıq-aşkar şəkildə görünür. Əlavə olaraq bildirmişdir ki, cavabdehin üst mərtəbədə olan qonşusunun mənzilindən cavabdehin mənzilinə su axıdılır, bu səbəbdən onun mənzilindən də iddiaçının mənzilinə su axıdılması halları baş verir, hazırda iddiaçının mənzilində olduğu qədər cavabdehin də mənzilinin tavan hissəsinə ziyan vurulmuş və təmirə ehtiyac vardır. Hazırki məhkəmə araşdırması zamanı suyun hansı mənbədən axıdılmasının müəyyən olunacağını gözlədiyindən cavabdehin üst mərtəbədəki qonşuya suyun axıdılmasının qarşısının alınmasına dair hər hansı bir xəbərdarlıq etmədiyini göstərmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) 28 yanvar 2020-ci il tarixli, 2(009)125/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh xoğlundan vurulmuş maddi zərərin əvəzi olaraq 930 (doqquz yüz otuz) manat və mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, cəmi 1230 (bir min iki yüz otuz) manatın tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manatın 30 (otuz) manat hissəsi cavabdeh xoğlundan, 20 (iyirmi) ma nat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
7. Məhkəmə ekspert rəyini və 8 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən 21 saylı evin 7 saylı mənzilinə suyun cavabdehə məxsus üst mərtəbədə yerləşən 4/4a saylı mənzildən sızması qənaətinə gələrək hesab etmişdir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdeh xoğlundan İddiaçı xeyrinə pul vəsaiti tutulmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) 16 sentyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh xoğlu kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə qarşı edilən etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) M əhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyə tinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
23. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində istifadədə olan 0.025 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 66.5 kv/metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xoğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 689 nömrəli reyestr kitabının 64983 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.
24. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 14.0 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 21 saylı evin, 7 saylı mənzili 23.04.2015-ci il tarixdə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.
25. Bakı şəhəri Səbail Rayon 8 saylı MKİS-in mühəndisi M.Hüseynov, sahə bələdçiləri S.Rəhimov və S.Məhbub t ərəfindən imzalanmış 14.05.2019-cu il tarixli Aktdan görünür ki, həqiqətən 13 may 2019-cu il tarixdə Haytan oğlu Əhmədin sahibi olduğu Bünyad Sərdarov küçəsi 21 nömrəli evin 4/4a nömrəli mənzilindən İddiaçı sahibi olduğu Bünyad Sərdarov küçəsi 21 nömrəli evin, 7 nömrəli mənzilinə müəyyən səbəblərdən su axıdılmış, nəticədə mənzilin tavanına ziyan dəyərək mənzilin sahibinə maddi ziyan vurmuşdur.
26. Bakı şəhəri Səbail rayon 8 saylı MKİS-in mühəndisi M.Hüseynov, sahə bələdçiləri S.Rəhimov və S.Məhbub tərəfindən imzalanmış 06.12.2019-cu il tarixli Aktdan görünür ki, həqiqətən 06 dekabr 2019-cu il tarixdə X1 olduğu Bünyad Sərdarov küçəsi 21 nömrəli evin birinci mərtəbəsində yerləşən 7 nömrəli mənzilinə İİ mərtəbədə yerləşən 4/4a nömrəli mənzilin hamam hissəsindən su axıdılaraq İddiaçı sahibi olduğu yaşayış otağının tavanının bir hissəsini yararsız vəziyyətə salmışdır. Hansı ki, hal-hazırda 4/4a nömrəli mənzildə heç kim yaşamadığından suyun nə səbəbdən və haradan axmasını təyin etmək mümkün olmadı. Lakin qonşular bildirdilər ki, qeyd olunan mənzilə bir neçə dəfə gecələr kimsə daxil olmuşdur. Odur ki, 4/4a nömrəli mənzilin sahibinin harada yaşaması barədə məlumat olmadığı üçün onun yaxın qohumlarının mobil telefonunu əldə etdikdən sonra onlara məlumat vermişlər ki, gəlib sahibi olduqları mənzili açsınlar ki, baxış keçirilsin və müəyyən edilsin ki, İddiaçı yaşayış otağına axan su hansı səbəbdən axıdılır. Onlar isə uzaqda olduqlarını bildirməklə mənzillərinin hamamlarına baxış keçirməyə şərait yaratmamışlar. Bir neçə aydır ki, dəfələrlə İİ mərtəbədə yerləşən 4/4a nömrəli mənzilin sahibinə axan suyun qarşısının alınması barədə xəbərdarlıq etmişlər. O, da qeyd edilir ki, İddiaçı sahibi olduğu 7 nömrəli mənzilin üst hissəsindəki İİ mərtəbədə yerləşən 4/4a mənzilinin hamamı onun yaşayış otağının üst hissəsində yerləşdiyindən müəyyən səbəbdən axan sular İddiaçı mənzilinə axıdılır.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır (§ 14).
28. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması aşağıdakı ünsürlərin məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirlil iyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
29. Kollegiya hesab etmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.
30. Odur ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tə ləb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd etmişdir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə uyğun həll edilməli və rəydə göstərilən zərərin həcmi və məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
31. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 06.12.2019-cu il tarixli 25511 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, 7 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 7 saylı mənzilin üst mərtəbəsində 4\4a saylı mənzilin yerləşdiyini və AKT-ın göstəricilərini nəzərə alaraq 7 saylı mənzilə 4/4a saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Baxış zamanı faktiki olaraq susızması baş vermədiyindən, su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, o cümlədən mülki iş materiallarında hər hansı bir məlumat olmadığından susızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ünvan 3 ünvanında konstruktiv elementlərinin üzərində susızma ləkələri mövcuddur. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 21 saylı evin, 7 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 930 manat məbləğində olduğu müəyyən edilmişdir.
32. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas mövcud olmadığından, məhkəmə ekspert rəyini düzgün olaraq mötəbər sübut kimi qəbul edərək, iddiaçıya vurulmuş maddi zərərin 5000 manat həcmində təşkil etməsinin məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyini nəzərə alaraq, bu hissədə iddia tələbinin qismən təmin edilərək, maddi zərərin əvəzi olaraq 930 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
33. Məhkəmə mənəvi zərərin əvəzinin tutulması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli və Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
34. İddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması, bununla da iddiaçının mənzilində müəyyən vaxt sərf etməklə təmir işlərinin aparılması zərurətinin yaranması, nəticədə mənzilindən istədiyi kimi istifadə edə bilməməsi və ona maddi zərər vurulması faktları özüözlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur.
35. Ona görə də iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləği, keçirdiyi mənəvi iztirab və sarsıntılar, habelə işin sair diqqətəlayiq halları nəzərə alındıqda mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pulun tutulması ədalətli və məqsədəmüvafiqdir.
36. Məhkəmə cavabdehin etirazının “iddiaçının hər hansı bir hüquqi və qanuni əsas olmadan özünə məxsus olmayan qanunsuz tikiliyə naməlum mənbədən su axmasını xoğluna məxsus mənzilindən su axıdılma kimi qiymətləndirərək iddia qaldırması” ilə bağlı də lilinə qiymət verərək qeyd etmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzilin 14.0 kv/metr sahəsi 23.04.2015-ci il tarixdə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınsa da, hazırda həmin mənzilin cavabdehin iddia etdiyi kimi mülkiyyəti təsdiq edən sənədinin olmadığı hissəsinin də iddiaçının istifadəsində və sahibliyində olması məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə yanaşı iş materialları ilə də öz təsdiqini tapmışdır.
37. Məhkəmə cavabdehin naməlum mənbədən üst mərtəbədə olan qonşunun mənzilindən su axması barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon 8 saylı MKİS-in mühəndisi M.Hüseynov, sahə bələdçiləri S.Rəhimov və S.Məhbub tərəfindən imzalanmış 06.12.2019-cu il tarixli Aktda da göstərilmişdir ki, “həqiqətən 06 dekabr 20 19-cu il tarixdə X1 olduğu Bünyad Sərdarov küçəsi 21 nömrəli evin birinci mərtəbəsində yerləşən 7 nömrəli mənzilinə İİ mərtəbədə yerləşən 4/4a nömrəli mənzilin hamam hissəsindən su axıdılaraq İddiaçı sahibi olduğu yaşayış otağının tavanının bir hissəsini yararsız vəziyyətə salmışdır. Hansı ki, halhazırda 4/4a nömrəli mənzildə heç kim yaşamadığından suyun nə səbəbdən və haradan axmasını təyin etmək mümkün olmadı. Lakin qonşular bildirdilər ki, qeyd olunan mənzilə bir neçə dəfə gecələr kimsə daxil olmuşdur. Odur ki, 4/4a nömrəli mənzilin sahibinin harada yaşaması barədə məlumat olmadığı üçün tərəfimizdən onun yaxın qohumlarının mobil telefonunu əldə etdikdən sonra onlara məlumat vermişlər ki, gəlib sahibi olduqları mənzili açsınlar ki, baxış keçirilsin və müəyyən edilsin ki, İddiaçı yaşayış otağına axan su hansı səbəbdən axıdılır. Onlar isə uzaqda olduqlarını bildirməklə mənzillərinin hamamlarına baxış keçirməyə şərait yaratmayıblar. Bir neçə aydır ki, dəfələrlə İİ mərtəbədə yerləşən 4/4a nömrəli mənzilin sahibinə axan suyun qarşısının alınması barədə xəbərdarlıq etmişlər. O, da qeyd edilir ki, İddiaçı sahibi olduğu 7 nömrəli mənzilin üst hissəsindəki İİ mərtəbədə yerləşən 4/4a mənzilinin hamamı onun yaşayış otağının üst hissəsində yerləşdiyindən müəyyən səbəbdən axan sular İddiaçı mənzilinə axıdılır.”
38. Əgər cavabdehin üst qonşusunun mənzilindən onun mənzilinə su axıdılması halı daha əvvəldən mövcud olmuşdursa, o bu barədə qonşusuna xəbərdarlıq etməklə qeyd edilən halın qarşısını almağa cəhd göstərməli idi. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim et məməklə yanaşı, nə iddiaçı məhkəməyə müraciət edənə qədər, nə də bundan sonra iddia etdiyi kimi üst qonşusunun təqsirli hərəkətləri nəticəsində onun mənzilinə, onun mənzilindən isə iddiaçının mənzilinə axıdılan suyun qarşısını almaq üçün hər hansı bir addım atmamışdır.
39. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayət i təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x20 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.