Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2199/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11130/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim İddiaçı) 2(005)-3284/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə idd ia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.06.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn 100.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc Cavabdeh İddiaçı xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.R.Rəcəbli küçəsi, ev 5A, mənzil 29-da yerləşən ümumi sahəsi 98,9 kv.metr, yaşayış sahəsi 57,8 kv.metr olan 3 otaqlı mənzilə yönəldilməsi, onun ilkin satış qiyməti 250.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya borc tələbi ödənilməsi, mənzilin satışdan əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh qaytarılması, Bakı şəhəri, Ə.R.Rəcəbli k üçəsi, ev 5A, mənzil 29-da yerləşən ümumi sahəsi 98,9 kv.metr, yaşayış sahəsi 57,8 kv.metr olan 3 otaqlı mənzil açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov ) 2(103)-11130/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(005)-3284/2018 nömrəli qətnaməsi Cavabdeh (apellyasiya şikayətinə) münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan əmlakın aç ıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 3M/431 nömrəli, 04 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə bir il müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan tərəflər arasında razılığa gəlinərək kredit müqaviləsi, ipoteka müqaviləsinin müddətləri ayrı-ayrı vaxtlarda uzadılaraq son olaraq borcun qaytarılması 04.03.2018-ci il tarixədək uzadılmışdır. Kredit öhdəliyinin təmin edilməsi məqsədilə tərəflər arasında 04.06.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, 12.02.2018-ci il tarixli, **********82-05301-093022 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrin dən çıxarışa əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Ə.R.Rəcəbli küçəsi, ev 5A, mənzil 29-da yerləşən ümumi sahəsi 98,9 kv.metr, yaşayış sahəsi 57,8 kv.metr olan 3 otaqlı mənzil onun xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi qanunvericiliyə müvafiq olaraq RX seriyalı ******* nömrəli, 12.12.2018-ci il tarixli çıxarışla qeydiyyata alınmış, bu barədə reyestr kitabında ipoteka ilə yüklülük barədə müvafiq qeydlər aparılmışdır. Tərəflər arasında olan 3M/431 reyestrli kredit müqaviləsinə edilən dəyişiklər barədə sazişə əsasən borc verən borc alana 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul borc verir, borc alan krediti 04.03.2018-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, müqavilənin 1.2-ci bəndinə əsasən, borc alan aldığı kredit vəsaitini cari ilin mart ayınının 03-də ödəməli idi. Lakin borc alan Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin 100.000 (bir yüz min) ABŞ dolları krediti 04.03.2018ci il tarixədək ödəməmiş, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Onun tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. 25.05.2019-ci il tarixə Cavabdeh ona olan borcu 100.000 (bir yüz min) ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9-cu bəndinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarında n biri də əsas öhdəlik və ya onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçının xeyrinə 100.000 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın 04.06.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.R.Rəcəbli küçəsi, ev 5A, mənzil 29-da yerləşən ümumi sahəsi 98,9 kv.metr, yaşayış sahəsi 57,8 kv.metr olan 3 otaqlı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya borclu olduğu 100.000 ABŞ dolları borcunun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 (bir) ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKA YƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11130/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsinin iddianın tam həcmdə təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin qismən-iddiaçının xeyrinə 20.000 ABŞ dolları məbləğində pul tutulması hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətin i müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11130/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi ak tlarına təsir göstərə bilər. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana bir il müddətinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul borc vermişdir. Tərəflər arasında bağlanmış 04.06.2016cı il tarixli ipoteka müqaviləsi ilə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,9 kv.metr, yaşayış sahəsi 57,8 kv.metr olan 3 otaqlı mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığı əsasında ipoteka predmeti 250.000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Cavabde h məxsus olan ünvan 1 İddiaçı xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 07.06.2016-cı il tarixdə qeydə alınmış, yüklülüyün müddəti 04.06.2017-ci ilə kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 14.04.2017-ci il tarixli sazişlə tərəflər arasında bağlanmış 04.06.2016-cı il tarixli ipoteka müqaviləsinin müddəti 3 ay müddətinə uzadılmış, öhdəliyin icra müddəti 04.09.2017-ci il tarixədək müəyyən edilmiş, ipoteka müqaviləsinin digər bəndləri dəyişməz olaraq saxlanılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 31.07.2017-ci il tarixli sazişə əsasən, tərəflər arasında bağlanmış 04.06.2016cı il tarixli ipoteka müqaviləsinin müddəti 3 ay müddətinə uzadılmış, öhdəliyin icra müddəti 04.11.2017-ci il tarixədək müəyyən edilmiş, ipoteka müqaviləsinin digər bəndləri dəyişməz olaraq saxlanılmışdır. RX seriyalı ******* nömrəli çıxarışla, Cavabdeh məxsus olan ünvan 1 İddiaçı xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 02.08.2017-ci il tarixdə qeydə alınmış, yüklülüyün müddəti 04.11.2017-ci ilə kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 09 fevral 2018-ci il tarixli sazişlə, tərəflər arasında bağlanmış 04 iyun 2016-cı il tarixli kredit müqaviləsinin müddəti 04.03.2018-ci il tarixədək uzadılmış, borc alan krediti borc verənə 04.03.2018-ci il tarixədək qaytarmağı öhdəs inə götürmüş, kredit müqaviləsinin digər bəndləri dəyişməz olaraq saxlanılmışdır. İş materiallarından görünür ki, RX seriyalı ******* nömrəli çıxarışla, Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 1960-cı məhəllə, Əhməd Rəcəbli küçəsi, ev 5a, ümumi sahəsi 98,9 kv.metr olan mənzil 29 İddiaçı xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 12.02.2018-ci il tarixdə qeydə alınmış, yüklülüyün müddəti 04.03.2018-ci ilə kimi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmək olmaz. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil o lan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq, dostluq və tanışlıq münasibətlərinin olmasıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərdən X1 cavabdehin oğlu, X6 və X4 isə onun dostları, X7 və X5 isə cavabdehlə dostluq münasibətində olan şəxslərdir. Bu şahidlərlə cavabdeh arasında qohumluq və dostluq münasibətləri olmasına baxmayaraq, onların ifadələri də cavabdehin iddiaçıya 80000 ABŞ dollarını qaytarmasını bilavasitə təsdiq etmir, yəni bu ifadələr iş üzrə əhəmiyyəti olan halları sübut yetirmir. Hətta şahid Nail H üseynov pulun kimə verilməsini də bilmədiyini göstərmişdir. Göründüyü kimi, şahid ifadələri ziddiyyətli olmaqla yanaşı, həmçinin qeyrimüəyyəndir. Buna görə də, iş üzrə şahidlərin cavabdeh ilə yaxın qohumluq və tanışlıq münasibətində olması, onların işin nəticəsində maraqlı olması ilə yanaşı, ifadələri işdə olan başqa hər hansı mötəbər sübut növləri ilə də öz təsdiqini tapmır. İkincisi, iddiaçıya 20.000 ABŞ dolları məbləğində borcu qaldığını, şəxsi istifadəsində olan qarajı və avtomaşınını da sataraq İddiaçı verdiyini, iddiaçı isə qaytardığı pulu nəzərə almayaraq ondan vermiş olduğu pulu bütövlükdə yenidən tələb etdiyini bildirsə də, bu dəlillər də əsaslı olmadığından təsdiq edilmiş hesab edilə bilməz. Çünki, cavabdeh iddiaçıya 80000 ABŞ dolları qaytardığını bildirsə də, buna, yəni iddia tə ləbinə etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmçinin apellyasiya baxışı zamanı da mötəbər dəlil gətirməmişdir. Belə ki, bu halın, yəni 80000 ABŞ dollarını qaytarmasını sübuta yetirməsi yükü artıq cavabdehin üzərinə düşsə də, o, bunu təmin edə bilməmişdir. Belə olan vəziyyətdə, cavabdehin apellyasiya şikayəti əsasında qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi sözsüz ki, təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini n icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmet i hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Göstərilən Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36. 2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd olunan Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Adıçəkilən Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İl kin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11130/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11130/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2199/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2199/2019
05.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver