Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2199/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı və X6, Cavabdeh vəkili X3 ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)722/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-1254/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı, X6 və X4 Cavabdeh MTK-ya qarşı pul tələbi barədə iddiaları qismən təmin edilərək Cavabdeh MTK-dan ödənilmiş 4000 manat puldan həmin məbləğin 25 faizi - 1000 manat çıxılmaqla 3000 manat hissəsinin və mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pulun və mənəvi zərərə görə 200 manat məbləğində pulun və iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3699 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı, X6 və X4 xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhimov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh MTK-nın verdiyi apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi – “iddiaçıl ar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MTK-dan iddiaçılar İddiaçı, X12 və X4 xeyrinə tutulması” hissədə dəyişdirilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumunun 14,79 manat hissəsi Cavabdeh MTK-dan alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamə - “Cavabdeh MTK-dan ödənilmiş 4000 manat puldan həmin məbləğin 25 faizi-1000 manat çıxılmaqla 3000 manat hissəsi, mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pul və mənəvi zərərə görə 200 manat məbləğində pulun iddiaçılar İddiaçı, X12 və X4 xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılmışdır. Ekspertiza tədqiqatının cəmi dəyəri 227 manat məbləğində pul vəsaitinin 177,68 manatının İddiaçı, 49,32 manatının isə Cavabdeh MTK-dan alınıb dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş in halları: İddiaçılar İddiaçı, X12 və X11 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddialarını onunla əsaslandırmışlar ki, onlar 2016-cı ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün ilkin ödəniş etməklə Bakı-Şamaxı şossesinin 14-cü kilometrliyində yerləşən Cavabdeh MTKnın tikdiyi yaşayış massivindən mənzil almaq qərarına gəlmişlər. Bununla bağlı X4 adına Cavabdeh MTK ilə müqavilə bağlanılmışdır. 10000 manat ilkin ödəniş ödənilməli idi lakin imkanları olmadığından 4000 manat ödəniş edilmiş, qalan pul isə 10 gün ərzində ödənilməli idi. Lakin sonradan pul tapmadıqlarına görə qalan pulu ödəyə bilməmişlər. Həmin mənzili 1500 manat civarında təmir etdirmişlər. Bir müddət sonra “Cavabdeh» MTK-nın işçisi İlhamə xanım həmin mənzili başqa şəxsə satacaqlarını, buna görə müqaviləni pozmalı oldu qlarını və pullarını onlara geri qaytaracaqlarını bildirmişdir. X1 adına bağlanmasına baxmayaraq şirkət müqaviləni onun iştirakı olmadan pozmuşdur. Belə ki, onlar məsələni aydınlaşdırmaq üçün şirkətə getmiş, şirkətdə onlara guya şirkətə ziyan vurduqları üçün ödədikləri 4000 manat puldan 900 manat tutulacağını və onlara ümumilikdə 3100 manat pul qaytarılacağı bildirilmişdir. Halbuki onlar həmin mənzilə 4000 manat ödəməklə yanaşı, təmirinə 1500 manat da xərc çəkmişlər. Bundan əlavə mənzili təmir etmək üçün cavabdeh tərəf özü onlara şərait yaratmışdır. Müqaviləni pozsalar da, ödədikləri pulu onlara tam qaytarmaq istəmədiklərinə görə şirkətdən pullarını götürməmişlər. Müqaviləni isə cavabdeh tərəf onlardan almışdır. Onların əlində həmin alqısatqı ilə bağlı ödədikləri 2000 manat beh ödəniş qəbz indən başqa heç bir sənəd qalmamışdır. Cavabdeh MTK-ya dəfələrlə etdikləri şifahi şikayətlər cavabsız qalmış və onların şikayətlərinə məhəl qoyulmamışdır. Bu hal onların ağır mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Ona görə də, Cavabdeh MTK-dan iddiaçıların xeyrinə 4000 manat mənzil üçün ödənilmiş pul, 1500 manat mənzilin təmiri üçün xərclənən pul və mənəvi zərərə görə 2000 manat, cəmi 7500 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən cavabdehə cəmi 4000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğ beh deyil və buna görə də, cavabdeh həmin məbləği iddiaçılara geri qaytarmalıdır. Məhkəmə ödənişi beh hesab etməməsi ilə əlaqədar gəldiyi nəticəni yalnız tərəflər arasında ayrıca beh müqaviləsinin bağlanmaması ilə əsaslandırmışdır. Halbuki, tərəflər arasında xx xxxx 2016-cı il tarixli, AB02M54 nömrəli alqı-satqı müqaviləsi (“Müqavilə”) mövcuddur. Müqavilənin 2.2-ci bəndində aydın bir şəkildə qeyd olunur: “xxxx bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 4000 manat məbləğində hissəsini beh şəklində əvvəlcədən, qalan 93372 manat məbləği isə hissə-hissə olmaqla 240 ay müddətində hər ay ayın 16-na kimi bu müqaviləyə əlavə edilmiş ödəni ş cədvəlinə müvafiq qaydada ödəyir”. Yəni hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilədə vurğulanır ki, cavabdehə ödənilən məbləğ behdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni ödənilən məbləğin beh hesab edilməsi hazırki halda tərəflər üçün məcburidir. İş materiallarında ödənilmiş məbləğin beh olmamasına dair heç bir sübut mövcud deyil. Bütün bunlara baxmayaraq məhkəmə müqaviləni bir kənara qoyub özünün heç bir əsası olmayan şübhəsinə istinad edərək qətnamə qəbul etmişdir. MM-in 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiy i pul məbləğidir. Həmin məcəllənin 491.2-ci maddəsinə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunvericilikdə beh müqaviləsinin forması ilə bağlı yalnız bir şərt müəyyən edilir: Beh müqaviləsinin yazılı olması. Beh müqaviləsinin ayrıca müqavilə formasında bağlanmalı olması barədə isə mövcud qanunvericilikdə heç bir göstəriş yoxdur. Göründüyü kimi, məhkəmə qanunvericilikdə mövcud olmayan, tamamilə heç bir qanuni əsası olmayan tələbə istinad etməklə müqavilənin beh olmaması qənaətinə gəlmişdir. Məhkəmənin ödənilmiş məbləğin beh hesab etməməsi üçün heç bir əsası yoxdur və iddiaçılar tərəfindən cavabdehə ödənilmiş 4000 manat məbləğində pul vəsaiti behdir. Beh isə geri qaytarılmır. MM-in 492.2-ci maddəsinə əsasən, əgər müqavi lənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Hazırki halda müqavilənin icra edilməməsinin səbəbi cavabdehlər tərəfindən Müqavilə öhdəliklərinin icra edilməməsi - ödənişlərin yerinə yetirilməməsidir. Buna görə də, müqavilə üzrə ödənilmiş behin heç bir hissəsi qaytarılmamalıdır. Məhkəmə mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pulun cavabdehdən iddiaçıların xeyrinə tutulması hissədə də düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamənin 6-cı səhifəsinin 5-ci abzasında da aydın şəkildə bildirildiyi kimi, tədqiq olunan mənzilin qapısı bağlı olduğuna və faktiki olaraq digər şəxsin istifadəsində olduğunda görə, tədqiq olunan mənzilə daxil olub baxış keçirilməsi mümkün olmamış, buna görə də, başqa bir mənzilə baxış keçirilmişdir. Göründüyü kimi, mənzildə ekspertiza keçirilmədən təmirə çəkilən xərc müəyyən edilmişdir. Buna görə də, həmin rəy mənzilə münasibətdə etibarlı hesab edilə bilməz. Yəni 469 manat başqa mənzillə əlaqədar götürülmüş məbləğdir və hazırki mənzillə heç bir əlaqəsi yoxdur. Belə olan halda məhkəmənin həmin məbləği cavabdehdən tələb etməsi tamamilə qanunsuzdur və bu tələbin heç bir qanuni əsası yoxdur. Bundan əlavə, Müqavilənin 3.2.2.6-cı maddəsində deyilir ki, əmlakda təmir işlərinin aparılmasına xxxx tərəfindən əmlakın dəyəri tam ödənildikdən sonra tikintinin inşası və abadlıq işləri qurtardıqdan sonra icazə verilir. Yəni iddiaçılar iddia edir ki, əmlaka dair heç bir hüquqlarının mövcud olmadığını bildikləri halda, bunun müqavilə ilə qadağan olunduğunu bilə-bilə, özbaşına bir şəkildə orada təmir işləri aparıbla r. Əslində qeyd olunan şərt, müqavilə şərtlərinin kobud pozuntusu hesab olunduğundan, əksinə cavabdeh iddiaçılardan ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (Müqavilənin 3.1.1.2-ci maddəsinə əsasən, xxxx öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə satıcının ona müqavilə ilə nəzərdə tutulmuş sanksiyalar tətbiq etmək hüququ var). Müqavilə şərtlərinin iddiaçılar tərəfindən pozulması nəticəsində dəyən zərərə görə məsuliyyətin cavabdehin üzərinə qoyulmasının heç bir qanuni və məntiqi əsası yoxdur. Mənəvi zərərə görə cavabdehdən iddiaçıların xeyrinə 200 manat məbləğində vəsaitin tutulması hissə də məhkəmənin nəticəsi əsaslı olmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respu blikasi Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia aşağdakılar müəyyən edildiyi halda təmin edilə bilər: iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, - qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki münasibətlər üçün isə yuxarıda sadalanan dörd haldan heç biri keçərli deyil. Məhkəmə tərəfindən qətnamə sadalanan şərtlərin mövcudluğu yoxlanılmadan və sübut olunmadan qəbul edilmişdir və buna görə də, məhkəmənin gəldiyi nəticə qeyd olunan hissədə də tamamilə əs assızdır. Tərəflərin izahatları: Cavabdeh vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı və X12 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissədə iddiaçılar apellyasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətini təmin etməyərək qətnaməni həmin hissədə dəyişdirmədən saxlamışdır. Hazırda isə iddiaçılar qətnamənin qeyd edilən hissəsini mübahisələndirmirlər. Ona görə də, iddia tələbinin rədd edilən hiss ədə qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Əsaslandırma: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MTK-nın direktoru X2 və “xxxx” adlandırılacaq X11 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi Bakı-Şamaxı yolunun 14-cü km-də özünə məxsus Cavabdeh yaşayış kompleksində bina 2, 1ci blokunda 10-cu mərtəbədə, 88,60 kvadrat metr ümumi sahəsi olan 54 saylı mənzili xxxxya satmağı, xxxx isə bu müqavilə nəzərdə tutulmuş qaydada tərəflər arsında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi, satıcı isə əmlakı tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, xxxx isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini 240 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 97372,00 manat təşkil etmişdir. Həmin müqavilənin 2.2-ci maddəsində göstərilmişdir ki, “xxxx” bu müqavilədə göstərilən məbləğin 4000 manat məbləğdə hissəsini beh şəklində əvvəlcədən, qalan 93372 manat məbləği isə hissə-hissə olmaqla 240 ay müddətində hər ay ayın 16-na kimi ödəniş cədvəlinə müvafiq olaraq ödənilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, X11 almış olduğu mənzilin dəyərindən 4000 manat məbləğində beh ödəmişdir. Hazırkı tələbində birgə iddiaçılar cavabdeh MTK-dan yuxarıda qeyd edilən müqavilə üzrə ödənilmiş 4000 manat pulu, mənzilin təmirinə çəkilmiş xərc kimi 1500 manat pul və mənəvi zərərə görə 2000 manat pul tələb edirlər. İddia tələbi b irinci instansiya məhkəməsi tərəfindən yuxarıda gəstərilən qaydada qismən təmin edilmiş, iddiçılar tələbin rədd edilən hissəni mübahisələndirməmişlər. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “Cavabdeh" MTK-nın İlhamə adlı işçisi müqavilənin pozulduğunu, mənzilin başqa şəxsə satılacağını, iddiaçının ödədiyi pulun geri qaytarılcağına söz verərək müqaviləni iddiaçılardan almış, mübahisəli mənzil basqa şəxsə satılsa da, ödənilən pul onlara qaytarılmamışdır. Tərəflər arasındakı xx xxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əsasən ləğv olunduqdan sonra, 3-cü şəxsə satılmalı olduğu halda, ləğv olunmamış cavabdeh tərəfindən həmin mənzil iddiaçını n iradəsinə zidd olaraq 3-cü şəxsə satılmış¸bu hərəkəti ilə cavabdeh öz üzərinə düşən vəzifəni qanuni əsaslarla yerinə yetirməmiş, nəticədə iddiaçı tərəfin hüquq və vəzifələri pozulmuşdur. Ona görə də, iddiaçı X4 Cavabdeh şirkətinə ödədiyi 4000 manat puldan həmin məbləğin 25 faizi - 1000 manat çıxılmaqla 3000 manat hissəsi iddiaçılara qaytarılmalıdır. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli mənzildə aprılmış təmirin dəyərini müəyyən etmək üçün məhkəmə texniki-tikinti ekspertizası keçirilmiş, ekspert rəyi ilə iddiaçılar tərəfindən mübahisəli mənzildə aparılmış təmirin dəyərinin 469 manat olduğu müyyən edilmişdir. Məhkəmə mənəvi ziyanın tutulması ilə bağlı hissədə qeyd etmişdir ki, iddiaçılar Cəbrayıl rayonundan məcburi köçkün olub, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər və hazırkı müba hisə ilə bağlı olaraq pozulmuş hüquqlarının bərpası üçün müxtəlif təşkilatlara çoxsaylı müraciətlər etməklə, cavabdeh tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində uzun müddət mənəvi sarsıntı və iztirablara məruz qalmışlar. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh vəkili X3 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən (iddianın təmin edilən) hissələrdə ləğv edilməli və iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətn aməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan məhkəmələr iddiaçılar İddiaçı və Akif Quliyevin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olub-olmasına qiymət verməmişlər. İşdən görünür ki, cavabdeh MTK ilə müqavilə münasibətləri iddiaçılardan Göyçək Əsədova ilə yaranmış, cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən 4 000 manat pulun iddiaçı Göyçək Əsədova tərəfindən ödənilməsi müəyyən edilmişdir. Müahisəli mənzildə aparılmış təmir işlərinin kimin vəsaiti hesabına aparılması isə müəyyən edilməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi Cavabdeh MTK-dan ödənilmiş 4000 manat puldan həmin məbləğin 25 faizi - 1000 manat çıxılmaqla 3000 manat hissəsinin və mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pulun və mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı, X6 və X4 xeyrinə tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmələr ödənilmiş 4000 manat puldan 3000 manatının qaytarılması nı qət edərkən tərəflər arasında baölanmış müqavilənin 3.1.2.3, 4.1, 4.3 və 4.5-ci bəndlərinə istinad etmişlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yazılı şəkildə beh müqaviləsi bağlanmadığından ödənilmiş pul beh kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu nəticəni əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, “xxxx bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 4000 manat hissəsini beh şəklində əvvəlcədən, qalan 93372 manat məbləği isə hissə-hissə olmaqla 240 ay müddətində hər ay ayın 16-na kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə müvafiq qaydada ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvə yə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin məcəllənin 491.2-ci maddəsinə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Sadalanan normalardan göründüyü kimi, beh müqaviləsi yazılı formada bağlanmalıdır və müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında bağlanmış müqavilədə ödənilmiş 4000 manat pulun beh kimi ödənilməsi qeyd edilmiş, bu barədə maliyyə arayışında da həmin məbləğin beh kimi ödənilməsi öz əksini tapmışdır. Apelyasiya instansiyası məhkəməsinin tərəflər arasınd a yazılı beh müqaviləsinin bağlanmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi müqavilə şərtləri ilə bağlı aşağıdakıları qeyd edir: xx xxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsinin 3.1.2.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsi ləğv olunduğu halda Cavabdeh MTK-nın bu müqavilənin 4.3-cü bəndində nəzərdə tutulan qaydada cərimə tutmaqla, müştərinin qalıq pulunu hazırlanmış cədvəl əsasında geri qaytarmaq vəzifəsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin, öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar. Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vuru lmuş ziyanı ödəməyə borcludur. Müqavilənin 4.3-cü bəndinə əsasən ilk ödəmədə “xxxx” tərəfindən 20 gün müddətinə, sonrakı ödəmələr 60 gündən artıq yubadılarsa, müqaviləyə əsasən nəzərdə tutulmuş cədvəldən az məbləğdə ödənişlər olduğu halda MTK hazırki müqaviləni birtərəfli qaydada pozmaq hüququnu öz üzərində saxlayır. Bu halda “xxxx” tərəfindən MTK-ya ödənilmiş məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra 4.4-cü maddədə nəzərdə tutulan cərimələr tutularaq 4.5-ci maddə nəzərə alınmaqla qaytarılır. Müqavilənin 4.5-ci bəndinə əsasən əgər müqaviləyə xitam verilərsə, əmlak başqa şəxsə satıldıqdan sonra “xxxx” tərəfindən ödənilmiş məbləğin 25 faizi “Satıcı” tərəfindən tutularaq, qalan məbləğ “xxxx”ya tərtib ediləcək qrafik əsasında geri qaytarılır. Göründüyü kimi, müqavilənin qeyd edilən b əndləri alqı-satqı müqaviləsi ləğv olunduğu halda cərimə tutulmaqla müştərinin ödədiyi qalıq pulunun qaytarılması şərlətini tənzimləyir. Hazırki işin mübahisələndiriləməyən halları ilə müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə razılaşdırılmış məbləğdən ödəniş edə bilmədiyinə, yəni müqavilə üzrə razılaşdırılmış öhdəlikləri yerinə yetirmədiyinə görə müqavilə ləğv edilmişdir. Bu halı iddiaçılar da mübahisələndirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəs inə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ona görə də, müqavilənin qeyd edilən şərtləri iddiaçı tərəfindən beh kimi ödənilmiş 4000 manat pulun qaytarılmasına şamil edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, ödənilmiş behin qaytarılması ilə bağlı münasibətləri Mülki Məcəllə tənzimləyir. Belə ki, Məcəllənin 492.2 -ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Məhkəmə kollegiyası iddia tələbinin mənzilin təmirinə çəkilmiş xərcin qaytarılması barədə məhkəmələnin gəldiyi nəticəni də işin hallarına uyğun hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbin qismən təmin edərkən ekspert rəyinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş ekspert X9 göstərmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi Bakı-Şamaxı yolunun 14-cü kmdə özünə məxsus Cavabdeh yaşayış kompleksində bina 2, 1-ci blokunda 10-cu mərtəbədə, 88,60 kvadrat metr ümumi sahəsi olan 54 saylı mənzilldə aparılmış təmir işlərinin təqribi dəyərinin müəyyən edilməsi üçün iş üzrə iddiaçılar, cavabde h tərəfin nümayəndəsi, Abşeron rayon İcra Şöbəsinin icra məmuru və ekspertin iştirakı ilə baxış keçirilmiş, müvafiq ölçü aparılaraq zəruri məlumatlar əldə edilmişdir. Tədqiq olunan mənzilin qapısı bağlı olduğuna və faktiki olaraq digər şəxsin istifadəsində olduğuna görə, tədqiq olunan 54 saylı mənzilə daxil olub baxış keçirilməsi mümkün olmamışdır. Lakin, hər iki tərəfin razılığına əsasən Cavabdeh yaşayış kompleksində inşa edilmiş 1-ci blokun dördüncü mərtəbəsində yerləşən, 54 saylı mənzil ilə analoji (eyni) iki otaqlı mənzilə baxış keçirilib ölçü işləri aparılmış və müvafiq rəy verilmişdir. Həmin vaxt tərəflərin başqa tələbləri və təklifləri olmamışdır. Göründüyü kimi, eksert rəy verərkən mübahisəli mənzilə baxış keçirilməmişdir. Məhkəmə isə ekspert qarşısında mübahisəli mənzilin təmirinə çəkilmiş xərcin məbləği ilə bağlı sual qoymuşdur. Apelyasiya instansiyası məhkəməsi mənzilə baxış keçirilmədən həmin mənzilə çəkilmiş xərcin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin əsaslı olub-olmamasına qiymət verməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, həmin tələb digər tələblərlə bağlı olduğundan işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi həmin tələblərə hüquqi qiymət verdikdən sonra mənəviu ziyanla bağlı tələbə qiymət verməli, cavabdehin təqsirli və ya hüquqazidd əməlləri təsdiq olunduğu və bu əməllərin iddaçıya hər hansı mənəzi ziyan vurduğunun təsdiq olunduğu halda həmin tələbi hüquqi qiymət verilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhk əmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-722/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən (iddia tələbinin təmin edilən) hissələrdə ləğv edilsin və iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2199/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2199/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver