Məhkəmə qərarları › İş №2(102)-2200/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2200/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2200/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC-nin vəkili X4, cavabdeh “xxxx” MMCnin vəkili Vəkil, nümayəndələri X1 və X5 iştirakları ilə, İddiaçı Lizinq Şirkəti QSC-nin cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı “borcun tutulması” barədə ilkin, iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı Lizinq Şirkəti QSC-nə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun q aytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2018-ci il tarixli, 2(103)-8208/2018 nömrəli qətnaməsindən “xxxx” MMC-ti tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Lizinq Şirkəti QSC cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Lizinq Şirkəti QSC ilə bağlanmış 15.07.2013-cu il tarixli 1484T/13/B saylı Daxili Maliyyə Lizinq Müqaviləsinə əsasən “xxxx” MMC və Cavabdeh2 öhdəliklərinin yerinə yetirməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 51.448,17 USD vaxtı keçmiş qalıq, 50.757 USD faiz, 1464 USD dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. “xxxx” MMC “xxxx” Lizinq Şirkəti QSC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Lizinq Şirkəti QSC-dən əsassız varlanma nəticəsində əldə etdiyi 103.464,3 ABŞ dollarının, qətnamə icra edilən gün üçün Azərbaycan manatına məzənnə ilə “xxxx” MMC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Məzahir Sadıqov) 2(007)-536/2018 saylı, 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” Lizinq Şirkəti QSC-nə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 1484T/13/B - A nömrəli müqaviləyə görə 23.05.2014-cü il tarixdə ödənilmiş 19.122,9 ABŞ dollarının, 27.05.2014-cü il tarixdə ödənilmiş 19.122,9 ABŞ dollar ının, cəmi 38.459,8 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətindən alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMC-nə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov, Tofiq Səmədov, İkram Şirinov) 12.10.2018-ci il tarixli 2(103)-8208/2018 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Lizinq Şirkəti qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-536/2018 saylı, 02 fevral 2018-ci il tarix li qətnaməsi ləğv edilmiş, ilk iddianın qismən təmin edilməsi, “xxxx” Lizinq Şirkəti QSC ilə “xxxx” MMC arasında bağlanmış 15.07.2013-cü il tarixli Daxili Maliyyə Lizinq Müqaviləsinə görə 51.448,17 ABŞ dolları vaxtı keçmiş qalıq borc, 50.757 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 102.305, 17 (yüz iki min üç yüz beş ABŞ dolları, on yeddi sent) ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzi “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən alınaraq “xxxx” Lizinq Şirkəti qapalı səhmdar cəmiyyətinə ödənilməsi, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin “xxxx” Lizinq Şirkəti qapalı səhmdar cəmiyyətinə qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qa rşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin direktoru X və vəkili Vəkil kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.10.2018-ci il tarixli 2(103)-8208/2018 saylı qətnaməsinin ləğv edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını dair qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianın rədd edilməsində Bakı Apellyasiya Məhkəməsinin əsas arqumenti odur ki, qarşılıqlı iddia tələbinin qanuni əsası tapılmayıb. Bunun əvəzində məhkəmə əsaslandırmağa çalışıb ki, “xxxx” MMC-nin 15 iyul 2013 -cü il tarixli daxili lizinq müqaviləsi üzrə 102.305,17 ABŞ dolları məbləğində ödənilməmiş öhdəliyi vardır. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində həmçinin qeyd edir ki, 19 dekabr 2013-cü il tarixli öhdəliyin ötürülməsi haqqında daxili lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən lizinq verənin razılığı ilə öhdəlik ötürən “xxxx” MMC daxili lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərini, borcunun bir hissəsini “xxxx” Firmasına vermişdir. Halbuki, iş materiallarına əlavə olunmuş 19 dekabr 2013-cü il tarixli razılaşmanın 1-ci bəndində qeyd olunur ki, bu razılaşmaya əsasən, öhdəlik ötürən (“xxxx” MMC) lizinq verənin razılığı ilə 1484T/13B saylı Daxili Lizinq Müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə (“xxxx” Firması) verir, öhdəlik götürən isə qəbul edir”. Göründ üyü kimi, həmin 3 tərəfli razılaşmaya görə “xxxx” MMC borcunu “xxxx” Firmasına ötürmüşdür. Həmin tarixə olan borcun məbləği isə, razılaşmanın 3-cü bəndində konkret olaraq göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi iddiaçının fərziyyələrinə əsaslanaraq “xxxx” MMC-nin icra olunmamış öhdəliyinin olmasını qeyd edir. Lakin, həmin öhdəliyi müəyyən edən hər hansı bir müqaviləyə və sübut digər sənədlərə istinad edilmir. İstinad edilən 1484T/13B saylı müqavilə üzrə də öhdəliklərin tam olaraq ötürülməsi iş materiallarına əlavə olunmuş 19 dekabr 2013-cü il tarixli razılaşmada konkret olaraq qeyd olunmuşdur. "xxxx" Lizinq Şirkəti QSC-nin iddiasına görə guya 2012-ci il buraxılışı olan **-JE-*** və **-JB-*** dövlət qeydiyyat nişanlı 2 ədəd XCMG markalı avtokranları lizinq müqaviləsi əsasında "xxxx" MMC- nın müvəqqəti istifadəsinə vermişdir. Halbuki, həmin avtokranlar heç bir zaman "xxxx" MMC-nin istifadəsinə təhvil verilməyib. Tərtib olunmuş təhvil-təslim aktları formal xarakter daşıyır. Formallıq isə ondadır ki, həmin aktlar yalnız hər iki şirkətin rəhbərləri tərəfindən imzalanıb və möhürlənib. Avtokranlar faktiki verilmiş olsaydı, mövcud vəziyyətləri qeyd olunar, saxlandıqları yerdə həmin avtokranlara baxış keçirilər və müvafiq vəzifə daşıyan şəxslər aktı imzalayardılar. "xxxx" MMC-nin "xxxx" Lizinq Şirkəti QSC qarşısında heç bir öhdəliyi qalmayıb və qalmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməyib. Bu səbəbdən ilkin iddianı təmin edən məhkəmə, yalnız qarşı tərəfin izahatlarına istinad edib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməni çıxaran zaman istinad etdiyi işin faktiki h alları və iş materiallarında olan sübutlarla qət etdiyi nəticə biri-birinə ziddiyyət təşkil edir. Eyni zamanda istinad etdiyi halların qanuni əsaslılığını müəyyən etməmişdir. Bundan başqa müqavilə öhdəliklərinin AZN ilə olduğu halda, hansı səbəbdən məhz ABŞ dolları ilə müəyyən edilməsinin məhkəmə tərəfindən əsaslandırılmamasıdır. "xxxx" Lizinq Şirkəti QSC ilə "xxxx" MMC arasında bağlanmış 15.07.2013cu il tarixli 1484T/13/B saylı Daxili Maliyyə Lizinq Müqaviləsində müqavilənin valyutası (8.3-lizinq ödənişləri bəndi) AZN kimi qeyd olunub. Həmçinin, “müqavilənin qiyməti” də AZN ilə müəyyən edilib (4.2-lizinq obyektinin əldə edilməsi bəndi). Yalnız, Lizinq şirkətinin daxili hesablaşmaları nəzərə alınaraq ödəniş cədvəli ABŞ dolları ilə tərtib edilmişdir. 15 iyul 2013-cu il tarixli daxili lizinq müqavilə üzrə bütün hüquq və öhdəliklərin “xxxx” Firmasına ötürülməsi üzrə 19 dekabr 2013-cü il tarixli razılaşmada da (3-cü bənd) "xxxx" MMC-nin öhdəlikləri, yəni qalıq borcu 213012 manat qeyd olunmuşdur. Bu razılaşmaya əsasən, Öhdəlik ötürən (“xxxx” MMC) lizinq verənin razılığı ilə 1484T/13B saylı Daxili Lizinq Müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə (“xxxx” Firması) verib, öhdəlik götürən isə tam qəbul edib. “xxxx” MMC tərəfindən birinci instansiya məhkəməsinə verilən qarşılıqlı iddiada da qeyd olunan nüanslar və qarşı tərəfin tələbinin ABŞ Dolları ilə olmasının əsassız olması qeyd olunmuşdur. Lakin, Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində buna münasibət bildirməmiş, heç bir əsas olmadan 102.305,17 (yüz iki min üç yüz beş ABŞ dollari, on yeddi sent) AB Ş dollarının "xxxx" Lizinq Şirkəti QSC-nə ödənilməsi qənaətinə gəlmişdir. Nəticədə, ilkin iddianı təmin edən apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını kobud surətdə pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil, nümayəndələri X2 və X7 məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC-nin vəkili X8 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiya məhkəməsi tərəfindən ilk iddia qismən təmin edildiyindən, həmin iddianın rədd edilmiş hissəsindən ( zamin Cavabdeh2 qarşı hissədə iddianın rədd edilməsi və 1364 ABŞ dolları məbləğində dəbbə pulu tələbin in təmin edilməməməsi hissələrindən) iddiaçı kassasiya şikayəti vermədiyindən apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti əsasında yalnız ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılır. Məhkəmələr tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, “xxxx” Lizinq Şirkəti QSC ilə “xxxx” MMC arasında bağlanmış 15.07.2013-cü il tarixli 1484T/13/B nömrəli Daxili Maliyyə Lizinq Müqaviləsinə əsasən İddiaçı Lizinq Şirkəti QSC 2012-ci il buraxılışı olan **-JE-*** və **-JB*** dövlət qeydiyyat nişanlı 2 ədəd XCMG markalı avtokranları öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermiş, “xxxx” MMC həmin əmlakların dəyəri olan 611.267,05 ABŞ dolları məbləğində borcu illik 1 6% olmaqla, 36 ay müddətində “xxxx” Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin öhdəliklərin təminatı olaraq, o cümlədən “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında 15 iyul 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 həmin lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün lizinq alan “xxxx” MMC ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 15 iyul 2013-cü il tarixli təhviltəslim aktına əsasən Cavabdeh2 şəxsində “xxxx” MMC müqavilə üzrə **-JE-*** və **-JB-*** dövlət qeydiyyat nişanlı 2 ədəd XCMG markalı avtokranı “xxxx” Lizinq Şirkəti QSC-dən təhvil almışdır. “xxxx” MMC tərəfindən müvafiq olaraq lizinq ödənişləri həyata keçirilmiş, “xxxx” Lizinq Şirkəti QSCyə 01.08.2013-cü il tarixdə 10.187,38 ABŞ dolları; 20.09.2013- cü il tarixdə 16.860,02 ABŞ dolları; 07.11.2013-cü il tarixdə 19.125,33 ABŞ dolları; 08.11.2013-cü il tarixdə 15.300,27 ABŞ dolları; 28.11.2013-cü il tarixdə 3745,54 ABŞ dolları; 23.05.2014-cü il tarixdə 19.122,9 ABŞ dolları; 27.05.2014-cü il tarixdə 19.122,9 ABŞ dolları olmaqla, cəmi 103.464,3 ABŞ dolları ödəniş edilmişdir. İşdə olan 19.12.2013-cü il tarixdə bağlanmış öhdəlik müqaviləsinə əsasən lizinq verənin razılığı ilə 1484T/13/B - A nömrəli Daxili Maliyyə Lizinq Müqaviləsi üzrə bütün hüquq və öhdəliklər, borc öhdəlik götürən “xxxx” İnşaat Firmasına verilmiş, öhdəlik götürən isə bu hüquq və öhdəlikləri, borcu qəbul etmişdir. Razılaşma imzalandığı an müqavilə üzrə öhdəlik götürənin qalıq borcu 213.012,00 manat təşkil etmişdir. “xxxx” İnşaat Firması tərəfindən qalıq borc məbləği ödənilm iş, tərəflər arasında qarşılıqlı tələblər olmamış, buna müvafiq olaraq tərəflər arasında bağlanmış 1484T/13/B - A nömrəli Daxili Maliyyə Lizinq Müqaviləsinə 25 fevral 2016-cı il tarixli Əlavəyə əsasən müqavilə üzrə bütün öhdəliklər tam icra edildiyinə görə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana, “xxxx” İnşaat Firmasına keçmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarıa əsasən müəyyən etmişdir ki, 19.12.2013cü il tarixli öhdəliliyin ötürülməsi haqqında 1484T/13/B-A saylı Daxili Lizinqi Müqaviləsinə əlavə razılaşmaya əsasən Lizinq verənin razılığı ilə öhdəlik ötürən “xxxx” MMC Daxili Lizinq Müqaviləsi üzrə hüquq və öhdəliklərini, borcunun bir hissəsini Öhdəlik götürən “xxxx” Firmasına vermişdir. Belə ki, öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya və təhvil-təslim a ktına əsasən 1 ədəd XCMG markalı avtokran “xxxx” Firmasına təhvil verilmiş, digər XCMG markalı avtokran isə “xxxx” MMC-nin istifadəsində saxlanılmışdır. Əlavə razılaşmada, “xxxx” Firması 213 012.00 AZN məbləğində borcu illik 20% hesablanmaqla, 24 ay müddətində İddiaçı QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu işin mübahisəsiz halıdır. Bunun tərəflərin heç biri mübahisələndirməmiş, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş “xxxx” MMC-nin nümayəndəsi də təsdiq etmişdir. Əmlaklardan yalnız **-JE-*** dövlət qeydiyyat nişanlı XCMG markalı avtokrana sonradan mülkiyyət hüququ “xxxx” MMC-yə keçmişdir. Digər, **-JB-*** dövlət qeydiyyat nişanlı XCMG markalı avtokranla bağlı “xxxx” MMC-nin ilk iddiaçı qarşısında öhdəliyi isə qalmışdır. “xxxx” MMC tərəfind ən 1484T/13/B - A nömrəli müqaviləyə görə “xxxx” Lizinq Şirkəti QSC-nin hesabına 23.05.2014-cü il tarixdə 19.122,9 ABŞ dolları, 27.05.2014-cü il tarixdə 19.122,9 ABŞ dolları ödəniş etməsi “xxxx” MMC-nin istifadəsində qalmış **-JB-*** dövlət qeydiyyat nişanlı XCMG markalı avtokranla bağlı olmuşdur. Həmin pul ödənişlərini “xxxx” Lizinq Şirkəti QSC “xxxx” MMC-nin istifadəsində qalmış bir ədəd avtokrana görə almış və bunun üçün hüquqi əsas olmuşdur. Buna görə də, “xxxx” MMC-nin hesabına “xxxx” Lizinq Şirkəti QSC əsassız varlana bilməzdi. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçı 2 ədəd XCMG markalı avtokranların heç bir zaman "xxxx" MMC-nin istifadəsinə təhvil verilmədiyini, ayrıayrı vaxtlarda ümumi olaraq 103464,3 ABŞ dollarının həmin müqavilə müddətində, tərəflər arasında bənzər müqavilələr olduğundan və müxtəlif ödənişlər aparıldığından araşdırma aparmadan yanlış olaraq "xxxx" MMC tərəfindən ödəniş edildiyini, həmin ödənişlərin eyni məbləğdə olması, qrafiklə uğun olmamağının bunu bir daha təsdiq etdiyini, "xxxx" Lizinq Şirkəti QSC 2018-ci ilə qədər öhdəliliyin icra olunmadığına görə heç bir şifahi və yazılı tələb irəli sürmədiyini, "xxxx" MMC-nin "xxxx" Lizinq Şirkəti QSC qarşısında heç bir öhdəliyinin qalmadığını, mövcud olan sənədləşmə isə, həmin dövrdə işin gedişi üçün formal aparıldığını, sənədləşmələrdə şirkət rəhbərlərindən başqa heç kimin - imzasının olmamağı bu formallığı təsdiq etdiyini, onlarda olan məlumata görə "xxxx" Lizinq Şirkəti QSC-də yaranmış maliyyə problemləri ört-basdır etmək və oğurlanan pulları qanuniləşdirmək üçü n formal iddia ərizələri ilə məhkəmələrə müraciətlər etdiklərini, təqdim edilən təhvil-təhslim aktının da formal akt olduğunu bildirsə də, etirazda göstərilən bu dəlillərlə bağlı istinad etdiyi hallara dair ümumiyyətlə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki, göstərdiyi bu halları sübut etmək yükü artıq qarşılıqlı iddiaçının üzərinə düşür. Bundan başqa, qarşılıqlı iddiaçının göstərdiyi bu dəlillər ilk növbədə inandırıcı və ağlabatan da görünmür. Belə ki, əgər onlar arasında həqiqətən də belə bir lizinq münasibətləri olmamışdırsa, onda bu cür müqavilələr bağlamalarının və ödəniş etmələrinin əsl səbəblərini həqiqətin müəyyən edilməsi məqsədilə məhkəməyə bildirmir yaxud bildirmək istəmir. Belə olan vəziyyətdə, qarşılıqlı iddiaçının göstərdiyi bu dəlilləri həqiqət hesab etmək ol maz. Qarşılıqlı iddiaçının nümayəndəsinin izahatından başqa iş materiallarında başqa sübutlar mövcud deyildir. Qarşılıqlı iddiaçının nümayəndəsinin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onlar tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını dəqiq aydınlaşdırmış, iş üzrə gəldiyi nəticələri qətnamədə əsaslandırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın alm aq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləs i ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxsl ər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin və cərimə məbləğinin ödənilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya instansiya məhkəməsində apellyasiya şikayətinə dair verdiyi etirazın dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verilmişdir. Buna görə də, kassasiya kollegiyası həmin qiymətləndirmə ilə razılaşaraq, işin faktiki halları və sübutların qiymətləndirilməs i ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Cavabdehin kassasiya şikayətinə verdiyi əlavənin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 15.07.2013-cü il tarixli lizinq müqaviləsinin 8.3-cü bəndi aşağıdakı məzmunda müəyyən edilmişdir: -Tərəflər razılaşırlar ki, müqavilənin valyutası AZN. Bu müqavilənin Əlavə N1(Lizinq ödənişləri cədvəli) qiymətlər USD ilə ifadə olunacaq. Əlavə N1(Lizinq ödənişləri cədvəli) lizinq obyekti Lizinq alana təhvil ediləndən sonra təqdim ediləcək. Ödəniş Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manatla aparılmalıdır. Göründüyü kimi, cavabdehin istinad etdiyi müqavilə bəndində aydın şəkildə qiymətlərin USD ilə ifadə olunacağı, ödənişlərin Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manatla aparılmalı olduğu razılaşdırılmışdır. Bu qaydada tərtib edilmiş Əlavə N1(Lizinq ödənişləri cədvəli) cavabdeh tərəfindən heç bir qeyd şərt olmadan imzalanmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə, ona dair etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin direktoru Xun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.10.2018-ci il tarixli 2(103)-8208/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar