Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2200/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili Vəkil Ələddin qızının, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3192/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 31.03.2016-ci il tarixli, 011/16 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 15 gün müddətinə, illik 20% faiz ödənilmək şərtilə 50.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə Bank arasında bağlanmış 31.03. 2016-cı il tarixli, 011/16 saylı kredit müqaviləsi üzrə cavabdehdən 50000 manat əsas borcun, 3361,02 manat faiz borcunun, 24.333,24 manat cərimənin, Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən hesablanan 7259,24 manat olmaqla, cəmi 84.953,60 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. 30 iyul 2019-cu il tarixli maliyyə arayışına əsasən, cavabdehin kredit müqaviləsi üzrə 29 iyul 20 19-cu il tarixinə yaranmış borcu 50.000 manat əsas, 3361,12 manat faiz borcu, 26.194,35 manat cərimə, Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən hesablanan 8216,96 manat olmaqla, cəmi 87.772,43 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2019-cu il tarixli, 21328 saylı ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 31.03.2016-ci il tarixli, 011/16 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinə cavabdehin 15.04.2016-cı il tarixə Banka əsas borc üzrə 50.000 manat, faiz borcu üzrə 416,67 manat, müqavilə müddətindən sonra 15.04.2016-cı il tarixdən 29.07.2019-cu il tarixədək illik 5 faiz hesablanmaqla əsas borc üzrə 44.172,48 manat, faiz borcu üzrə 3116,61 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci i nstansiya məhkəməsi) 2(005)-2972/2019 nömrəli iş üzrə 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin olunmuş, cavabdehdən 44.172,48 manat əsas borc, 416,67 manat faiz borcu, 3116,61 manat gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi və 5000 manat cərimə olmaqla, cəmi 52.705,76 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manatın 60 manatının iddiaçıdan, 60 manatının isə cavabdehdən dövlət nəfinə tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, müqavilənin şərtlərini və mülki qanunverici liyin tələblərini pozmuşdur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddia cavabdehdən əsas borcun və əldən çıxmış faydanın tutulması hissəsində ekspert rəyi ilə müəyyən edilmiş hissədə təmin edilməlidir. Dəbbə pulunun tutulması hissəsində məhkəmə belə qənaətə gəlmişdir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamışdır, ona görə də dəbbə pulu 5000 manatadək azaldılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 442, 445, 445.7, 448.1, 462.1, 465.2. 467, 739.1, 739.2, 741-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 99.3, 14.2, 88, 217, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3192/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən cəmi 52.705,76 manat məbləğində borcun tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissələrdə qismən təmin olunmuş, cavabdehdən 39.638,89 manat əsas borc, gecikdirilmiş günlərə görə illik 5 faiz hesablanmaqla 7164,78 manat və 3000 manat cərimənin tutularaq iddiaçının xeyinə verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmış dır ki, birinci instansiya məhkəməsi əsas və faiz borclarının tutulması hissəsində səhv nəticəyə gəlmiş, ekspertiza rəyini digər sübutlarla yanaşı düzgün qiymətləndirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 15 aprel 2016-cı il tarixdə bitmiş, həmin müddətə kredit müqaviləsinin şərtlərindən irəli gələn ümumi faiz məbləği 416,67 manat təşkil etmişdir. Bu hal, həmçinin ekspertiza rəyindən də görünür. Eyni zamanda, ekspertiza rəyinə əsasən cavabdeh tərəfindən ilk ödəniş 19 dekabr 2016cı il tarixdə 2777,78 manat olmaqla həyata keçirilmiş, sonradan isə 19 iyul 2017-ci il tarixdə 5000 manat, 07 noyabr 2017-ci il tarixdə 1000 manat, 27 dekabr 2017-ci il tarixdə 1000 manat, 01 mart 2018-ci il tarixdə isə 1000 manat, cəmi 10.777,78 manat ödəniş aparılmışdır. Belə o lan halda isə kredit müqaviləsinin şərtlərindən irəli gələn 416,67 manat faiz borcunun qalması mümkün deyildir. Birinci instansiya məhkəməsi cavabdehdən 416,67 manat faiz borcunu tutmaqda haqlı olmamışdır. Eyni zamanda, ekspertiza rəyi ilə də 416,67 manat faiz borcunun yalnız 15 aprel 2016-cı il tarixə mövcud olması göstərilmişdir. Belə ki, cavabdeh müqavilə müddətində ödəniş etməmişdir. Bununla yanaşı, məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi əsas borcu və borcun gecikdirilməsi nəticəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış illik 5 faiz məbləğini də düzgün müəyyən etməmişdir. Məhkəmə işdə olan sübutlara əsasən əsas kredit borcunun 39.638,89 manat, gecikdirilmiş günlərə görə illik 5 faiz hesablanmaqla alınan məbləğin isə 7164,78 manat olmasını müə yyən etmişdir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467.1-ci maddəsində təsbit edilmiş imkandan işin hallarına uyğun qaydada istifadə etməyərək cərimə borcunu düzgün müəyyən etməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, cərimənin 3000 manat həcmində təmin olunmasını ədalətli və qanuni hesab etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.7, 448.1, 467.1, 739.1-ci maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılar ının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Ələddin qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsas və faiz borcunun azaldılması hissəsində qanunsuz və əsassız nəticəyə gəlmiş, təqdim edilmiş dəlilləri nəzərə almamış, yalnız məhkəmə üçün məcburi olmayan ekspert rəyinə əsaslanmış, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassator şikayətinin əsası kimi MPM-nin 8.1, 9.1, 9.3, 14.1, 14.2, 77.1, 88, 101.2, 101.3, 103, 106.1, 217.1, 217.3, 385, 390-cu maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktını yalnız iddiaçı mübahisələndirdiyindən, məhkəmə aktı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (madə 445.7). Məhkəmə işin hallarını nəzərə alaraq tən asübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 99.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymə tləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3192/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsin mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2200/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2200/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver