Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2200/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(103 )-4937/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 06 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı)’‘Sənayeventilyasiya” ASC (bundan sonra – cavabdeh) ilə əmək müqaviləsinə əsasən 1967-ci ildən həmin müəssisəyə işə qəbul olunmuşdur.
2. İstehsalatda bədbəxt hadisə barədə akta görə, "xxxx" müəssisəsində çilingər vəzifəsində işləyən İddiaçı 1976-cı ilin may ayında xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş bədbəxt hadisə nəticəsində istehsalat xəsarəti almışdır.
3. Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X1 ambulator kartadan verilmiş xx.xx.2021-ci il tarixli, 1950 nömrəli çıxarışa əsasən, İddiaçı keçirilmiş QKBT-dən sonrakı vəziyyət USX gərginlik, stenokardiyası fs İİ, B 18.2 Xroniki virus hepatiti B K 80.1 Xr. Kalkulyoz xolesistit, Asteno-nevrotik vəziyyət, Arterialhepertenziyaİİ, Hepatomeqaliya diaqnozlu xəstəliklərlə qeydiyyatdadır.
4. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X5 Xırdalan Ailə Sağlamlıq Mərkəzində olan ambulator kartadan verilmiş xx.xx.2022-ci il tarixli, 54 nömrəli çıxarışa əsasən, iddiaçı QKBT-dən sonrakı ensefalopatiya Astenonevrotik vəziyyət, gərginlik stenokardiyası Arterial-hipertenziya İİ d., Hepatomeqaliya diaqnozu ilə xəstə olduğundan, dəfələrlə ambulator və stasionar müalicə almışdır.
5. Abşeron rayon Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa görə, iddiaçıya QKBT-dan sonrakı e nsefalopatiya Asteno-nevrotik vəziyyət diaqnozu ilə Mərdəkan-Günəşli sanatoriyasında nevroloji cəhətdən müalicə tövsiyyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməli olan aylıq 250 manat ödənişin 2020-ci ilin avqust ayından hazırkı mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək hesablanmaqla cavabdehdən onun xeyrinə tutulması, verilməli olan, lakin verilməyən yollayışların cavabdeh tərəfindən ona verilməsi, habelə ona ödənilməli olan birdəfəlik müavinatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, TSEK-nın keçirdiyi eksperti zanın nəticəsinə əsasən o, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində peşəkar əmək qabiliyyətini 80 faiz itirmiş, 4 il ağır xəstə olduğuna görə xəstəxanada yatmışdır. 1992-ci ilin oktyabr ayının 1-də ona 2-ci qrup əlillik dərəcəsi verilib və əmək haqqının 80 faizi hər ay ödənilmişdir. 2020-ci ilin avqust ayına kimi ona ayda 250 manat ödəniş edilmişdir. Belə ki, 2020-ci ilin avqust ayının ödənişi çoxsaylı şikayətlərindən sonra 2021-ci ilin may ayında ödənilmişdir. Həmin andan etibarən müxtəlif bəhanələr gətirilərək, qanuni əsaslarla ona ödənilməli olan məvacib ödənilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” tərəfindən verilən xx.xx.2021 -ci il tarixli, ambulator kartdan çıxarışda xəstəliklərinin hamısı qeyd edilmişdir. Zərərin əvəzinin öd ənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, cavabdeh müəssisənin rəhbərliyinin təqdim etdiyi məktubda qeyd olunmuşdur ki, peşə əmək qabiliyyətinizin itirilmə faizinə müvafiq olaraq 2020-ci ilin avqust ayına kimi zərərə görə aylıq ödəncin 2021-ci ilin may ayında sizə ödənildiyi, pandemiya ilə əlaqədar müəyyən müddət fəaliyyət göstərmədiklərindən cəmiyyətdə maliyyə çətinliyi yaranmışdır. Maliyyə vəsaiti əldə edilən kimi digər aylar üzrə qalan borc ödəniləcək. Lakin hazırki vaxtadək ona heç bir ödəniş edilməmişdir. Belə ki, iddiaçı 2020-ci il avqust ayından hazırki mübahisə üzrə məhkəmə qərarı qüvvəyə mindiyi anadək olan aylar üzrə aylıq ödənişlərin ödən ilməsini tələb etmişdir. Hazırki bazar iqtisadiyyatı şəraitində bütün məhsulların və xidmətlərin qiymətində olan artımlara uyğun olaraq ödənişlər edilməlidir. Bundan başqa, işlədiyi müddətdə putyovka verilməli olduğu halda, ona heç bir zaman putyovka verilməmişdir. Həmçinin bildirmişdir ki, işlədiyi müəssisə 2000-ci ildə özəlləşdirilmiş, müəssisəyə məxsus torpaq sahələri satılmışdır. İdarə özəlləşdirilərkən onun payını da mənimsənilmişdir. Bundan başqa, işdən çıxan zaman ona heç bir ödəniş edilməmiş, birdəfəlik müavinət verilməmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı məhkəmədə belə bir təəssürat yaratmağa çalışmışdır ki, guya onlar qəsdən və imkan ola-ola ona istehsalat qəzasına görə verilməli olan ödəncləri vermirlər və ya bu ndan qərəzli boyun qaçırırlar. İddiaçı eyni tələblə bağlı əmək müfəttişliyinə və digər dövlət orqanlara dəfələrlə müraciət etmiş və həmin orqanlar tərəfindən qarşı tərəfin və onların iştirakı ilə müvafiq araşdırmalar aparılmışdır. Əmək müfəttişliyi müəyyən edib ki, onlar tərəfin heç bir qanun pozuntusuna yol verilməyib, 2020-ci ilin avqust ayından müəssisənin gəliri olmaması səbəbindən ödəncləri verə bilməmişlər. Bununla əlaqədar müfəttişlik tərəfindən iddiaçıya dəfələrlə məlumatlar verilib və yazılı cavablar göndərilib. Bu cavabları iddiaçı iddia ərizəsinə də əlavə etmişdir. Lakin, buna baxmayaraq əsassız olduğunu bilə-bilə məhkəmədə onlara qarşı iddia qaldırmışdır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, müəssisə açıq səhmdar cəmiyyəti olmaqla təsərrüfat hesablıdır və müştəri sifarişi əsası nda ventilyasiya və havalandırma sistemləri quraşdırmaqla məşğul olur. Müəssisə istehsalat və kommersiya ilə məşğul olmur. Sifarişlər əsasında əldə etdikləri gəlirdən müəssisəni saxlayır və digər ödənişləri, o cümlədən iddiaçıya verilməli ödəncləri ödəyirlər.Sifarişlər olmaması səbəbi ilə 2020-ci ilin avqust ayından müəssisənin fəaliyyəti tam dayanıb. Bu səbəbdən onlar işçilərin əmək haqqını və digər məcburi ödəncləri verə bilmir, xərcləri ödəyə bilmir və maliyyə ilə bağlı olan digər işləri yerinə yetirə bilmir. Sifarişlərin olmamasının əsas səbəbi COVİD-19 pandemiyası ilə əlaqədar dünyada və respublikada baş vermiş iqtisadi böhrandır. Kommunal haqları, dövlətə torpağa görə ödədiyikləri icarə haqqını və zəruri olan digər məsrəfləri ödəmək üçün məcbur qalıb cəmiyyətin inzibati binasından 2 otağı anbar kimi istifadə etmək üçün başqa təşkilata icarəyə vermişlər. İcarə haqqı olaraq ayda 617 manat alırlar. Bu da məsrəflərin ödənilməsi üçün çatmır. Yəni, gəlir olmadığından iddiaçıya verməli olduqları ödənci verə bilmirlər. Hal-hazırda müəssisənin borcları vardır, müəssisə 2020-ci ili 2.536,23 manat, 2021-ci ili isə 1.665,97 manat zərərlə başa vurmuşdur. Belə ki, əvvəllər də işlərində çətinliklər olub, lakin onlar iddiaçının maddi vəziyyətini başa düşüb 2020-ci ilin avqust ayınadək ödənci vermişlər. Bu tarixdən sonra isə qazancları tam kəsilib. Bu səbəbdən ödəniş etməyə heç bir imkan qalmayıb. Gələcəkdə pandemiya və iqtisadı böhran başa çatdıqdan sonra sifarişləri olduqda və fəaliyyətə başlayandan sonra iddiaçıya ödənclər ümumi qaydada veriləcəkdir. Bundan başqa, iddiaçı ona putyo vkaların verilməsini və birdəfəlik müavinətin ödənilməsini tələb edir. Putyovkaların verilməsi üçün qanunda nəzərdə tutulan hallar yoxdur. İddiaçı bununla bağlı müvafiq tibbi rəyləri təqdim etməmişdir. Digər tərəfdən, qazancları olmadığından putyovkaların verilməsi də mümkün deyildir. Birdəfəlik müavinətlər isə qanunda nəzərdə tutumuş qaydada dövlət sosal müdafiə orqanları tərəfindən həyata keçirilir və iddiaçı bununla bağlı dövlət orqanlarına müraciət edə bilər. Qeyd olunanlara əsasən, iddianın qismən, 250 manat ödənişin 2020-ci ilin avqust ayından hazırkı mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək hesablanmaqla ödənilməsi hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkə məsi) 2(007)-367/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi (hakim:F.Mirzəyev) ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 manatın 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək hesablanaraq tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək cavabdehdən hər ay 250 manat iddiaçının xeyrinə tutulması hissəsində iddia təmin olunmalıdır. Belə ki,həmin hissədə iddia tələbinin qanuni əsası mövcudur. Bundan başqa, cavabdeh həmin hissədə iddianı qəbul edir.
11. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbinin verilməli ola n, lakin verilməyən yollayışların cavabdeh tərəfindən ona verilməsi, habelə ona ödənilməli olan birdəfəlik müavinatın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin hissədə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.5, 1096, 1097.1 və 1115-ci, Əmək Məcəlləsinin 239-cu, Mülki Prosesual Məcəllənin 14.2, 52.2, 77.1, 106.1, 191.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin olunması yeni qətnamə çıxa rılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iddia tələbini müalicə və bərpa müəssisələrinə yollayışların verilməsi hissədə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, xəstəxanadan verilmiş ambulator kartadan olan çıxarışa görə bir sıra xəstəliklərinə görə qeydiyyatdaddır. Belə ki, məhkəmə müvafiq tibbi rəylərin təqdim edilməməsi əsası ilə iddianı təmin etməmək barədə mövqeyi əsassız olmuşdur. Bundan başqa, səhhətinə dəymiş xəsarətin ağırlıq dərəcəsinə görə birdəfəlik müavinətin verilməsi hissəsində də onun iddia tələbi əsaslı olmuşdur. Məhkəmə iclasında da cavabdeh tərəfindən ona birdəfəlik müavinətin verilmədiyi öz təsdiqini tapmışdır. Buna baxmayaraq həmin hissədə də iddia tələbi əsassız olaraq təmin olunmamışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda cavabdeh müəssisənin gəliri yoxdur, ona görə də ödənişləri edə bilmirlər. Belə ki, müəssisənin gəliri olsa, aylıq ödənişlər ümumi qaydada ödəniləcəkdir.
17. Apellyasiya icraatı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 31 oktyabr 2022-ci il tarixli, 2(103)-4937/2022 nömrəli qətnaməsi ilə (hakimlər: İ.Şirinov (sədrlik edən və məruz əçi), C.Yusifov və A.Tanrıverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən - sanatoriya-kurort putyovkaları (yollayışları) xərclərinin ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissədə təmin edilməsi, iddiaçı müvafiq həkim rəyi təqdim etdiyi halda sanatoriya-kurort putyovkaların (yollayışların) xərclərinin cavabdeh tərəfindən ona ödənilməsi, qətnamənin iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehin apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəy işdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi etirazda qeyd etdiyi kimi, sanatoriyakurort putyovkaları (yollayışları) ilə bağlı müvafiq rəyləri təqdim etməmiş, həm də onların qazancı olmadığından həmin putyovkaların verilə bilməyəcəyini bildirmişdir. Apellyasiya icraatı zamanı da cavabdeh iddiaya etirazının əsası kimi sanatoriya-kurort putyovkaları (yollayışları) ilə bağlı ödəmənin aparılması üçün müəssisənin gəliri olamamasına istinad etmişdir. Belə ki, cavabdehin bu dəlili iddiaçının tələbinin həmin hissədə təmin edilməsindən imtina üçün əsas ola bilməz. Bu baxımdan iddiaçı tərəfindən təqdim olunmuş sanatoriya- kurort müalicəsinin zəruriliyinə dair müvafiq həkim rə yi əsasında iddia tələbi sanatoriya-kurort putyovkaları (yollayışları) hissəsində təmin edilməlidir.
20. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaçının xx.xx.2076-cı il tarixində istehsalatda almış olduğu xəsarətə görə birdəfəlik müavinətin verilməsi hissəsinə münasibətdə göstərmişdir ki, iddia tələbi bu hissədə əsassız olmuşdur və təmin edilə bilməz. Belə ki, həmin vaxtdan 46 il müddət keçmişdir ki, bu da həm həmin vaxt qüvvədə olmuş, həm də hal-hazırda qüvvədə olan mülki qanunvericiliklə müəyyən olunmuş müddətləri, eləcə də ağlabatan müddət anlayışını da aşır.
21. Həmçinin, apellyasiya məhkəməsi cavabdehin şikayətinə münasibətdə hesab etmişdir ki, şikayət əsassızdır. Belə ki, cavabdehin nümaüyəndəsi birinci instansiya məhkəməsində izahat verərkən iddia tələbi nin aylıq ödənişlərlə bağlı hissədə təmin edilməsinə etiraz etməmişdir. Lakin sonradan qətnamənin həmin hissəsindən apellyasiya şikayəti vermiş və yeganə dəlil kimi müəssisənin aylıq qazancı olmadığına istinad etmişdir. Apellyasiya icraatı zamanı da cavabdehin nümayəndəsi həm aylıq ödənişlərin, həm də sanatoriya-kurort müalicəsi üçün ödənişin edilməsinə etiraz etmədiyini, lakin ödənişin edilməsi üçün müəssisənin hazırda zəruri vəsaitinin olmadığını, əgər qazanc olsa, ödənişin ediləcəyini bildirmişdir.
22. Belə ki, cavabdehin iddiaya qarşı etirazının həmin dəlili iddiaçının aylıq müavinətin ödənilməsi ilə bağlı tələbin təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117, 1118 və 1119-cu, Əmək Mə cəlləsinin 239-cu, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0, 384.0.2, 385.1 və 385.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə həqiqətin müəyyən edən, iddiaçının pozulmuş hüquqlarını bərpa edən, həqiqəti əks etdirən, qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Ziddiyyətli halları ifşa edən mötəbər dəlillər dəqiq müəyyən edi ldiyi halda, apellyasiya məhkəməsi həmin məsələlərə qərəzli şəkildə düzgün hüquqi qiymət verməmiş, işin hallarını təhrif edilmiş, nəticədə lüzgün olmayan qətnamə qəbul edilmişdir.
26. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 80, 125.7, 127, 129-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, və 21-ci, Əmək Məcəlləsinin 239-cu, Mülki Prosessual Məcəllənin 1.3, 9, 14.1, 54.1, 54.2, 76, 80, 88, 97.1, 103.1, 217, 218.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385, 386, 389, 414.1, 414.2, 417.1.4, 418.1, 418.2, 418.3 və 420-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə etiraz verərək şikayətin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2 022-ci il tarixli, 2(103)-4937/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən qismən, iddianın rədd olunması hissədə mübahisələndirildiyi ndən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a. ) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
32. Maddə 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuº qaydalar üzrə ödənilir.
33. Maddə 1118. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort m üalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.
34. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
35. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.
36. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümu mi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
37. Maddə 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır.
38. Maddə 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkən in qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
39. Maddə
239. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zər ərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəll ənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Qətnamənin mübahisələndirilən hissəsi ilə bağ lı kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
41. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(103)-4937/2022 nömrəli iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.