Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2201/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC BOKT və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin (hakim E. M.Əhmədov) xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 11001,96 manat əsas borc, 6203,73 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla cəmi 17405,96 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun “İddiaçıı» ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7, Cavabdeh6 və Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, İİ Nügədi kəndində torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 61,8 kv.m, yaşayış sahəsi 41,4 kv.m, yardımçı sahəsi 20,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26000 manat olmaqla hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7, Cavabdeh6 və Cavabdeh1 evdən çıxarılması, iddia predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, 50 manat ekspertiza xərcinin 10 manatının iddiaçıdan, 40 manatının isə Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov və Cavabdeh5) xx xxxxxx 2019-cu il tarixli qətnamə si ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin əsas borca dair hissədə dəyişdirilməsi, Cavabdeh1 xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 8764,35 manat əsas borcun tutularaq “xxxx” QSC BOKT-a ödənilməsi, qətnamənin faiz, cərimə borcuna və mənzilin boşaldılmasına dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə həmin hissələrdə iddianın rədd olunması, qətnamənin qalan hissədə - tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7, Cavabdeh6 və Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, İİ Nügədi kəndində torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 61,8 kv.m, yaşayış sahəsi 41,4 kv.m, yardımçı sahəsi 20,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26000 manat olmaqla hərracda satılması, iddia predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 Bankın xeyrinə tutulması hissəsində Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 5 manatının cavabdehin özünə aid edilməsi, 10 manatının isə iddiaçıdan tutularaq ona ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan 50 manat, 50 manat və 150 manat olmaqla, cəmi 250 manat pulun 150 manatının iddiaçı “xxxx” QSC BOKT-dan, 100 manatının isə Cavabdeh2 tutularaq Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” QSC BOKT kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “İddiaçıı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “İddiaçıı” ASC-nin xeyrinə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 10502 manat əsas borc, 6604 manat faiz borcu və 4490 manat dəbbə pulu olmaqla, cəmi 21596 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 iddiaçı “İddiaçıı” ASC-nin xeyrinə tutulmalı olan məbləğin ilk növbədə xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və Cavabdeh6 məxsus Quba şəhəri, İİ Nügədi kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 51,8 kv.m ümumi, 41,4 kv.m yaşayış, 20,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqda, ipoteka qoyan Cava bdeh2 və onunla birlikdə yaşayan Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, X2, Cavabdeh6 və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində əmlakları ilə birlikdə tərk etməsini, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı «İddiaçıı» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə “İddiaçıı” ASC ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2010-cu il tarixində kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləy ə əsasən bank Cavabdeh1 illik 18 % ödəmək şərti ilə 18 ay müddətinə 15000 manat məbləğində kredit verməyi, borcalan isə bu Müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürür. Həmçinin o da mübahisə olunmur ki, xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsinin təminatı qismində cavabdehlərə məxsus Quba rayonu, İİ Nügədi kəndində torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 61,8 kv.m, yaşayış sahəsi 41,4 kv.m, yardımçı sahəsi 20,4 kv.m olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 26000 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, xx xxxxxxxx 2010cu il tarixli kredit müqaviləsi üzrə tələb hüququ “xxxx” QSC BOKT-a güzəşt edilmişdir. xx.xx.2010-cu il tarixli ka ssa məxaric orderindən görünür ki, Cavabdeh1 “İddiaçıı” ASC-dən 15000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə “İddiaçıı” ASC-yə 10502 manat əsas borcu, 6604 manat faiz borcu, 4490 manat dəbbə pulu borcu cəmi 21596 manat məbləğində borcu vardır. xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, Cavabdeh1 “İddiaçıı” ASCyə xx.xx.2016-cı il tarixə 11001,96 manat əsas, 6203,73 manat faiz borcu vardır. xx.xx.2018-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 “İddiaçıı” ASC-yə xx.xx.2012-ci il tarixə 8764,35 manat borcu vardır. xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 “İddiaçıı” ASC-yə xx.xx.2012-ci il tarixə 8764,35 manat borc u vardır. İddiaçının nümayəndəsi bildirir ki, “İddiaçıı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 faiz olmaqla, 18 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə bank arasında xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və onların mülkiyyətində olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 61,8 kv.m umumi, 41,4 kv.m yaşayış, 20,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Bank tərəfindən cavabd ehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. “xxxx” QSC BOKT ilə “İddiaçıı” ASC arasında imzalanan xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, problemli aktivlər üzrə tələb hüququ “xxxx” QSC-yə güzəşt edilmişdir. Ona görə də iddia təmin olunmalıdır. Cavabdeh1 bildirir ki, kredit müqaviləsində ona 15000 manat verilməsi nəzərdə tutulsa da, bank tərəfindən ona cəmi 12000 manat pul verilmiş, həmin məbləğdən 10000 manatını o, banka ödəniş etmişdir. Sonradan isə ödəniş etmək üçün maddi imkanı çatmamışdır. Ona görə də iddia qismən təmin olunmalıdır. Cavabdeh2 bildirir ki, hesablanmış faiz borcu bank tərəfindən artıq yazılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 heç biri üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 8764,35 manat əsas borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlar, hesabdan çıxarış, o cümlədən keçirilən ekspertizalar ilə təsdiq olunur. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi iddianın faiz b orcunun və dəbbə pulunun tutulub ipotekaya yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalı, cavabdehin kasasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi iddianın faiz borcunun və dəbbə pulunun tutulub ipotekaya yönəldilməsinin təmin edilməməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh1 “İddiaçıı” ASC-dən illik 18 % ödəmək şərti ilə 18 ay müddətinə 15000 manat məbləğində kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cav abdehlərə məxsus Quba rayonu, İİ Nügədi kəndində torpaq sahəsində yerləşən fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə m üəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən ist ifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyinin yarandığını və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, sonuncunun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 8764,35 manat əsas borcunun yarandığını vəbu borcun işdə olan obyektiv sübutlar, hesabdan çıxarış, o cümlədən keçirilən ekspertizalar ilə təsdiq olunduğunu qeyd etmişdir. Lakin apelyasiya instanisyası məhkəməsi əsas borca münasibətdə iş üzrə düzgün nəticəyə gəlsə də nə faiz borcu nə də dəbbə puluna münasibətdə araşdırma aparmamış və bu hissədə iddianın təmin olunmaması barədə qəbul etdiyi qətnaməni əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göst ərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instanisyası məhkəməsi faiz və dəbbə pulunun tutulması ilə bağlı iddia tələbininin əsaslı olub olmamasını araşdırmalı və iddia tələbinin bu hissədə təmin və ya rədd olunması ilə bağlı əsaslandırılmış qərar qəbul etməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki,apelyasiya instansiyası məhkəməsi iddiaçının ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbini əsaslı hesab edərək, tələbin ipotekaya qoyulmuş cavabdehlərə məxsus Quba rayonu, İİ Nügədi kəndində torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə qərar qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-c ı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İş materiallarından aydın olur ki, tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiymətinin 26000 manat məbləğində qiymətləndirilməsi barədə razılığa gəlmişlər. Beləliklə, ipoteka predmetinin ilkin satış qiymətini tərəflərin razılaşmış olduğu 26000 manat məbləğində müəyyən etməklə bu hissədə də apelyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi iddianın faiz borcunun və dəbbə pulunun tutulub ipotekaya yönəldilməsinin təmin edilməməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməs i üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC BOKT-unkasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın faiz borcunun və dəbbə pulunun tutulub ipotekaya yönəldilməsinin təmin edilməməsi hissəsindələğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2201/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2201/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver