Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2201/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:müqavilə tələbləri üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil İdris qızının, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3880/202 0 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26.12.2013-cü il tarixli 907/013 saylı kredit müqaviləsinə əsasən borc verən borc alana qeyri-yaşayış sahəsinin alınması məqsədi ilə 12 ay müddətinə illik 15 fazi olmaqla 92100 manat məbləğində kredit verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabde h qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 4900 manat əsas borc, 11149,28 manat faiz borcu, 937,72 manat cərimə olmaqla, cəmi 16987 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə bank arasında bağlanmış 26.12.2013-cü il tarixli 907/013 saylı kredit müqaviləsinə əsasən borc alana illik 15 faizlə 12 ay müddətinə 92100 manat kredit verilmiş, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin, kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün nə qədər səy göstərilsə də, cavabdeh öz öhdəliyini bugünədək yerinə yetirməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Cavabdeh adına olan Hesabdan çıxarışın surətinə əsasən, bank tərəfindən 26.12.2013-cü il tarixdə «Hərracdan alınmış daşınmaz» təyinatı üzrə (yəni, hərracdan daşınmaz əmlakın alınması üçün) 80080 manat ödəniş köçürülmüş, 11920 manat isə nağd məxaric edilmişdir. Həmin hesabdan çıxarışa əsasən kredit borcu üzrə 05.06.2014-cü il tarixdə 800 manat (ödəyən şəxsin adı göstərilməyib), 06.06.2014-cü il tarixdə 6000 manat (ödəyən X3), 16.07.2014-cü il tarixdə 5 manat (ödəyən Cavabdeh göstərilib), 11.12.2014-cü il tarixdə 950 manat (ödəyən şəxsin adı göstərilməyib), 30.12.2014-cü il tarixdə 7.969 manat (ödəyən Cavabdeh göstərilib), 19.03.2015-ci il tarixdə 1.650 manat (ödəyən şəxsin adı göstərilmə yib), 12.08.2015-ci il tarixdə 82.600 manat (21.200 manat - X5, 21.200 manat - X1, 20.000 manat - X4, 20.200 manat - X6) və 08.12.2015-ci il tarixdə 4.600 manat (ödəyən X3) ödəniş olmuşdur. İdiaçı Bank kreditin 11920 manat hissəsini nağd şəkildə Cavabdeh aldığını göstərmiş və bunun sübutu kimi 26.12.2013-cü il tarixli FJB**********352 saylı kassa məxaric orderini təqdim etmişdir (orderdə vəsaiti alan şəxs kimi Cavabdeh göstərilmiş və order onun tərəfindən imzalanmışdır). İddiaçı tərəfindən təqdim olunmuş 30.12.2014-cü il tarixli FJB**********643 saylı mədaxil orderinin surətində əsasən, Cavabdeh tərəfindən həmin tarixdə İddiaçı ASC-yə 7969 manat məbləğində faiz ödənişi edilmişdir. Birinci instansiya məhkəmənin 18.03.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertiza sı təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.05.2019-cu il tarixli 8900 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 30.12.2014-cu il tarixli FJB**********643 saylı mədaxil orderinin “Müştərinin imzası” qrafasındakı imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmiş, ekspertizaya təqdim olunmuş 26.12.2013-cü il tarixli, FJB**********852 saylı məxaric orderində “Müştərinin imzası” qrafasındakı imzanın isə Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehtiyev) 14 iyun 2019-cu il tarixli 2(004)-1890/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəməsi belə nəticəyə gəlmişdir ki, araşdırılmış sübutlarla tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc alana 92100 manat əvəzinə 80080 manat kredit ayrılması, 12.08.2015-ci il tarixdə Cavabdeh tərəfindən (onun əvəzinə) banka 82600 manat ödəniş edilməklə kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə yerinə yetirilməsi təsdiq edilmiş, iddiaçı bank əlavə olaraq cavabdehə 11920 manat kredit verildiyini iddia etsə də, araşdırılmış sübutlarla bu təkzib olunmuş, həmçinin, cavabdeh tərəfindən 12.08.2015-ci il tarixdə son ödəniş edilməsi müəyyən olunduğuna görə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin məhkəmə ekspertin qeyri-dəq iq və aydın olmayan rəyinə əsaslanmamalı və əlavə ekspertiza keçirməli və 26.12.2013-cü il tarixli FJB**********352 saylı kassa məxaric orderinin həqiqətən də cavabdeh tərəfindən imzalandığı sübuta yetirilməli olmasına qiyət vermək məqsədi ilə apellyasiya instansiyası məhkəməsinin 27.07.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Mərkəzin 01.10.2020-ci il tarixli 4/689 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 70-ci vərəqində Cavabdeh adına olan 26.12.2013-cü il tarixli FJB**********352 saylı məxaric orderinin sol aşağı küncündə “Müştərinin imzası, Customer Signature” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi 26.12.2013-cü il tarixli məxaric orderi, yəni cavabdehə 11920 manat kredit verilməsini təsdiq edən məxaric orderi sonuncu tərəfindən imzalanmamışdır. Belə olan halda, cavabdehə nağd şəkildə 11920 manat kredit verilməsi halı sübuta yetirilmir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin digər iddia müddətinin düzgün tətb iq edilməməsi ilə bağlı dəlilinə qiymət verən məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 12.08.2015-ci il tarixdə ümumilikdə 82600 manat ödəniş edilmiş, bundan sonra isə 08.12.2015-ci il tarixdə X3 tərəfindən 4600 manat ödəniş edilmişdir. İddiaçı cavabdeh tərəfindən sonuncu ödənişin 08.12.2015-ci il tarixdə edildiyinə istinad edir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, həmin vaxt artıq Cavabdehla X7 arasında məhkəmə mübahisəsi olmuş, sonradan isə münasibətləri daha da gərginləşmiş və aralarında daha bir neçə məhkəmə çəkişmələri olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.09.2015-ci il tarixli 2(004)-9075/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunaraq mübahisəli, yəni hazırki kreditlə hərracdan alınmış X7a məxsus m ənzilin boşaldılması, həmin iş üzrə cavabdeh X2 mənzildən çıxarılması qət edilmişdir. Həmin ödənişin həyata keçirildiyi gün, yəni 08.12.2015-ci il tarixdə adı çəkilən qətnamə üzrə icra prosesi həyata keçirilmiş, lakin borclu X7 icra prosesinin təxirə salınmasını, könüllü icra üçün ona 1 ay möhlət verilməsini xahiş etmiş, tələbkar Cavabdeh da etiraz etməmiş, icra prosesi təxirə salınmış və bu barədə 08.12.2015-ci il tarixli akt tərtib edilərək iştirakçılar, o cümlədən X7un özü tərəfindən imzalanmışdır. Belə olan halda, Cavabdeh tapşırığı əsasında 08.12.2015-ci il tarixdə X7un ödəniş etməsi inandırıcı və ağlabatan hesab edilmir. Əksinə, aşkar şəkildə görünən odur ki, həmin ərəfədə onların arasında son dərəcə mübahisəli münasibətlər olmuşdur. Cavabdeh özü tərəfindən yalnız bir dəfə – 12.08.20 15-ci il tarixdə dayısı Tofiq və sonuncunun ailə üzvlərinin vasitəsilə ümumilikdə 82600 manat ödəniş edildiyini qeyd etmişdir ki, bu da işin hallarına uyğun gəlir. Belə ki, ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, hətta 30.12.2014-cü il tarixdə Cavabdeh tərəfindən aparılması iddia olunan 7969 manat məbləğində ödənişin ona aidiyyəti olmamışdır (mədaxil orderindəki imza cavabdehə məxsus deyil). 06.06.2014-cü il tarixli 6000 manat məbləğində kredit ödənişinin də X7 tərəfindən həyata keçirilməsi isə Cavabdeh izahatında göstərdiyi dəlillərinin inandırıcı olmasına dəlalət edir. Həmçinin ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, 26.12.2013-cü il tarixli FJB**********352 saylı məxaric orderi ilə kreditin 11920 manat hissəsi nağd şəkildə Cavabdeh yox, başqa şəxsə verilmişdir. Belə olan halda isə sonuncunun əlavə ödəniş etməsində maraqlı olması real deyildir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh tərəfindən sonuncu ödənişin 12.08.2015ci il tarixdə edilməsi və buna görə də iddiaçı tərəfindən iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil İdris qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apell yasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilə n hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3880/2020 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.