Məhkəmə qərarları › İş №2(102)-2202/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2202/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2202/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr; fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr; real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-254/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələr i ilə təqsirli bilinmiş və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

2. Həmin hökm ilə müəyyən edilmişdir ki, Cavabdeh2 özgənin əmlakını qanunsuz ələ keçirmək barədə tanışları Cavabdeh3 və Cavabdeh1la əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Cavabdeh2 Cavabdeh1 vasitəsilə tanış olduğu iddiaçıya özünü “X6”nun hüquqşünası kimi təqdim edib onun etibarından sui-istifadə edərək cəmiyyətdə müəyyən nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb, guya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının, eləcə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim etdiyi Cavabdeh3 Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli qohumunun yaxından köməkliyi ilə iddiaçını n Sumqayıt şəhər prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş övladı X1 əməlinin daha yüngül maddəyə tövsif edilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və gələcəkdə cinayət işinə məhkəmədə baxılarkən daha yüngül cəzanın təyin edilməsinə nail olacağına dair yalan vəd verib aldadaraq, bu adla 2014-cü ilin may ayının ortalarından başlayaraq avqust ayının ortalarına qədər ümumilikdə 44 500 manat məbləğində nağd pul vəsaitini cinayətkar qrupun üzvü Cavabdeh1la birlikdə əvvəlcədən razılaşdırılmış şəkildə guya vəd etdiyi işin müsbət həllində kömək etməli olan şəxsə verilməsi adı ilə iddiaçıdan almış, həmin məbləğdə puldan 20 000 mana tını 2014-cü ilin oktyabr ayının əvvəllərində Cavabdeh3, 7000 manatını 2014-cü ilin oktyabr ayının əvvəllərində Cavabdeh1 təqdim etməklə iddiaçıdan ümumilikdə 44 500 nanat məbləğində nağd pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı 44 500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər.

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü Cavabdeh1 aid hissədə dəyişdirilmiş, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il 06 ay müd dətə azadlıqdan məhrumetmə cəzası 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə təyin edilməklə yüngülləşdirilmişdir.

4. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədə iddiaçı Cavabdeh1la barışdığını, Cavabdeh1 tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənildiyini və həmin şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi zərərin əvəzi olaraq 33000 manat və iddiaya görə ödənilmiş 189 manat dövlət rüsumunun məbləğinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçının etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə pulunu ələ keçirərək iddiaçıya ümümilikdə 44500 manat məbləğində maddi ziyan vurmuşlar. Cavabdehlərin həmin dələduzluq əməlləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə aktlarına əsasən sübuta yetirilmiş və onlar Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tanışları digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə cinayət əlaqəsinə girər ək əlbir olub iddiaçının Sumqayıt şəhər Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən övladı Pərvinin işinin müsbət həllinə köməklik göstərəcəklərinə dair vəd verərək 2014-cü ilin may ayının ortalarından başlayaraq avqust ayınının ortalarına kimi müxtəlif vaxtlarda ümumilikdə 44500 manat məbləğində nağd pul vəsaitini cinayətkar qrupun digər üzvü cavabdeh Şükür Hüseynovla birlikdə əvvəlcədən razılaşdırılmış şəkildə, guya vəd etdiyi işin müsbət həllində kömək etməli olan şəxsə verilməsi adı ilə iddiaçıdan almış, həmin puldan 20000 manatını 2014-cü ilin oktyabr ayının əvvələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında özünü Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli şəxsin qohumu, eyni zamanda Azərbaycan Respublikası Vəki llər Kollegiyasının üzvü kimi təqdim edən Cavabdeh3, 7000 manatını iddiaçını tanış edib inamını qazanmaqda köməklik etməsinə görə 2014-cü ilin oktyabr ayının əvvələrində Sumqayıt şəhərində Cavabdeh1 təqdim etməklə iddiaçının ümümilikdə 44500 manat pulunu talayaraq ziyan vurmuşlar. Həmin cinayət nəticəsində vurulmuş ziyandan cinayət mühakimə icraatı zamanı 11500 manat məbləği iddiaçıya ödənilmişdir. Qalan 33 000 manat cavabdehlər tərəfindən bu günə kimi iddiaçıya ödənilməmişdir.

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat vermiş və həmçinin bildirmişdir ki, cavabdehlərin iddiaçıya vurduqları ziyan məbləğindən ümumilikdə 11500 manat pul iddiaçıya qaytarılıb. Həmin məbləğin 7000 manatı Cavabdeh1 tərəfindən, 4500 manatı isə Cavabdeh2 tərəfindən qaytarılıb. Cavabdehlər qabaqcadan əlbir olaraq iddiaçıya maddi ziyan vurublar. Onlar həmin əməli birlikdə törətdikləri üçün iddiaçı vurulmuş ziyan məbləği onların üçündən də müştərək qaydada tutulmalıdır.

8. Cavabdeh1 bildirmişdir ki, iddiaçıya onun tərəfindən vurulmuş ziyanı tam həcmdə ödəyib. Bu səbəbdən iddia ona aid hissədə təmin edilməməlidir.

9. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş ziyan tam həcmdə ödənilib. Cinayət əməli birgə törədilsə də, məhkəmə hökmündə iştirakçılardan hər birinin iddiaçıya vurduğu ziyanın həcmi müəyyən edilib. Bu səbəbdən Cavabdeh1 hazırkı iddiaya cavab verməli olan şəxs deyildir

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-3745/20 23 nömrəli iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddianın qismən təmin edilməsi, 20 000 (iyirmi min) manat məbləğində pulun Cavabdeh3, 13 000 (on üç min) manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun 113 (yüz on üç) manatının Cavabdeh3, 76 (yetmiş altı) manatının isə Cavabdeh2 tutularaq İddiaçı verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən iddiaçıya 44500 manat məbləğində maddi ziyan vurulması cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilir. Eyni zamanda həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçıdan alınmış 44500 manat pu l vəsaitinin 20 000 manatını Cavabdeh3, 7000 manatını Cavabdeh1, 17500 manatını isə Cavabdeh2 mənimsəmişlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin vəsaitdən 7000 manat Cavabdeh1, 4500 manat isə Cavabdeh2 tərəfindən iddiaçıya qaytarılmışdır. Cavabdelər tərəfindən iddiaçıya maddi ziyan mülki hüquq pozuntusu nəticəsində deyil, cinayət əməli nəticəsində vurulmuşdur. Həmin ziyanın vurulmasında cavabdehlərin hər birinin payı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bu səbəbdən vurulmuş ziyan məbləğinə münasibətdə cavabdehlərin hər birinə fərdi yanaşılmalıdır. Belə ki, iddiaçıya vurulmuş ziyan məbləğindən Cavabdeh1 tərəfindən mənimsənilmiş 7000 manat məbləğində pul Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmışdır. Bu səbəbdən iddia Cavabdeh1 aid hissədə tə min edilə bilməz. Eyni zamanda Cavabdeh2 mənimsədiyi 17500 manatdan 4500 manatını iddiaçıya qaytarmışdır. Bu səbəbdən iddia həmin cavabdehdən 13000 manatın tutulması hissəsində təmin edilməlidir. Vurulmuş ziyan məbləğinin 20000 manatı Cavabdeh3 tərəfindən mənimsənildiyindən iddia həmin məbləğin Cavabdeh3 iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 189 manat dövlət rüsumunun 113 manatı Cavabdeh3, 76 manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 82.4, 119, 216220, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat

13. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin qismən - ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən ona hər hansı bir məhkəmə bildirişi göndərilməmiş, iddia ərizəsinin araşdırması gizli aparılmışdır. “Elektron Məhkəmə” sistemi vasitəsilə ona qarşı iddia tələbinin olmasını müəyyən etmişdir. Daha sonra məhkəməyə rəsmi ərizə yazıb iş materialları ilə tanış olanda görmüşdür ki, məhkəmə ona məlum olmayan ünvanlara bildirişlər göndərmişdir. Sonra, yəni 10 oktyabr 2023-cü il tarixdə qətnaməni qəbzə imza etməklə rəsmi olaraq almışdır. Məhkəmə iş materiallarında olan ünvanları hardan əldə edib ona məlum deyil. İşlə bağlı bəzi vacib halları məhkəmənin diqqətinə çatdırmaq istəyir, belə ki, iddiaçı istintaq dövründə, eləcə də bütün məhkəmə iclaslarında açıq-aşkar bildirmişdir ki, ona özü şəxsən 5000 (beş min) manat pul vermişdir. Qeyd olunan məbləğ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxılarkən onun tərəfindən iddiaçıya tam olaraq qaytarılmışdır. İddiaçı da məhkəmə iclasında rəsmi ərizə yazaraq bildirmişdir ki, ona verdiyi 5000 (beş min) manatı tam olaraq almışdır. Qeyd olunan 20.000 (iyirmi min) manat guya iş üzrə digər cavabdeh tərəfindən ona verilmişdir. Amma həmin məbləğ qətiyyən ona verilməmişdir. Yəni iddiaçı hər yerdə dəfələrlə bildirmişdir ki, ona şəxsən 5000 (beş min) manat vermişdir və verdiyi pulu da tam olaraq almışdır. Sumqayıt Şəhər Məhkəməsi istinad etdiyi Bakı şəhər i Nərimanov Rayon Məhkəməsinin eləcə də Bakı Apellyasiya Məhkəməsinin hökm və qərarı ilə tam tanış olmamışdır, demək olar ki, hökm və qərarı oxumamışdır. Əgər məhkəmə hökm və qərarla tam tanış olsaydı iş üzrə düzgün və ədalətli qətnamə qəbul etmiş olardı. Birinci instansiya məhkəməsi cavabdeh olaraq onun məhkəmədə iştirakını təmin etməyərək yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq ona münasibətdə iddia tələbini təmin etməklə qanunsuz qətnamə çıxarmışdır. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarından savayı, prosessual hüquq normalarını kobud şəkildə pozmaqla qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin maddi və prossessual hüquq normalarını pozub, maddi hüquq normalarını səhv təfsir edib, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüq uqi qiymət vermişdir. Məhkəmə hazırkı halda yalnız iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə icraatında əldə olunan sənədlərə istinad etməli olduğu halda bunu etməmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-254/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3745/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh çəkişmə prinsipinin pozulmasına istinad etsə də iş materiallarının 70-ci səhifəsində olan Cavabdeh3 tərəfində n məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o məhkəmə iclasının vaxrtı və yeri barədə məlumatlı olmuş, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan sonra, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında digər cavabdehlərin iştirakının təmin edilməsinə əsasən məhkəmə hazırlıq iclasını xx.xx.2023-cü il tarixə təxirə salmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh3 da göndərilmişdir. İş materiallarının 77-ci səhifəsində olan xəbərnamədən isə görünür ki, şəxsən “Məmmədov imza” qeyd etməklə həmin bildiriş cavabdeh tərəfindən qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası iclasa gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş Cavabdeh3 iştirakı olmadan keçirilmiş və mülki iş məhkəmə baxışına təyin edilmiş, müvafiq olaraq tərəflərə məlumat verilmişdir. Cavabdeh növbəti dəfə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmin müraciət təmin edilməyərək iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Göründüyü kimi, cavabdehin onun iştirakının təmin edilməməsinə dair dəlili əsassız olmaqla məhkəmə kollegiyasının araşdırması zamanı təkzib olunmuşdur.

17. Cavabdehin digər dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh3 iki epizod üzrə təqsirli bilinmişdir. Belə ki, mülki işdən (İş vər. 18) görünür ki, təqsirləndirilə n şəxs Cavabdeh3 əvvəl 20000 manat və sonradan təkrar dələduzluq edərək 5000 manat məbləğində pul vəsaitini İddiaçı almışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı yalnız 5000 manat pul vəsaiti qaytarılmışdır (İş vər. 31). Belə olan halda kollegiya apellyantın 5000 manat məbləğində zərər vurulması və pul vəsaitinin qaytarılmasına dair dəlilini əsassız sayır

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1092.1, 1092.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respubl ikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin ona məhz Cavabdeh3 tərəfindən zərər vurulmasını sübuta yetirə bilmədiyi halda belə, birinci instansiya məhkəməsinin qətanaməsini qüvvədə saxlamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrar edərək, çıxarılmış hökmə istinad edərək, qanunsuz qərar qəbul etmişdir. Halbuki, Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)426/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə aktları ilə razılaşmamış və hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir. Hazırda kassasiya şikayətinə baxılması Ali Məhkəmənin hakimi Teyyub Muxtarova həvalə edilmişdir. Yəni, Cavabdeh3 barəsində sonuncu instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilmədiyi halda maddi ziyanın məhz onun tərəfindən vurulması öz təsdiqini tapa bilməzdi. Belə olan halda isə maddi ziyanın ödənilməsi barədə mülki qaydada verilən iddia tələbinin tə min edilməsi əsassız və qanunsuz hesab edilməlidir. Bundan başqa iddiaçı tərəf 20000 (iyirmi min) manat pul məbləğinin Cavabdeh3 verməsini sübuta yetirə bilməmişdir. Belə ki, cinayət işini araşdıran məhkəmə maddi ziyanın məhz Cavabdeh3 tərəfindən vurulmasını sübuta yetirə bilmədiyi üçün, Sumqayıt Apellyasiya Məhkəməsi həmin məhkəmə aktlarına istinad edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hü ququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

25. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu b arədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 2(105)-254/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar