Məhkəmə qərarları › İş №2(102)-2203/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2203/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2203/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xankərim oğluna, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı istifadə hüququna xitam verilməklə mənzi ldən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4351/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(060)-7157/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim N.İ.Abıyev) iddia tələbinin təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xankərim oğlunun, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4351/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik ed ən və məruzəçi S.A.Qafari, L.M.Məmmədova və F.Ə.Məmmədov) Cavabdeh3 qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” ASC Cavabdeh1, Cavabdeh2 Xankərim oğluna, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 Xankərim oğlunun, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qeydiyyatdan çıxarılmasına və qeydiyyatda olanların mənzil dən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 Xankərim oğlunun, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6397/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh X3 ilə bank arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş X2 məxsus ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə tutmanın yönəldilməsinə və hərracda satılmasına dair iddia ərizəsi təmin olunmuşdur. Kreditin təminatı kimi vətəndaş Cavabdeh3 qızı ilə 09 oktyabr 2016-cı il tarixli, 398/E saylı ipoteka müqaviləsi bağlanaraq borcalanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi yüklü edilmişdir. Borclular kredit və faizləri vaxtında ödəmədikləri üçün bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər İcra şöbəsinin icra məmuru icraata başlamaq haqqında və qiymətləndiricinin dəvət edilməsi barədə qərar vermişdir. Bundan sonra sənədlər mənzilə qiymət qoyulması üçün qiymətləndirici şirkətə göndərilmişdir. Qeyd olunan mənzil “Əmlak İxtisasla şdırılmış Hərrac Mərkəzi”-nin icraatında olmaqla açıq hərraca çıxarılmışdır. Daha sonra həmin mərkəzin hərrac yekunları barədə Y-597 saylı 01 noyabr 2017-ci il Protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 noyabr 2017-ci il müqaviləsinə əsasən X2 məxsus ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi “xxxx” ASC-nin tam balansına keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh3 qızı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dai r qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh3 qızı və vəkili Nəbiyev Rəmzi Sultan oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şi kayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xankərim oğlu, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh3 qızının kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşa yış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə so n qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavadehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etmələri barədə yazılı öhdəlik götürdüyündən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni tam qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlilləri tam araşdırılmamışdır. Apelyasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehin evinin satılmasına dair gedən proseslərdən məlumatı olmayıb. Onun mənzilinin satı lmasına dair hərrac formal keçirilmiş, əmlak bazar qiymətindən çox aşağı qiymətə satılmışdır. Ona görə “xxxx”nin Hərracın nəticələri haqqında yekun Y-597 saylı, 01 noyabr 2017-ci il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsızlığı barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Apelyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, “xxxx” ASC-nin əməkdaşlarının cavabdehin oğlunu işlə təmin ediləcəyi barədə aldatması nəticəsində cavabdeh mülkiyyətində olan evini ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. Halhazırda müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Lakin apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin həmin dəlillərinə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü madd əsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə mülki mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Bundan əlavə Cavabdeh3 qızı hazırkı iş üzrə verdiyi kassasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(060)-6397/2017 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinə hal-hazırda baxılaraq Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 10 yanvar 2020-ci il tarixli, 2(105)-346/2020 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunduğunu göstərmiş, həmçinin qeyd etmişdir ki, “xxxx” ASC və “xxxx” MMC-yə qarşı “Hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbayc an Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hal larına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh3 qızının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4351/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar